Məhkəmə qərarları › İş №1(102)-1077/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1077/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1077/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İlham Mahmudov (sədrlik edən və məruzəçi), Mirzə Xankişiyev və Faiq Qəniyev) 17 sentyabr 2021-ci il tarixli, 1(101)1220/2021 nömrəli hökmü ilə xx xxxxxxxx 1993-cü il tarixdə Quba şəhəri, Timiryazev qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Alekseyevka ərazi dairəsi, Timiryazev kəndində qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məh rum etmə cəzasına məhkum edilmişdir. Cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2021-ci ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Vaqif’ adlı şəxslə qabaqcadan əlbir ola bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasının vətəndaşı “Vaqif’ adlı şəxs tərəfindən ünvan 1 ünvanda yerləşən “Evromed” klinikasının yanında olan “Narmobile” reklam lövhəsinin altına qo yulmuş bir ədəd bağlamada təmiz çəkisi 2951 qram və bir ədəd bükümdə təmiz çəkisi 71,5 qram olmaqla ümumi təmiz çəkisi 3022,5 qram (3 kq 22,5 qr) külli miqdar təşkil edən narkotik vasitə heroini 26 fevral 2021-ci il tarixdə saat 22 radələrində satış məqsədilə əldə edərək özündə saxlamaqla daşımış və həmin gün saat 22:50-də Nəsimi RPİ-nin CAŞ-m əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən “Evromed” klinikasının qarşısında saxlanılaraq Nəsimi RPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əlində olan bir ədəd üzərində “Etra Boutiqe” sözləri yazılmış ağ rəngli sellofan torbanın içərisindən külli miqdarda həmin narkotik vasitə heroin bükümləri aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının (hakimlər Kamran Əkbərov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Faiq Qasımov) 1(103)-108/2022 nömrəli 09 fevral 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 1(101)-1220/2021 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 10 (on) il 06 (altı) ay müddətə endirilmişdir. Apellyasiya şikayəti təmin olunmamışdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafi əçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, sözügedən qərar maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Qərarın qanunsuz olması ilk öncə onunla müəyyən olunmuşdur ki, müdafiə tərəfinin mövqeyi, dəlilləri təhrif olunmuşdur. Belə ki, apellyasiya şikayətində konkret dəlil və sübutlara istinad olunaraq Məhkum təqsirliliyinin sübuta yetirilməməsinə görə barəsində bəraət hökmü çıxarılması xahiş olunsa da məhkəmə kollegiyasının qərarında müdafiə tərəfinin apellyasiya şikayətini müdafiə edərək Məhkum narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirdiyi və buna görə Məhkum əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsin i, ona həmin maddənin sanksiyasının hüdudları daxilində yüngül cəza təyin edilməsini xahiş etdiyi göstərilmişdir. Məhkəmə kollegiyası iş üzrə əsas şahid olan, Məhkum avtomobilində onunla birlikdə Quba rayonundan Bakı şəhərinə gəlmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən yanında olmuş tanışı Şahid6 narkotik vasitələrin əldə edilməsi və onların aşkar olunması ilə bağlı mühüm xüsusatlar barədə şahid qismində dindirilməsinin zəruriliyini nəzərə alaraq araşdırmanın məhz bu səbəbdən qismən məhkəmə istintaqı ilə aparılması barədə qərar qəbul etsə də öz qərarına əməl etməmiş, Sirac Rüstəmovun məhkəmə iclasına çağırılmasını təmin etməyərək onu dindirmədən araşdırmanı tamamlamış, məhkəmə istintaqı yalnız Məhkum dindirilməsi ilə məhdudlaşdırmışdır. Bununla məhkəmə kollegiyası cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməyərək cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 28-ci maddəsininn tələblərini pozmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş və apellyasiya instansiyası məhkəməsinin qərarında istinad edilən digər sübutlar isə Azərbaycan Respublikası CPMnin 124.1-ci maddəsinin tələblərinə cavab vermir, bu sübutlar həm cinayət prosessual qanunvericiliyin tələblərinin kobud surətdə pozulması ilə əldə edilmiş, həm Məhkum istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsini, onun təqsirli olmasını təsdiq etmir. Cinayət işinin materiallarından görünür ki, 26 fevral 2021-ci ildə DiN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfind ən məhkəmə qərarı alınmadan Məhkum barəsində əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair qərar qəbul edilmiş, həmin qərarın surəti qanuniliyinin yoxlanılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materiallarında bu barədə məhkəmə qərarının olmaması keçirilmiş əməliyyat tədbirlərinin qanuniliyini şübhə altına alır. Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Mirdamət Qədirlinin tərtib etdiyi şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 27 fevral 2021-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı tərəfindən həmin tarixdə saat 00.05 dəqiqədən 00.30 dəqiqəyədək əməliyyat-axtarış tədbirlərini keçirmiş polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs kimi tutulmuş Məhkum şəxsi axtarışı aparılmışdır. Şəxsi axtarış protokolu ilə müəyyən olunmuşdur ki, həmin istintaq hərəkəti şübhəli şəxs Məhkum müdafiəçisinin iştirakı olmadan keçirilməklə cinayət-prosessual qanunvericiliyin tələbləri, onun müdafiə hüququ pozulmuş, yalnız bundan sonra müdafiəçinin şəxsi axtarışın keçirilməsində iştirakdan imtina etməsi barədə ayrıca protokol tərtib olunmuşdur. Bu zaman müdafiəçinin heç bir əsas göstərmədən hüquqlarını müdafiə etdiyi şəxsin şəxsi axtarışından imtina edərək onu müdafiəsiz qoyması, habelə Məhkum buna münasibət bildirməməsi keçirilmiş istintaq hərəkətinin nəticələrinin, şübhəli şəxsdən 3022,5 qram çəkidə narkotik vasitə olan heroinin aşkar olunmasının həqiqliyini şübhə altına alır. Bundan əlavə, Məhkum saat 22.50-də saxlanıldıqdan sonra 15 dəqiqə ərzində polis əməkdaşlarına öz avtomobilində onu gözləyən Şahid6 gös tərməsi və sonuncunun da yaxalanmasından sonra onunla birlikdə Nəsimi RPİ-nin inzibati binasına gətirilərək saat 00.05 dəqiqədə onun şəxsi axtarışına başlanılması da eyni dərəcədə qeyri-real, mümkünsüzdür. Məhkəmə kollegiyası həmçinin nəzərə almamışdır ki, şübhəli şəxs qismində tutulmuş Məhkum Azərbaycan Respublikası CPM-nin 232.1-ci maddəsinin tələbləri pozulmaqla tutulmasından dərhal sonra deyil, 1 gün sonra. 27 fevral 2021-ci ildə saat 18.00 dəqiqədən 19.10 dəqiqəyədək dindirilmişdir. Bu müddət Məhkum bildirdiyi kimi, ona ekspert rəyi ilə təsdiq olunan fiziki zorakılıq tətbiq edilməklə etirafedici ifadəsinin alınmasına və həmin ifadənin videoçəkiliş zamanı təkrarlamağa məcbur edilməsinə sərf olunmuşdur. Videoçəkiliş də həmin vaxt həyata keçirilmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri isə qanun pozuntusu ilə əldə edilmiş həmin etirafedici ifadəni əsas ittiham sübutu hesab etmişlər. Məhkum etirafedici ifadəsi iş üzrə digər sübutların məcmusu ilə təsdiq edilmədiyi üçün ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Məhz buna görə Məhkum şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələri, habelə əməliyyat məlumatları, narkotik vasitələrin aşkar olunamsı barədə 27 fevral 2021-ci il tarixli şəxsi axtarış protokolu, protokolda göstərilənləri təsdiq edən polis əməkdaşlarının ifadələri sübut kimi qəbul oluna bilməz. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Nəsimi RPİ-nin əməkdaşları Şahid2 Rafiq oğlu, Şahid1, Şahid5, Şahid4 qanun pozuntuları ilə müşaiyət olunan şəxsi axtarış protokolunda göstərilənləri ifadələrində təsdiq etmişlər. Onlar ifadələrində Məhkum sellofan torbanı götürdükdən sonra saxladıqlarını və torba ilə birlikdə Nəsimi RPİ-yə gətirdiklərini, burada sənədləşmə apardıqlarını göstərmişlər. Lakin onların heç biri əməliyyat məlumatının əvvəlcədən daxil olmasına baxmayaraq, Məhkum narkotik vasitələri götürərkən saxlanıldığı zaman yerində videoçəkiliş aparılmamasının, habelə narkotik vasitələrin çəkilərək sənədləşmə aparılmamasının səbəblərini izah edə bilməmişlər. Bununla yanaşı, onların ifadələrindən görünür ki, Polis İdarəsinə qərəzsiz və mötəbər mənbədən daxil olmuş əməliyyat məlumatı Məhkum və Şahid6 üzərlərində narkotik vasitələr daşıması barədə olmuş, onlarda həmin şəxslərin göstərilən narkotik vasitələri satış məqsədi ilə əldə etmələri barədə hər hansı məlumat olmamışdır. Bundan başqa, cinayət iş inin materiallarında olan və ittiham tərəfinin istinad etdiyi Məhkum ‘Vaqif’ adlı şəxslə “WhatsApp” yazışmaları ilə müəyyən olunmuşdur ki, 15 fevral 2021-ci ildən başlayaraq 26 fevral 2021-ci ilədək olan müddər ərzində intensiv yazışmalarda söhbət əsasən tramadol həbləri barədə olmuş, Məhkum Vaqif adlı şəxsə həmin həblərin İranda ucuz, 2 manata olduğunu, Azərbaycanda 6-7 manata satıldığını, həmin işdə yaxşı qazanc olduğunu deyərək ona həmin həblərin alverini etmələrini təklif etmişdir. Yazışmaların mətnindən görünür ki, onların heç birində Məhkum tərəfindən Vaqif adlı şəxsdən narkotik vasitə heroin istənilməmiş, nə də Vaqif adlı şəxs ona bunu təklif etməmişdir. Yazışmaların heç birində heroin, onun qiyməti, satışı barəsində söhbət getmir. Vaqif adlı şəxsin qiyməti barədə razılaşmadan və pu lunu almadan təxminən dəyəri 90-100 min manat olan 3 kq 225 qram çəkidə heroini Məhkum verməsi inandırıcı və mümkün deyildir. İstintaq orqanı bu boşluğu doldurmaq üçün gah həmin narkotik vasitələrin birinci dəfə üçün pay verilməsi, gah da onun satıldıqdan sonra pulunun bölünməsi barədə mülahizələr irəli sürmüşdqür. Bu mülahizələrin heç biri nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Yazışmalardan görünür ki, yalnız 25 fevral 2021-ci ildə saat 17.52 dəqiqədə Vaqif adlı şəxsin göndərdiyi səsli mesajda Məhkum hər şeyin hazır olduğunu deyəndə Məhkum sualına cavab olaraq Vaqif adlı şəxs “birinci dəfədi iş görürük. Kula 100, patı 50” deyə cavab verir. Belə olduğu halda. Məhkum 3022,5 qram (3 kq 22,5 qr) çəkidə heroinin aşkar olunması heç nə ilə izah oluna bilmə z. Vaqif adlı şəxsin əslində iranlı deyil, şirvanlı ləhcəsi ilə danışan azərbaycanlı olmasının müəyyən edilməsi də həmin şübhələrin əsassız olmadığını təsdiq edir. Cinayət işinin materillarından, o cümlədən Məhkumla “Vaqif adlı şəxs arasında aparılan yazışmalardan görünür ki, istər “tramadol” həbləri, istərsə narkotik vasitələrə münasibətdə Vaqif adlı şəxs satıcı. Məhkum isə alıcıdır. Məhkum 25 avqust 2021-ci ildə saat 18.53 dəqiqədə göndərdiyi səsli mesajda “bu göndərdiyinin pulunu sənə qaytarmalıyam da” ifadəsi ilə göstərilənləri təsdiq edir. Belə olduğu halda, Məhkum Vaqif adlı şəxslə qabaqcadan əlbir olma əlaməti ilə CM-nin 234.4.1-ci maddəsi ilə ittiham elan olunması heç bir məntiqə sığmır və maddi hüquq normasının düzgün tətbiq edilməməsi kimi qiymətlənidirlməlidir. Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki. təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin cinayət işinin materiallarında Məhkum narkotik vasitələri satacağı hər hansı istehlakçı müəyyən olunmamışdır, onun özündə, mənzilində, mobil telefonunda hər hansı istehlakçı ilə bağlı məlumat, narkotik vasitələrin sat ılması üçün hər hansı avadanlıq aşkarlanmamışdır. Göründüyü kimi, bu və digər xüsusatlar Məhkum elan olunan ittihamı şübhə altına alır. Həmin şübhələr isə digər sübutlarla aradan qaldırılmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi k assasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmış dır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmadan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişd ir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayi sə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orq anı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər E. R. Əlizadə, Şahid5, Şahid1, Şahid6 və Şahid4 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, X1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq ed ilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Belə ki, Məhkum birinci instansiya məhkəməsində göstərmişdir ki, o, Quba rayonu, Alekseyevka ərazi dairəsi, Timiryazev kəndində ailəsi ilə birlikdə yaşayır. Məlum hadisə baş verməmişdən təxminən 5 ay öncə narkotik vasitə istifadəçisi olmuşdur. Ağrıları olduğuüçün “tramadol” adlı dərman qəbul edirmiş. Belə ki, bu dərman apteklərdə yalnız resept olduğu təqdirdə müştərilərə satılırdı və o da bir neçə dəfə onu bu cür almışdır. Lakin sonradan sözügedən dərmanı ala bilməmişdir. Qubadan olan bir tanışı bildirmişdir ki, bir adam var və ona bu ağrıkəsici dərmanı verə bilər. Bundan sonra ona Vaqiflə əlaqə saxlamağı və həmin dərmanı ondan almağı bildirmişdir. Buna görə də sonuncunun nömrəsini ona vermiş, o da Vaqiflə əlaqə saxlamışdır. 26 fevral 2021-ci il tarixdə idarə etdiyi ağ rəngli “VAZ 2113” markalı **-ZL-*** dövlət nömrə nişanlı avtomaşınla Bakıya gəlməzdən əvvəl həmyerlisi və usta Şahid6 onunla birgə gəlməsini xahiş etmişdir. Belə ki, sonuncuya bildirmişdir ki, dərman almaq üçün Bakıya gedir. Orada heroinolmadığı üçün o, yalnız dərman götürmək üçün Qubadan Bakıya gəlmişdir. İbtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum göstərmişdir ki, o, Quba rayonu, Alekseyevka ərazi dairəsi, Timiryazev kəndində ailəsi ilə birlikdə yaşamış, hazırda heç bir yerd ə işləmir. Hadisədən təxminən 5-6 ay əvvəl, 2020-ci ilin sentyabr-oktyabr aylarında təsadüfən instagram sosial şəbəkəsində Vaqif adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş və Vaqiflə bir neçə dəfə “whatsapp” ani mesajlaşma vasitəsilə danışmışdır. Vaqif ona fevral ayının sonlarında telefon vasitəsilə pay göndərəcəyini demiş, lakin, nə pay göndərməsini deməmişdir. 26 fevral 2021-ci il tarixdə saat təxminən 18 radəsində Vaqifona zəng edərək demişdir ki, Bakı şəhərinə gəlsin. O, öz avtomaşını ilə Bakıya gəlməzdən əvvəl həmyerlisi və usta Şahid6 xahiş etmişdir ki, onunla Bakı şəhərinə gəlsin, birdən yolda maşın xarab olsa ona kömək etsin. Siracda yerli kimi razılaşmış. O, Bakı şəhərinə saat təxminən 22 radəsində çatmış, Bakı şəhərinə gələndən sonra Vaqiflə aralarında olan danışığa ə sasən o, Nəsimi rayonu, “Evromed” kimi tanınan klinikanın yanında olan “NAR” mobil lövhəsinin yanına gəlmiş, belə ki, Vaqif ona demişdi ki, həmin lövhənin yaxınlığına yerə salofan torba qoyacaqdır. Həmin yerdə o, avtomobildən düşüb ora gəlmiş, Sirac isə avtomobildə gözləmişdir. Orada olan salofanı götürmüş, maşınının yanına gedib çatan zaman, ona mülki geyimdə bir neçə nəfər polis əməkdaşları yaxınlaşmışlar, özlərini təqdim edərək Nəsimi RPİ-nin əməkdaşları olmasını bildirmişlər. Həmin vaxtı onun əlində salofan torbada heroin olmuş, bu zaman mülki geyimdə olan polis əməkdaşları özlərini ona təqdim etmişlər və onlarda barələrində əməliyyat məlumatı olduğu üçün onu Nəsimi RPİ-nə dəvət etmişlər. Polis İdarəsində polis əməkdaşları üzərində axtarış aparacaqlarını bildirmişlər və bunun üçün vide o çəkilişdən istifadə edəcəklərini demişlər.O, buna etiraz etməmiş, daha sonra, axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. Axtarışda iştirak etmək üçün 5 nəfər şahidi, video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişlər, ondan üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o, əlində olan ağ rəngli, üzərində “Etra Boutiqe” yazılan sellofan torbanı masanın üzərinə qoymuş və həmin narkotik vasitənin Vaqif adlı şəxsdən aldığını bildirmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclaslarında Məhkum göstərmişdir ki, ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri təsdiq etmir, polis əməkdaşı tərəfindən döyüldüyünü, polis əməkdaş larının yazdığı protokolu oxumadan imzalamışdır. Məhkəmələr Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr digər sübutlarla təsdiq edildiyindən onları düzgün və həqiqətə uyğun, məhkəmə iclasında verdiyi ifadə isə özünü müdafiə və həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin digər sübutların məcmusu ilə uyğunluq təşkil etməsi ilə yanaşı aşağıda göstərilən işin hallarına əsasən məhkəmələrin bu mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hall arına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkum ilkin ifadələri polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi ilə əlaqədar verilməsini göstərsə də, onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokoldan gör ünür ki, o həmin ifadələri müdafiəçinin iştirakı ilə vermişdir. Həmçinin cinayət işinə əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi İ.Seyidov tərəfindən Məhkum müdafiəçisinin polis əməkdaşları tərəfindən məhkumun döyülməsi haqqında şikayəti üzrə arşdırma aparılmış, şikayətdə göstərilən xüsusatlar öz təsdiqi tapmadığı üçün cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan nə məhkum, nə onun müdafiəçisi şikayət verməmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanununun pozulması barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində yalnız Məhkum olduğu yeri müəyyən edilmiş, o tutulmuş və polis idarəsinə gətirilmişdir. Bundan sonra araşdırma təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-in 207-ci maddəsinə əsasən Azərbaycan Respublikası CPM-in 86-cı maddəsində nəzərdə tutulmuş öz səlahiyyətləri çərçivəsində aparılmış, cinayət işinin başlanmasından sonra isə araşdırma ibtidai istintaq şəklində müstəntiq tərəfindən aparılmış və cinayət işi üzrə bütün sübutlar təhqiqatçı və müstəntiq tərəfindən toplanmışdır. Kassasiya şikayətinin Məhkum üzərindən 3 kiloqram 22,5 qram miqdarda narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi barədə axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsinə görə bu barədə tərtib edilmiş 27 fevral 2021-ci il tarixli protokolun şübhə doğurması və bu səbəbdən mötəbər sübut kimi qəbul edilməməsi barədə dəlili ilə aşağıd a olan səbəblərə görə razılaşmır. Belə ki, həmin protokolla Məhkum selofan torbada 3 kiloqram 22,5 qram miqdarda narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi faktı müəyyən olunur. Məhkum selofan torbada 3 kiloqram 22,5 qram miqdarda narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi faktı həmçinin cinayət işi üzrə toplanmış digər sübutlarla, o cümlədən məhkumun ibtidai istintaq zamanı verdiyi ifadə ilə təsdiq olunur. Bundan başqa, Məhkum məhkəmə iclasında verdiyi ifadədə də Vaqif adlı şəxs tərəfindən Bakı şəhəri Nəsimi rayonu ərazisində “Evromed” klinikanın yaxında olan “NAR” mobil lövhəsinin yanında qoyulmuş paketin dalınca gəlməsini, lakin Vaqif adlı şəxs tərəfindən qoyulmuş paketdə narkotik vasitə olan heroinin olması barədə xəbərinin olmadığını göstərmişdir. Göründüyü kimi Məhkum ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi onun üzərində selofan torbada 3022,5 qram miqdarda narkotik vasitə olan heroinin aşkar edilməməsi ilə əlaqədar deyil, selofan torbada narkotik vasitə olan heroin olduğu barədə xəbərinin olmaması ilə əlaqədar olmuşdur. Ona görə də şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 27 fevral 2021-ci il tarixli protokol cinayət işi üzrə bütün digər sübutlarla uyğun təşkil etdiyindən şübhə doğurmur. Məhkum Vaqif adlı şəxsin qoyduğu yerdən götürülmüş selofan torbada narkotik vasitə heroinin olması barədə əvvəldən bilməsi Məhkum müdafiəçisinin iştirakı ilə ibtidai araşdırma zamanı verdiyi ifadə, onun istifadəsində olan mobil telefon nömrəsi ilə Vaqif adlı şəxsin +989-101-835-575 mobil telefon nömrəsi arasında vats ap yazışmaları ilə və əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarının ifadələri ilə təsdiq olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə həmin sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərildiyi kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən müdafiəçinin vəsatətinə əsasən Şahid6 dindirilməməsi işin hallarının tam, hərtərəfli və obyektiv araşdırma aparılmasının təmin edilməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, hazırki cinayət işi üzrə Şahid6 ittihamın şahidi kimi cinayət işi üzrə tərtib edilmiş ittiham aktında göstərilm işdir. Birinci instansiyası məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, 15 sentyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Şahid6 iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və onun ibtidai istintaq zamanı verdiyi ifadənin məhkəmə iclasında elan edilməsi müdafiə tərəfinin razılığı ilə olmuşdur. Şahid6 ifadəsinin elan edildikdən sonra müdafiə tərəfinin həç bir sual və vəsatəti olmamışdır. Bundan başqa, Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadədən görünür ki, o, Məhkum polis əməkdaşları tərəfindən tutulması görməmiş (həmin vaxt Məhkum avtomaşında gözləmişdir), məhkumun üzərində axtarış keçirilməsində iştirak etməmiş, yalnız Məhkum xahişi ilə yolda avtomobil xarab olsa nasazlığın arad qaldırmasında köməklik göstərmək üçün Məhkumla birlikdə Quba rayonundan Bakı şəhərinə sonuncunun avtomaşınla gəlmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadə məhkumun həm ibtidai istintaq zamanı, həm məhkəmə iclasında verdiyi ifadələrlə ziddiyyət təşkil etmir, həmin ifadə ilə məhkumun təqsirini aradan qaldıran hər hansı bir hal müəyyən edilməmişdir. Ona görə də, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbər liyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya in stansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar