Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1078/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum2 müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli 1(103)-589/2024 nömrəli qərarından Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılov (sədrlik edən), Cavid Hüseynov və Samir Əliyev) 20 dekabr 2023-cü il tarixli 1(101)-161/2023 nömrəli hökmü ilə xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Şamaxı rayonu, 2-ci Cabanı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin( bundan sonra CM-in) 181.2.1 və 181.2.5ci maddələri ilə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay m üddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 fevral 2022-ci il tarixdən hesablanmış, xx xxxxxx 1991-ci il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 ünvanında qeydiyyatda olan, Şamaxı rayonu, Mədrəsə kəndində yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 fevral 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin h ökmü ilə Məhkum1 Mövla oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, 15 fevral 2022-ci il tarixdə saat 17 radələrində ünvan 4 ünvanın qarşısında tanışları Zərərçəkmiş şəxs1 yaxınlaşaraq, sonuncudan narkotik vasitə almaları üçün pul istəmiş, Zərərçəkmiş şəxs1 onlara pul verməkdən imtina etdikdə, Məhkum1 üzərində olan kustar üsulla hazırlanmış, bir tərəli kəsici xassəyə malik olan, karton, kağız kimi məmulatları kəsmək üçün işlədilən, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən bıçağı çıxarıb silah qismində istifadə edərək, hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 müqavimətini qırmaq məqsədilə həyatı və sağlamlığı üçün zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək, həmin bıçağı Zə rərçəkmiş şəxs1 tərəf tutub nümayiş etdirməklə, sonuncunun iradəsinə zidd olaraq şalvarının cibində saxladığı, barəsində olan məhkəmə hökmü ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Bakı şəhər Probasiya idarəsi tərəfindən ona təhkim edilmiş, Bakı şəhər Probasiya idarəsinə məxsus 2277 (iki min iki yüz yetmiş yeddi) manat 64 (altmış dörd) qəpik dəyərində "Attenti" markalı mobil nəzarət qurğusunu ələ keçirdikdən sonra Məhkum2 Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən təpiklə bir dəfə zərbə endirib, daha sonra fənd işlədərək yerə yıxıb Zərərçəkmiş şəxs1 sol diz oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan qançır şişkinliyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Bakı şəhər Probasiya idarəsinə məxsus və Zərərçəkmiş şəxs1 təhkim edilmiş "Attenti" markalı mobil nəzarət qurğusunu ələ keçirərək, Bakı şəhər Probasiya idarəsinə 2277 (iki min iki yüz yetmiş yeddi) manat 64 (altmış dörd) məbləğində maddi ziyan, Zərərçəkmiş şəxs1 isə fiziki ziyan vuraraq quldurluq etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 05 noyabr 2024-cü il tarixli 1(103)-589/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli 1(101)161/2023 nömrəli hökmü Məhkum1 aid hissədə verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2023cü il tarixli, 1(101)-161 /2023 nömrəli hökmünün 17-ci səhifəsinin 1-ci abzasında Məhkum1 münasibətdə cəza təyin edilərkən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivi olması nəzərə alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmişdir. Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Məhkum2 CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə aidiyyəti olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkum1 isə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 1(103)589/2024 nömrəli qərarının ləğv edilməsini, işin halları na və toplanmış sübutlara düzgün qiymət verib onun barəsində bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ittiham aktında qeyd edilənlər təhrif olunmuş və yalan ifadələr əsasında hazırlanmış ssenaridən başqa bir şey deyildir. Belə ssenarinin hazırlanıb ittiham aktının yazılmasının məqsədi ondan ibarətdir ki, Məhkum2 və Məhkum1 Mövla oğlunu uzun müddət azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuş cinayətin törədilməsində ittiham etsinlər. Məhkum2 quldurluq cinayəti ilə heç bir əlaqəsi yoxdur və Sərxanın da Bilala qarşı rezak və ya hər hansı kəsici alət işlətməklə hədə qorxu gəlməsi ittihamı əsassızdır. Hadisələrin bu formada olduğunu qüvvətləndirən həm müdafiə tərəfinin məhkəməyə təq dim etdiyi sübutlar, həm də şahid ifadələri ilə öz təsdiqini tapır. Belə ki, ittihama əsasən güya 21-ci PB-nin əməkdaşları İlqarla Sərxanı 20 radələrində “İstanbul Lahmacun” restoranının qarşısında piyada gəzərkən saxlamışlar. Halbuki, İcra Baş İdarəsinin Probasiya Xidmətindən daxil olmuş Zərərçəkmiş şəxs1 təhkim edilmiş və hadisə günü Məhkum1 üzərində saxladığı nəzarət aparatının hərəkət traektoriyasının özündə əks etdirən GPS məlumatları barədə çıxarışdan da görünür ki, 15 fervral 2022-ci il tarixdə İlqar və Sərxan ümumiyyətlə “İstanbul Lahmacun” restoranının qarşısında olmamış və tamam başqa traektoriya ilə hərəkət etmişlər. Bu fakt özü ittihamın nə qədər əsassız və qanunsuz olduğunu göstərən önəmli sübutdur. Buna baxmayaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 1(101)-161/2023 saylı hökmündə GPS məlumatlarına heç bir münasibət bildirilməmiş, sanki belə bir sübutun mövcudluğu ignor edilmişdir. Bu isə sözügedən hökmün nə qədər ədalətsiz və qanunsuz olduğunun bariz nümunəsidir. Eyni zamanda, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Məhkum1 tanıyır, digər təqsirləndirilən şəxsi isə tanımır. Hadisə baş verən gün həmin yerdə Sərxanı və yanında olan bir dostunu görmüş, onların yanında isə bir oğlan durmuşdur. Orada deyilən söhbətlərdən belə başa düşmüşdür ki, Sərxan həmin oğlana telefon vermiş, o da, telefonu satıb pulunu verməmişdir. Sərxan həmin oğlana yaxınlaşıb, neçə gündür onu axtardığını, telefonu niyə qaytarmadığını soruşmuşdur. Həmin vaxt o, deyilən yerdə dayanıb adam gözləmişdir. Onu istintaq zamanı müstəntiq çağı rıb dindirmişdir. Hökmdə GPS məlumatları barədə sübuta qiymət vermək əvəzinə Sərxanla Bilalın telefonla bağlı mübahisəsinə belə münasibət bildirilmişdir ki, güya Məhkum1 bunu özünü müdafiə etmək üçün uydurmuşdur. Hətta zərərçəkmiş Zərərçəkmiş şəxs1 da məhkəmə zamanı ifadəsində bildirmişdir ki, Məhkum1 əvvəllər tanımışdır və onunla arasında telefon söhbəti olmuşdur. Belə ki, Sərxan ona telefon vermiş, o isə, həmin telefonun pulunu vermək ərəfəsində onu tapa bilməmişdir. Sonra Sərxanla üz-üzə gələndə telefon söhbəti böyümüşdür. Həmin vaxt onun üstündə pul olmamışdır. O, Sərxana axşama kimi, pulu çatdıracağını bildirmiş, Sərxan isə onun üzərindəki nəzarət aparatını götürüb pulu verəndə qaytaracağını demişdir. Aparat da «GPS» aparatı olmuş, ona hər an zəng edə biləcəklərini fikirləşmiş, ona gö rə də nəzarət aparatı onun üstündə olması zəruri olmuşdur. Sərxangildən ayrılandan sonra ona zəng edilmiş, özünün və üstündəki nəzarət aparatının harada olması soruşulmuş, o da, demişdir ki, aparat bir nəfərdədir, ona pul müqabilində vermişdir və həmin şəxsin pulunu verib aparatı geri götürəcəkdir. Bundan sonra Sərxanı tutmuşlar və sonradan aparata görə onun özünü də tutaraq 14-cü kolona göndərmişlər. Onun Sərxanla başqa bir ədavəti olmamışdır. Sadəcə, aparata görə narazılıq olmuşdur, aparatın qiyməti də bahadır. Vaxtında Sərxanın pulunu qaytara bilməmiş, özü də səhlənkarlıq etmişdir. Məhkum1 kassasiya şikayətində göstərmişdir ki, məhkəmələr cinayət işi üzrə mövcud sübutlara düzgün hüquqi qiymət verməmiş, onun təqsirsizliyini təsdiq edən sübutlara əhəmiyyət verməmiş və yalnız istintaq orqa nı tərəfindən saxtalaşdırılmış, bir-biri ilə ziddiyyət təşkil edən və həqiqətə uyğun olmayan sübutlar əsasında barəsində ittiham hökmü çıxarmışlar. Məhkum qeyd etmişdir ki, o, zərərçəkmiş şəxsə qarşı quldurluq etməmiş, hadisə yalnız Zərərçəkmiş şəxs1 ona məxsus mobil telefonun satışından əldə edilən pulu qaytarmaması səbəbindən baş vermişdir. Hadisə günü o, bu pulu Zərərçəkmiş şəxs1 tələb etmiş, qarşı tərəf isə borcu ödəmək üçün bir saat möhlət istəmiş və girov kimi üzərində olan “Attenti” markalı mobil telefonu və rezakı ona vermişdir. Zərərçəkmiş şəxs1 bir saat ərzində qayıtmadığını gördükdə, girov kimi verilmiş həmin əşyaları aparıb polis bölməsinə təhvil vermiş, lakin bundan sonra özü saxlanılaraq həbs olunmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətləri nin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətlərinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmələr məhkumların quldurluq cinayət əməlini törətmədiklərinə görə barələrində bəraət verilməli olduğu halda onların barələrində əsassız və qanunsuz olaraq ittiham hökmü çıxarmış və məhkumlara həddən artıq ağır cəza təyin etmişdir. Kassasiya şikayətlərində qeyd olunmuşdur ki, məhkumlar tərəfindən quldurluq cinayət əməlini törətməsi sübuta yetirmir, ittiham ziddiyyətli və mötəbər olmayan sübutlara əsaslanır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilərinə münasibət bildirərək aşağıdakıları qe yd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yox lanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə ittiham irəli sürmüş və həmin maddələrlə onların təqsirli olmalarını təsdiq etmək üçün məhkəməyə Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxs nümayəndəsi Nümayəndə, şahidlər Şahid1, Şahid 2, Şahid3, Şahid4, Şahid5, Şahid6, D.Y.Çəşirovun ifadələri, istintaq hərəkətlərinin protokolları, məhkəmə ekspertizalarının rəyləri, maddi sübutlar və digər sənədlər təqdim etmişlər. Birinci instansiya məhkəməsi həmin sübutları məhkəmə iclasında tədqiq edib onlara qiymət verərək nəticəyə gəlmişdir ki, məhkumlara qarşı irəli sürülmüş ittiham, yəni məhkumlar tərəfindən özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə ona basqın etmələri həmin sübutlarla tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi işə müdafiə tərəflərinin apellyasiya şikayətlərinə əsasən baxıb birinci instansiya məhkəməsinin gədiyi nəticə qanuni və əsaslı hesab etmiş, apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşma mışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinə nəzər salaraq qeyd edir ki, həmin şikayətlərin əsasını apellyasiya şikayətlərində irəli sürülmüş dəlillər təşkil edir. Apellyasiya instansiya məhkəməsi həmin dəlillər araşdırmış və onlara qiymət vermişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiya məhkəmələrinin məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr düzgün nəticəyə gəlmiş, sübutların məcmusu məhkumların hökmdə təsvir edilmiş cinayət hərəkətlərinin törətmələri barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, hər iki məhkum — Məhkum1 və Məhkum2 — zərərçəkmiş şəxs B.A. Zeynalova qarşı quldurluq cinayətinin törədilməsində özlərini təqsirli bilməsələr də, onların həmin cinayətdə iştirak etmələri istintaq orqanı tərəfind ən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxs nümayəndəsi Nümayəndə, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, D.Y.Çəşirovun ifadələri, istintaq hərəkətlərinin protokolları, məhkəmə ekspertizalarının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam şəkildə təsdiqlənmişdir. Kassasiya şikayətlərində zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadənin nəzərə alınmaması, əvəzində onun ibtidai istintaq zamanı verdiyi ifadənin mötəbər sübut kimi qəbul edilməsi ilə bağlı irəli sürdükləri dəlili məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, həm birinci, həm də apellyasiya instansiya məhkəmələri zərərçəkmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi bir-birinə zidd ifadələrə qiymət verərək, onun istintaq zaman ı verdiyi ifadənin digər sübutlarla üst-üstə düşdüyünü və həqiqətə uyğun olduğunu əsaslı şəkildə müəyyən etmişlər. Məhkəmə kollegiyası bu mövqeni düzgün hesab edərək qənaətə gəlir ki, zərərçəkmişin ibtidai istintaq zamanı verdiyi ifadə iş üzrə toplanmış digər mötəbər və mümkün sübutlarla uzlaşdığına və qarşılıqlı şəkildə təsdiqləndiyinə görə həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkumlar Məhkum1 və Məhkum2 qabaqcadan əlbirliyin olmamasına dair ifadələrini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların həmin ifadələri işin hallarına uyğun olmadığı və iş üzrə digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətl əri üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər və kassasiya şikayətlərinin məhkumların qabaqcadan əlbir olmamaları barədə dəlilləri ilə razılaşmır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkəmələrin zərərçəkmiş şəxsin ifadələrinin Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzə rə alaraq məhkəmələrin bu mövqeyini əsaslı və qanuna müvafiq hesab edir. Sübutların qiymətləndirilməsi zamanı müdafiə tərəfinin təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə məxsus məlumatların məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlı kassasiya şikayətlərində irəli sürülən dəlilə münasibət olaraq qeyd edilməlidir ki, təqdim olunmuş məlumat Zərərçəkmiş şəxs1 15 fevral 2022-ci il tarixdə saat 18:00-dan 22:00-dək hərəkət trayektoriyasını əhatə edir və bu məlumat məhkumların təqsirini müəyyən edən sübutların mötəbərliyinə şübhə doğuracaq hər hansı halı təsbit etmir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətlərinin məhkum olunmuş şəxslər Məhkum1 və Məhkum2 onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirinin mötəbər sübutlarla təsdiq edilməməsi ba rədə dəlilləri ilə razılaşmır, məhkəmələrin məhkumların cinayət əməllərinin sübut olunmasına dair gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Kassasiya instansiyası məhkəmə kollegiyası, məhkumların əməllərinə məhkəmələr tərəfindən verilmiş hüquqi qiymət əsaslı və düzgün hesab edir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlar əsasında müəyyən edilmiş hallardan görünür ki, məhkumlar zərərçəkmiş şəxsə qarşı cinayət əməlini qabaqcadan əlbir olaraq törətmiş, zor tətbiq etməklə onun sağlamlığına yüngül dərəcəli zərər vurmuş, habelə Məhkum1 silah qismində kağız kəsmək üçün nəzərdə tutulmuş aləti (rezakı) nümayiş etdirməklə zərərçəkmiş şəxsi xəsarət yetirmə ilə hədələmisdir. Göstərilən hallar məhkumların əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri il ə nəzərdə tutulmuş cinayət tərkibinin bütün zəruri əlamətlərinin - özgə əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmişə qarşı onun sağlamlığı üçün təhlükəli zor tətbiq edilməsi, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi və silah qismində əşyanın istifadəsi – mövcüd olduğunu təsdiq edir. Bu səbəbdən də məhkəmə kollegiyası məhkumların əməllərinin Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif edilməsini qanunvericiliyin tələblərinə uyğun və əsaslı hesab edir. Məhkum olunmuş şəxslər Məhkum1 və Məhkum2 barələrində bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilməmiş, bu barədə müdafiə tərəfinin kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Bundan başqa, bi rinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən tam, hə rtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini də əsassız sayır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apellyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Göründüyü kimi, məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli olmaları tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan başqa, məhkəmələr məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 barələrindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 no yabr 2024-cü il tarixli 1(103)589/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 181.2.1-ci və 181.2.5-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli 1(103)-589/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1078/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1078/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver