Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1079/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Pe nitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 1(103)-2274/2022 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 1(101)-1734/2022 nömrəli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), Z.Q.Ağayev və S.S.Hüseynov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 13 may 2022-ci ildən hesablanmaqla 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2022-ci il tarixli qərarı ilə, (hakimlər: H.V.Cavid (sədrlik edən), Z.A.Şirinov və İ.A.İbrahimli ) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunduğu əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum naməlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 7,982 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Buzovna-Mərdəkan yoluna daşımış, 13 may 2022-ci il tarixdə gecə saat 04:30 radələrin də Xəzər RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Buzovna-Mərdəkan yolunda saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasına aparılmış və həmin gün saat 05:40 radələrində Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 7,982 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Məhkum yuxarıda qeyd olunan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni (herioini) satış məqsədi və tamah niyyəti olmadan əldə edib daşıması və saxlaması haqqında nəticəyə gələrək onun əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla və birinci instansiya məhkəməsində sübutların araşdırılması zamanı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda apellyasiya instansiya məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdır. Dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitə olan heroinin miqdarı 7.9 qram olmaqla külli miqdarından 4 dəfə çox olmuşdur. Dövlət ittihamçısının kassasiya protestində həmçinin apellyasiya məhkəməsi tərəfindən Məhkum aid olan mobil telefon nömrəsi üzrə məlumatların əldə edilməsi ilə bağlı onun tərəfindən verilmiş vəsatətin təmin edilmədiyini, bununla da, obyektiv həqiqətin müəyyən olunması istiqamətində sübutların tədqiqindən əsassız olaraq imtina edildiyini qeyd etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası mə hkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2022ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırma nın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestindən görünür ki, dövlət ittihamçısının Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlməsinə həlledici şəkildə Məhkum aşkar edilmiş narkotik vasitənin – heroinin miqdarı ( 7,982 qr) təşkil etməklə şəxsi istehlak miqdarından dəfələrlə çox, külli miqdardan isə 4 dəfə çox olması səbəb olmuşdur. O, həm də mövqeyini “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Plenumun həmin qərarına görə də narkotik vasitəni satmaq niyyətinin olub-o lmamasının müəyyən edilməsi zamanı narkotikin miqdarı, çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması da nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenum qərarının kassasiya protestində istinad olunan müddəasında (9-cu bəndində) məhkəmələrə izah olunur ki, “Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.” Narkotik vasitələri s atmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından gətirilmiş həmin iqtibas belə dövlət ittihamçısının irəli sürdüyü dəlillərin onun mövqeyi ilə razılaşmaq üçün kifayət etmədiyini göstərir. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının və bükümlərə ayrılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. “Başqa sübutlar” dedikdə, iş üçün əhəmiyyətli olan halların, o cü mlədən cinayət törətmiş şəxsin özünün narkotiklərdən və psixotrop maddələrdən istifadə edib-etməməsinin araşdırılması üzrə sübutlar başa düşülür. Plenum qərarının tövsiyələri ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin 08 iyul 2022-ci il tarixli 3729 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Məhkum opoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məhkum qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı heroin narkotik vasitələrin məhz opoidlər qrupuna aiddir. Eyni zamanda Məhkum aşkar edilmiş heroinin külli miqdarda olduğu müəyyən edilsə də, sonuncunun digər istehlakçılarla razılıq əldə etməsi, satış üçün psixotrop maddəni çox sayda bükümlərə qablaşdırması (heroin bir bükümdə olmuşdur), onda narkotik vasitələrin hazırlanması və ölçməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Belə vəziyyətdə apellyasiya instansiya məhkəməsi haqlı olaraq Məhkum narkotik vasitəni məhz satmaq məqsədilə əldə edib saxladığını, daşıdığını söyləmək üçün kifayət qədər faktiki əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin halların mövcud olmaması və təqsirkarın hərəkətlərində məhz CM-in 234.1-ci maddəsinin tərkibinin olması haqqında yekun qənaəti qərarda ətraflı təsvir olunmuş sübutlarla uzlaşır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum barəsində narkotik vasitələrin və psixotrop maddələri n qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair hər hansı əməliyyat məlumatı olmamış, o, əməliyyat axtarış tədbiriləri nəticəsində saxlanılmamış, xx.xx.2022-ci il tarixdə özünü şübhəli apardığı üçün post patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. İbtidai araşdırma zamanı və birinci instansiya məhkəməsində Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək narkotik vasitəni yalnız özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. İş üzrə dindirilmiş şahidlərdən də, heç biri Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmişlər. Onlar müstəsna olaraq (polis əməkdaşları) Məhkum yuxarıda qeyd olunan narkotik vasitənin aşkar edilib götürülmə si faktını təsdiq etmişlər. Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin 01 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Məhkum əldə etdiyi narkotik vasitənin mənbəyinin, "X” adlı şəxsin yerinin və şəxsiyyətinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Göründüyü kimi, cinayət işinin materiallarında Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair hər hansı əməliyyat məlumatı olmamışdır. Eyni zamanda sübutların qiymətləndirilməsi barədə 10 avqust 2022-ci il tarixli qərarda göstərilmişdir ki, aparılmış istintaqla tam sübuta yetirilmişdir ki, Şahid1 ilə Məhkum arasında, eləcə də onlarla adı istintaqa X kimi məlum olan şəxsin arasında narkotik vasitələrin və psixotrop maddələrin sa tışı və dövriyyəsi ilə bağlı qabaqacadan hər hansı bir razılaşma olmamışdır. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görünür ki, apelyasiya instansiya məhkəməsi Məhkum cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən, kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in 144-146-ci maddələrinə uyğun olaraq yoxlanılıb qiymətləndirilmiş sübutların məcmusuna əsaslanmışdır. Odur ki, kollegiya apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsinə dair dövlət ittihamçısının iddiası ilə razılaşmır, bu səbəbdən də müəyyən edilmiş işin hallarını (Məhkum satış məqsədi olmadan narkotik vasitən i əldə edib saxlaması, daşıması haqqında nəticəni) şübhə altına almaq üçün əsas görmür. Belə olan halda, dövlət ittihamçısının kassasiya protestində Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmaması haqqında mülahizəsi də əsaslı sayıla bilməz. Çünki, apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş yuxarıda qeyd olunan əməlləri (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edilməsini, saxlanmasını və daşınmasını) cinayət olaraq məhz CM-in 234.1-ci maddəsi nəzərdə tutmuşdur. Dövlət ittihamçısının apellyasiya məhkəməsi tərəfindən Məhkum aid olan mobil telefon nömrəsi üzrə məlumatların əldə edilməsi ilə bağlı onun tərəfindən verilmiş vəsatətin təmin edilməməsi, bununla da, obyektiv həqiqətin müə yyən olunması istiqamətində sübutların tədqiqindən əsasız olaraq imtina edilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Apellyasiya baxışında yeni sübutları tədqiq etmək zərurəti nə qədər ki, sübutları ancaq məhkəmə istintaqının gedişində bilavasitə tədqiq etmək mümkündür, məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla keçirilməsini tələb edən əsas kimi nəzərdən keçirilə bilər. Apellyasiya baxışı zamanı yeni sübutları tədqiq etməyə isə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 397.3-cü maddəsinə görə ən azı aşağıdakı hallardan biri mövcud olduqda haqlıdır: _ cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda (maddə 397.3.1); _ bi rinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə (maddə 397.3.2). Lakin, birinci instansiya məhkəməsində məhkəmə baxışına dair 28 sentyabr 2022-cı il tarixli iclasın protokoluna əsasən dövlət ittihamçısı məhkəmə istintaqının yekunlaşdırılmasına etiraz etməmiş, hər hansı bir halın əlavə olaraq araşdırılmasını və bu məqsədlə yeni sübutların tədqiq edilməsini məhkəməyə təklif etməmişdir. Odur ki, dövlət ittihamçısının şərh edilən dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar tədqiqi əsasları (CPM-in 392.3-cü maddəsi) ilə uzlaşan dəlillər kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 27 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəs i ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 1(103)-2274/2022 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1079/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1079/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver