Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1077/2020 12.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, zərərçəkmiş şəxslərin nümayəndəsi X3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019- cu il tarixli qərarından Məhkum müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim E.H.Məmmədov) Məhkum (xx xxxxxxxx 1976-cı ildə ünvanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvanda qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəzi yyətdə saxlanılması üçün ona xidmət etmək, Ünvanın ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Məhkum cəzasını daimi yaşayış yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin o, cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablanması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim A.M.Eyvazov, hakimlər R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, 2014-cü ilin may ayında Ünvan3 də yerləşən “xxx xxxx” adlı salonda fərdi masaj xidməti göstərərkən Zərərçəkmiş şəxs1 müştəri olaraq masaj etməsi və sonuncunun həmin xidmətdən razı qalaraq ona inanması səbəbindən aralarında yaranmış inam və etibardan sui-istifadə edib, Zərərçəkmiş şəxs 1 əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gələrək vahid qəsdlə və tamah niyyəti ilə, şamanlıqla məşğul olmasına, əllərində sehr və bədəndən şər qüvvələri çıxartmaq gücünün olmasına, guya Zərərçəkmiş şəxs1 bədənində şeytani qüvvə olması səbəbindən sonuncunun xəstə olmasına, həmçinin fala baxmaqla, dualar yazmaqla və yazdırmaqla müalicə edəcəyinə, Zərərçəkmiş şəxs1 məhz şeytani qüvvələr səbəbindən bu günə kimi evlənə bilməməsinə inandırmış, ünvan 1 ünvanında yerləşən, kirayədə yaşadığı evdə 2014-cü ilin may ayından 2016-cı ilin mart ayına qədər olan müddət ərzində ayrı-ayrı tarixlərdə müxtəlif adlarla, yəni 2014-cü ilin may ayında Zərərçəkmiş şəxs1 guya sonuncunun bədənindən şeytani qüvvələri qovmaq məqsədilə fotoşəklini bir stəkan suyun içinə salıb həmin stəkanı bu vəziyyə tdə ziyarətə aparacağı adı ilə aldadaraq 100 (bir yüz) manat, həmin ilin iyun ayında dua yazıb Zərərçəkmiş şəxs1 verərək sonuncuya həmin duanı bir “vedrə” suya saldıqdan sonra yaşadığı evin həyətində gülün dibinə basdırmasını tapşırıb bu yolla evin həyətindən şeytani qüvvələri qovacağına inandırıb aldatmaqla 350 (üç yüz əlli) manat, 2014-cü ilin avqust ayında ceyran dərisindən hazırlanmış əşyanı Zərərçəkmiş şəxs1 verib, həmin əşyanı üzərində gəzdirməsini tapşıraraq bu yolla bədənindən şeytanın çıxarılmasına nail olacağına inandırmaqla aldadıb 80 (səksən) manat, bundan sonra 2014-cü ilin dekabr ayında Bakı şəhərində yaşayan, yəhudi milliyyətindən olan cadugərlə həmin şəhərdə görüşüb sonuncunun köməkliyi ilə bəxtini açacağına inandırıb qeyd edilən şəxsə vermək adı ilə aldatmaqla ilk dəfə 150 0 (bir min beş yüz) manat, növbəti dəfə isə 500 (beş yüz) manat olmaqla iki dəfəyə cəmi 2000 (iki min) manat, habelə guya həmin cadugərin yaşadığı Bakı şəhərinə getməsi üçün yol xərcinin ödənilməsi adı ilə aldadıb həmin tarixdə 200 (iki yüz) manat, 2015-ci ilin aprel ayında Ünvan4 də yaşayan, yəhudi milliyyətindən olan cadugərdən bəxtinin açılmasına xidmət edəcək dua yazmasını xahiş edəcəyini bildirib sonuncuya verilməsi üçün Ünvan4 ə göndərəcəyi adı ilə aldatmaqla 2000 (iki min) manat, 2015-ci ilin iyun ayında guya ayinlər keçirmək üçün ünvan5 toplanan, yəhudi milliyətindən olan cadugərlərin yanına gedərək şər qüvvələrdən azad olunması üçün dualar yazdıracağı barədə yalan vədlər verib aldatmaqla 2000 (iki min) manat, həmçinin guya qeyd edilən cadugərlərin olduğu ünvan 5-ə getməkdən ötrü y ol xərclərinin ödənilməsi adı ilə aldadıb 200 (iki yüz) manat, sonradan həmin tarixdə guya yuxarıda qeyd edilən cadugərlərdən əldə etdiyi suyu içib şər qüvvələrdən təmizlənməsi üçün Zərərçəkmiş şəxs1 verərək həmin suyun şər qüvvələrdən xilas edən möcüzəvi su olmasına inandırdıqdan sonra suyu alması üçün cadugərlərə xərclədiyi pulun ödənilməsi adı ilə aldadaraq 400 (dörd yüz) manat, sonuncu dəfə isə 2016-cı ilin fevral ayında at nalını Zərərçəkmiş şəxs1 verib həmin əşyanı yeddi gün ocaqda saxladıqdan sonra axan suya atmasını tapşıraraq, verdiyi nalın şər qüvvələrdən təmizlənməsinə xidmət edən qeyri-adi əşya olmasına inandırıb aldatmaqla 650 (altı yüz əlli) manat məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda yəni, ümumilikdə 7980 (yeddi min doqquz yüz səksən) manat məbləği ndə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, 2015-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 ondan bacısı Zərərçəkmiş şəxs2 rəsmi boşandığı əri ilə barışmasına köməklik etməsi üçün dua yazmağı xahiş etməsindən sonra Zərərçəkmiş şəxs1 ona olan inamından sui-istifadə edib Zərərçəkmiş şəxs2 əmlakını aldatma yolu ilə qanunsuz ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə guya edəcəyi duaların köməkliyi ilə həmin şəxslərin barışmasına nail olacağını bildirib aldatmaqla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs2 800 (səkkiz yüz) manat pulunu ələ keçirməklə sonuncuya həmin məbləğdə ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum etibardan sui-istifadə etməklə və aldatmaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pullarını ələ keçirməklə dələduzluq eməsi sübuta yetirilmədiyi halda, sübutların tədqiqinə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla, o cümlədən müstəsna olaraq zərərçəkmiş şəxslərin ziddiyyətli, başqa sübutlarla təsdiq olunmayan ifadələrinə əsaslanmaqla Məhkum Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarmış, apellyasiya instansiyası məhkəməsi də həmin hökmü dəyişdirilmədən saxlamaqla eyni pozuntulara yol vermişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərə k, həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsəl ələri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.1416.0.3, 416.0.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müda fiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum aldatmaqla və yaxud etibardan sui-istəifadə etməklə zərərçəkmiş şəxslər kimi tanınmış Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pul vəsaitlərini ələ keçirmədiyini iddia etməklə, işdə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq, Məhkum barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yen idən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiy yətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası Müdafiəçi kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq Məhkum barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş i şin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməllərində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsipləri nə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş dələduzluq əməllərinin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdı r. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutlar üzərində qurduğundan, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmənin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas g örmür. Apellyasiya məhkəməsi Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təyin olunmuş (2 il müddətə) azadlığın məhdudlaşdırılması cəzasının qanuniliyini və əsaslılığını yoxlayarkən də hər hansı pozuntuya yol verməmiş, həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3, 41.2-ci tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 416.1.1 - 416.1.3 və 416.1.11-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndənın çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində o lan xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1077/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1077/2020
12.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver