Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1078/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun hüquqi varisi X1 nümayəndəsi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli qərarından məhkum (mərhum) Məhkum hüquqi varisi Rəhimova Xuraman Allahverdi qızı tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar Mikayılov (sədrlik edən), Mahmud Ağalarov və Siyavuş Hacıyev) 1(101)-360/2021 nömrəli 27 avqust 2021-ci il tarixli hökmü ilə xx xxxxxxx 1959-cu il tarixdə Ermənistanın Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, hazırda işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə təqsirli bilinərək, ona CM-178.3.2-ci maddəsi i lə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 29,178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4,312.2-ci maddəsi ilə CMin 46.2-ci maddəsi tətbiq edilərək 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq olunaraq Məhkum təyin olunmuş əsas, azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 44.2.1-ci maddəsinə müvafiq olaraq Məhkum Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cəza təyin edilməmişdir. İş üzrə ibtidai istintaq zamanı maddi ziyanın aradan qaldırılması üçün təqsirləndirilən şəxs Məhkum tərəfindən istintaq orqanına təqdim edilməklə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş cəmi 55806,20 (əlli beş min səkkiz yüz altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti dövlətin nəfinə keçirilməsi qət edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum öz qulluq mövqeyindən istifadə etmə klə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını külli miqdarda ziyan vuraraq təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa və dolayı yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təkrarən təhrik etmiş, bilə- bilə saxta rəsmi sənəddən istifadə etmişdir. Belə ki, Məhkum 15 sentyabr 2008-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin Pensiya təyinatı sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyərkən qulluq mövqeyinə görə ona olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə 8 aprel 2015-ci il tarixdə işlədiyi həmin Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə yaşa görə pensiyaya çıxmaqla bağlı müraciət etmiş və şöbənin pensiya təyin edən komissiyasının xx.xx.2015-ci il tarixli, 534 nömrəli qərarına əsasən 63 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş Şahid1 sənədlərini qəbul edərkən onun xx.xx.1978-ci il tarixdən xx.xx.1998-ci il tarixədək keçmiş Ümumitti faq Geofizika və Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə, o cümlədən, böyük mühəndis, dəstə rəisi, baş mühəndis, laboratoriya rəisi vəzifələrində işləməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1-ci bölməsinin 1.3-cü bəndinə uyğun olaraq onun güzəştli pensiya almaq hüququnun olmasını bildiyi halda, Şahid1 belə bir hüququnun olmasına dair qanunvericilik aktlarından xəbərsiz olmasından istifadə edərək, həmin şərtlərlə pensiya təyin etməyin mümkün ola biləcəyini sonuncuya bildirib, Şahid1 bununla bağlı ondan kömək istəməsinə nail olmaqla, güzəştli şərtlərlə pensiya təyinatı məsələsinə baxılması üç ün onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə yazmasının zəruriliyini deyib, Nazirlik tərəfindən bundan imtina olunandan sonra məhkəmədə iddia qaldırılmaqla həmin məsələnin həll olunacağını bildirmişdir. Şahid1 özünə güzəştli şərtlərlə pensiya təyin edilməsi məsələsinə yenidən baxılması üçün 14 sentyabr 2015-ci il tarixdə Fondun Yasamal rayon şöbəsinə ərizə ilə müraciət etdikdən və həmin şöbə tərəfindən xx.xx.2016-cı il tarixli, 12/8405 nömrəli məktubla güzəştli iş stajı barədə aydınlaşdırıcı arayış təqdim etdiyi halda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna baxılacağına dair ona cavab verildikdən sonra, 2016-cı ilin sonlarında Bakı şəhəri ərazisində istintaqla dəqiq müəyyən edilməyən yerdə görüşləri zamanı Şahid1 özünün onun barəsində güzəştli şərtlərlə yaşa gör ə pensiya təyin olunmasını təşkil etməsi, müvafiq sənədlərin düzəldilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun özünün yaxın münasibətdə olduğu vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəkləri hərəkətə görə həmin vəzifəli şəxslər üçün özü vasitəsilə birbaşa yolla maddi nemət olan 3500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildirərək, Şahid1 razılığını alıb onunla sövdələşməklə, sonuncunun ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Yasamal rayon şöbəsinə həvalə edilməsi tələb i ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsinə nail olub, həmin Məhkəmənin 2-1(81)-1047/17 saylı iş üzrə 10 yanvar 2017-ci il tarixli qərarı ilə Şahid1 eyni əsaslarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2009-cu il tarixdən təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Yasamal rayon şöbəsinə həvalə edilməsindən və həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin qeyd olunan qərarının qüvvədə saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 26 aprel 2017-ci il tarixli qərarının qəbul olunmasından sonra, Şahid1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun özünün yaxın münasibətdə olduğu vəzifəli şəxsinə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə etdiyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verəcəyi adı ilə 2017-ci il ərzində istintaqla dəqiq müəyyən edilməyən tarixlərdə iki dəfə 1000 manat, bir dəfə isə 1500 manat olmaqla, vahid niyyətlə cəmi 3500 (üç min beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda Şahid1 alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya məxsus qeyd edilən pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə et mə yolu ilə vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, Məhkum həmin Nazirlik üzrə 17 oktyabr 2017-ci il tarixli, **********1 nömrəli əmrlə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin Pensiya sektorunun məsləhətçisi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyinə görə özünə olan inam və etibardan istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Şahid1 ilə 2017-ci ilin oktyabr ayının ortalarından dekabr ayının ortalarınadək olan müddətdə istintaqla müəyyən edilməy ən yerdə görüşləri zamanı sonuncunun barəsində Fondun Yasamal rayon şöbəsində təyin edilmiş pensiya üzrə müvafiq işi özü nəzarətində saxlamasa, guya pensiyanın təyinatında problemlərin yaranacağını və pensiya ödənişlərinin həyata keçirilməyəcəyini aldatmaqla ona bildirib, buna görə də pensiya işinin Fondun Abşeron rayon şöbəsinə keçirilməsinin zəruriliyini və bunun üçün bütün sənədləşdirməyə özünün nəzarət edəcəyini bildirib, sadəcə bildirəcəyi tarixdə diktə edəcəyi məzmunda ərizə yazmasının vacib olmasını Şahid1 deyib, sonuncunun müvafiq pensiya işi və məhkəmə qərarlarının məzmunundan məlumatsız olmasından istifadə edib, Şahid1 ünvan 3 ünvanda qeydiyyatda olmaqla ünvan 4ktiki yaşamasına baxmayaraq, qeyd edilən müddət ərzində istintaq zamanı müəyyən edilməmiş şəxs tərəfindən istintaqla müə yyən edilməmiş şəraitdə istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlanmış, məzmununda Şahid1 guya Abşeron rayonu Ceyranbatan qəsəbəsi, yeni məhəllə 68 saylı evdə yaşaması barədə yalan məlumatlar olan Abşeron rayonu, Ceyranbatan Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsinin möhürü ilə təsdiq edilən hüquq verən rəsmi sənədin, - xx.xx.2017-ci il tarixli, 1811 nömrəli arayışın saxta olduğunu bilə-bilə tamah niyyəti ilə həmin arayışı 2017-ci ilin dekabr ayında əldə edib Şahid1 istintaqla müəyyən edilməyən digər sənədlərlə birgə verərək həmin saxta rəsmi sənəddən tamah niyyəti ilə istifadə edib, sonuncuya pensiya işinin Fondun Abşeron rayon şöbəsinə keçirilməsi xahişinə dair xx.xx.2017-ci il tarixli ərizə yazdırmaqla pensiya işinin 1 yanvar 2018-ci il tarixdə Fondun Abşeron rayon şöbə sinə keçirilməsinə nail olmuşdur. Həmin şöbənin xx.xx.2018-ci il tarixli, 425 nömrəli qərarı ilə Şahid1 pensiyasının aylıq məbləğinin 337,34 manat məbləğində ödənilməsi qərarı veriləndən sonra isə pensiya təyin olunmasına dair məhkəmə qərarları və digər sənədlərin məzmunundan Şahid1 məlumatsız olmasından istifadə edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2009-cu il tarixdən təyin edilməsini sonuncuya deməyib, ondan gizlətməklə məhkəmə qərarında yalnız əvvəlki illərə görə ödənilməmiş pensiya məbləğinin ödənilməsi nəzərdə tutulsa da, həmin ödənilməmiş məbləği Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və digər səlahiyyəti qurumların vəzifəli şəxslərinə özü vasitəsilə dolayı yolla verəcəyi təqdirdə həmin v əzifəli şəxslər tərəfindən məhkəmə qərarının onun xeyrinə icraya yönəldəcəyini aldatmaqla Şahid1 deyib, onun razılığını almaqla sövdələşmişdir. Bundan sonra həmin şöbə üzrə xx.xx.2018-ci il tarixli sərəncamla məhkəmə qərarlarına əsasən xx.xx.2009-cu ildən pensiya məbləğinin yenidən hesablanmasına əsasən, xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2018-ci il tarixdə Şahid1 "xxxx" ASC-də olan 676867***7791 nömrəli hesabına köçürülmüş 5995 manat məbləğində pul vəsaitini xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə hesablanmaqla xx.xx.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 4069,28 manat məbləğində pul vəsaitini xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 4000 manat məbləğində pul vəsaitini xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə hesablanmaqla xx.xx.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 5690 manat məbləğində pul vəsaitini xx.xx.2018-ci il tarixdə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində, xx.xx.2018-ci il tarixdə hesablanmaqla xx.xx.2018ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1200 manat məbləğində pul vəsaitini, xx.xx.2018-ci il tarixdə hesablanmaqla xx.xx.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1200 manat məbləğində pul vəsaitini, xx.xx.2018-ci il tarixdə hesablanmaqla xx.xx.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1663 manat məbləğində pul vəsaitini, xx.xx.2018-ci il tarixdə hesablanmaqla xx.xx.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1069,71 manat məbləğində pul vəsaitini, xx.xx.2018-ci il tarixdə hesablanmaqla xx.xx.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 58 7,58 manat məbləğində pul vəsaitini, 08.09,2018-ci il tarixdə hesablanmaqla xx.xx.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, xx.xx.2018-ci il tarixdə hesablanmaqla xx.xx.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, xx.xx.2018-ci il tarixdə hesablanmaqla xx.xx.2018-ci il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, xx.xx.2018ci il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, xx.xx.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, xx.xx.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1707,88 manat məbləğində pul vəsaitini, xx.xx.2019-cu il tarixd ə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, xx.xx.2019-cu il tarixdə hesablanmaqla xx.xx.2019-cu il tarixdə Şahid1 hesabına köçürülmüş 1921,69 manat məbləğində pul vəsaitini, xx.xx.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, xx.xx.2019-cu il tarixdə hesablanmaqla xx.xx.2019-cu il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, xx.xx.2019-cu il tarixdə hesablanmaqla xx.xx.2019-cu il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, xx.xx.2019-cu il tarixdə hesablanmaqla xx.xx.2019-cu il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, xx.xx.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına kö çürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, xx.xx.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, xx.xx.2019-cu il tarixdə hesablanmaqla həmin gün Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini, xx.xx.2019-cu il tarixdə hesablanmaqla xx.xx.2019-cu il tarixdə Şahid1 hesabına köçürülmüş 1657,29 manat məbləğində pul vəsaitini isə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə, Şahid1 bankomatlar vasitəsilə hesabdan çıxarmasından sonra, Bakı şəhəri 3-cü və 4-cü mikrorayonların ərazisində, o cümlədən ünvan 5 ünvanda yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında Şahid1 alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya məxsus ümumilikdə 52306,2 manat (əlli iki min üç yüz altı manat, iyirmi qəpik) məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək Şahid1 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə dolayı yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Daha sonra, 12 mart 2009-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin yerdə qalan 89493,66 (səksən doqquz min dörd yüz doxsan üç manat, altmış altı qəpik) manat hissəsi 30 dekabr 2019-cu il tarixdə bir dəfəyə Şahid1 hesabına ödənildikdən sonra isə, 6 yanvar 2020-ci il tarixdə ünvan 5 ünvanda yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığındakı parkda Şahid1la görüşüb həmin məb ləği də hesabdan çıxarıb aidiyyəti vəzifəli şəxslərə çatdırması üçün özünə verməsini bildirib, əks halda pensiyasının kəsiləcəyini yalandan deməsinə baxmayaraq, Şahid1 aldadıldığını başa düşərək həmin pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib Şahid1 məxsus pul vəsaitini ələ keçirməyə nail olmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 142069,86 manat (bir yüz qırx iki min altmış doqquz manat səksən altı qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakiml ər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Kamran Əkbərov) 1(103)-1874/21 nömrəli 14 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-360/2021 nömrəli, 27 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi2 Maham oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum (mərhum) Məhkum hüquqi varisi Rəhimova Xuraman Allahverdi qızı kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarının ləğv edilərək cinayət işi üzrə icraata xitam verilməsi, Şahid1 zərərçəkmiş şəxs qismndə tanınması və iş üzrə ibtidai istintaq zamanı maddi ziyanın aradan qaldırılması üçün (mərhum) Məhkum istintaq orqanına könüllü təqdim edilməklə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş cəmi 55806,20 (əlli beş min səkkiz yüz altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum (mərhum) Məhkum hüquqi varisi Rəhimova Xuraman Allahverdi qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə tövsif edilməsi tamamilə qanunsuz və əsassızdır. İbtidai istintaq orqanı əsassız olaraq Məhkum cinayət məsuliyyətinə cəlb etmiş, birinci instansiya məhkəməsi iş üzrə mötəbər, təkzib olunmaz sübutlar olmadan onu yuxarıda qeyd olunan maddələrlə təqsirli bilinərək ona ş ərti olsa belə ağır cəza təyin etmiş, həmçinin iş üzrə ibtidai istintaq zamanı maddi ziyanın aradan qaldırılması üçün Məhkum istintaq orqanına könüllü təqdim edilməklə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş cəmi 55806,20 (əlli beş min səkkiz yüz altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin dövlətin nəfinə keçirilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmiş və apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı Azərbaycan Respublikası CM-in 178.3.2, 29,178.3.2, 32.4.312.2 və 320.2-ci maddələri ilə irəli sürmüş ittihamın əsasını yalnız iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 12 avqust 2020-ci il tarixli 4/474 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyi olmuş, eyni sübutlar da məhkəmənin hökmünün əsasını təşkil etmişdir. Həmin sübutlar iş üzrə mötəbər sübut kimi qəbul oluna bilməz və Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə məhkum edilməsi üçün kifayət hesab etmək olmaz. Qeyd olunanlardan göründüyü kimi, Şahid1 güzəştli şərtlərlə pensiya qanuni əsaslarla, daha konkret məhkəmənin qərarına əsasına təyin olunmuş və o, həmin məhkəmə qərarlarından özünün tutduğu vəkilinin vasitəsi ilə tam məlumatlı olmuşdur. Göstərilən xüsusatlar da Şahid1 ifadəsində göstərdiklərini təkzib edir. Ekspert rəyi ilə bağlı bildirirəm ki, həmin sübut qanunsuz olduğundan sübutların siyahısından çıxarılmalıdır. Şahid1 söh bət zamanı Məhkumla öz arasında olan danışıqları ondan xəbərsiz özünə məxsus mobil telefon vasitəsi ilə gizli yolla yazmış və həmin səs yazılarını sonra diskə köçürtməklə iş üzrə istintaq zamanı müstəntiqə təqdim etmişdir. Müstəntiq də öz növbəsində məhkəmə-fonoskopik ekspertiza təyin etməklə alınmış rəyi sübut kimi qiymətləndirmişdir. Göstərilənlər isə cinayət prosessual məcəlləsinin 125.2-ci maddəsinə ziddir və həmin səbəbdən ekspert rəyi cinayət işi üzrə sübut kimi qəbul edilə bilməzdi. Göründüyü kimi, sübutlardan yalnız Şahid1 ifadəsi qalır və tək bir nəfər şəxsin verdiyi ifadəsi CM-in 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə irəli sürmüş ağır bir ittihamın sübut olunmasında kifayət hesab etmək olmaz. Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmu ş pul vəsaitinin dövlətin nəfinə keçirilməsi ilə bağlı hissədə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hüquqi əsası kimi CPM-in 132.0.4-cü maddəsinə istinad etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, təqsirləndirilən şəxs Məhkum ona Azərbaycan Respublikası CM-in 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə elan olunmuş ittihamda ilk gündən özünü təqsirli bilməmiş, amma həbs olunacağından çəkindiyinə görə ibtidai istintaq zamanı müstəntiqinin təşəbbüsü ilə o, Şahid1 ziyanın ödənilməsi üçün cəmi 55806 manat 20 qəpik manat məbləğində pul vəsaitini Respublikası Baş Prokurorluğunun depozit hesabına könüllü olaraq qoymuşdur. Cinayət işinin materiallarından, o cümlədən ittiham aktından göründüyü kimi, cinayət işi üzrə ibtidai isti ntaqını aparan müstəntiq Asim Yusifov təqsirləndirilən şəxs Məhkum təqdim etdiyi 55806,20 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən dələduzluq cinayət əməli nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, eyni zamanda iş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlakın olmadığını qeyd etmişdir. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi iş üzrə ibtidai istintaq zamanı maddi ziyanın aradan qaldırılması üçün təqsirləndirilən şəxs Məhkum tərəfindən istintaq orqanına könüllü təqdim edilməklə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş cəmi 55806,20 manat məbləğində pul vəsaitinin dövlətin nəfinə keçirilməsi qərarına gəlinmiş və hüquqi əsası kimi Azərbaycan Respublikası CPMin 132.0.4-cü maddəsinə istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, Məhkum tərəfindən məhz pul vəsaiti cinayət yolu ilə əldə edildiyi müəyyən olunduğuna görə, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş cəmi 55806,20 manat məbləğində pul vəsaiti dövlətin nəfinə keçirilməlidir. Cinayət-prosessual qanunvericiliyinin tələbindən görünür ki, zərər çəkmiş şəxs məlum olduqda cinayətin predmeti olan pul məhkəmənin hökmü ilə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilir. Baxılan cinayət işində zərərçəkmiş şəxs Şahid1 olduğu məlumdur. CM-in 312-ci maddəsinin qeydinə görə o, şahid kimi tanınsa da nəticə etibarı ilə Şahid1 cinayət nəticəsində dəymiş ziyanla bağlı o cümlədən mülki mühakimə icraat qaydasında məhkəməyə müraciət edərək pulu tələb edə bilər. Məhz bu səbəbdən Məhkum artıq ziyanın ödənilməsi ilə bağlı depozitə könüllü olaraq qoymuş pulu gözləmədən Şahid1 ittihamda göstərilən məbləğdə pulu verərək ondan ziyanın ödənilməsi, şikayət və tələbinin olmaması ilə bağlı notarial qaydada təsdiq edilmiş ərizə almaqla məhkəmə təqdim edir. Göründüyü kimi, Məhkum bir işdə ziyanı iki dəfə ödəyir. Göstərilənlər bir tərəfdən, digər tərəfdən - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, CPM-in 132.0, 132.0.1 və 132.0.4-cü maddələri isə cinayətin predmeti olan pulun və qiymətli əşyaların dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin qanunun həmin normalarını tətbiq etm əklə Məhkum tərəfindən istintaq orqanına könüllü təqdim edilməklə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş cəmi 55806,20 (əlli beş min səkkiz yüz altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin Məhkum alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışın qaytarılmalıdır. Hüquqi məs ələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununu n və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassator şikayətində Məhkum təqsiri olmadığını və ona bəraət verilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq hökm və qərarından görünür ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlər inin protokolları və işdə olan digər sübutlar qarşılıqlı təhlil edilib və onlara qiymət verilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Məhkum öz qullu q mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 3500 manat məbləğində pulu ələ keçirmişdir. Bundan sonra o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 142069,86 manat məbləğində pulun bilavasitə ələ keçirməyə yönəldilmiş hərəkətlər edərək 52806,2 manat pulu ələ keçirmiş, 89493,66 manat pulu isə ondan asılı olmayan səbəblərə görə ələ keçirə bilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, Məhkum bilə-bilə saxta rəsmi sənəddən istifadə etmişdir. Məhkumun yuxarıda qeyd edilən əməlləri törətməsi cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə tam təsdiq edilmişdir. Məhkum (mərhum) Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl lər Azərbaycan Respublikası CM-in 178.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itti hamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2 və 320.2-ci maddələri ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-in 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-in 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxs (məhrum) Məhkum əməllərinin Azərbaycan Respublikası CM-in 178.3.2 və 320.2-ci maddələri tövsif edilməsi ilə bağlı gəldikləri nəticəni əsaslı hesab etsə də, onun təqsirli bilindiyi əməlinin eyni zamanda CM-in 29,178.3.2 və 32.4,312.2-ci maddələri ilə də tövsif edilməsi barədə gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, həm ibtidai istintaq orqanı, həm birinci və apellyasiya instansiyası məhkəmələri məhkum (məhrum) Məhkum zərərçəkmiş şəxsi aldadaraq müvafiq vəzifəli şəxsə çatdırmaq adı ilə onlardan pul vəsaitinin alıb ələ keçirilməsi ilə əlaqədar əməlinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə yanaşı CM-in 29,178.3.2 və 32.4,312.2-ci maddələri ilə tövsif edərkən hüquqi səhvə yol vermişlər. Belə ki, Məhkum zərərçəkmiş şəxs Şahid1 məxsus 3500 manat pulu ələ keçirdikdən sonra təkrarən etibarından sui-istifadə və aldatma yolu ilə Şahid1 məxsus 142069,86 manat miqdarında pulu ələ keçir mək istəmiş və onu aldadaraq müvafiq vəzifəli şəxsə çatdırmaq adı ilə ondan 52306,2 manat pulu alıb ələ keçirilmiş, qalan 89493 manatı isə onun iradəsindən asılı olmayan səbəblərə görə ələ keçirə bilməmişdir. Göründüyü kimi, məhkum (mərhum) Məhkum cinayət qəsdi ilə əhatə olunmuş 142069,86 manatdan külli miqdarı təşkil edən 55.806,2 manat məbləğində pul onun tərəfindən dələduzlu yolu ilə ələ keçirilmiş və onun bu əməli Azərbaycan Respublikası CMin 178.3.2-ci maddəsinin bitmiş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası CM-in 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyət indən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Göründüyü kimi cinayətlərin məcmusu yalnız müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətlərin törədilməsi zamanı mümkündür. Eyni maddə ilə nəzərdə tutulmuş əməlin cinayətlərin məcmusu kimi - həm bitmiş cinayət, həm həmin cinayət törətməyə cəhd kimi qiymətləndirilməsi və tövsif edilməsi qanuni hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası həm ibtidai istintaq orqanı, həm də məhkəmələr tərəfindən Məhkum dələduzluq əməlinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 29,178.3.2-ci maddəsi ilə tövsif edilməsi əsassız hesab edir və həmin maddə onun ittihamından xaric edilməlidir. Bundan ə lavə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 3cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 312.2ci maddəsini dispozisiyasında rüşvət vermə vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı bir hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə şəxsən və ya vasitəçidən istifadə etməklə qanunsuz hərəkətlər etməyə görə və ya təkrar maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində ifadə olunur. İbtidai istintaq orqanı və məhkəmələr nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs (mərhum) Məhkum zərərçəkmiş şəxs Şahid1 yaşa görə əmək pensiyası təyin edilməsi üçün vəzifəli şəxsə rüşvət qismində pul verilməsi zəruri olduğunu bildirməklə onu aldadıb, həmin pul vəsaitlərini alaraq ələ keçirməklə dələduzluq etmiş və zərərçəkmiş şəxsi vəzifəli şəxsə rüşvət qismində pul verilməsinə təhrik etmişdir. Belə nəticəyə gələrək ibtidai istintaq orqanı və məhkəmələr hesab etmişlər ki, təqsirləndirilən şəxs (mərhum) Məhkum hərəkəti CM-in 312-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmiş, rüşvət vermə cinayət inin obyektinə zərər dəymişdir. İbtidai istintaq orqanının təqsirləndirilən şəxs (mərhum) Məhkum ittiham elan etdiyi CM-in 32.4,312.2-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrar təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçir ilməsini təmin edən ictimai münasibətlər təşkil edir. Təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamdan isə aydın görünür ki, o, zərərçəkmişi aldadaraq, yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı məsələni həll etməkdən ötrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (özünün yaxın münasibətdə olduğu) vəzifəli şəxslərə çatdırmaq adı ilə ondan pul alıb ələ keçirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndində qeyd edilmişdir ki, bu xarakterli işlər üzrə zərərçəkmiş şəxs qismində tanınma, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və yaxud ələ keçirilmiş əmlakın xüsusi müsad irəsi kimi məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarı rəhbər tutulmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarının təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir ci nayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Psevdovasitəçiyə rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəll əsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 731.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Məhkum (mərhum) Məhkum CM-in 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə olan ittihamından gör ünür ki, onun niyyəti rüşvət verməyə deyil, zərərçəkmiş şəxsin əmlakını ələ keçirməyə yönəlmiş, əldə edilmiş pulları müvafiq vəzifəli şəxslərə çatdırmaq vədi isə aldatma, yəni dələduzluğun üsulu kimi çıxış etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, X4 CM-in 178.2.4, 310, 32.4, 312.1-ci maddələri ilə, X2 CM-in 32.4,312.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə sorğu ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 aprel 2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər bir cinayət əməli araşdırılarkən onu n tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Təqsirkarın əməlinin dələduzluq və rüşvət verməyə təhrik cinayətlərinin məcmusu kimi Cinayət Məcəlləsinin 178 və 32.4,312-ci maddələri ilə tövsif edilməsi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair göstərilməlidir ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və y a etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Nəzəriyyədə vədinə əməl etmək niyyəti olmadan səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlak predmetini alaraq mənimsəyən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Hüquq ədəbiyyatında o da qeyd olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymət ləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Konstitusiya Məhkəməsinin Palatası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 2022-ci il 14 iyul tarixli Qərarında ifadə olunmuş bu hüquqi mövqelərindən çıxış edərək, qeyd edir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətləri alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət ve rmə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Konstitusiya Məhkəməsinin Palatası, həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiyanın və qanunların şərhi ilə bağlı qəbul etdiyi qərarlarında Konstitusiyanın əsasları, aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların üstünlüyü nəzərə alınmaqla formalaşdırdığı hüquqi mövqelərin hüquq tətbiq edən orqanlar tərəfindən birmənalı tətbiqi məhkəmə və inzibati təcrübənin sabitliyinə xidmət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik ed ilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli 11/2023 nömrəli qərarına əsasən vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə göt ürülməklə, onların təsviriəsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CMin 178-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4,312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Belə ki, hazırda məhkum (mərhum) Məhkum CM-in 32.4,312.2-ci maddəsi yuxarıda qeyd edilmiş ittihamdan da bəlli olduğu kimi burada təqsirləndirilən şəxsin niyyəti bu cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, şəxsin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən Konstitusiy a Məhkəməsinin və Ali Məhkəmənin qərarlarında olan izahı nəzərə alaraq hesab edir ki, (mərhum) Məhkum zərərçəkmiş şəxsi aldadaraq müvafiq vəzifəli şəxsə çatdırmaq adı ilə onlardan pul vəsaitlərinin alıb ələ keçirilməsi ilə əlaqədar əməlləri CM-in 178.3.2-ci maddəsi ilə tam əhatə olunmaqla yalnız dələduzluq cinayətinin tərkibini yaradır və ümumiyyətlə CM-in 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsinin mövcudluğu istisna edir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikd ə çıxarılır. Halbuki, CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli tam və obyektiv araşdırmaq daxildir. CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzə rə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə kollegiyası xatırlatmağı zəruri sayır ki, qanunvericiliyin tələbinə görə işə baxan məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin əsassız ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın əsassız olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz məhkəmənin vəzifəsidir ki, həmin işdə qanunçuluğun əməl olunmasını ciddi yoxlasın. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin əsas dəlillərindən biri məhkum tərəfindən dələduzluq nəticəsində Şahid1 vurulmuş ziyanın ödənilməsini təmin etmək üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş 55806,2 manat məb ləğində pulun məhkuma qaytarılmadan dövlət nəfinə müsadirə edilməsinin qanunsuz olmasıdır. Belə ki, kassator öz şikayətində qeyd etmişdir ki, Məhkum cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına 55806,2 manat pul vəsaitləri qoyduqdan sonra, Şahid1 vurulmuş maddi ziyanı tam ödəmişdir. Məhkəmələr bu halı araşdırmamış və nəticədə məhkum (mərhum) Məhkum həm zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, həm bu məbləğdə onun əmlakı müsadirə edilmişdir. Ona görə də məhkum tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyduğu 55806,2 manat pul vəsaitlərinin məhkuma qaytarılmalıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu i lə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) dövlət nəfinə məcburi qaydada və əvəzsiz alınır. Azərbaycan Respublikası CPM-in 132.1.2-ci maddəsinə görə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda i sə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 99-1.1.2-ci maddəsinə əsasən məhkum tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş pulu cinayət yolu ilə əldə edilmiş əmlak olduğundan dövlət nəfinə müsadirə etmişdir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası CPM-in 139 və 349.5.1-ci maddələrinin tələblərinə görə işin halları yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, Məhkum qanunsuz yolu ilə əldə edilmiş əmlakın miqdarı 55806,2 manat olmuşdur. Məhkum cinayət işi üzrə ibtidai istintaq zamanı Şahid1 vurulmuş maddi ziyanın ödənilməsi üçün həmin məbləğdə pul vəsaitini Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit he sabına könüllü olaraq qoymuşdur. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkum ərizələrindən, “cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında” 14 və 21 sentyabr 2020-ci il tarixli qərarlar və ödəniş tapşırıqlardan görünür ki, Məhkum dələduzluq cinayət əməli üzrə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə 15 sentyabr 2020-ci il tarixdə 30000 (otuz min) manat, 21 sentyabr 2020-ci il tarixdə isə 25806,2 manat (iyirmi beş min səkkiz yüz altı manat iyirmi qəpik) məbləğində pul vəsaiti müstəntiqə könüllü təqdim edilmiş və sonuncu tərəfindən qeyd edilən pul vəsaitlərinin Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulması təmin edilmişdir. İş materiallarında olan Şahid1 notarial qaydada təsdiq edilmiş 25 avqust 2021-ci il tarixli ərizəsindən görünür ki, m əhkum (mərhum) Məhkum tərəfindən ona dəymiş ziyan ödənilmişdir (c.3 i.v.98). Birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokolundan görünür ki, Şahid1 26 avqust 2021-ci il tarixdə (yuxarıda qeyd edilən ərizə verdikdən sonra) məhkəmə iclasında dindirilərkən göstərmişdir ki, məhkum ondan birinci dəfə 2017-ci ildə 3500 manat, ikinci dəfə isə 2018-ci ilin fevral ayından 2019-cu ilin dekabr ayınadək 50000 manata yaxın məbləğlərdə pul almışdır. 3500 manatdan Məhkum ona 2018-ci ildə 2000 manat qaytarmış, 1000 manat isə o məhkuma bağışlamışdır. Məhkum tərəfindən ona 50000 manatın ödənilməsi ilə əlaqədar Şahid1 heç nə göstərməmiş, proses iştirakçıları və məhkəmə tərəfindən ona bu məsələ ilə əlaqədar heç bir sual verilməmişdir. Məhkəmə iclasında 23 avqust 2021-ci il tarixdə dindirilmiş Məhk um da Şahid1 onun tərəfindən 52806,2 manat məbləğində pulun ödənilməsi barədə göstərməmişdir. Şahid1 notarial qaydada təsdiq edilmiş 25 avqust 2021-ci il tarixli ərizəsi cinayət işinə əlavə olunsa da, cinayət işinin materiallarından həmin ərizənin kim tərəfindən təqdim edilməsi görünmür və həmin ərizə məhkəmə istintaqı zamanı sübut kimi tədqiq edilməmişdir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üz rə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən məhkumun Şahid1 52806,2 manat məbləğində pulu ödəyib-ödəməməsi barədə araşdırma aparılmamış, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən həmin pulun ödənilməsi barədə nəticəyə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın və işə obyektiv qiymət versin, şəxsin əsassız cinayət məsuliyyətinə cəlb edilməsinə və hüquqlar ının pozulmasına yol verməsin. Müdafiə tərəfi bu barədə arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Müdafiə tərəfi apellyasiya şikayətində müsadirənin qanunsuz olması barədə dəlili əsaslanaraq, məhkum tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi əhəmiyyət kəsb edən işin bu halı araşdırmamış, apellyasiya şikayətinin bu barədə dəlilinə münasibət bildirməmişdir. Müdafiə tərəfi kassasiya şikayətində yenidən məhkum tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə istinadən onun tərəfindən ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmuş pul vəsaitlərinin müsadirəsini mübahisələndirmişdir. Məhkəmələr tərəfindən Məhkum ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına pul vəsaitləri qoyduqdan sonra Şahid1 52806,2 manat məbləğində pulun ödənilməsi barədə araşdırma aparılmadığından kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin əmlakın xüsusi müsadirəsinə dair dəlillərinə düzgün hüquqi qiymət vermək mümkün deyil. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum (mərhum) Məhkum apellyasiya şikayətinin dəlillərinin əsassız olduğuna dair gəldiyi nəticəni əsaslandırılmamış hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfindən təqdim etdiyi, irəli sürülmüş ittihamın tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəm iyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törətmiş əməlinin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum (mərhum) Məhkum hüquqi varisi Rəhimova Xuraman Allahverdi qızı tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli (mərhum) Məhkum barəsindəki qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegi yası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 32.4,312.2 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1078/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1078/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver