Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1077/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum2, müdafiəçisi Müdafiəçi1 və Məhkum1 müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 322.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum1, Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər X4 və X6 ibarət tərkibdə) 25 iyun 2021-ci il tarixli hökmü ilə xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu, A.Rzayev küçəsi, ev 670-də qeydiyyatda olmaqla yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 8 oktyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Akademik Qarayev küçəsi, dalan 2, ev 4-də qeydiyyatda olub, Bakı şəhəri İ.Məmmədov küçəsi, ev 15-də yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bili nmiş və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 iyun 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X5 ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin edilmiş, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(101 )-156/2021 nömrəli hökmü dəyişdirilmişdir. Məhkum2 və Məhkum1 tərəfindən törədilmiş əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrindən həmin Məcəllənin 322.2-ci maddəsinə tövsif edilmiş və onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinmiş, lakin həmin maddəyə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Məhkum2 və Məhkum1 həmin maddə ilə cəza təyin edilməmiş, Məhkum2 və Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və onlar məhkəmə iclas zalından azad edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum1 Cinayət Məcəlləsinin 182.2.1 və 18 2.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə Məhkum2 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə cinayətkar razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvləri Məhkum2 8.500 manat pul borcu olan Zərərçəkmiş şəxs borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmalı olduğu puldan artıq məbləğdə yəni, xeyli miqdarda 13.000 manat pulu hədə-qorxu ilə tələb edib ələ keçirmək üçün sonuncunu Məhkum2 vasitəsilə görüşüb söhbət etmək adı ilə 30 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nizami rayonu, «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığı na dəvət etmiş, həmin gün saat 20 radələrində qeyd olunan ünvanda baş tutan görüş zamanı özünü cinayətkar aləmdə «Maqa» ləqəbi ilə tanınan nüfuz sahibi kimi təqdim edən Məhkum1, qrup üzvlərindən olan Məhkum2 və şəxsiyyəti istintaqa məlum olmayan «Elnur» adlı şəxslə birlikdə söhbət etmək adı ilə Zərərçəkmiş şəxs Hövsan qəsəbəsinə kafeyə dəvət etmiş, sonuncu bu dəvəti qəbul etdiyi üçün birlikdə sonuncunun idarə «Subaru Forester» markalı avtomobillə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarında yerləşən «Türkan Sahili» adlı kafeyə gəlmiş, orada dəniz kənarında açıq havada stol arxasında əyləşdikdən və yanlarına şəxsiyyəti istintaqa məlum olmayan əlavə dörd nəfər şəxs gəldikdən sonra Zərərçəkmiş şəxsla üzbəüz əyləşmiş və yanındakı şəxslərin «Maqa» deyə müraciət etdiyi Məhku m1 zərərçəkmiş şəxsə psixoloji təsir göstərməklə onda qorxu hissi yaratmaq üçün hər iki əlini stolun altına aparıb nə isə edərək odlu silahın çaxmağının çəkilməsini xatırladan səs çıxarmış və daha sonra nümayişkaranə şəkildə stolun altından çıxartdığı taxta saplı baltanı stolun üstünə qoyub yanındakı qrup üzvlərindən Məhkum2 əli ilə göstərərək sonuncuya olan 8.500 manat pul borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmadığı puldan artıq məbləğdə yəni, 13.000 manat pulu iki gün ərzində ödəməli olduğunu, həmin məbləği deyilən müddətdə verməyəcəyi halda nümayiş etdirdiyi balta ilə qulağının kəsiləcəyini, başına oyun açılacağını, odlu silahla vurulacağını deyərək və qrupun digər üzvü «Elnur» adlı şəxs Məhkum1 dediklərini təkrar edərək birlikdə zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə Zərərçəkmiş şəxs xeyli miqdarda 13.000 manat pul verməsini hədə-qorxu ilə tələb etmiş, yaranmış şəraitdə Zərərçəkmiş şəxs səslənən təhdidləri real və dərhal həyata keçirilə bilən hədə kimi qəbul etdiyindən qorxduğu üçün tələb olunan məbləği ödəməyə razı olduğunu bildirmiş və o, cinayətkar qrup üzvləri ilə birlikdə hadisə yerindən birbaşa Sumqayıt şəhəri X8 qəsəbəsində yerləşən hərbi şəhərciyə gələrək özü tək yaşadığı mənzilə qalxıb 2.000 manat pul götürüb aşağı düşüb həmin pulu cinayətkar qrup üzvlərindən Məhkum2 verərək, qalan məbləği bir müddət sonra çatdıracağını bildirmişdir. Məhkum2 aldığı 2.000 manat pulu Məhkum1 təhvil verdikdən sonra cinayətkar qrup üzvləri Zərərçəkmiş şəxs ayrılaraq çıxıb getmiş, sonrakı müddətdə Məhkum2 və qeyrilərinin hədə-qorxu ilə tələb etd ikləri pulun qalan hissəsinin ödənilməsini Zərərçəkmiş şəxs gecikdirdiyi üçün aralarında əldə olunmuş ümumi razılaşmaya əsasən vahid cinayətkar niyyətdən çıxış edərək qrup üzvlərindən şəxsiyyəti istintaqla araşdırılan «Elnur» adlı şəxs bir müddət sonra +**********43 nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan +**********16 nömrəli mobil telefona zəng edərək söz verdiyi qalan 11.000 manat pulu onlara çatdırmayacağı təqdirdə başından güllə ilə vurulacağını deyərək zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdikləri xeyli miqdarda 13.000 manat pulun qalan 11.000 manatını tələb etmiş, Zərərçəkmiş şəxs bununla bağlı müraciəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin əmək daşları tərəfindən 20 iyun 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı cinayətkar qrup üzvlərindən Məhkum2 əvvəlcədən görüş yeri olaraq təyin edilmiş Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev adına parkda saat 18:15-də Zərərçəkmiş şəxsla görüşərək seriya və nömrələri əvvəlcədən protokolda qeyd olunmaqla sonuncuya verilmiş C 33562036; C 73536442; C 39254700: C 46759755; A89830076; A 72860173; A 10428441; A 92653950; A 91239038; A 57658625; A 89591400; B 09384778; B 07162327; A 55312319 seriya və nömrəli 14 ədəd 100 manatlıq pul əskinaslarından ibarət cəmi 1.400 manat məbləğində nağd pulu Zərərçəkmiş şəxs alıb əynindəki tünd göy rəngli cins şalvarının sağ arxa cibindəki qəhvəyi rəngli portmanat tipli pul kisəsinin içərisinə qoyduqdan sonra Bakı Şəhər Baş Polis İdarəs inin əməkdaşları tərəfindən hadisə yerində saxlanılmışdır. Bundan sonra polis əməkdaşlarının təklifinə əsasən Məhkum2 şalvarının cibindən çıxarıb təqdim etdiyi portmanat tipli pul kisəsinin içərisindəki bir qədər əvvəl qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etməklə ələ keçirdiyi əvvəlcədən seriya və nömrələri qeyd olunmuş 14 ədəd 100 manatlıq pul əskinazlarından ibarət cəmi 1.400 manat nağd pul aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum2 Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb e tmə barədə Məhkum1 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə cinayətkar razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvləri Məhkum2 8.500 manat pul borcu olan Zərərçəkmiş şəxs borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmalı olduğu puldan artıq məbləğdə yəni, xeyli miqdarda 13.000 manat pulu hədə-qorxu ilə tələb edib ələ keçirmək üçün sonuncunu Məhkum2 vasitəsilə görüşüb söhbət etmək adı ilə 30 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nizami rayonu «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığına dəvət etmiş, həmin gün saat 20 radələrində qeyd olunan ünvanda baş tutan görüş zamanı Məhkum2, onun yanında olan qrup üzvlərindən özünü cinayətkar aləmdə «Maqa» ləqəbi İlə tanınan nüfuz sahibi kimi təqdim edən Məhkum1 və şəxsi yyəti istintaqa məlum olmayan «Elnur» adlı şəxslə birlikdə söhbət etmək adı ilə Zərərçəkmiş şəxs Hovsan qəsəbəsinə kafeyə dəvət etmişdir. Zərərçəkmiş şəxs bu dəvəti qəbul etdiyi üçün birlikdə sonuncunun idarə «Subaru Forester» markalı avtomobillə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarında yerləşən «Türkan Sahili» adlı kafeyə gəlmişlər. Orada dəniz kənarında açıq havada stol arxasında əyləşdikdən və yanlarına şəxsiyyəti istintaqa məlum olmayan əlavə dörd nəfər şəxs gəldikdən sonra Zərərçəkmiş şəxsla üzbəüz əyləşmiş və yanındakı şəxslərin «Maqa» deyə müraciət etdiyi Məhkum1 zərərçəkmiş şəxsə psixoloji təsir göstərməklə onda qorxu hissi yaratmaq üçün hər iki əlini stolun altına aparıb nə isə edərək odlu silahın çaxmağının çəkilməsini xatırladan səs çıxarmış və daha sonra nümayişkaranə şəkildə stolun altından çıxartdığı taxta saplı baltanı stolun üstünə qoyub yanındakı qrup üzvlərindən Məhkum2 əli ilə göstərərək sonuncuya olan 8.500 manat borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmadığı puldan artıq məbləğdə yəni, 13.000 manat pulu iki gün ərzində ödəməli olduğunu, həmin məbləği deyilən müddətdə verməyəcəyi halda nümayiş etdirdiyi balta ilə qulağının kəsiləcəyini, başına oyun açacağını, odlu silahla vurulacağını demiş və qrupun digər üzvü «Elnur» adlı şəxs Məhkum1 dediklərini təkrar edərək birlikdə zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə Zərərçəkmiş şəxs xeyli miqdarda 13.000 manat pul verməsini hədə-qorxu ilə tələb etmiş, yaranmış şəraitdə Zərərçəkmiş şəxs səslənən təhdidləri real və dərhal həyata keçirilə bilən hədə kimi qə bul etdiyindən qorxduğu üçün tələb olunan məbləği ödəməyə razı olduğunu bildirmiş və o, cinayətkar qrup üzvləri ilə birlikdə hadisə yerindən birbaşa Sumqayıt şəhəri X8 qəsəbəsində yerləşən hərbi şəhərciyə gələrək özü tək yaşadığı mənzilə qalxıb 2.000 manat pul götürüb aşağı düşüb həmin pulu cinayətkar qrup üzvlərindən Məhkum2 verərək, qalan məbləği bir müddət sonra çatdıracağını bildirmişdir. Məhkum2 isə aldığı 2.000 manat pulu Məhkum1 təhvil verdikdən sonra cinayətkar qrup üzvləri Zərərçəkmiş şəxs ayrılaraq çıxıb getmişdir. Sonrakı müddətdə Məhkum2 və qeyrilərinin hədə-qorxu ilə tələb etdikləri pulun qalan hissəsinin ödənilməsini Zərərçəkmiş şəxs gecikdirdiyi üçün aralarında əldə olunmuş ümumi razılaşmaya əsasən vahid cinayətkar niyyətdən çıxış edərək qrup üzvlərindən şəxsiyyəti istintaql a araşdırılan «Elnur» adlı şəxs bir müddət sonra +**********43 nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan +**********16 nömrəli mobil telefona zəng edərək söz verdiyi qalan 11.000 manat pulu onlara çatdırmayacağı təqdirdə başından güllə ilə vurulacağını deyərək zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdikləri xeyli miqdarda 13.000 manat pulun qalan 11.000 manatını tələb etmiş, Zərərçəkmiş şəxs bununla bağlı müraciəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən 20 iyun 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı cinayətkar qrup üzvlərindən Məhkum2 əvvəlcədən görüş yeri olaraq təyin edilmiş Bakı şəhəri Nizami rayonu, H eydər Əliyev adına parkda saat 18:15-də Zərərçəkmiş şəxsla görüşərək seriya və nömrələri əvvəlcədən protokolda qeyd olunmaqla sonuncuya verilmiş C 33562036; C 73536442; C 39254700: C 46759755; A89830076; A 72860173; A 10428441; A 92653950; A 91239038; A 57658625; A 89591400; B 09384778; B 07162327; A 55312319 seriya və nömrəli 14 ədəd 100 manatlıq pul əsginaslarından ibarət cəmi 1.400 manat məbləğində nağd pulu Zərərçəkmiş şəxs alıb əynindəki tünd göy rəngli cins şalvarının sağ arxa cibindəki qəhvəyi rəngli portmanat tipli pul kisəsinin içərisinə qoyduqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerində saxlanılmış, bundan sonra polis əməkdaşlarının təklifinə əsasən Məhkum2 şalvarının cibindən çıxarıb təqdim etdiyi portmanat tipli pul kisəsinin içərisindəki bir qədər əvvəl qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etməklə ələ keçirdiyi əvvəlcədən seriya və nömrələri qeyd olunmuş 14 ədəd 100 manatlıq pul əsginaslarından ibarət cəmi 1.400 manat nağd pul aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəyə istinad edən məhkəmə kollegiyasının qənaətinə əsasən, onun Məhkum2 borc olaraq götürdüyü məbləğ 13.000 manat təşkil edir ki, bunun da 10.500 manatı ana məbləğ, 3.500 manat hissəsi isə lombarddan götürdüyü vəsaitdir. Zərərçəkmiş şəxs Məhkum2 aldığı borcun ödəniləcəyi ilə bağlı etirafı və vədləri olsa da, bu etiraf və məbləğ Apellyasiya Məhkəməsinin gə ldiyi qənaətdən fərqli olaraq, Məhkum2 Zərərçəkmiş şəxs borc olaraq verdiyi puldan qalan 8.500 manatın ödəniləcəyi ilə bağlı olmuş (borcun 2000 manatı 30 aprel 2019-cu il tarixədək ödənilib), Məhkum1, Məhkum2 və cinayətin digər iştirakçıları isə zor tətbiq etmə hədəsi ilə Zərərçəkmiş şəxs borcunu vaxtında ödəmədiyinə görə bunun cəriməsi olaraq qaytarmalı olduğu puldan artıq məbləğdə, yəni xeyli miqdarda 13.000 manat pulu hədə- qorxu ilə tələb etmişlər. Məhkum edilmiş Məhkum1 özü “lombard epizodu” əsaslı hesab olunacağı halda belə Zərərçəkmiş şəxs Məhkum2 olan borcunun on üç min manat həddində deyil, on min manat həddində olmasını göstərmişdir ki, bu da qrup üzvlərinin Məhkum2 borcu olan Zərərçəkmiş şəxs sonuncunun borcunu vaxtında ödəmədiyinə görə zor tətbiq etmə hədəsi ilə tələb etdikləri xeyli miqdarda, yəni 13.000 manat məbləğində pul vəsaitinin zərərçəkmiş şəxsə mənsub olmamaqla Məhkum2 Zərərçəkmiş şəxs borc müqabilində vermiş olduğu əmlak olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaəti təkzib edir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CinayətProsessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum2 və Məhkum1 əməli əsassız olaraq Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrindən həmin Məcəllənin 322.2-ci maddəsinə tövsif edilmişdir. Kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarını ləğv edərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılması xahiş olunur. Məhkum1 kassasiya şikayətində göstərilir ki, həm birinci instansiya məhkəməsində həm də Apellyasiya instansiyasında işə baxılan zaman digər təqsirləndirilən şəxs Məhkum2 və zərərçəkmiş Zərərçəkmiş şəxs onun həmin gün hadisə yerində olmadığını bildirmişlər. Bundan başqa 30 aprel 2019-cu il tarixdə onun cinayət hadisədinin törədildiyi yerdə olmağını təsdiq edən heç bir mötəbər sübut iş materillarında mövcud deyildir. Məhkəmə bu nəticəyə yalnız zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxslərin istifadəsində olan telefonların anten dairələrinə əsaslanmışdır. Lakin o, istintaqda və məhkəmələrdə verdiyi ifadələrdə birmənalı şəkildə bildirmişdir ki, həmin telefon,yəni ***-***-**-** mobil nömrəsi həmin vaxt istifadəsində olmamışdır. Qeyd edilən cinayətin onun tərəfindən törədilməsini təsdiq edən yalnız anten-peyk məlumatları olmuşdur. Halbuki, həmin məlumatlar şübhə altında olduğu üçün sübut qismində istifadə edilə bilməzdi və bu şübhələr onun xeyrinə yozulmalı idi. Məhkumun kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli Qərarını ləğv edilərək, onun barəsində bəraət hökmü çıxarılmasını xahiş olunmuşdur. Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, Məhkum2 ilkin izahatında və polis əməkdaşları onu saxlayan zaman da polis əməkdaşlarına Zərərçəkmiş şəxs ona borclu olduğunu və ondan yalnız borcunu istədiyini bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, istər birinci instansiya məhkəməsində, istər apellyasiya instansiya məhkəməsində, istərsa də ibtidai istintaq zamanı, eyni zamanda ilkin ərizəsində, izahatlarında və ilkin ifadələrində Zərərçəkmiş şəxs da Məhkum2 borc pul almasını, qızılları lambarda qoyub pul götürmələrini, pulun ona verilməsini, Məhkum2 valideynləri ilə tanış olmasını, onların evində çörək yeməsini, Pərvinin valideynlərinin də ondan pulu tələb etmələrini təsdiq etmişdir. Pərvin onun üstünə adamlar gətirdiyi üçün şikayət etdiyini, eyni zamanda o pulu Pərvinə qaytardığını bildirmiş, lakin pulu nə vaxt, harada və kimə qaytarmasını izah edə bilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində işə baxılarkən 2021-ci ilin fevral ayında keçirilən məhkəmə iclasında Məhkum2 valideynlərinə ona olan borcundan 2000-manat qaytarmasını bildirmişdir. Bununla bağlı notariatda təsdiq olunmuş ərizəni də məhkəməyə tədim etmişdir. Eyni zamanda bu faktı apellyasiya instansiya məhkəməsində dindirilərkən təsdiq etmişdir. Zərərçəkmiş şəxs hazırda Məhkum2 və Məhkum1 şikayəti olmadığını bildirmişdir. Cinayət işi üzrə ilkin araşdırma və ibtidai istintaq qanunun tələbləri pozulmaqla aparılmış, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, birinci instansiya məhkəməsi də istintaq orqanının natamam araşdırdığı xüsusatlardan kənara çıxmamış, şahidlərin dindirilməsi barədə vəsatətini təmin etməməklə hərtərəfli araşdırma aparmadan, zərərçəkmiş şəxsin istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı vermiş olduğu ərizə və ifadələrdəki ziddiyyətləri tam araşdırmadan və həmin ziddiyyətlər obyektiv hüquqi q iymət vermədən qanunsuz və əsassız hökm çıxarmışdır. İstər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı toplanmış sübutları məcmu qaydada təhlil etdikdə aydıın surətdə görünür ki, Məhkum2 Zərərçəkmiş şəxs Aqilin ona olan borcunu tələb etmişdir. Özgə əmlakını, yəni Aqilin əmlakını tələb etməmişdir. Apellyasiya instansiya məhkəməsində bu faktlar tam araşdırılmış və düzgün nəticəyə gəlmişdir ki, Məhkum2 və Məhkum1 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 182-ci maddəsinin əlamətləri yoxdur. Apellyasiya instansiya məhkəməsi Məhkum2 və Məhkum1 hərəkətlərini CM-in 322.2-ci maddəsinə tövsif etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış sübutlardan da görünür ki, Məhkum2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsinin də tərkibi yoxdur. Belə ki, Məhkum 2 Zərərçəkmiş şəxs yalnız borcunu tələb etmişdir. Müdafiəçinin kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli Qərarını ləğv edilərək, Məhkum2 əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması və kassasiya protestinin təmin olunmaması barədə məhkum və müdafiəçilərin, kassasiya şikayətlərinin təmin olunmaması və kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən fa ktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməli, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həm in Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hal lara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələ məhkumların əməlinin əsassız olaraq Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrindən həmin Məcəllənin 322.2-ci maddəsinə tövsif edilməsi barədə Apellyasiya Məhkəməsinin gəldiyi nəticənin səhv olması barədədir. Kassasiya şikayətlərində məhkumların əsassız olaraq məhkum edilməsi mübahisələndirilir və onlara baraət verilməsi xahiş olunur. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və məhkumun, müdafiəçinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətlər kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, o nun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanunu nun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumların əməlinin Cinayət Məcəlləsinin 322.2-ci maddələrinə tövsif edil məsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya instansiya məhkəməsində dindirilmiş Məhkum2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs 2018-ci ildə ailə problemi ilə bağlı ondan borca pul istəmiş, əlində pulu olduğuna görə 13.000 manat borcu sonuncuya vermişdir. Zərərçəkmiş şəxs daha sonra yenə ona müraciət edib yenidən borca pul verməsini xahiş etmiş və ona iki borcu bir yerdə qaytaracağına dair söz vermişdir. Onun da Zərərçəkmiş şəxsla gedişi-gəlişi olduğuna görə, sonuncunun bu müraciətinə də razılıq vermişdir. Bundan sonra həm o özündə olan qızılları, həm də Zərərçəkmiş şəxs özündə olan az miqdarda qızılları "Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən lombarda qoyub əvəzində 3500 manat pul götürmüşlər. Lakin Zərərçəkmiş şəxs lombarddan götürdükləri pulun əvəzində verilməli olan pulları qaytarmamış, bu səbəbdən də lombarda qoyulmuş qızıllar da batmışdır. Zərərçəkmiş şəxs həmin ilin dekabr ayında gəlib onun ailə üzvləri ilə danışmış, salonu olduğunu, aya 4000 manat pul aldığını, verməli olduğu pulları həmin ay qaytaracağını demişdir. Lakin bu dəfə də Zərərçəkmiş şəxs borcunu qaytarmamış, telefonlarına cavab verməmiş, görüşə gəlməmişdir. Onun Moskvada yaşayan Akif adlı dostu, kursant yoldaşı olduğundan onunla əlaqə saxlamışdır, Akif Emin adlı onun tanışı olduğunu, həmin şəxslə birlikdə gedib dostcasına danışmasını demişdir. Bundan sonra o, görüşmək istəməsi barədə Aqilin özünə demiş, sonuncu da qəbul etmişdir. Gedib kafedə oturub danışmışlar, zərərçəkmiş şəxs yenə vaxt istəmiş, borcu 1-2 aya qaytaracağını bildirmiş, sonra ona zəng edib 1400 manat pul qaytaracağını bildirmişdir. Lakin o gedib pulu alanda onu hədəqorxu ilə aldığını bildirib tutmuşlar. Apellyasiya instansiya məhkəməsində dindirilmiş məhkum edilmiş Məhkum1 özünü elan olunmuş Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilməyərək göstərmişdir ki, Pərvinin qızıl haqq-hesabları olduğun u bilmişdir. Onun cəmi bir dəfə telefon danışığı olmuşdur. Ona barəsində axtarış elan olduğunu demişlər. Özü polis idarəsinə getmiş, polis idarəsində zərərçəkmiş şəxs onu gördüyünü dediyindən onu tutmuşlar. Müstəntiq ona münasibətdə qərəzli mövqe tutmuşdur. Bir onu bilir ki, Pərvinlə Aqilin arasında olan anlaşılmazlıq aralarında olan borc pulla bağlıdır. Apellyasiya instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Məhkum2 borc almış və aldığı borcu düzgün hesablamamışdır. Borcu 10.500 manat bir götürmüş, 3500 manat da qızıllar almışdır. Məhkum2 ona 10500 manat qaytaracağı təqdirdə 3500 manatı istəməyəcəyini bildirdiyindən həmin məbləği o nəzərə almamışdır. 30 aprel 2019-cu il tarixdə ilkin olaraq 2 nəfər avtomobilinə minmişlər və ona demişlər ki, gəl söhb ət edək. Hövsan tərəfə gedib kafedə söhbət etmişlər. Bundan sonra daha 4 nəfər də həmin kafeyə gəlmişdir. Söhbət əsnasında borcun məbləğində razılaşa bilmədiyindən həmin şəxslər onu vurmaq və döyməklə hədələmişlər. Sonra hamı ilə birlikdə Nasosnu adlanan yerə getmişlər, orada Pərvinə 2000 manat vermiş, daha sonra qalan pulu istədiklərindən Bakı Baş Polis İdarəsinə şikayət etmişdir. Yekun çıxışında məhkəmə kollegiyasına müraciət edərək məhkum edilmiş şəxslərlə barışdığını, ondan tələb olunan 13000 manat pulun isə Məhkum2 aid olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan və aşağı məhkəmələr tərəfindən tədqiq edilmiş «Telefon danışıqları barədə məlumatlara baxış keçirilməsi haqqında» protokoldan görünür ki, təqsirləndirilən şəxslər Məhkum2 istifadəsində olmuş 077-57141-31, ***- ***-**-**1, Məhkum1 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və zərərçəkmiş şəxs X3 istifadəsində olan ***-***-**-** mobil nömrələrinə daxil olan və çıxan zənglər, sms və anten məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə mütəmadi olaraq Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələri ilə telefon əlaqəsi saxlamış, zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı baş vermiş hədə-qoxu ilə tələb etmə cinayəti 30 aprel 2019-cu il tarixdə axşam saatlarından 1 may 2019-cu il tarixə keçən gecə saat 1 radələrinədək baş vermişdir. Təqsirləndirilən şəxslər Məhkum2, Məhkum1 və Zərərçəkmiş şəxs həmin müddət ərzində bir yerdə olmuşlar. CPM-nin 139-cu ma ddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi;. Cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət in əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1 –ci maddəsinin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət m əsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunveri ciliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəyə görə,, 30 aprel 2019-cu il tarixdə Məhkum2, Məhkum1 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvləri Məhkum2 borcu olan Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsind ə dəniz kənarında yerləşən «Türkan Sahili» adlı kafedə sonuncunun borcunu vaxtında ödəmədiyinə görə zor tətbiq etmə hədəsi ilə tələb etdikləri xeyli miqdarda yəni 13.000 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxsə mənsub olmamaqla Məhkum2 Zərərçəkmiş şəxs borc müqabilində vermiş olduğu əmlak olduğundan (ittihamda qeyd olunduğu kimi mövcud borc məbləğindən əlavə “cərimə” adı altında heç bir miqdarda pul tələb edilmədiyindən) məhkum edilmiş şəxslərin əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə tövsif edilməsi istisna olunur və məhkum edilmiş şəxslərin tələblərinin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq (məhkəməyə müraciət edib tələb etməli olduqları halda) zor tətbiq etmə hədəsi ilə (zərər çəkmiş şəxsə balta göstərməklə və odlu silahın çaxmağının çəkilməsini xatırladan səs çıxardılması ilə bağlı müşayiət olan hərəkətlər etməklə) müşayiət olunmaqla mühüm ziyana (sonuncu həmin vaxt həyat və sağlamlığının real təhlükə qarşısında olduğundan qorxaraq hərəkət etmiş) səbəb olduğundan onların əməlləri müvafiq olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən məhkumların əməlinin bu cür tövsifi ilə razılaşmır və bununla bağlı əvvəla vurğulayır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını m üəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyə ti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmənin xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsi cinayət əməli nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hər əkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tə tbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və toplanmış sübutların müqayiəsəli təhlilinə əsasən Məhkum1, Məhkum2 və cinayətin digər iştirakçıları isə zor tətbiq etmə hədəsi ilə Zərərçəkmiş şəxs borcunu vaxtında ödəmədiyinə görə bunun cəriməsi olaraq qaytarmalı olduğu puldan artıq məbləğdə, yəni xeyli miqdarda 13.000 manat pulu hədə- qorxu ilə tələb etmişlər. Belə ki, cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqaf ar Seyidova ünvanlamış 20 iyun 2019-cu il tarixli ərizədə Məhkum2 5500 manat borc pul aldığını, elə həmin gün zərərçəkmiş şəxs qismində vermiş oldu ifadəsində Məhkum2 09 ay bundan qabaq hissə-hissə olaraq 10500 manat borc pul aldığını, 07 yanvar 2020-ci tarixdə Məhkum2 10500 manat borc aldığını, müstəntiqin ona verdiyi "daha əvvəl 5500 manata aldığınızı qeyd edib indi isə 10500 manat borc aldığınızı deyirsiniz” məzmunda suala sonuncu Pərvindən ümumilikdə 10500 manat aldığını, 5500 manat daha əvvəl borc aldığını, daha sonra isə əlavə olaraq 5000 manat götürdüyünü, həmin borcdan 2000 manat ödədiyini və 8500 manat borcu qaldığı və hadisədən baş verdiyi tarixdən sonraki iki ay ərzində qalan pulu ödədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində dövlət ittihamçısının suallarına cavab olar aq Məhkum2 10500 manat pul aldığını, verilmiş ümumi məbləğdən 3500 manatın lombarddan götürdüyü bildirdiyi halda, daha sonra müdafiəçi tərəfindən verilmiş suallara cavab olaraq Pərvinin evlərinin plana düşdüyündən xəbərdar olduğunu, buna görə Pərvində 10000 manat olduğunu bildiyini, ilkin olaraq 1500 manat götürdüyü, sonra az-az pul götürməklə və cəmi 5000 manat olduğunu, 3500 manat lombarddan götürdüyünü və ümumilikdə götürdüyü məbləğ cəmi 8500 manat olduğunu, əməliyyat baş tutan günü Məhkum2 1000 manat borcu qaldığını, öz hesabına görə 8500 manat borc aldığını bildirmişdir. Məhkum2 hissə-hissə borc aldığını, borcu düzgün hesablamadığını, borc olaraq 10500 manat götürdüyünü, lombarddan qızıllara görə 3500 manat pul aldığını, həmin pulu Pərvinin ona qaytarmasını tələb etmədiyindən nəzərə a lmadığını, Məhkum2 13000 manat aldığı həmin pulun da Pərvinə aid olduğunu, borc məbləğinin hansı tarixdə qaytardığını xatırlamadığını və Məhkum2 atasına hadisədən sonra 2000 manat borcundan qaytardığını bildirmişdir. Məhkum edilmiş Məhkum1 özü “lombard epizodu” əsaslı hesab olunacağı halda belə Zərərçəkmiş şəxs Məhkum2 olan borcunun on üç min manat həddində deyil, on min manat həddində olmasını göstərmişdir ki, bu da qrup üzvlərinin Məhkum2 borcu olan Zərərçəkmiş şəxs sonuncunun borcunu vaxtında ödəmədiyinə görə zor tətbiq etmə hədəsi ilə tələb etdikləri xeyli miqdarda, yəni 13.000 manat məbləğində pul vəsaitinin zərərçəkmiş şəxsə mənsub olmamaqla Məhkum2 Zərərçəkmiş şəxs borc müqabilində vermiş olduğu əmlak olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaəti şübhə altın a alır. Cinayət Məcəlləsinin 322.2-ci maddəsi özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurulması zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədilməyə görə cinayət məsuliyyəti nəzərdə tutur. Şərh olunan cinayətin obyekti subyektiv hüquqların həyata keçirilməsinin və vəzifələrin icrasının qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş qaydasıdır. Bu cinayətin əlavə obyekti qismində fiziki və ya hüquqi şəxslərin qanuni hüquq və mənafeləri çıxış edir.Obyektiv cəhətdən bu cinayət qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təş kilat tərəfindən təkzib edilən və mühüm ziyan vuran hərəkətin özbaşına törədilməsində ifadə olunur. Təhlil edilən cinayət tərkibinin yaranması üçün onun obyektiv cəhətinə daxil olan aşağıdakı şərtlərin məcmusunun mövcud olması tələb olunur: 1) hərəkət qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq törədilməlidir. Bu baxımdan özbaşınalığa görə cinayət məsuliyyəti yalnız o halda yarana bilər ki, təqsirkar şəxs öz hərəkətləri ilə subyektiv hüquqların həyata keçirilməsi və vəzifələrin icrası sahəsində müəyyən edilmiş davranış qaydasını pozmuş olsun. Hərəkətin müəyyən edilmiş davranış qaydasına zidd olaraq törədilməsi dedikdə həmin hərəkətin davranış qaydasını aşkar surətdə pozması və ya onun davranış qaydasında nəzərdə tutulmayan üsul və vasitələrlə və yaxud formada həyata keçirilməsi başa düşülür. 2) hərəkətin qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilməlidir, yəni mübahisələndirilməlidir. Təkzib edilmə (mübahisələndirmə) faktı qanuniliyi təkzib edilən hərəkətin edilməsinədək, onun edilməsi prosesində və bundan sonra mövcud ola bilər. Hərəkətin qanuniliyinin təkzib edilməsi məhkəmə qaydasında, inzibati və intizam qaydasında ola və ümumiyyətlə, qeyri-hüquqi xarakter daşıya bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "30” aprel 2021-ci il tarixli qərarı ilə "Əmlakı zorla tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1998-ci il 25 dekabr tarixli qərarını n adə dəyişdirilərək "Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” kimi müəyyən edilmişdir. "Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 2-1 bəndində göstərilmişdir ki, əmlakın və yaxud əmlaka olan hüququn verilməsi barədə tələb mülkiyyət və yaxud sahiblik hüququna dair sənədlərlə təsdiq olunmaqla qanuni olduqda və yaxud müvafiq sənədələrdən irəli gəlməsə də, ağlabatanlıqla ehtimal edilən hüquqa əsaslandıqda, tələbin Cinayət Məcəlləsinin 182.1 -ci maddəsində göstərilən hədə ilə və yaxud 182.2.3 və ya 182.3.3-cü maddələrində göstərilən zorakılıqla müşayiət olunması şəxsin hədə-qorxu ilə tələb etməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas vermir. Şəxsin hərəkətlərində digər, m isal üçün öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (CM-in 134-cü maddəsi) və yaxud qəsdən sağlamlığa ağır (CM-in 126-cı maddəsi) və ya az ağır zərər vurma (CM-in 127-ci maddəsi) və yaxud özbaşınalıq (CM-in 322-ci maddəsi) kimi cinayətlərin tərkibi olduqda, əməl Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tövsif olunmalıdır.” Cinayət işi üzrə müəyyən edilər hallarından göründüyü kimi, Məhkum2nnun zor tətbiq etməklə tələb etdiyi pul məbləğinin qanuni olduqda və yaxud müvafiq sənədlərdən irəli gəlməsə də, ağlabatanlıqla ehtimal edilən hüquqa əsaslanması kimi hallar müəyyən olunmamışdır. Buna görə də kassasiya məhkəmə kollegiyası 30 aprel 2019-cu il tarixdə Məhkum2, Məhkum1 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək bu məqsədlə qrup üzvləri Məhkum2 borcu olan Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarında yerləşən «Türkan Sahili» adlı kafedə sonuncunun borcunu vaxtında ödəmədiyinə görə zor tətbiq etmə hədəsi ilə tələb etdikləri xeyli miqdarda yəni 13.000 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxsə mənsub olmamaqla Məhkum2 Zərərçəkmiş şəxs borc müqabilində vermiş olduğu əmlak olması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab etmir. Apellyasiya məhkəməsi Məhkum2, digərləri ilə birlikdə ittihamda qeyd olunduğu kimi mövcud borc məbləğindən əlavə “cərimə” adı altında pul tələb etməməsi barədə qənaətini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışdır. Ali Məhkəmənin Cinayət Kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin Məhkum2 və Məhkum1 tərəfindən qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq (məhkəməyə müraciət edib tələb etməli olduqları halda) zor tətbiq etmə hədəsi ilə (zərərçəkmiş şəxsə balta göstərməklə və odlu silahın çaxmağının çəkilməsini xatırladan səs çıxardılması ilə bağlı müşayiət olan hərəkətlər etməklə) müşayiət olunmaqla mühüm ziyan vurmaqla özbaşınalıq cinayət əməlini törətməsi barədə gəldiyi nəticə cinayət işinin faktiki hallarına uyğun gəlmir. Belə ki, cinayət işi üzrə toplanmış sübutların müqayisəli təhlilindən görünür ki, Məhkum2 və Məhkum1 Məhkum2 8.500 manat pul borcu olan Zərərçəkmiş şəxs borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmalı olduğu puldan artıq məbləğdə yəni, xeyli miqdarda 13.000 manat pulu hədə-qorxu ilə tələb edi b ələ keçirmişlər. Göstərilən hallara Apellyasiya Məhkəməsi tərəfindən düzgün qiymət verilməmiş və nəticədə məhkumların törətdikləri cinayət əməlinin tövsifində səhvə yol verilmişdir. Konstitusiya Məhkəməsi Plenumu bu baxımdan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yeti rilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir s übut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM -nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmişlər. Belə ki, göstərilən məhkəmə tərəfindən cinayət işi üzrə toplanmı ş ziddiyyətli sübutlardan birinə digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi əsaslandırılmamış, nəticədə Məhkum2 və Məhkum1 hərəkətlərini özbaşınalıq cinayət əməli hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin Məhkum2 və Məhkum1 əməllərinin işin faktiki hallarına uyğun olmayan hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Göstəriən məhkəmə məhkumların əməlinin tövsifində səhvə yol vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin Məhkum2 və Məhkum1 cinayət törətməmələri barədə dəlillərini əsassız sayır və hesab edir ki, məhkumlara bəraət verilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəs ində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsas lara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətərinin bu barədə dəlilləri tam əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi və məhkumların əməlinin düzgün tövsif edilməməsi haqda kassasiya protestinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2 və 416.1.15-ci madd ələrində nəzərdə tutulmuş pozuntulara yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntularla qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayətləri təmin edilməməli, kassasiya protesti isa təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum2 və və Məhkum1 barəsində 07 yanvar 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1077/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1077/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver