Məhkəmə qərarları › İş №1(102)-1076/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1076/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1076/2022 23.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X4 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2021-ci il tarixli, 1(103)-463/2021 nömrəli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxx 1982 -ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamışdır 2. 15 sentyabr 2020-ci il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 204.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 01 oktyabr 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 2019-cu ilin mart ayında satış məqsədi ilə istintaqa məlum olmayan m ənbədən əldə etdiyi Azərbaycan Respublikası Mərkəzi Bankının 2005-ci il buraxılışlı, B seriyalı 03332953 nömrəli Azərbaycan manatı əsginasına oxşar hər hansı texniki qurğudan (skaner və s.) istifadə etməklə printer vasitəsi ilə çap olunaraq hazırlanmış, eyni növ pul əsginası üçün qəbul olunmuş standarta uyğun olmayan və həqiqi pul vahidlərindən açıq-aşkar hiss olunan formada fərqlənməyən 13 (on üç) ədəd 50 manatlıq saxta pul əsginaslarını satma barədə tanışları Məhkum2 və qeyrisi ilə əvvəlcədən razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan razılaşmaya əsasən 01 sentyabr 2019-cu il tarixdə saat 15 radələrində yaşadığı Sumqayıt şəhəri, stansiya Sumqayıt ərazisində qeyrisinin vasitəsi ilə həqiqi pul vahidinə çevirdikdən sonra əvəzində ona 50 manat məb ləğində həqiqi pul ödənilməsi şərti ilə Məhkum2 verməklə satmış, Məhkum2 qeyd olunan 13 ədəd 50 manatlıq saxta pul əsginaslarını ondan aldıqdan sonra 7 ədədini həmin tarixdə yaşadığı Sumqayıt şəhəri, stansiya Sumqayıt qəsəbəsi, 9 saylı evdə həqiqi pul vahidinə çevirdikdən sonra əvəzində 50 manat məbləğində özünə, 50 manat məbləğində isə ona çatdırmaq üçün ümumilikdə 100 manat məbləğində həqiqi pul ödənilməsi şərti ilə qeyrisinə verməklə satmış, Məhkum2 özündə olan 6 ədəd 50 manatlıq saxta pul əsginaslarını tutulacağından qorxduğu üçün 02 sentyabr 2019-cu il tarixdə yaşadığı evin yaxınlığında zibil qutusuna atmış, qeyrisi isə Məhkum2 vasitəsi ilə ondan satış məqsədi ilə əldə etdiyi 7 ədəd saxta pul əsginaslarında bir ədədini 06 sentyabr 2019-cu il tarixdə saat 10:30 radələrində Bakı-Quba avtomobil yolunun Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən 87-ci km-də yerləşən “Xıdırzində” adlanan ziyarətgahda təmizlik işləri ilə məşğul olan Zərərçəkmiş şəxs2 xırdalatmaq məqsədi ilə ödəniş vasitəsi kimi təqdim edib aldadaraq əvəzində bir ədəd 20 manatlıq, dörd ədəd 5 manatlıq və on ədəd 1 manatlıq həqiqi əsginaslardan ibarət olmaqla ümumilikdə 50 manat məbləğində nağd pul əldə edib həmin puldan 2 manatını nəzir formasında Zərərçəkmiş şəxs2 qaytarmaqla saxta pul əsginasını ona satmış, bundan sonra həmin tarixdə saat 11 radələrində digər 50 manatlıq saxta pul əsginasını Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən mağazada ərzaq məhsullarının satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 ödəniş vasitəsi kimi təqdim edib aldatmaqla ondan 4 manat 20 qəpik dəyərində ərzaq məhsulları və s iqaret almış, lakin sonuncu onun təqdim etdiyi 50 manatlıq pul əsginasının saxta olduğunu bildirdikdən sonra mağazanı tərk edərək özündə qalan beş ədəd 50 manatlıq saxta pul əsginaslarını cıraraq atmış, daha sonra mağazaya qayıdaraq satıcıda olan 50 manatlıq saxta pulu götürmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmış, bununla da satış məqsədi ilə saxta pul əldə etməklə satmışdır. Bundan başqa, Məhkum1 22 fevral 2020-ci il tarixdə Lənkəran şəhərində, şəxsiyyəti istintaqa məlum olmayan “Şəhriyar” adlı İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, iki ədəd bükümdə, xalis çəkisi 15,801 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıyıb Bakı şəhərinə gətirmiş, 22 fevral 2020-ci il tarixdə, saat 23:20-də Nəsimi rayo n Polis İdarəsinin Post Patrul Xidməti Bölüyününün əməkdaşları tərəfindən ünvan 2 ünvanda yerləşən “Park-20 Shopping” ticarət mərkəzinin qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin inzibati binasına gətirilmış və xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd sarı rəngli “Kinder Surprise” adlanan yumurta qabının içərisindən 2 ədəd bükümdə xalis çəkisi 15,801 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 1(101)1074/2020 nömrəli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 204.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respubli kası CM-nin 204.1-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

6. Həmin hökmlə həmçinin Məhkum2 Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

7. Hökmdən Məhkum1 apelyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və ona azadlıqdan məhrum elmə ilə bağlı olmayan cəza təyin edilməsin i xahiş etmişdir.

8. Hökmdən həmçinin Məhkum2 apelyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2021-ci tarixli, 1(103)-463/2021 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-nin 204.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 08 (səkkiz) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2021-ci il tarixli, 1(10 3)-463/2021 nömrəli qərarından Məhkum1 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətində əməlin hüquqi tövsifi mübahisələndirmiş və qeyd edilmişdir ki, o, narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etmiş, cinayət işində heç bir pay və satış barədə məlumat olmadıqda, onun əməlini səhv tövsif edilmişdir. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2021-ci il tarixli, 1(103)-463/2021 nömrəli qərarının ləğv edilməsini, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya in stansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum1 kassasiya şikayətində əməlinin səhv tövsif edildiyini iddia edərək, tələb ini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və onun dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2021-ci il tarixli, 1(103)-463/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bü tün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, cinayətin töv sifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah ed ilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı).

23. Baxılan işdə birinci instansiya məhkəməsi yuxarıda istinad edilən maddi və prosessual cinayət hüququ normalarını və mövcud məhkəmə praktikasını nəzərə almaqla toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib hesab etmişdir ki, Məhkum1 qəsdən Azərbaycan Respublikası CM-nin 204.1-ci və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir.

24. Birinci instansiya məhkəməsi Məhkum1 ondan aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etməməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab etmiş və belə qənaətə gəlmişdi ki, Məhkum1 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

25. Öz nö vbəsində hazırda mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (məhkumların və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkumların törətdikləri cinayət əməllərini düzgün tövsif etmişdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qay dada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət hüququ normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiya məhkəməsi məhkumun törətdiyi cinayət əməlini düzgün tövsif etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünü yalnız cəza hissəsində dəyişdirmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

28. Beləliklə, məhkəmə kollegiyas ı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, birinci və apellyasiya instansiyası məhkəməsinin Məhkum1 törətdiyi cinayət əməlinin tövsifinə dair nəticəsi ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

29. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2021-ci il tarixli, 1(103)463/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 02 mart 2021-ci il tarixli, 1(103)-463/2021 nömrəli qərarı Məhkum1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar