Məhkəmə qərarları › İş №1(102)-1077/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1077/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1077/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, maraqlarına toxunan şəxs – "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Nümayəndə4 və X3 və tə qsirləndirilən şəxs Məhkum iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 209.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 28 noyabr 2024-cü il tarixli qərarından maraqlarına toxunan şəxs – "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Qurbanov Teymur Əhməd oğlu) Məhkum, xx xxxxxx 1985-ci il tarixdə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olm uş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olmuş, hal-hazırda işləməyən, subay, əvvəllər məhkum olunmamış, Qubadlı rayonunun Əfəndilər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, CM-in 209.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cu maddəsinin tələbinə uyğun olaraq onun şübhəli şəxs qismində tutulması və ev dustaqlığında saxlanıldığı cəmisi 1 (bir) il 5 (beş) ay 7 (yeddi) gün müddət həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və CM-in 70-ci maddəsinə əsasən həmin cəza 2 (iki) il sınaq mü ddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Məhkum üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, hökmün icrasına nəzarətin həyata keçirilməsi isə sonuncunun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilmişdir. Hökmlə həmçinin iş üzrə mülki iddianın təmin edilməsi, 1.551.344,51 (1 milyon 551 min 344 manat 51 qəpik) manat məbləğində pulun Məhkum tutularaq dövlət nəfinə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş DGK «Azərterminalkompleks» Birliyinə saxlanca verilən təqsirləndirilən şəxsə məxsus 81 adda yayındırılmış gömrük ödənişlərinin predmeti hesab olunan malların dəyərin in iddia tələbinə yönəldilməsi və iddianı qarşılamadığı halda qalan məbləğin ondan tutulması qət edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 2019-2020-ci illər ərzində hüquqi ünvanı ünvan 2 Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) direktoru qismində nizamnamədə nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirmiş, cəmiyyətin maliyyətəsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gömrük ödənişlərinin hesablanması və büdcəyə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq müvafiq ödənişlərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, tamah niyyəti ilə xüsusilə külli miqdarda gömrük ödənişlərinin ödənil məsindən yayınma məqsədilə xx.xx.2018-ci il tarixli müqavilə və ******* №li xx.xx.2019-cu il tarixli invoys üzrə, xx.xx.2018-ci il tarixli müqavilə və ******* №li xx.xx.2019-cu il tarixli invoys üzrə, xx.xx.2019-cu il tarixli müqavilə və 12337 №li xx.xx.2019-cu il tarixli invoys üzrə, xx.xx.2018-ci il tarixli müqavilə və ******* №li xx.xx.2020-ci il tarixli invoys üzrə, xx.xx.2018-ci il tarixli müqavilə və ******* №li xx.xx.2019cu il tarixli invoys üzrə, xx.xx.2018-ci il tarixli müqavilə və ******* №li xx.xx.2019-cu il tarixli invoys üzrə, xx.xx.2018-ci il tarixli müqavilə və 1007123-1 №li xx.xx.2019-cu il tarixli invoys üzrə, xx.xx.2019-cu il tarixli müqavilə və 768259 №li xx.xx.2019-cu il tarixli invoys üzrə, xx.xx.2018-ci il tarixli müqavilə və ******* №li xx.xx.2019-cu il tarixli invoy s üzrə Hollandiyadan, xx.xx.2019-ci il tarixli müqavilə və 200001581A №li xx.xx.2019-cu il tarixli invoys üzrə Polşadan, xx.xx.2019-cu il tarixli müqavilə və 200001581B №li xx.xx.2019-cu il tarixli invoys üzrə İtaliyadan, xx.xx.2019-cu il tarixli müqavilə və Gr_AzFerm 19/01 №li xx.xx.2020-ci il tarixli invoys üzrə Rusiya Federasiyasından və xx.xx.2019-cu il tarixli müqavilə və 9697 №li xx.xx.2019-cu il tarixli invoys üzrə İrlandiyadan idxal etdiyi müxtəlif spirtli içki məhsullarını xx.xx.2019-cu il tarixli **********6785 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4482 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********2629 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********6735 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********1551 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********367 2 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********9365 sorğu nömrəli, xx.xx.2019-cu il tarixli **********4545 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli **********0705 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli **********1012 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli **********2705 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli **********5137 sorğu nömrəli və xx.xx.2020-ci il tarixli **********5128 sorğu nömrəli olmaqla, cəmi 13 gömrük bəyannaməsi ilə Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında bəyan edərək, **********6785 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 26383,80 manat, aksiz vergisi 77053,50 manat, ƏDV 51709,22 manat, gömrük yığımları 610 manat olmaqla cəmi 155 756,62 manat, **********4482 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 39159,84 manat, aksiz vergisi 114452,25 manat, ƏDV 83274,96 manat, gömrük yığımları 610 manat olmaqla cəmi 237497,05 manat, **********2629 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 21099,72 manat, aksiz vergisi 58881,00 manat, ƏDV 47483,34 manat, gömrük yığımları 610 manat olmaqla cəmi 128074,06 manat, **********6735 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 17612,00 manat, aksiz vergisi 51800,00 manat, ƏDV 44122,55 manat, gömrük yığımları 620 manat olmaqla cəmi 114154,55 manat, **********1551 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 19359,60 manat, aksiz vergisi 56940 manat, ƏDV 28890,63 manat, gömrük yığımları 410 manat olmaqla cəmi 105600,23 manat, **********3672 sorğu nömrəli göm rük bəyannaməsi üzrə idxal rüsumu 15973,20 manat, aksiz vergisi 46980,00 manat, ƏDV 40713,34 manat, gömrük yığımları 610 manat olmaqla cəmi 104276,54 manat, **********9365 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 5816,45 manat, aksiz vergisi 19388,16 manat, ƏDV 12490,93 manat, gömrük yığımları 250 manat olmaqla cəmi 37945,54 manat, **********4545 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 18506,88 manat, aksiz vergisi 27688,50 manat, ƏDV 20808,21 manat, gömrük yığımları 410 manat olmaqla cəmi 67413,59 manat, **********0705 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 18217,20 manat, aksiz vergisi 53580,00 manat, ƏDV 48688,42 manat, gömrük yığımları 610 manat olmaqla cəmi 121095,62 manat, **********1012 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 26048,81 mana t, aksiz vergisi 73734,45 manat, ƏDV 57456,67 manat, gömrük yığımları 620 manat olmaqla cəmi 157859,93 manat, **********2705 sorğu nömrəli gömrük bəyannaməsi üzrə aksiz vergisi 90480,00 manat, ƏDV 35508,23 manat, gömrük yığımları 610 manat olmaqla cəmi 126598,23 manat, **********5137 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 9518,08 manat, aksiz vergisi 30711,60 manat, ƏDV 22898,34 manat, gömrük yığımları 400 manat olmaqla cəmi 63528,02 manat və **********5128 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal rüsumu 17113,56 manat, aksiz vergisi 65367,40 manat, ƏDV 48453,67 manat, gömrük yığımları 610 manat olmaqla cəmi 131544,63 manat, ümumilikdə idxal gömrük rüsumları üzrə 234809,14 manat, aksiz vergisi üzrə 767056,86 manat, əlavə dəyər vergisi üzrə 542498,51 manat, gömrük yığımları ü zrə 6980 manat gömrük ödənişlərinin hər bir bəyannamə üzrə 1 ay müddətində ödənilməsinə dair yazılı öhdəlik götürməklə qeyd olunan malların şərti buraxılışının həyata keçirilməsinə və rəhbəri olduğu cəmiyyətin ünvan 3 ünvanındakı anbarına yerləşdirilməsinə nail olmuş, lakin qeyd olunan tarixlərdən keçən müddət ərzində o, götürdüyü öhdəliklərə əməl etməyərək ümumilikdə cəmi xüsusilə külli miqdarda-1.551.344,51 (1 milyon 551 min 344 manat 51 qəpik) manat məbləğində gömrük ödənişlərini büdcəyə ödəməkdən qəsdən yayınmışdır. Hökmdən dövlət ittihamçısı Ramazanov Əsədulla Qəzənfər oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıve rdiyev Anar Mustafa oğlundan ibarət tərkibdə) 30 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmiş, CM-in 70-ci maddəsinin tətbiqi saxlanılmaqla CM-in 69.3-cü maddəsinin tətbiqinə və müvafiq hesablamalara dair göstəriş və müddəalar hökmdən xaric edilmiş, iş üzrə mülki iddia qismən təmin edilərək 1.501.344,51 (bir milyon beş yüz bir min üç yüz qırx dörd manat 51 qəpik) manat məbləğində pulun Məhkum tutularaq dövlət nəfinə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş DGK «Azərterminalkompleks» Birliyində saxlanca verilməklə təqsirləndirilən şəxsə məxsus 193 və 81 adda göm rük ödənişlərinin predmeti hesab olunan malların dövlət mülkiyyətinə keçirilməklə iddia tələbinə yönəldilməsi və iddianı qarşılamadığı halda qalan məbləğin Məhkum tutulması qət edilmiş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 21 iyun 2024-cü il tarixli qərarı ilə kassasiya protesti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 19 iyul 2024-cü il tarixli qərarı ilə maraqlarına toxunan şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ünvanlanmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarından kassasiya qaydasında təqdimatın verilməsi haqqında ərizə təmin edilməmiş və təqdimatın verilməsindən imtina olunmuşdur. 13 avqust 2024-cü il tarixdə, yəni Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət bitdikdən sonra və həmin müddət buraxılmaqla maraqlarına toxunan şəxs – "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 həmin hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Qurbanov Teymur Əhməd oğlu) maraqlarına toxunan şəxs – "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 həmin məhkəmənin 11 sentyabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından maraqlarına toxunan şəxs – "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər Məmmədov Əli İrfan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 28 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Emin Zöhrab oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Əli İrfan oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə) 7 yanvar 2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2024-cü il tarixli qərarından maraqlarına toxunan şəxs – "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 tərəfindən kassasiya şikayəti verildiyindən CPM-in 412.1-ci maddəsinin tələbinə əsasən Məhkum CM-in 209.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hökmdən verilmiş apellyasiya protesti üzrə icraat hərəkətsiz saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2024-cü il tarixli qərarından maraqlarına toxunan şəxs – "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bəzi müddəalarına, Azərbaycan Respublikasının Konstitusiyasına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bəzi Qərarlarına və hazırki iş üzrə qəbul edilmiş məhkəmə aktlarına istinad edən maraqlarına toxunan şəxs – "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 həmin şikayətini belə əsaslandırmışdır ki, həm birinci instansiya məhkəməsinin, sonradan da apellyasiya məhkəməsinin diqqətinə çatdırılmışdır ki, qeyd edilən cinayət işi üzrə DGK-nın mülki iddiasının təmin edilməsinə yönəldilmiş mallar "xxxx" ASC-nin girovunda olsa da, Bank həmin işə cəlb edilməmişdir. Məhkəmə hökmü Yasamal rayon İcra Şöbəsinin 04 aprel 2024-cü il tarixli cavab məktubu "xxxx" ASC-yə təqdim edilmiş, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti hazırlanarkən məlum olmuşdur ki, hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarı ilə hökmün mülki iddia tələbinin həmin edilməsi hissəsində dəyişikliklər edilərək gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün üzərinə həbs qoyulmuş 81 adda məhsula 193 adda da məhsul da əlavə edilmişdir. Eyni zamanda məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Şikayət müəllifi həmçinin qeyd etmişdir ki, tərəfindən CPM-in 408.3-cü maddəsinə istinad edilməklə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Sədrinə müraciət edilərək, borclu şirkətə məxsus olan və 30 yanvar 2020-ci il tarixli 003GOOD20000011 nömrəli Girov müqaviləsi ilə banka girov qoyulmuş spirtli içkilərə tutma yönəldilməsi hissəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarından təqdimat verilməsi xahiş edilmiş, lakin bu müraciət təmin olunmamışdır. Ali Məhkəmənin Cinayət Kollegiyasının 21 iyun 2024-cü il tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş yeni apellyasiya baxışına təyin olunmuş və bütün bu səbəblərdən Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2023cü il tarixli hökmü ilə maraqlarına toxunan şəxs həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən ötürmüşdür. Həmin müddətin bərpa edilməməs i isə adı çəkilən bankın konstitusiyon hüquqularının pozulmasına səbəb olmuşdur. Şərh olunan dəlillərə əsaslanaraq Nümayəndə4 onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, mülki iddiaçı - Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə mülki iddiaçı - Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə k i, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. C PM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da vurğulayır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın lə ğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Prosessual qanunun təsvir edilən tələblərindən çıxış edərək məhkəmə kollegiyası həmçinin onu qeyd etməyi vacib sayır ki, birinci instansiya məhkəməsinin hökmündən və ya digər yekun qərarından verilmiş apellyasiya şikayətinin və ya apellyasiya protestinin icraata qəbul edərək həmin apellyasiya müraciətlərinə mahiyyəti üzrə baxmaq, yaxud da apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş, lakin buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul etmək səlahiyyətləri kassasiya instansiyası məhkəməsinin deyil, müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmiş, kassasiya kollegiyası isə bunlarla bağlı apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökmlərdən və ya digər yekun qərarlardan verilmiş kassasiya şikayətlərinə və ya kassasiya protestlərinə baxaraq yalnız CPM-in 419.10-cu maddəsində göstərilmiş qərarlardan birini qəbul etmək hüququna malikdir. Odur ki, Nümayəndə4 hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2024-cü il tarixli qərarından verdiyi kassas iya şikayətində irəli sürdüyü tələbə cavab olaraq məhkəmə kollegiyası bu tələbin təmin edilməsini, yəni Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilərək həmin şikayəti icraata qəbul edərək baxılmasını, nəticə etibarı ilə isə kassasiya şikayətində irəli sürülmüş tələbin təmin edilməsini mümkün bilmir. Kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası Məhkum barəsindəki cinayət işinin materiallarına və həmin iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş işin faktiki hallarına müraciət edərək daha sonra qeyd edir ki, bu hallara görə, o, 2019-2020-ci illər ərzində hüquqi ünvanı ünvan 5əhdud Məsuliyyətli Cəmiyyə tinin (VÖEN: **********) direktoru qismində nizamnamədə nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirmiş, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gömrük ödənişlərinin hesablanması və büdcəyə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq müvafiq ödənişlərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, tamah niyyəti ilə xüsusilə külli miqdarda gömrük ödənişlərinin ödənilməsindən qəsdən yayınmışdır. Nümayəndə4 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin əsassız olaraq məhkəmələr tərəfindən təmin edilməməsi barədə kassasiya şikayətinin dəlilləri ilə əlaqədar isə m əhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayətprosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı həyata keçirilərkən qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunvericilik cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizm asından yanaşaraq məhkəmə kollegiyası birinci insansiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-in 384.1.1-ci maddəsinin tələblərinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan verilir. CPM-in 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunvericilik yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-in 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəll ənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün bi rinci instansiya məhkəməsinə göndərir. CPM-in 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayətini və ya kassasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-in 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nəticəsində müəyyən edilir ki, "xxxx" ASC tərəfindən verilmiş vəsatətə və apellyasiya şikayətinə əsasən, Bakı şə həri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü tarixli hökmünün surəti 4 aprel 2024-cü il tarixdə Yasamal rayon İcra Şöbəsinin həmin tarixli cavab məktubu ilə birlikdə "xxxx" ASC-nə təqdim edilmiş və həmin tarixdən də "xxxx" ASC tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin axımı başlamışdır. Lakin həm vəsatətdən, həm apellyasiya şikayətindən, həm də apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, maraqlarına toxunan şəxs "xxxx" ASC Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü tarixli hökmündən apellyasiya şikayəti vermək əvəzinə, digər hüququndan istifadə edərək, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarından təqd imat verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 19 iyul 2024-cü il tarixli qərarı ilə maraqlarına toxunan şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 tərəfindən verilmiş müraciət təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qərarından təqdimatın verilməsindən imtina olunmuşdur. Belə ki, "xxxx" ASC 4 aprel 2024-cü il tarixdən etibarən birinci instansiya məhkəməsinin məlum hökmündən apellyasiya şikayəti verilməsi üçün heç bir məhdudiyyət olmadığı halda bu hüququndan istifadə etməmiş, bunun əksinə olaraq apellyasiya instansiyası məhkəməsinin qərarından təqdimat verilməsi ilə bağlı müraciət etmişdir. Qeyd olunanlardan görünür ki, maraqlarına toxunan şəxs "xxxx" ASC hökmdən narazı qaldığı üçün həmin hök mdən bilavasitə apellyasiya şikayəti verməklə, həmçinin prosessual qənaət prinsipinə də əməl etmiş olardı. Lakin göründüyü kimi, maraqlarına toxunan şəxs "xxxx" ASC birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti vermək əvəzinə iş üzrə apellyasiya icraatı qaydasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarın ləğv edilməsinə nail olmaq istəmişdir. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 11 sentyabr 2023-cü il tarixli hökmdən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblər olmadan buraxılmasını müəyyən edərək haqlı olaraq həmin müddətin bərpa olunması haqqında vəsatətin təmin edilməməsi barədə müvafiq qərarlar qəbu l etməklə adı çəkilən hüquqi şəxsin hər hansı hüququnun pozulmasına yol verməmişlər. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən məhkəmələrin o mövqeyi ilə də razılaşır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik olan şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Cinayət-Proses sual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya kollegiyası da yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında maraqlarına toxunan şəxs – "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə4 vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq bu dəlillər üzərində qurulmuş tələbin təmin edilməsini mümkün bilmir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, belə qənaət heç də hökmlə maraqlarına toxunan hüquqi şəxsin yeni apellyasiya icraatı zamanı i şə bu qisimdə cəlb edilməsini və onun apellyasiya şikayətində irəli sürdüyü tələblər üzrə də müvafiq araşdırmanın aparılmasını nəinki istisna etmir, hətta işin müəyyən edilmiş hallarına, habelə işə əlavə olunmuş müvafiq sənədlərə əsasən bunu zəruri edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırki işə yeni apellyasiya baxışı zamanı "xxxx" ASC işə maraqlarına toxunan şəxs kimi cəlb edilməli və bu hüquqi şəxsin də iddiaları tam və hərtərəfli yoxlanılmalı, bu yoxlamanın nəticəsində isə qanuni və əsaslandırılmış yekun məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, belə hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2024-cü il tarixli Qərarında da əksini tapmışdır. Belə ki, həmin Qərara görə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, həmin məsələ qanunvericilik qaydasında həll edilənədək isə Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər. Belə cəlbetmə Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə uyğun həyata keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb kassasiya şikayətin təmin edilməsi barədə maraqlarına toxunan şəxs – "xxxx" ASC-nin nümayəndələri Nümayənd ə4 və X3un, həmin şikayətin təmin edilməməsi barədə isə təqsirləndirilən şəxs Məhkum və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkum CM-in 209.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 28 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.3-cü maddəsi ilə təqsirlən dirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 28 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar