Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1079/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyasında dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X1, Məhkum1, onun müdafiəçisi Müdafiəçi və Məhkum2 müdafiəçisi Ələsgərov İlkin Şakir oğlunun iştirakı ilə, X21 Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311. 3.2 və 311.3.3-cü maddələri ilə məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi və Məhkum2 müdafiəçi Ələsgərov İlkin Şakir oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: X21 Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər X14 (sədrlik edən), X9 (məruzəçi) və X7 ibarət tərkibdə) Məhkum1 (xx xxxxxx 1979-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, cinayət törədilən vaxt İsmayıllı rayon prokuroru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, M.A.Əliyev küçəsi, ev 251, mənzil 48-də qeydiyyatda o lmaqla İsmayıllı şəhərində yaşamış; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxx 2018-ci il tarixdən hesablanması qərara alınmışdır, Məhkum2 (xx xxx 1983-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, cinayət törədilən vaxt İsmayıllı rayon prokurorunun böyük köməkçisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, 20 Yanvar küçəsi, döngə 3, ev 5- də qeydiyyatda olmaqla həbs edi lən günə kimi İsmayıllı şəhərində yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxx 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2, habelə təqsirləndirilən şəxslərin müdafiəçiləri X18 və X10 tərəfindən verilən apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-28/2019 nömrəli xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və mər uzəçi hakim M.M.Hüseynov, hakimlər R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət tərkibdə) X21 Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü əsas cəzaya aid hissədə dəyişdirilmiş, X21 Məhkəməsinin xx xxxxxxx 2018ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Məhkum1 təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasından onun xx xxxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək həbsdə olduğu 07 (yeddi) ay 20 (iyirmi) gün çıxılandan sonra üzərində qalan 08 (səkkiz) il 04 (dörd) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, 04 (dörd) il sınаq müddəti müəyyən olunmaqla şərti hesаb edilmiş, təqsirləndirilən şəxs Məhkum2 təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, barə sində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 6 (altı) il müddətə endirilmiş, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2, onların müdafiəçiləri X18 və X10 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi və Məhkum2 müdafiəçi Ələsgərov İlkin Şakir oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxslər məhkum edilmişlər ona görə ki, İsmayıllı rayon prokuroru vəzifəsində işləyən Məhkum1 böyük köməkçisi Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup halında cinayət əlaqəsinə girib, aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq Məhkum2 icraatında olan İsmayıll ı rayon sakini X5 rayon ərazisində qum-çınqıl karxanalarının qanunsuz fəaliyyət göstərməsinə dair xx xxxx 2018-ci il tarixli ərizəsi əsasında xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə, yəni “xxxx” ASC-nin idarə heyətinin sədri X8 məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın yekunu olaraq onun barəsində cinayət işinin başlanmaması və məsuliyyətə cəlb edilməməsinə görə xx xxxx 2018-ci ildə saat 15:00 radələrində 50.000 (əlli min) manat rüşvət kimi istəmişlər. Razılaşdıqları kimi həmin gün saat 22:00 radələrində Məhkum2 İsmayıllı şəhəri N.Nərimanov prospekti, 34 ünvanında yerləşən İsmayıllı rayon prokurorluğunun inzibati binasının ikinci mərtəbəsindəki xidməti otağında A.G.Əliyevdən maddi nemət olan 14.000 ABŞ dolları (həmin dövrün rəsmi məzə nnəsinə uyğun olaraq 23.800 manat) və 26.200 manat olmaqla, cəmi külli miqdar təşkil edən 50.000 (əlli min) manatı rüşvət kimi almışdır. Bundan başqa, İsmayıllı rayon prokuroru vəzifəsində işləyən Məhkum1 böyük köməkçisi Məhkum2 ilə təkrarən, qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girmiş, aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq Məhkum2 icraatında olan İsmayıllı rayon sakini X5 rayon ərazisində qum-çınqıl karxanalarının qanunsuz fəaliyyət göstərməsinə dair xx xxxx 2018-ci il tarixli ərizəsi əsasında xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətlərə, yəni Göyçay çayının İsmayıllı rayonu ərazisindən keçən hissəsi üzərindəki körpüdən 1 km. rayonun Buynuz kəndi istiqamətində Dövlət Torpaq Fonduna aid olan, qum-çınqıl istehsalı məqsədi ilə X11 tərəfindən 15 il müddə tə icarəyə götürülmüş 2 hektar torpaq sahəsində yerləşən karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın yekunu olaraq karxananın sahibi Q.V.Süleymanov barəsində cinayət işinin başlanmaması və məsuliyyətə cəlb edilməməsinə görə 17-xx xxxx 2018-ci ildə Q.V.Süleymanovun əmisi X2 maddi nemət olan külli miqdarda 15.000 manat rüşvət kimi istəmişlər. Həmin gün İsmayıllı şəhəri N.Nərimanov prospekti, 34 ünvanında yerləşən İsmayıllı rayon prokurorluğunun inzibati binasının ikinci mərtəbəsində xidməti otağında Məhkum2 S.C.Süleymanovdan maddi nemət olan 3.000 ABŞ dolları (həmin dövrün rəsmi məzənnəsinə uyğun olaraq 5.100 manat) və 9.900 manat olmaqla, cəmi külli miqdar təşkil edən 15.000 (on beş min) manatı təkrarən rüşvət kimi almışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 müdafiəçisi Ələsgərov İlkin Şakir oğlu kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi Məhkum2 barəsində təqsirlilik məsələsini həll edərkən sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada - tam, hərtərəfli və obyektiv yoxlayıb qiymətləndirməmiş, həmin sübutların sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə kifayət etməməsinə əhəmiyyət verməyib sadəcə olaraq birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş hökmdəki və ittiham aktındakı sübutları təkrarlamaqla kifayətlənib, qanunsuz və əsassız nəticəyə gəlmişdir. Həmçinin müdafiəçi İ.Ş.Ələsgərov kassasiya şikayətində qeyd etmişdir ki, cinayət işinin materiallarına görə təqsirləndirilən şəxs Məhkum2 daim ictimalı faydalı əmə klə məşğul olmuş, ilk dəfədir ki, cinayət məsuliyətinə cəlb edilir, əvvəllər hər hansı qanun pozuntusuna yol verməyib, 2 ildən artıqdır ki, cəza çəkir, himayəsində 2 azyaşlı övladı var. Müdafiəçinin fikrincə bu kimi hallar onu təsdiq edir ki, Məhkum2 cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər və onun islah olunması cəza çəkmədən də mümkündür. Məhkum1 müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, işə baxmış apellyasiya instansiya məhkəməsi Məhkum1 apellyasiya şikayətində və məhkəmə çıxışında cinayət-prosessual qanunvericiliyin sübutetmə və sübutların qiymətləndirilməsi barədə müddəalarına istinadən göstərdiyi dəlillərə münasibət bildirməmişdir. Halbuki, ibtidai istintaq zamanı veril miş ittiham yalnız və yalnız digər təqsirləndirilən şəxs Məhkum2 verdiyi və Məhkum1 tərəfindən təkzib edilmiş, eləcə də iş materiallarında olan hər hansı bir sübutla təsdiq edilməyən, mötəbər sübut kimi qəbul edilməsi mümkün olmayan ifadələrə əsaslanmışdır. İfadələrini daimi olaraq dəyişən və məhkəmənin özünün də qeyri-səmimi, qeyri-həqiqi ifadə adlandırdığı Məhkum2 ifadəsindən Məhkum1 qarşı ittihamın yeganə sübutu kimi istifadə edilməsi qanunsuzluqdur. Məhkəmə istintaqı zamanı şahidlərin bilavasitə verdikləri ifadələr isə işə baxmış məhkəmələrin hökm və qərarında səthi formada qeyd edilmiş, həmin ifadələrdəki iş üçün əhəmiyyət kəsb edən məqamlar məhkəmə aktlarında öz əksini tapmamışdır. Belə ki, Məhkum1 cinayət prosesinin bütün mərhələlərində eyni məzmunlu ifadələr verərək bildirmişdir ki, qeyd edilən materialın araşdırılmasına səbəb olmuş ərizə müvafiq İdarəyə məruzə edilməsi üçün rəsmi qaydada dəftərxana vasitəsilə Baş Prokurorluğa göndərilmiş, bundan sonra o, prokruror köməkçisi Məhkum2 yanında Baş Prokurorluğun X6 rəisi Nazim Abbasov və idarənin İsmayıllı rayonu üzrə Elşad adlı kuratoru ilə şəxsən telefonla danışmış, bu danışıq zamanı N.Abbasov Baş Prokurorluğun mövqeyindən çıxış edərək ərizənin material toplamadan Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilməsinin əleyhinə olaraq, material üzrə cinayət faktı aşkar edildiyi halda, materialın göndərilmə məsələsinin müzakirə edilməsini, cinayət tərkibi mövcud olmadığı halda rayon prokurorluğunda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edilməsini ona tapşırmışdır. Məhz bundan sonra Məhkum1 ərizə nin rayon prokurorluğunda araşdırılmasını Məhkum2 tapşırmışdır. Məhkum1 ifadəsinin konkret olaraq bu məqamları məhkəmələrin hökm və qərarında öz əksini tapmamışdır. Halbuki, istinad etdiyimiz ifadələr Ü. Abbasov tərəfindən məhkəmə iclaslarında səsləndirilmiş və hətta yazılı çıxışında qeyd edilmişdir. Məhkəmənin hökm və qərarlarında iş üzrə ərizəçi Azad Əliyevin ifadəsi də səthi formada göstərilməklə əhəmiyyət kəsb edən müəyyən məqamlar qeyd edilməmişdir. Nə S.Süleymanov, nə də ki, A.Əliyev ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələrində Məhkum2 onlardan pul istəməsi və almasından Məhkum1 xəbərinin olmasına və onun razılığı, tapşırığı ilə hərəkət etməsinə dair heç bir ifadə işlətməmişlər. A.Əliyev verdiyi bütün ifadələrində bildirmişdir ki, (həm ibtidai istintaqda, həm d ə məhkəmə istintaqı zamanı) Məhkum2 tərəfindən pulun tələb edilməsi və alınması zamanı rayon prokurorunu görməmiş, onunla heç bir ünsiyyəti olmamışdır. Daha sonra kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə tərəfindən bir-birini təkzib edən çoxsaylı ehtimalların irəli sürülməsi bu cür ehtimalların şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və onun hansısa cinayət əməlini törətməkdə itiiham edilməsi üçün hüquqi əhəmiyyət kəsb etmir. Məhz buna görə də qüvvədə olan cinayət və cinayət prosessual qanunvericiliyi şəxsin cinayət törətməkdə təqsirli bilinməsinin əsası kimi cinayət prosesini həyata keçirən orqanların subyektiv mülahizə və ehtimallarını deyil, dairəsi dəqiq müəyyən olunmuş subütetmə vasitələrini (sübut növlərini) təsbit etmişdir. Bununla belə Məhkum1 ittiham verilərkən və onun barəsində ittiham hökmü çıxarılarkən onun təqsirini təsdiq edən nəinki məcmu halda sübutlar, 1 dənə də olsun mötəbər sübut olmamışdır. Məhkum1 barəsində çıxarılmış ittiham hökmü sübutların məcmusu ilə öz təsdiqini tapmayan, əksinə - cinayət işinin materiallarında olan mötəbər xarakterli şahid ifadələri (rüşvət verənlərin ifadələri) ilə təkzib olunan, eləcə də özü-özünü təkzib edən digər təqsirləndirilən şəxs Məhkum2 qeyri-mötəbər ifadələri ilə əsaslandırılmış, bununla da məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutetməyə dair normalarının tələbləri pozulmuşdur. Belə ki, Məhkum2 ibtidai istintaq zamanı verdiyi ifadələrində ittihamda göstərilən pul vəsaitlərini icraatında olan materialın icrası ilə əlaqədar barəsində cinayət təqibi həyata keçirlən şəxslərə kömək göstərilməsi məqsə dilə prokuror Məhkum1 tapşırığı ilə aldığını bildirsə də, işə birinci instansiya məhkəməsində baxılan zaman ibtidai istintaqda verdiyi ifadələrini dəyişərək ittihamda göstərilən pul vəsaitlərini prokuror Məhkum1 tapşırığı ilə icraatında olan materialla əlaqədar maddi ziyanın ödənilməsi məqsədi ilə aldığını bildirmişdir. Məhkəmə həmçinin rüşvət predmeti olması iddia olunan pul vəsaitlərinin Məhkum1 deyil, digər təqsirləndirilən şəxsdə aşkar olunmasının və Məhkum1la digər təqsirləndirilən şəxsin qabaqcadan əlbir olması və ya cinayətkar qrup formalaşdırmasını təsdiq edən hər hansı sübutun mövcud olmamasına baxmayaraq, bu cür cinayətkar qrupun guya mövcud olması qənaətinə gəlməklə də ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Müdafiəçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ci nayət tərkibinin əlamətləri olmadığı və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq təqsirləndirilən şəxs Məhkum1 barəsində çıxarılmış ittiham hökmünü qüvvədə saxladığı üçün, onun qərarı kassasiya qaydasında ləğv edilməklə bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməlidir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahi yyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir”. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarından görünür ki, Məhkum1 ibtidai istintaq və məhkəmə baxışları zamanı eyni məzmunlu ifadələr verərək özünü təqsirli bilməmiş, Məhkum2 tərəfindən verilmiş ifadələri təkzib edərək bildirmişdir ki, qeyd edilən məsələnin araşdırılmasına səbəb olmuş ərizə müvafiq idarəyə məruzə edilməsi üçün rəsmi qaydada dəftərxana vasitəsilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş, sonra o, prokuror köməkçisi Məhkum2 yanında Baş Prokurorluğun Prokurorluqda X6 rəisi Nazim Abbasov və İdarənin İsmayıllı rayonu üzrə idarə prokuroru Elşad adlı şəxslə telefonla danışmış, Nazim Abbasov ərizənin material toplanmadan Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilməsinin əleyhinə olaraq cinayət faktı aşkar edildiyi halda materialın göndərilməsi məsələsinin müzakirə edilməsini, cinayət tərkibi olmadıqda isə rayon prokurorluğunda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsini ona tapşırmış, bundan sonra o (Məhkum1), ərizənin rayon prokurorluğunda araşdırılmasını Məhkum2 həvalə etmiş, materialın araşdırılması zamanı heç kimdən rüşvət almamış və Məhkum2 tərəfindən vətəndaşlar A.Əliyev və S.Süleymanovdan rüşvət almasından xəbəri olmamışdır. Məhkum1 bu ifadəsində verdiyi məlumatlar apellyasiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılmadan nəzərə alınmamış və digər sübutlarla uyğunsuzluq təşkil etməsinə (əslində, həmin sübutların məhz Məhkum1 verdiyi məlumatlara daha uyğun olmasına) baxmayaraq, Məhkum1 barəsində çıxarılmış ittiham hökmünün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasına müstəsna olaraq digər Məhkum2 verdiyi ifadə qoyulmuşdur. Halbuki, Məhkum2 müxtəlif ifadələrində verdiyi məlumatlar da ziddiyyətli olmuş, daha sonra verilən məlumatlar əvvəlkiləri inkar etmişdir. Belə ki, ibtidai istintaq zamanı Məhkum2 ifadəsində İsmayıllı rayon prokuroru Məhkum1 tapşırığına əsasən xx xxxx 2018-ci il tarixdə vətəndaş Azad Əliyevdən rüşvət olaraq 50.000 (əlli min) manat, daha sonra yenə də rayon prokuroru Ü.M.Abbasoun tağşırığına əsasən vətəndaş Süleyman Süleymanovdan rüşvət olaraq 15.000 (on beş min) manat pul aldığını bildirmişdir. Birinci instansiya məhkəməsində isə Məhkum2 ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən dəyişərək, rayon prokuroru Məhkum1 tapşırığı ilə dövlətə vurduqları ziyanın ödənilməsi məqsədi ilə A.Əliyevdən 50000 manat və S.Süleymanovdan 15.000 manat aldığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş X12 və X3 ibtidai istintaq zamanı və məhkəmədə verdikləri ifadələrində Məhkum2 sözlərinə görə rüşvəti Məhkum1 tapşırığına əsasən aldığını göstərsələr də, bunun həqiqət olub-olmaması barədə məlumatlarının olmadığı bildirmişlər. Bundan başqa şahid A.Əliyev ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələrində pulun tələb edilməsi və alınması zamanı rayon prokuroru tərəfindən qəbul edilmədiyini, pul tələb edilən vaxt Məhkum2 onu prokurorla görüşdürməsini xahiş etməsini, Məhkum2 isə buna ehtiyac olmadığını bildirməsini qeyd etmişdir. İş üzrə digər şahid S.Süleymanov isə ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrində rayon prokuroru Məhkum1 qəbulunda olarkən onu qəbul etdiyinə görə Məhkum1 “hörmət” etmək niyyətində olmasını bildirmiş, lakin prokuror Məhkum1 ona qəti şəkildə etiraz edərək öz iradını bildirməsini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 ifadəsinin ziddiyyətli olmasından, şahidlər Azad Əliyevin, Süleyman Süleymanovun ifadələrindən, digər sübutlardan, o cümlədən 25 iyul baxış, axtarış və götürmə protokoluna əsasən A.Əliyev və S.Süleymanov tərəfindən rüşvət kimi verilmiş pul vəsaitlərinin məhz Məhkum2 xidməti otağındakı seyfdə aşkar edilməsindən törəyən, Məhkum1 qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə irəi sürülmüş ittihamın əsaslılığına ciddi şübhə yaradan hallar, yəni faktiki olaraq digər sübutlarla aradan qaldırlmayan şübhələr məhkəmələr tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və cinayət-prosessual qanunun tələblərinin ziddinə olaraq qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azəbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində A vropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə h əll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. CPM-in 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsi hakimlərdən cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirməyi tələb edir. Cinay ət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların yoxlanmasını özündə ehtiva edən 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tuta raq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarıl ır. Həmin Məcəllənin 39.2-ci maddəsinin tələbinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. CPM-in 39.3-cü maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Cinayət-Prosesual Məcəllənin 42.1.4-cü maddəsi də təqsirliliyinin sübuta yetirilməməsini bəraətin əsasları sırasında təsbit etmişdir. Məhkəmələrin Məhkum1 münasibətdə sübutların qiymətləndirilməsi məsələsi üzrə yol verdikləri pozuntular məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsinin (dəyişdirilməsinin) əsasları kimi Cinayət-Prosessual Məcəllənin 416.1.2 və 416.1.11-ci madələr ində göstərilən halları yaradır. Cinayət-Prosessual Məcəllənin 419.10.3-cü maddəsi qanuni qüvvəyə minmiş hökmün və ya qərarın ləğv edilməsi, cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialı və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında qərarı kassasiya baxışının nəticələrinə görə qəbul edilən qərarlar sırasında göstərmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan hallardan və hüquqi normaların tələblərindən çıxış edərək, belə qənaətə gəlir ki, Məhkum1 barəsində CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə icraata (cinayət işinin ona aid hissəsi üzrə icraata) təqsirliliyi sübuta yetirilmədiyinə görə (CPM-in 39.2 və 42.1.4-cü maddələrinə əsasən) bəraətverici əsasla xitam verilməli, ona aid hi ssədə birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası Məhkum2 müdafiəçisi İ.Ş.Ələsgərov tərəfindən verilmiş kassasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası onu qeyd edir ki, kollegiya Məhkum1 barəsində cinayət təqibinə təqsirliyinin sübuta yetirilmədiyinə görə xitam verilməsi barədə qənaətə gəldiyindən, yəni Məhkum2 tərəfindən ona isnad edilən rüşvət alma cinayəti iştirakçılıqla törədilmədiyindən, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlamətini nəzərdə tutan Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi Məhkum2 aid ittihamdan və məhkəmə qərarlarından xaric edilməli və buna müvafiq olaraq Məhkum2 apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayə t Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 6 il müddətə azadlıqdan məhrum etmə cəzası 1 il azaldılmalı, ona Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə kollegiyası Məhkum2 cəzasının yüngülləşdirilməsi barədə qənaətə gələrkən ittihamın həcminin (CM-in 311.3.1-ci maddəsinin xaric edilməsi hesabına) azaldılması ilə yanşı iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, habelə aşağıdakı hüquqi normaların tələblərini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tö rədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. Məhkum2 müdafiəçisinin kassasiya şikayəti ilə bağlı digər (kassasiya şikayətində qaldırılan) məsələlərə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, Məhkum2 ittiham olunduğu cinayət əməlləri üzrə hallar, bu halları təsdiq edən ifadələr və iş üzrə toplanmış başqa sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmiş, hökm və apellyasiya məhkəməsinin yekun qərarı isə adı çəkilən məhkum barəsində qanunun tələblərinə uyğun qaydada tərtib edilmişdir. Məhkəmə kollegiyası Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin CM-in 70-ci maddəsinin (şərti məhkum etmənin) tətbiq edilməsinə dair dəlillərini cinayət qa nunvericiliyinin cəza təyininə dair maddələrinin tələblərinə uyğun şəkildə qiymətləndirərək hesab edir ki, həmin dəlillər, o cümlədən də Məhkum2 barəsində müdafiəçisinin qeyd etdiyi yüngülləşdirici hallar, habelə onların məcmusu onun barəsində şərti məhkum etmənin tətbiqi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə şərti məhkum etmə təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəli lik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkum2 törətdiyi əməllərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, onun real olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah oluna biləcək şəxs olmadığı qənaətinə gəlməyə məhkəmə kollegiyasına kifayət qədər əsas verir. Qeyd olunanlara (o cümlədən, Məhkum2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 ilə endirilməsi haqqında qənaətini əsaslandırarkən istinad etdiyi hüquqi normalara) əsasən məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlillərə görə, Məhkum2 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun şərti məhkum edilməsini mümkün saymır. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısını n kassasiya şikayətlərinin təmin edilməməsinə, Məhkum1 və onun müdafiəçisinin, habelə Məhkum2 müdafiəçisinin müvafiq kassasiya şikayətlərinin təmin edilməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti qismən təmin edilməklə Məhkum1 aid hissədə X21 Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, ona aid hissədə cinayət işi üzrə icraata təqsirliliyinin sübuta yetirilməməsinə görə - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2 və 42.1.4-cü maddəsində göstərilən bəraətverici əsasla xitam verilməli, Məhkum2 müdafiəçisi Ələsgərov İlkin Şakir oğlunun kassasiya şikayəti qismən təmin edilməklə Məhkum2 a id hissədə X21 Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı Cinayət-Prosessual Məcəllənin 416.1.15-ci maddəsində göstərilən əsasla dəyişdirilməli, həmin hökmdən və yekun qərardan Məhkum2 Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dair müddəlar xaric edilməli, Məhkum2 Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ona aid qalan hissədə məhkəmə qərarları dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kass asiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı və X21 Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü Məhkum1 aid hissədə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2 və 42.1.4-cü maddələrinə əsasən – Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum1 barəsində cinayət işi üzrə icraata xitam verilsin. Məhkum2 müdafiəçisi Ələsgərov İlkin Şakir oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı və X21 Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü Məhkum2 aid hissədə dəyişdirilsin. X21 Məhkəməsi nin xx xxxxxxx 2018-ci il tarixli hökmündən və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair müddəalar xaric edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza müddəti azaldılsın, ona Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1079/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1079/2020
04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver