Məhkəmə qərarları › İş №1(102)-1075/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1075/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1075/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X9 iştirakı ilə, X3 və X7 Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 oktyabr tarixli, 1(103)-417/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ülviyyə Şükürova) 2023-cü il 27 sentyabr tarixli, 1(009)-19/2023 nömrəli hökmü ilə 01 iyul 2004-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən qaçqınlar üçün nəzərdə tutulmuş yataqxanada yaşayan X3 və 09 oktyabr 2001-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, nömrəsiz fərdi evdə yaşayan X7 CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X23 Vaqif oğlunun sədrliyi ilə, X15 və X1 ibarət tərkibdə) 2024-cü il 29 oktyabr tarixli, 1(103)-417/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə X5 və X12 qabaqcadan əlbir olan bir qrup şəxs halında, insanların həyat və sağlamlığı üçün təhlü kəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmişlər. Belə ki, X5 və X10 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaq məqsədilə 19 aprel 2022-ci il tarixdə, saat 20 radələrində ünvan 3 ünvanında yerləşən Malakan bağının yaxınlığında olarkən həmin ərazidən keçən əvvəlcədən tanımadıqları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yanına çağırtdıraraq sonuncunun əlində bıçaq gəzdirməsini bəhanə edib, həmin vaxt artıq Zərərçəkmiş şəxs2 əlində olan qeyd edilən bıçağı tələb edib aldıqdan sonra sonuncu bıçağı geri qaytarılmasını xahiş etdikdə o, əldə etdiyi bıçağı özündə saxlamaq üçün sonuncunun üz nahiyyəsinə yumruqla zərbə vuraraq, həyat və sağlamlığı üçün təhlükəli olmayan üst dodağın sol yarısının bayır səthinin qançırından ibarət sağlamlığa zərər vurmayan xəsarət old uğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 da özünə məxsus bıçağı tələb etdikdə onunla həmrəylik nümayiş etdirən İqbal Mürsəlzadə də zor tətbiq edərək sonucunun üz nahiyəsinə sillə ilə o, bu dəfə həmin vaxt yumruq və təpiklə Zərərçəkmiş şəxs1 zərbələr vurub zərərçəkmiş şəxslərin müqavimətini sındırmaqla, sonuncuya məxsus 01 ədəd 10 manat dəyərində cib bıçağını bir qrup şəxs halında açıq taladıqdan sonra, hərəkətlərinin davamı olaraq, hər iki zərərçəkmiş şəxsi ünvan 4 ünvanında yerləşən metronun “İçərişəhər” stansiyasının yaxınlığında olan Filarmoniya parkına gətirib orada İqbal Mürsəlzadə zor tətbiq edilməklə fənd işlədərək Zərərçəkmiş şəxs2 yerə yıxıb müqavimətini sındırdıqdan sonra, o, sonuncuya məxsus üzərindən yerə düşən 640 manat dəyərində 01 ədəd “Poco M4 Pro” markalı mobil telefonu da götürüb açıq talayaraq, bu hərəkətləri ilə İqbal Mürsəlzadə ilə qabaqcan əlbir olan bir qrup şəxs halında həyat və sağlamlıqları üçün təhlükəli olmayan zor tətbiq etməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 10 manat məbləğində, Zərərçəkmiş şəxs2 isə 640 manat məbləğində əmlaklarının açıq talayaraq soyğunçuluq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı qismən istintaqla aparılsa belə, hər hansı bir yeni məlumat əldə edilməmiş, faktiki ibtidai, eləcə də birinci instansiyası məhkəməsində aparılmış icraat zamanı toplanmış məlumatlar bir daha təsdiq olunmuşdur. Bununla da, apellyasiya instansiyası m əhkəməsi tərəfindən qəbul edilmiş qərar birinci instansiyası məhkəməsi tərəfindən çıxarılmış bəraət hökmü ilə eynilik təşkil edir. Belə ki, həmin hökmdə göstərilmişdir ki, 19 aprel 2022-ci il tarixdə “Malakan” bağında Mirəbülfəz Məmmədov və İqbal Mürsəlzadə ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında mübahisə olmuş, mübahisə zamanı hər iki tərəf bir-birini vurmuşdur, qarşılıqlı münaqişə yaranmışdır. Bu zaman Mirəbülfəz Məmmədov və iqbal Mürsəlzadə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər hansı əmlak tələb etməmişlər. Əksinə münaqişənin baş verməsinə səbəb zərərçəkmiş şəxslərin əlində olan bıçaq olmuşdur, Zərərçəkmiş şəxs1 əlində olan bıçağı nümayiş etdirilməsi mübahisəyə zəmin yaratmışdır. Buna görə X16 Bağırova bıçağa görə irad bildirmişdir. Bunun üstündə q arşılıqlı dava-dalaş baş vermişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində mobil telefonunun Mirəbülfəz Məmmədov tərəfindən soyğunçuluq yolu ilə talaması xüsusatını təsdiq etməmişdir. Bununla da, Mirəbülfəz Məmmədovun əməlində talama niyyəti olmamış, mobil telefonu Zərərçəkmiş şəxs2 baxmaq üçün istəmiş, sonra isə mobil telefon naməlum şəraitdə itmişdir. Mirəbülfəz Məmmədovun mobil telefonu taladığını məhkəmə iclasında heç kim təsdiq etməmişdir. Zərərçəkmiş şəxs1 isə əlində bıçağı gəzdirdiyinə görə irad bildirilmişdir. Bıçağı talamaq niyyətləri olmamışdır. Belə olduğu halda Mirəbülfəz Məmmədov və İqbal Mürsəlzadənin əməlində soyğunçuluq cinayətinin tərkib elementinin obyektiv cəhəti mövcud olmamışdır. Soyğunçuluq cinayətinin tərkibinin yaranması üçün birbaşa qəsdin əqli və i radi ünsürlər (şəxs öz əməlinin ictimai təhlükəliliyini dərk etməli, onun ictimai təhlükəliliyini qabaqcadan görməli və bunları arzu etməlidir) mövcud olmalıdır ki, təqsirləndirilən şəxslərin hərəkətlərində əqli və iradi ünsürlər mövcud olmamış, birbaşa qəsd yaranmamışdır. Belə olan halda isə Mirəbülfəz Məmmədov və İqbal Mürsəlzadənin əməlində soyğunçuluq cinayətinin tərkib elementi subyektiv cəhət mövcud olmamışdır. Məhkəmələr hesab etmişlər ki, istintaq orqanı tərəfindən X5 və X7 CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham yalnız təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslandığından, eləcə də təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclas ında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. Bununla da, məhkəmələr təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri əsaslı hesab etməmiş və sübut kimi qəbul etməmişdir. Məhkəmələrin mövqeyinə görə soyğunçuluq cinayəti baş verməmişdir və təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslərə məxsus əmlakı talamamış, öz ifadələrinə əsasən bıçağı və telefonu yalnız “baxmaq” üçün götürüb, sonra qaytarmışlar. Hansı ki, zor tətbiq etməklə telefonu baxmaq üçün şəxsin əlindən alınması bir ifadə olaraq özü özlüyündə absurd bir ifadə kimi səslənir. Bundan başqa, təqsirləndirilən şəxs X5 ibtidai istintaqda CM-nin 180.2.1 və 180.2.4cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək if adəsində göstərmişdir ki, 19 aprel 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Səbail rayonunda yerləşən «Malakan» bağında «Qara» ləqəbli İqbal Mürsəlzadə və Şahid1, Şahid2, Şahid5, Şahid3 və Şahid4 ilə birlikdə «Malakan bağfnda dayandığı zaman, Vilayət Xanlarov və Zərərçəkmiş şəxs1 oradan keçdiklərini, həmin vaxtı Eldarın açıq şəkildə əlində bıçaq saxladığını görmüşdür. Bunu görən Atamoğlan və Amin Vilayyət ilə Eldara yaxınlaşıb Eldarın əlində bıçaq saxladığına irad bildirmişlər. Sonradan, o, Eldarı yanına çağırdığı üçün Vilayyət, Eldar, Atamoğlan və Amin ona tərəf gəlmişlər. Həmin vaxtı Eldar özündə olan bıçağı Vilayətə vermiş, o isə baxmaq üçün bıçağı Vilayyətdən istəyib götürmüşdür. Bundan sonra birlikdə «Sahil» bağına tərəf yollanmışlar. “Malakan” bağından çıxan vaxtda o, bıça ğı Vilayyətə qaytarmışdır. «Sahil» bağında olan köşkün arxasında Eldar ilə bıçağı açıq şəkildə gəzdirməsinə görə aralarında sözlü mübahisə yaranmışdır. Eldar bıçağı pis niyyətlə açmadığını ona bildirmişdir. Həmin vaxtı Vilayyət həmin mübahisəyə müdaxilə etdiyi üçün o, əsəbiləşib yumruqla bir dəfə Vilayyətin üz nahiyəsinə vurmuşdur. Bundan sonra X19 üzünə şillə vurmuş, sonra o, Eldarın üz nahiyəsinə yumruqla bir dəfə və belinə təpiklə bir dəfə vurmuşdur. Həmçinin həmin vaxtı Atamoğlan Eldarı yerə yıxıb təpiklə Eldarı vurmuşdur. Bundan sonra metronun «içəri şəhər» stansiyasının yaxınlığında olan parka tərəf getməyə başlamışlar. Yol gedərkən o, Vilayətdən oyun oynamaq üçün mobil telefonunu istəmişdir. Vilayət də özünə məxsus «Poco M4 Pro» markalı mobil telefonu ona vermişdir. Bundan sonra Ami n Vilayyəti qaldırıb yerə yıxmışdır. Bundan sonra o, Vilayyətə məxsus mobil telefonu metronun «İçəri şəhər» stansiyasının yaxınlığında özünə qaytarmış, Vilayət isə onun yanında həmin telefonu Nihada vermişdir. Nihad həmin telefonu Vilayyətdən alıb İqbala vermişdir. Bundan sonra o, İqbal ilə birlikdə oradan çıxıb metronun «20 Yanvar» stansiyasına getmişdir. Orada o, İqbaldan ayrılmış və yaşadığı evə getmişdir. Həmin gün təxminən 2 saatdan sonra görüşmək barədə İqbal ilə razılaşmışdır. Həmin gün, təxminən iki saatdan sonra o, həmin ərazidə İqbal ilə görüşmüşdür. Həmin vaxtı o, Vilayətə məxsus mobil telefonun İqbalın üzərində olmadığını görmüşdür. Lakin İqbal mağazadan siqaret alarkən o, İqbalın cibində 130 (yüz otuz) manat pul olmasını görmüşdür. Lakin İqbal həmin mobil telefonu satıb və s atmaması barədə ona heç bir söz deməmişdir (Cild 2, i.v. 143-145, 251-253). İbtidai istintaqda dindirilmiş Şahid1 (Cild 1, i.v. 116-119), Şahid5 (Cild 1, i.v. 126-128), X18 (Cild 1, i.v. 130-132), Şahid4 (Cild 1, i.v. 138-141), Şahid3 Dilaver oğlu (Cild 1, i.v. 162-165), iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri ilə eyni məzmunlu ifadələr vermişlər. Bütün bunlarla yanaşı, qeyd edilməlidir ki, zərərçəkmiş şəxslər polis şöbəsinə ərizə ilə müraciət edərək onlara xəsarət yetirilməklə İqbal Mürsəlzadə və Mirəbülfəz Məmmədov tərəfindən telefon və bıçağın talandığını göstərmiş və ibtidai istintaq zamanı verdikləri ifadələrdə bunu təsdiq etmişlər. Lakin məhkəmə hadisənin baş verməsini və axarını tam əhatə etməsinə baxmayaraq şahid və zərərçəkmiş şəxsin ibtidai is tintaq zamanı verdikləri ifadələri deyil, məhkəmələr istintaqı zamanı verdikləri ifadələri əsas götürmüşlər. Halbuki, tərəflər arasında barışıq olmuş və aıçq-aşkar görünürdü ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslərin məsuliyyətini yüngülləşdirilməsinə çalışmışlar. Hətta ibtidai istintaq zamanı ifadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədilə Zərərçəkmiş şəxs2 ilə şahidlər Şahid4, X13, Şahid3, X5 və X10 arasında üzləşdirmələr keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsini Şahid4, X8, Şahid3, X2 və X6 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (Cild 1, i.v. 145-150, 166-171, 172-177, 188-190). İfadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədilə istintaq zamanı Şahid4 ilə X5 aralarında üzləşdirmə keçirilmiş, üzl əşdirmə zamanı Şahid4 istintaqa verdiyi ifadəsini X4 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (Cild 1, i.v. 178-182). İfadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədilə istintaq zamanı X5 ilə Şahid3 aralarında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı X5 istintaqa verdiyi ifadəsini Şahid3 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (Cild 1, i.v. 183-187) İfadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədilə istintaq zamanı şahid X10 ilə X5 aralarında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı İqbal Mürsəlzadə istintaqa verdiyi ifadələri Mirəbülfəz Məmmədovun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (Cild 1, i.v. 194-197). İfadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədilə istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə X5, X10 və Şah id1 aralarında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadələri X2, X6 və Şahid1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (Cild 1, i.v. 230-235, 236-241, 242- 246). Təhqiqat zamanı Şahid3 təhqiqata təqdim etdiyi 01 ədəd«CD-R» formatlı diskə baxış keçirdikdə həmin diskdə cəmi 2 ədəd olmaqla «WhatsApp Video 2022-04-21 at 15.44.59» və «WhatsApp Video 2022-04-21 at 15.45.56» «M4P» formatlı faylın olması müəyyən olunmuşdur. Beləliklə müəyyən olunur ki, tərəflər arasında mübahisə “Malakan” bağında başlayır və «Sahil» stansiyasında davam etməklə, “İçəri Şəhər” metrostansiyasının qarşısında “Filarmoniya parkf’nda bitmişdir. Göründüyü kimi, göstərilən üç nöqtə şəhərin mərkəzində yerləşməklə, əhalinin sıx olan məkanlardır. Bütün yol boyu təqsirləndirilən şəx slər zərərçəkmiş şəxslərə hücum çəkməklə zor tətbiq etmişlər. Belə ki, yuxarıda qeyd olunduğu kimi, təqsirləndirilən şəxslər “Malakan” bağında, «Sahil» və “İçəri Şəhər” metrostansiyasının qarşısında bir qrup şəxs halında qərəzli surətdə dəfələrlə ictimai qaydanı kobud surətdə pozmuş, zərərçəkmiş şəxslərə qarşı zor tətbiq etmiş, onları yumruq və təpik zərbələri ilə vurub yerə yıxmışlar. Bu da bütün istintaq (həm ibtidai, həm də məhkəmə) materialları ilə, o cümlədən məhkəmə-tibbi ekspertiza rəyləri, videogörüntülər, zərərçəkmiş şəxslər, şahid, hətta təqsirləndirilən şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən X5 və X7 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 oktyabr tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Nazim İmanov kassasiya şikayətinin təmin olunmasını və X5 və X7 CM-in 180.2.1 və 180.2.4-cü maddələri bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 oktyabr tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərin dən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin d eyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində M.Məmmədov və İ.Mürsəlzadəyə qanunsuz və əsassız bəraət verilməsini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kas sasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etmək lə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tə tbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxararkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Lakin məhkəmə araşdırması zama nı müəyyən edilmişdir ki, 19 aprel 2022-ci il tarixdə Malakan bağında Mirəbülfəz Məmmədov və İqbal Mürsəlzadə ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında mübahisə olmuş, mübahisə zamanı hər iki tərəf birbirini vurmuşdur, qarşılıqlı münaqişə yaranmışdır. Bu zaman Mirəbülfəz Məmmədov və İqbal Mürsəlzadə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hər hansı əmlak (telefon və ya pul) tələb etməmişlər. Əksinə münaqişənin baş verməsinə səbəb zərərçəkmiş şəxslərin əlində olan bıçaq olmuşdur, Zərərçəkmiş şəxs1 əlində olan bıçağı nümayiş etdirilməsi mübahisəyə zəmin yaratmışdır. Buna görə X16 Bağırova bıçağa görə irad bildirmişdir. Bunun üstündə qarşılıqlı dava-dalaş baş vermişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində mobil telefonunun Mirəbülfəz Məmmədov tə rəfindən soyğunçuluq yolu ilə talaması xüsusatını təsdiq etməmişdir. Məhkəmə qeyd edir ki, Mirəbülfəz Məmmədovun əməlində talama niyyəti olmamış, mobil telefonu Zərərçəkmiş şəxs2 baxmaq üçün istəmiş, sonra isə mobil telefon naməlum şəraitdə itmişdir. Mirəbülfəz Məmmədovun mobil telefonu taladığını məhkəmə iclasında heç kim təsdiq etməmişdir. Zərərçəkmiş şəxs1 isə əlində bıçağı gəzdirdiyinə görə irad bildirilmişdir. Bıçağı talamaq niyyətləri olmamışdır. Belə olduğu halda Mirəbülfəz Məmmədov və İqbal Mürsəlzadənin əməlində soyğunçuluq cinayətinin tərkib elementi obyektiv cəhət mövcud olmamışdır. Soyğunçuluq cinayətinin tərkibinin yaranması üçün birbaşa qəsdin əqli və iradi ünsürlər (şəxs öz əməlinin ictimai təhlükəliliyini dərk etməli, onun ictimai təhlükəliliyini qabaqcadan görməli və bunla rı arzu etməlidir) mövcud olmalıdır ki, təqsirləndirilən şəxslərin hərəkətlərində əqli və iradi ünsürlər mövcud olmamış, birbaşa qəsd yaranmamışdır. Belə olan halda isə Mirəbülfəz Məmmədov və İqbal Mürsəlzadənin əməlində soyğunçuluq cinayətinin tərkib elementi subyektiv cəhət mövcud olmamışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən X5 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə irəli sürülmüş yalnız təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslandığından, eləcə də təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. G öründüyü kimi, məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri əsaslı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, həm təqsirləndirilən şəxslərin, həm zərərçəkmiş şəxslərin, həmçinin də şahidlərin ifadələri ilə 19 aprel 2022-ci il tarixdə baş vermiş hadisənin soyğunçuluq olmaması sübuta yetirilmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslərə qarşı ittiham irəli sürərkən yalnız təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmışdır...” Apellyasiya protesti əsasında işə baxan apellyasiya instasiyası məhkəməsi də birinci instansiya məhkəməsinin dəlillərini və əsaslandırmasını təkrarlamaqla, hökmü qüvvəsində saxlamışdır. Kassasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri əsasında işə mahiyyəti üzrə baxaraq aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, aşağı instansiya məhkəmələrinin hökm və qərarda ifadə edilmiş mövqelərindən məlum olur ki, həmin məhkəmələr iş üzrə bəraət almış şəxslərin, zərərçəkmiş şəxsləri və şahidlərin yalnız birinci instansiya məhkəməsinin iclasında vermiş olduqları ifadələri əsas götürmüş, həmin şəxslərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri, ümumiyyətlə, nəzərə almamış, eyni zamanda, ittiham tərəfinin bu sübutlarını araşdırmamış, təhlil etməmiş, qiymətləndirməmiş, bu sübutların qəbul edilməməsinin səbəblərini qəbul etdikləri hökm və qərarda əsaslandırmamışlar. Məhkəmə kollegiyası cinayət işi üzrə sübutların qiymətləndirilməsi məsələsinə münas ibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, CPM-in 143, 144 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlar öncə toplanır, sonra yoxlanılır və yekunda qiymətləndirilər. Bu mərhələlərin hər biri müstəqil olmaqla, yekunda bir-birini tamamlayır. Adətən sübutlar ittiham tərəfindən toplanır və irəli sürülmüş konkret ittihamla məhkəməyə təqdim edilir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin də məhkəməyə sübutlar təqdim etmək imkanı yaranır. Məhkəmə öz təşəbbüsü ilə də sübutlar toplamaq hüququna malikdir. CPM-in 144-cü maddəsində sübutların yoxlanılması müfəssəl şəkildə təsvir edilmişdir. Bu mövcud sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını ehtiva edir. Bu zaman sübutlar təhlil olunmalı, bir-biri ilə müqayisə edilməli, sübutların mənbəy inin mötəbərliyi müəyyənləşdirilməlidir. Bu yoxlamanın üsul və qaydası hər bir konkret işdən asılı olaraq dəyişə bilər və bu yoxlama zamanı konkret standartlar müəyyənləşdirmək mümkün deyil. Sübutların yoxlanması və qiymətləndirilməsi ilə bağlı hazırkı iş üzrə mübahisəli məqam, ibtidai istintaq zamanı və ya məhkəmə istintaqı zamanı toplanmış sübutlara üstünlük verilməsinin mümkünlüyü, bu məsələnin hökmün əsaslılığı baxımından qiymətləndirilməsi ilə əlaqədardır. CPM-in 349.5-ci maddəsində məhkəmənin hökmünün əsaslı olmasının meyarları göstərilmişdir. Bunlar aşağıdakılardır: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar o nun tədqiq etdiyi sübutlara uyğun olduqda. Göründüyü kimi, məhkəmə hökmünün əsaslılığının birinci şərti məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla əsaslandırılmasıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz möv qeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Mövcud məhkəmə təcrübəsində tez-tez rast gəlinən hallardan biri də ondan ibarətdir ki, hazırkı işdə olduğu kimi, iş üzrə bəraət almış şəxs (təqsirləndirilən şəxs), zərərçəkmiş və ya şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən məhkəmə istintaqı zamanı imtina edir və istintaq zamanı həmin məzmunda ifadə vermədiyini bildirir və ya bu iki ifadə arasında, hər hansı bir hissədə ziddiyyət yaranır. Bu zaman məhkəmə hansı ifadəni əsas götür məli və mötəbər sübut kimi qiymətləndirərək ittihamın əsası kimi qəbul etməlidir? CPM-in bu məsələni tənzimləyən normalarının təhlili bu qənaətə gəlməyə əsas verir ki, cinayət işi üzrə mövcud olan bütün sübutlar açıq məhkəmə iclasında tədqiq edilməli, yoxlanılmalı, bir-biri ilə müqayisə edilməlidir. Açıq məhkəmə iclasında araşdırılaraq tədqiq edilməmiş sübutlara məhkəmə çıxardığı hökmdə istinad etməməlidir. Bəraət almış şəxs (təqsirləndirilən şəxs), zərərçəkmiş və ya şahidin açıq məhkəmə iclasında şifahi şəkildə dindirilməsinin əhəmiyyəti ondan ibarətdir ki, hakim və məhkəmə tərkibi əyani şəraitdə həmin şəxsləri dindirir, özündə şübhə yaradan məsələləri həmin şəxslərə suallar verməklə və ya ittiham və müdafiə tərəflərinə həmin şəxslərə suallar verilməsinə şərait yaratmaqla araşdırır, həmin şəxslərin səmimliyini, ifadənin məntiqi ardıcıllığını, hər bir süala cavab verərkən şahidin reaksiyalarını, mimikalarını təhlil edir, çəkişməli məhkəmə prosesində cinayət prosesinin hər iki tərəfini narahat edən məsələlərlə bağlı apardıqları araşdırmanın nəticələrini seyr edir və nəticələr çıxarır, ibtidai istintaq zamanı fərqli ifadə verməsinin səbəblərini araşdırır, verilmiş ifadələrin bir-birinə, real hadisə mexanizminə, sağlam məntiqə uyğunluqunu yoxlayır, təhlil edir. Bütün hallarda fərqli ifadələrin qiymətləndirilməsi, yəni bəraət almış şəxs (təqsirləndirilən şəxs), zərərçəkmiş və ya şahidin ibtidai istintaq zamanı və ya məhkəmə istintaqı zamanı vermiş olduğu ifadənin əsas götürülməsi ilə bağlı məsələ mürəkkəb və detallı qiymətləndirmə tələb edən bir prosesdir. Bu zaman həmin şəxslə rin həm ibtidai, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələr təhlil edilməli, bir-biri ilə müqayisə edilməli, ibtidai istintaq zamanı həmin şəxslərdən ifadə alınarkən CPM-in bütün tələblərinə əməl edilib-edilməməsi, sübutun mötəbərliyinin artırılması üçün müstəntiq tərəfindən səy göstərilib-göstərilməməsi, Qanunun müstəntiqə vermiş olduğu səlahiyyət və hüquqlarından tam istifadə edilib-edilməməsi kimi məsələlər kompleks şəkildə təhlil edilməli və yekun nəticəyə gəlinməlidir. Qeyd edilən meyarları hazırkı işin faktiki halları ilə əlaqəli şəkildə təhlil etdikdə belə nəticə hasil olur ki, cinayət prosesi tərəflərinin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin iclaslarında verdikləri ifadələr arasında kəskin fərqlər mövcuddur. Belə ki, cinayət işinin materiallarından gör ünür ki, cinayət işi üzrə hər iki zərərçəkmiş şəxs polisə şikayət ərizəsi ilə müraciət etmiş, Zərərçəkmiş şəxs2 telefonunun, Zərərçəkmiş şəxs1 isə bıçağının döyülərək əlindən alındığını bildirmişlər. (bax: cild 1, i.v. 6-7). Cinayət işinin materiallarından görünür ki, müstəntiq tərəfindən çoxsaylı istintaq hərəkətləri aparılmış, dindirmələr, üzləşdirmələr həyata keçirilmiş, nəticədə M.Məmmədov və İ.Mürsəlzadə təqsirləndirilən şəxs qismində tanınmışlar və onlara CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş İqbal Mürsəlzadə ifadəsində göstərmişdir ki, hadisədən sonra telefon Mirəbülfəz Məmmədovda qalmışdır. (bax: cild 2, i.v. 154-156). İş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən imzalanmış və notarius tərəfin dən təsdiq edilmiş ərizədən görünür ki, M.Məmmədov tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Həmin şəxs barəsində heç bir şikayəti yoxdur. (bax: cild 1, i.v. 200). Apellyasiya instansiyası məhkəməsi istintaq və məhkəmədə olan ifadələrin fərqli məzmunlu olmasının səbəbi kimi həmin şəxslərin istintaq zamanı ifadələrini oxumadan imzalamaları ilə əsaslandırmışdır. Həmin məhkəmə, bu tip ifadələrə inanmasının səbəbi kimi bir neçə şəxsin eyni iddia ilə çıxış etməsini göstərmişdir. Lakin məhkəmələr araşdırmamışlar ki, zərərçəkmiş şəxlərə məxsus mobil telefon və bıçaq kim tərəfindən götürülmüşdür, hardadır? Əgər telefon və bıçaq cinayət yolu ilə onların əlindən alınmamışdırsa, zərərçəkmiş şəxslər hansı səbəbdən bu barədə polisə şikayət ərizəsi ilə müraciət etmişlər? Ziyan hansı sə bəbdən ödənilmiş, bununla bağlı zərərçəkmiş şəxsdən ərizə alınmışdır? İfadənin oxunmadan imzalanması ilə bağlı maraqlı məqam ondan ibarətdir ki, əgər ibtidai istintaq zamanı dindirilmiş şəxslərin heç biri detallı şəkildə hadisə barədə müstəntiqə ifadə verməmişlərsə, müstəntiq bu hadisə barədə hansı mənbədən bu məlumatları əldə etmişdir? Müstəntiq bu hadisəni özündən bu qədər detalları ilə necə uydurmuşdur? Bu suallar cavabsız qalmışdır. Cinayət işinin materiallarından da görünür ki, ibtidai istintaq zamanı cinayət prosesinin hər bir tərəfi dəfələrlə dindirilmiş, çoxsaylı üzləşdirmələr həyata keçirilmişdir. Bu çoxsaylı ifadələrin, üzləşdirmələrin hamısının məzmunundan dindirilən şəxslərin məlumatının olmaması inandırıcı olmamaqla, məhkəmlərin əsaslandırmalarının qanuni və əsaslı olmaması ilə bağlı nəticəyə gəlməyə əsas verir. Məhkəmələrin özlərinin istinad etdiyi sübutların təhlili də məhkəmələrin əsaslandırmasının natamam olmasını, çoxsaylı suallara cavabın verilməsinin mümkün olması ilə nəticələnir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs M.Məmmədov göstərir: “...O baxmaq üçün Vilayətdən bıçaq və telefon istəməmiş, bıçaq zərərçəkmişlərin özlərində olmuşdur...Mübahisə zamanı bıçaq yerə düşmüşdür. O, bıçağı götürməmişdir. Vilayyətdən telefon istəməmişdir, ondan telefon almamışdır...”. Digər təqsirləndirilən şəxs İ.Mürsəlzadə də eyni məzmunlu ifadə vermişdir. Zərərçəkmiş şəxs2 göstərmişdir: “...Eldar bıçağı ondan baxmaq üçün götürmüşdür...Daha sonra Mirəbülfəz baxmaq üçün ondan bıçağı istəmişdir. O da həmin bıçağı Mirəbülfəzə ver mişdir. Lakin Mirəbülfəz “İşərişəhər” metrosu yaxınlığında bıçağı ona qaytarmışdır...” (Qeyd: Əgər qaytamışdırsa hansı səbəbdən polisə şikayət ərizəsi ilə müraciət edirdi? Əgər qaytarmışdırsa bıçaq haradadır? Bu məsələ məhkəmələr tərəfindən araşdırılmamışdır). Zərərçəkmiş şəxs1 göstərmişdir: “...Mübahisə zamanı bıçaq yerə düşmüş, bıçağı kimsə götürmüşdür, sonra bıçaq itmişdir...Dava düşmüş, dava-dalaş zamanı Vilayyətin telefonu yerə düşmüşdür. Bu zaman kimsə telefonu təpiklə vurmuş, tapdalamışdır və telefonun ekranı sınmışdır. Sonra Vilayyət telefonunu yerdən götürmüşdür...” Şahid5 göstərmişdir: “...Sonradan bıçağı Mirəbülfəzin əlində görmüşdür...Mirəbülfəz Vilayyətin telefonunu əlindən alıb nəzə oynayırdı...Mirəbülfəz sadəcə dedi ki, “telefonun kodunu aç, oyun oynayım. Vilayyət telefonu o na vermişdir. Vilayyətin telefonunun sonra kimin əlində olduğunu xatırlamır...”. Birinci instansiya məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi yuxarıda qeyd edilən ifadələrin telefon və bıçaqla bağlı hissələrindən çıxarışlardan görünür ki, heç bir ifadədəki mövqe digərinə uyğun gəlmir, bir-birini tamamlamır, hadisənin real mexanizminin formalaşmasına yardım etmir, ziddiyyətlərlə doludur. Lakin bu ziddiyyətli, bir-birinə uyğun olmayan sübutların mövcud olmasına baxmayaraq, birinci və apellyasiya instansiyası məhkəməsi bu məqamların araşdırılmasına heç bir səy göstərməmiş, bu uyğunsuzluqlar məhkəmələrin qiymətləndirməsindən kənarda qalmışdır. Apellyasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir: “...Məhkəmə kollegiyası qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin b aş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxslərin ziyanına, onun vəziyyətinin digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz və hər bir halda ziddiyyətli və şübhəli məqamlar məhz təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Belə ki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərindən çıxış etdikdə məhkəmə ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına şərh etmək kimi və ya sonuncun cinayət törətməsini təsdiq edən sübutları toplamaq kimi səlahiyyətləri yoxdur, əksinə cinayət təqibinin istənilən mərhələsində şübhələri və ziddiyyətli məqamlar hər bir halda təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir...” Bu qənaətə gələrkən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Azərbaycan Respublikası Ko nstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Apellyasiya instansiyası məhkəməsi isə qəbul etdiyi qərarda ibtidai istintaqın ilkin mərhələsində alınmış izahatların qanunu pozmaqla alındığını qeyd etmiş, lakin bu zaman nəzərə almamışdır ki, həmin izahatlar, ümumiyyətlə, ittiham tərəfinin sübutu kimi məhkəməyə təqdim edilməmişdir. Lakin istər birinci instansiya məhkəməsi, istərsə də, apellyasiya instansiyası məhkəməsi ittiham tərəfinin sübutlarını sadalasa da, lakin detallı və müqayisəli şəkildə həmin sübutları təkzib edən inandırıcı dəlillərini qəbul etdikləri qərarlarında əks etdirməmiş, ibtidai istintaq zamanı verilmiş ifadələrin məhkəmə istintaqı zamanı dəyişdirilməsinin, müdafiə yönümlü ifadələr verilməsinin səbəbl ərini müəyyənləşdirməmiş, CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl etməmişlər. Bu baxımdan məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.1, 416.1.2-ci və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini qeyd edir və hesab edir ki, bu pozuntular apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya qaydasında apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini şərtləndirir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün hesab etmir. Belə ki, CPM-in 419.12-c i maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2023-cü il 27 sentyabr tarixli, 1(009)19/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə bəraət almış X5 və X10 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 oktyabr tarixli, 1(103)-417/2024 nömrəli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar