Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1079/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxx 1982-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in ) 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ü.S.Şükürova) Məhkum – Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: K.H.Əkbərov (sədrlik edən), E.E.Rəhimov və F.A.Qasımov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. “8 Noyabr Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.11-ci hissəsi tətbiq edilməklə Məhkum təyin edilmiş 1500 manat miqdarında cərimə cəzasından azad edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum xx.xx.2020-ci il tarixdə saat 17:30- da ünvan 3 ünvanının qarşısında olarkən Zərərçəkmiş şəxs, həyat yoldaşı Şahid1 barəsində etdiyi şikayəti g eri götürməsini tələb etmiş, bu zaman aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunu qəsdən itələyərək, başının divara dəyməsi və yerə yıxılmasına səbəb olub ona baş beynin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı, sağ yanağın orta 1/3-nin sıyrığı kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül xəsarət yetirmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq dəyişdirilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apelyasiya instan siyası məhkəməsi “8 Noyabr Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 2.11-ci hissəsini deyil, həmin Qərarın 9.1-ci hissəsinin tələblərini tətbiq edilməklə Məhkum ona təyin edilmiş 1500 (bir min beş yüz) manat miqdarında cəzasından azad etməli idi. Belə ki, qeyd olunan Qərarın 23.3-cü hissəsinə əsasən Qərarın 2.11-ci hissəsinin tətbiqi, yəni qanuni qüvvəyə minmiş hökmlər üzrə amnistiyanın tətbiqi icra məmurlarının səlahiyyətlərinə aid edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qay tarılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Zərərçəkmiş hesab edir ki, ona qarşı Məhkum ilə bərabər arvadı Şahid1 da cinayət törətmiş və onların əməlləri xuliqanlıq kimi qiymətləndirilərək Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə tövsif olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, kassasiya şikayəti isə təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əs asən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən c inayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini yoxlayır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində işin faktiki halları mübahisələndirilmir, yalnız məhkuma amnistiya aktının düzgün tətbiq edilməməsi qeyd edilir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin düzgün tövsif edilməməsi bildirilir və ona təyin olunmuş cəzanın yüngül olması mübahisələndirilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə əsasən: “Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bi r ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası ilkin olaraq kasasiya şikayətinin dəlillərini təhlil edərək qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hü ququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekun unda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlinin tövsifi zamanı maddi hüquq normaları düzgün tətbiq edilməklə əməlin tövsifində səhvə yol verilməmişdir. Məhkum əməlində xuliqanlıq cinayətinin tərkibi olduğu halda, ona həmin maddə ilə ittiham verilməməsi,habelə cinayətin törədilməsində Məhkum arvadı Şahid1 iştirak etməsi ilə əlaqədar kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci ma ddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş hallar, yəni dövlət ittihamçısının təqsirləndirilən şəxsə daha ağır cinayət törətməyə görə ittiham edilməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatəti daxil olmamışdır. Həmçinin apellyasiya məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxar ıda şərh olunan vəziyyətdə məhkəmələr Məhkum qarşı irəli sürülməyən ittihama baxa bilməz. Cinayət təqibi orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsi nəticəsinə gəlinmiş və ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə ittiham irəli sürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum daha ağır cəza təyin edilməsi üçün əsaslar yoxdur. Bununla belə, kassasiya protestinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən amnistiya aktının tətbiqi üzrə müvafiq qanunvericiliyin tələblərinə riayət etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “8 Noyabr Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci maddəsinə əsasən, böyük ictimai cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzasına məhkum edilmiş şəxslərin cəzadan azad edilməsini nəzərdə tutmuşdur. Bu maddənin tətbiqi amnistiya aktının 23.3-cü maddəsinin tələblərinə uyğun olaraq icra məmurlarının səlahiyyətinə aid edilmişdir. Yəni, 05 noyabr 2021-ci il tarixə qədər qanuni qüvvəyə minmiş hökmlər üzrə 2.11-ci maddəsini n təsiri dairəsinə düşən şəxslərə amnistiya aktı cəzanı icra edən orqan-icra məmurları tərəfindən tətbiq edilməlidir. Amnistiya aktı qəbul edilən tarixədək (xx.xx.2021-ci il tarixədək) qanuni qüvvəyə minməmiş, məhkəmələrin (həm birinci instansiya, həm apellyasiya instansiyası) icraatında olan böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə amnistiya aktını qərarın 9.1-ci maddəsinə uyğun olaraq məhkəmələr tətbiq edir, təqsirləndirilən şəxslər özlərini təqsirli bildikləri halda cinayət işi üzrə icraat xitam verir, təqsirli bilmədikləri halda (bənd 28) həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. İş materiallarından görünür ki, Səbail Rayon Məhkəməsi 04 oktyabr 2021-ci il tarixdə (amnistiya aktı çıxarılanadək) Məhkum CM-in 128-ci maddəsi ilə təqsirli bilib 1500 ma nat cərimə cəzasına məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə “8 Noyabr Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.11-ci hissəsi tətbiq edilməklə Məhkum təyin edilmiş 1500 manat miqdarında cərimə cəzasından azad edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törəməyə cinayətlərə aid olduğundan təqsirləndirilən şəxs Məhkum qeyd olunan amnistiya aktının 9.1-ci hissəsinə əsasən təyin edilmiş cəzadan azad olunmalı idi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi “8 Noyabr Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərb aycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiqində səhvə yol vermişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilməli və Məhkum “8 Noyabr Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinə əsasən təyin edilmiş cəzadan azad edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarı dəyi şdirilsin. Məhkum “8 Noyabr Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci hissəsinə əsasən təyin edilmiş 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasından azad edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1079/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1079/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver