Məhkəmə qərarları › İş №1(102)-1075/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1075/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1075/2024 22.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əli Məmmədov (sədrlik edən və məruzəçi), Telman Hüseynov və Səbuhi Hüseynov) 12 sentyabr 2022-ci il tarixli, 1(101)1355/2022 nömrəli hökmü ilə 09 iyul 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsi, ev 133-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına mə hkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 24 fevral 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, X6 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 2,437 qram olan narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 24 fevral 2022-ci il tarixdə, saat 20 radələrində Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli bilinərək Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsində fərdi tikilmiş evin qarşısında saxlanılaraq 12-ci Polis şöbəsinə aparılmış, orada xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngdə sellofana bükülmüş, ümumi təmiz çəkisi 2,437 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi həmin sübutları tədqiq edərək nəticəyə gəlmişdir ki, X3 narkotik vasitəni satış məqsədi ilə əldə etməsi təsdiq olunmur. Birinci instansiya məhkəməsi X3 əməlini CM-in 234.1-ci maddəsi ilə tövsif edərək onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Həsən Əhmədov ) 05 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 202 2-ci il tarixli hökmü X4 cəza təyini hissəsində dəyişdirilmiş, sonuncuya təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 6 aya endirilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi), Şahin Yusifov və Ələsgər Novruzov) 13 iyun 2023-cü il tarixli, 1(102)-1263/2023 nömrəli qərarı ilə Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, məhkum X3 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X3 barəsində olan 05 noyabr 2022-ci il tarixli, 1(103)-2048/2022 nömrəli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəm ə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər Hüseyn Cavid (sədrlik edən və məruzəçi), Ziya Şirinov və Elbəy Allahverdiyev) 31 oktyabr 2023-cü il tarixli 1(103)-1750/2023 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022-ci il 1(101)-1355/2022 nömrəli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən X3 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı5 kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 31 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı5 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi 31 oktyabr 2023-cü il tarixdə hökm çıxararkən, ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edib qiymətləndirməmiş, şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Belə ki, Vahid Novruzov “Oba” market mağazasından oğurluğa cəhdlə bağlı saxlanılmış, bununla bağlı mağazanın müdiri Şahid4 24 fevral 2022-ci il tarixdə saat 14:55-də “102” Xidmətinə zəng edib məlumat verdikdən təxminən bir saat sonra, yəni saat 16 radələrində polis əməkdaşları gəlib onu aparmış, saxlanıldıqdan beş saatdan artıq müddət keçdikdən sonra üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Əvvəla, bununla bağlı qeyd etmək lazımdır ki, iş materiallarında olan Şahid4 24 fevral 2022-ci il tarixdə saat 14:55-də “102” Xidmətinə zəng edərək işlədiyi Sabunçu rayonu Ramana qəsəbəsi ərazisindəki marketdən oğurluğa cəhd edən şəxsin saxlanılması barədə məlumat verdiyinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin 19 avqust 2022-ci il tarixli məktubunun hazırki iş üzrə təqsirləndirilən şəxs Vahid Novruzovla hər hansı əlaqəsinin olması öz təsdiqini tapmamışdır. Belə ki, Sabunçu rayon Polis İdarəsindən daxil olmuş 24 oktyabr 2023-cü il tarixli məktubdan da göründüyü kimi X3 barəsində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsində hər hansı cinayət işi və ya material yoxdur. Həmçinin apellyasiya instansiyası məhkəməsində 31 oktyabr 2023-cü il tarixdə məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində təqsirləndirilən şəxsi tanımadığını, onu əvvəllər görüb-görmədiyini xatırlamadığını, müdiri olduğu “Oba Market” mağazasından 1 il 6 ay əvvəl çoxlu oğurluq olduğunu, 24 fevral 2022- ci il tarixdə saat 14:55-də “102” Xidmətinə oğurluqla bağlı zəng etdiyini, lakin həmin oğurluğu Vahid Novruzovun törədib-törətmədiyini xatırlatmadığını bildirmişdir. Bundan sonra təqsirləndirilən şəxsin yönəldici sualı əsasında şahid həmin vaxt marketdən bir nəfər şə xsin “Rexona” oğurlamaq istədiyi üçün polisə şikayət etdiyini, lakin həmin şəxsin Vahid Novruzova oxşamadığını bildirmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi 24 fevral 2022-ci il tarixdə marketdən oğurluq etmək istəyən şəxsin Vahid Novruzoy olması qənaətinə yalnız “Rexona’' (tər əleyhinə vasitə) əsasında gəlmişdir. Halbuki məhkəmə kollegiyası nəzərə atmamışdır ki, qeyd olunan mağazada həmin vaxt çoxsaylı oğurluqlar olmuş və “Rexona” da oğurlanan əmlaklar arasında ola bilərdi. İş materiallarından görünür ki, Vahid Novruzovun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etməkdən vəkil imtina etməmiş, Vahid Novruzov özü həmin istintaq hərəkətinin aparılmasında vəkilin iştirakına etiraz etmişdir. Təqsirləndirilən şəxs Vahid Novruzovun satış məqs ədi ilə külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, daşıması faktının doğruluğu onun özünün ibtidai araşdırma zamanı verdiyi ilkin izahat və ifadələri ( özünü qismən təqsirli bilərək əməlini etiraf etmiş, 23 fevral 2022-ci il tarixdə narkotik vasitə alıb üzərində gəzdirdiyini, 24 fevral 2022-ci il tarixdə saat 20 radələrində Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılarkən də üzərindən həmin narkotik vasitənin aşkar olunduğunu bildirmişdir) ilə təsdiq olunur. Vahid Novruzovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu şahidlər Şahid1 və Şahid2 ifadələri, şəxsi axtarış və götürmə protokolu və məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə təsdiq olunur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiy a protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanu niliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, X3 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. X4 qarşı irəli sürülmüş ittihamından görünür ki, 24 fevral 2022-ci il tarixdə saat 20 radələrində o, Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən tərəfindən saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş, çəkisi 2,437 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı X4 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. X1 elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun üzərində baxış keçirilməsi barədə 24 fevral 2022-ci il tarixli protokol, baxışda iştirak etmiş polis əməkdaşların ın şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi və maddi sübut təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları tədqiq edərək nəticəyə gəlmişdir ki, X3 narkotik vasitəni satış məqsədi ilə əldə etməsi təsdiq olunmur. Birinci instansiya məhkəməsi X3 əməlini CM-in 234.1-ci maddəsi ilə tövsif edərək onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi cinayət işinə apellyasiya protesti və müdafiəçinin apellyasiya şikayətinə əsasən baxıb, cinayət işi üzrə sübutları yenidən araşdırıb nəticəyə gəlmişdir ki, X3 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya məhkəməsi öz hökmündə qeyd etmişdir ki, X3 üzərində axtarış müdafiə hüqu qunun pozulması ilə keçirilmiş, həmin istintaq hərəkətlərində iştirak edən polis əməkdaşları ziddiyyətli və digər sübutlarla uzlaşmayan ifadə vermişlər. Ona görə də, həmin sübutların mötəbərliyinə əsaslı şübhələr mövcuddur. Kassasiya protestində isə qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, X3 elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən qanunların aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 1 45-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi X4 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət ve rilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, istintaq orqanı tərəfindən X2 miqdarda narkotik vasitə heroini hər hansı bir şəxsdən əldə etməsi, həmin narkotik vasitəni kiməsə satması və ya satmaq barədə hər hansı bir şəxslə sövdələşməsi faktları müəyyən edilməmişdir. X3 barəsində CM-in 234.4.3-cü maddəsi ilə ittiham yalnız maddi sübuta, yəni polis əməkdaşları tərəfindən X3 üzərində şəxsi axtarış zamanı 1 ədəd bükümdə 2,437 qram narkotik vasitə olan heroinin aşkar edilib götürülməsi barədə protokola və həmin istintaq hərəkətlərində iştirak etmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrinə əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmin sübutları tədqiq edərək nəticəyə gəlmişdir ki, X3 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş X6 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, ifadəsində faktiki olaraq cinayətin törətməməsini göstərmişdir. Belə ki, V.H.Novruzov ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu yaşadığı evin yaxınlığında deyil, Yeni Ramanada “Şüşə” qəsəbəsində kanalın üstündə yerləşən “Al” marketdə oğurluq etməyə cəhd etdiyinə görə tutub polis bölməsinə aparmışlar. Polislər ya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, ya da oğurluğa görə məsuliyyətə cəlb edəcəklərini ona bildirmişlər. O da polis əməkdaşlarına onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb etmələrini bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitəni verib videoçəkiliş aparılacağını bildirmişlər və videoçəkilişdə “Əzizbəyov” yaxınlığında şübhəli şəxs kimi saxlanıldığını deməsi ni ondan istəmişlər. İş üzrə şahid olan iki polis əməkdaşı da guya onu “Əzizbəyov” yaxınlığında şübhəli şəxs kimi saxladıqlarını bildirmişlər. Onu evdə tutduqlarını bildirsələr də, o, evdən səhər tezdən çıxmış, deyilən vaxtda artıq evdə olmamışdır. O, “Şüşə” qəsəbəsində “Al” marketin içərisində tutulmuşdur. Əslində o, həmin marketdə oğurluq etmək istəmiş, lakin mühafizəçi kamera ilə bunu görüb onu tutmuşdur. Polis bölməsində olanda axşam onu Bəxtiyar adlı əməliyyatçının otağına aparıb adını və soyadını soruşmuşlar. O da X6 olduğunu bildirmişdir. Əməliyyatçı ona demişdir ki, “mənə adam ver”. O isə heç kimi tanımadığını bildirmişdir. Sonra polis əməkdaşı ona demişdir ki, “onda özün get sroka”. Sonra o, hansı maddə ilə təqsirləndiriləcəyini soruşmuşdur. Polis əməkdaşı da ona Cinayət Məcəlləsi nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyini demişdir. O da düşünmüşdür ki, onsuzda bir neçə dəfə narkomaniyaya görə müalicə aldığından yenə müalicə alıb biraz özünə gələr. Amma o, polis əməkdaşlarının ona verdiyi narkotik vasitənin çəkisinin nə qədər olduğunu soruşmamışdır. Müstəntiq ona altı ədəd telefon danışığının aşkar olunduğunu bildirmiş və ona söz vermişdir ki, əgər həmin danışıqlarda satış məqsədinin olması müəyyən edilməzsə, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə ittiham irəli sürüləcək. Onun telefon danışıqlarında onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç nə aşkar edilməmişdir. Buna baxmayaraq, sonda o, barəsində olan cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdığını, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan e dildiyini və barəsində olan cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini bilmişdir. Təqsirləndirilən şəxs X6 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X6 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək bildirmişdir ki, o, tutulduğu gün səhər tezdən evdən çıxmışdır. Yeni Ramanada “Şüşə” qəsəbəsində kanalın üstündə yerləşən marketdə oğurluq etməyə cəhd etdiyinə görə marketin əməkdaşları tərəfindən saxlanılmış, sonra polisə zəng edilmiş, bir müddət sonra polislər gələrək onu polis bölməsin ə aparmışlar. Əməliyyatçı ona “mənə adam ver” demiş, heç kimi tanımadığını bildirmişdir. Üzərində narkotik vasitə olmamışdır. Sonra polis əməkdaşı ona ya CM-in 234.1-ci maddəsi, ya da oğurluğa görə məsuliyyətə cəlb edəcəklərini ona bildirmişlər. O da məcbur olub polis əməkdaşlarına onu CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb etmələrini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onu market işçiləri oğurluq etmək istədiyinə görə 24 fevral 2022-ci il tarixdə təxminən saat 10:30-da saxlayıb polis çağırmışlar. Polislər gəlib onu bölməyə aparmış, axşama qədər saxlamış, orada polislər ona narkotik vasitə vermiş, bir hissəsini qəbul etmiş, müstəntiq ona CM-in 234.1-ci maddəsi ilə ittiham verəcəklərini demiş, o da razılaşmışdır. O, narkotik vasitə istifadə edir, lakin tutulan günü üzərində narkotik vasitə olmamışdır. Məhkumun onun oğurluğa cəhd etdiyinə görə mağazada tutulub polis bölməsinə aparılması barədə ifadəsi məhkəmə iclasında şahid qismində dindirilmiş “ALmarket”in müdiri Şahid4 Fariz oğlunun ifadəsi və Azərbaycan Respublikası DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinin 19 avqust 2022-ci il tarixli məktubla təsdiq olunur. Şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 Vahid Novruzovun tutmasının səbəbləri, yeri və vaxtı haqqında məhkəmələrdə ziddiyyətli ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş sənədlərdən də görünür ki, X3 narkotik dövriyyəsi ilə məşğul olması barədə polis orqanlarına əməliyyat məlumatı daxil olmamış və onun ətrafında qanunsuz narkotik vasitələrin əldə edilməsi və saxlanması ilə əlaqədar heç bir əməliyyat-axtarı ş tədbirləri keçirilməmişdir. Polis əməkdaşları Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrdə göstərmişlər ki, Yeni Ramana qəsəbəsi, Bünyatzadə küçəsində nömrəsiz fərdi tikilmiş evin qarşısında xidmət apararkən özünü şübhəli aparıldığına görə Vahid Novruzovu saxlamış və polis bölməsinə gətirmişlər. Cinayət işində olan raportdan da görünür ki, polis əməkdaşları Şahid1 və Şahid2 Vahid Novruzovun saxlanılması barədə həmin xüsusatları raportda qeyd etmişlər. Polis əməkdaşları istintaq zamanı vermiş olduqları ifadələrində Vahid Novruzovun oğurluqla bağlı saxlanmasına dair hər hansı xüsusat bildirməmiş, məhkəmə istintaqı zamanı isə bu xüsusatı təsdiq etmişlər. Cinayət işinə əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Vahid Novruzovun narkotik vasitəni qanunsuz olaraq əldə edilməsi və saxlaması barədə heç bir məlumat olmadığı halda Sabunçu RPİ-nin 12-ci PŞnin təhqiqatçısı S.X11 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutmuş və üzərində videoçəkilişlə axtarış aparmışdır. Məhkəmə kollegiyası X4 qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən “Şəxsi axtarış və götürmə haqqında” 24 fevral 2022-ci il tarixli protokolun mötəbərliyini müzakirə edərək aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CPM-in 92.3.1-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 86.2.3-ci maddəsinə əsasən təhqiqatçı şəxsin tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnu təm in etməlidir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Həmçinin CPM-in 90.7.2-ci maddəsinə əsasən şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 92.6-cı maddəsinə əsasən cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. Cinayət işinin materiallarından görünür ki, tutularkən V.H.Novruzov ərizə ilə müraciət edərək, ona dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmiş və təhqiqatçının qərarı ilə onun hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X9 müdafiəçi qismində təyin edilmişdir. İşə əlavə edilmiş sənədlərdən həmçinin görünür ki, şübhəli şəxs Vahid Novruzova vəkil X9 müdafiəçi qismində təqdim edilmiş, onun hüquq və vəzifələri müdafiəçinin iştirakı ilə izah edilmiş və müdafiəçinin iştirakı ilə o, təhqiqatçı tərəfindən 24 fevral saat 20:50-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” protokolda da qeyd edilmişdir ki, V.H.Novruzov vəkil X7 iştirakı ilə tutulmuşdur. Bundan sonra təhqiqatçı V.H.Novruzovun üzərində axtarış və götürmə aparılması barədə qərarı qəbul etmiş, həmin qərarla müdafiəçini tanış etmiş və şübhəli şəxs V.H.Novruzova onun üzərində axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsi barəd ə kompüter vasitəsi ilə çap edilmiş ərizə imza etdirərək, həmin tarixdə saat 21:15-də, yəni şübhəli şəxsə onun xahişi ilə müdafiəçinin təqdim edilməsindən 25 dəqiqədən sonra şübhəli şəxs üzərində şəxsi axtarışı müdafiəçinin iştirakı olmadan keçirmişdir. Axtarış aparıldıqdan sonra təhqiqatçı müdafiəçinin iştirakı ilə N.H.Novruzovdan izahatı almışdır. Məhz bu şəxsi axtarış zamanı şübhəli şəxsin üzərində onun ittihamının əsasını təşkil edən narkotik vasitə heroin aşkar edilmiş və götürülmüşdür. Məhkəmə kollegiyası nəzərə alır ki, Vahid Novruzov müdafiəçidən imtina etməmiş, axtarış vaxtı X9 onun müdafiəçisi olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin hallarını və cinayət-prosessual qanunun normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, şübhəli şəxsin iştirakı ilə gün ərzində ardıcıl olaraq axtarışdan əvvəl və axtarışdan sonra keçirilmiş prosessual hərəkətlərdə müdafiəçinin iştirak etməsi, lakin iştirakı zəruri olduğu halda şübhəli şəxsin axtarışının müdafiəçinin iştirakı olmadan aparılması həm qanun tələblərinin kobud pozulması, həm də anlaşılmayan və şübhə doğuran haldır. Göründüyü kimi Vahid Novruzovun üzərində axtarış aparıldığı zaman müdafiəçinin iştirakı məcburi olmuş, lakin təhqiqatçı tərəfindən qanunun normalarının tələblərinə zidd olaraq şübhəli şəxsin üzərində şəxsi axtarışı müdafiəçinin iştirakı olmadan, yəni müdafiə hüququnun pozulması ilə keçirmişdir. Azərbaycan Respublikası 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçıla rının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İşdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi X4 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası işin hallarını və qanunun yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, X4 qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəs i ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən baxış keçirilməsi barədə protokol şübhə doğurur və mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası polis əməkdaşlarının şahid ifadələrinin mötəbər olmamasına dair düzgün nəticəyə gəlmişdir. İstintaq orqanı tərəfindən təqdim edilmiş digər sübut – məhkəmə kimyəvi ekspertizasının rəyi ekspert tədqiqatına təqdim edilmiş narkotik vasitənin növü və miqdarını müəyyən edir və məhkum tərəfindən həmin narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanması digər sübutlarla təsdiq olunduğu halda onun təqsirinin müəyyən edilməsində mötəbər sübut kimi çıxış edə bilər. Beləliklə, hazırkı işdə ibtidai araşdırma orqanı tərəfində əldə edilmiş və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar Vahid Novruzova istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Müəyyən olunmuş bu ziddiyyət ittihamın sübuta yetirilməsində kifayət qədər əsaslı şübhələr yaratmaqla həmin şübhələrin aradan qaldırılması üçün hər hansı bir digər sübut məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs ö zünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymə tləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onla r şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X3 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X6 barəsindəki hökmünün ləğv olunması və yaxud dəyişdirilm əsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü çıxarılmış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2023cü il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X6 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar