Məhkəmə qərarları › İş №1(102)-1079/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1079/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1079/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 o ktyabr 2024-cü il tarixli 1(103)-854/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elnur Nuriyev (sədrlik edən və məruzəçi), Azər Tağıyev və Kamran Muxtarov) 23 fevral 2024-cü il tarixli 1(101)-999/2024 nömrəli hökmü ilə 30 avqust 1965-ci il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç bir yerdə işləməyən, Kürdəmir rayonunun Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 206.3.2 və 240.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 240.2.1-ci madd əsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə ona təyin olunmuş cəzaları qismən toplamaq yolu qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs Məhkum tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan metallik civə zəhərli maddəsini əldə etmə, saxlama, göndərmə, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirərək satışını həyata keçirmək barədə 07 avqust 2023-c ü il tarixədək olan müddət ərzində Rusiya Federasiyasında yaşayan Azərbaycan Respublikasının vətəndaşı X5 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü X9 Federasiyasında istintaqa məlum olmayan tarixdə və mənbədən tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq 50,265 qram çəkidə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan metallik civə zəhərli maddəsini əldə etmiş, 1 ədəd şüşə flakonda olan həmin maddənin malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilərək içərisində bal olan 1 ədəd plastik qabın içinə, plastik qabı isə 1 ədəd karton qutuya yerləşdirib saxlamış, cinayətin törədilməsində n xəbəri olmayan Rusiya Federasiyası vətəndaşı Elshan Aliev vasitəsilə sonuncuya məxsus “Hyundai Starex“ markalı, T480BY71 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerində “Professor Gül“ gəmi-bərəsi ilə Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına göndərilərək daşınmasını təmin edib əvvəlcədən qeyd edilən maddəni təsvir edilən şəkildə gizlədərək Elshan Aliev vasitəsilə Azərbaycan Respublikasına göndərməsi barədə onu məlumatlandırmış, bununla da o, Vüqar Hacıyev və cinayətkar qrupun şəxsiyyətləri istintaqla müəyyən edilməmiş üzvləri ilə aralarında olan razılaşmaya əsasən ümumi cinayətkar niyyətə uyğun olaraq həmin maddəni Elshan Aliev vasitəsilə 07 avqust 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı şəhəri, Qaradağ r ayonu, Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə, saat 23 radələrində göstərilən gömrük postunda nəqliyyat vasitəsinə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı qeyd edilən zəhərli maddə gizlədildiyi yerdən aşkar edilərək götürülmüş, bundan sonra metallik civə zəhərli maddəsinin çatdırılmalı olduğu şəxsləri müəyyən etmək üçün keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 08 avqust 2023-cü il tarixdə, saat 13 radələrində həmin zəhərli maddəni satışını həyata keçirmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Su doldurma” məntəqəsinin yaxınlığında əldə edərkən saxla nılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Anar İbrahimov) 16 oktyabr 2024-cü il tarixli 1(103)-854/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli 1(101)-999/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 1(103)-854/2024 nömrəli qərarının ləğv edilməsini məhkumun əməlinin CM-in 206.3.2-ci maddəsindən CM-in 206.2-ci maddəsinə tövsif edilməsini və ona həmin maddə ilə yüngül cəzanın verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onu nla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış və ittiham yönümlü çıxış edərək ədalətsiz qərar vermişdir. Birinci instansiya məhkəməsi eləcə də, apellyasiya instansiyası məhkəməsi heç bir əsas olmadan ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X1 və X3 məhkəmə iclasında iştirakını təmin etməmiş, onların məhkəmə istintaqı zamanı şahid qismində dindirilməsi təmin edilməmiş, onların ibtidai istintaqı zamanı verdikləri ifadələrin məhkəmə iclasında elan olunması ilə kifayətlənmiş, bununla da apellyasiya instansiya məhkəməsi cinayət işinin tam və obyektiv araşdırılmasında maraqlı olmadığını nümayiş etdirmişdir. Eləcə də ittiham aktında qeyd olunan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərarın özü də mübahisə predme tidir və qərarda zəruri əməliyyataxtarış tədbirinin keçirilməsi göstərilmişdir. Halbuki zəruri əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı həmin qanunun 10-cu maddəsinin müvafiq bəndinə istinad olunmalı idi ki, bu halda həmin qərarda qeyd olunmamışdır. Bu halda sədrlik edən hakimə bildirilmiş lakin o, tərəfimizdən verilmiş vəsatəti təmin etməyərək ittiham yönümlü qərar qəbul etmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi heç bir əsas olmadan nəzərə almamışdır ki, Məhkum heç bir sərhədi keçməmiş, Məhkum 05 iyun 2007-ci il tarixdən 27 yanvar 2019-cu il tarixədək müxtəlif sərhəd nəzarət məntəqələrindən keçməklə Rusiya Federasiyası, Gürcüstan və Ukrayna istiqamətlərində ümumilikdə 23 dəfə ölkə ərazisini tərk etsə də, sonuncu keçid 5 il bundan əvvəl sərhədi keçmiş, bu halın isə hazırkı cinayət işinə heç bir aidiyyəti yoxdur və ola da bilməzdi. Belə olan halda, Məhkum CM-in 206.3.2-ci maddəsi ilə tamamilə qanunsuz və əsassız ittiham verilmişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi Məhkum barəsində CM-in 206.3.2-ci maddəsi üzrə qərar qəbul edərkən bu kateqoriya olan cinayət işləri üzrə məhkəmə təcrübəsini nəzərə almamışdır. Belə ki, analoji kateqoriya cinayət işləri üzrə məhkəmə qərarlarında qeyd edilmişdir ki, şəxsin CM-in 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsi üçün onun məhz bu cinayətin törədilməsində qabaqcadan əlbir olan qrupun tərkibində qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri qrupun digər üzvləri ilə birgə icra etməsi, yəni qaçaq malını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməsi tələb olunur. Halbuki belə bir hal bas verməmiş, Məhkum heç bir malı qanunsuz olaraq sərhəddən keçirməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instans iyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcu d olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xa mmalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 206.1 və 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi həmin cinayətin ağırlaşdırıcı tövsifedici əlaməti kimi çıxış edir və belə halda əməlin CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilməsinə əsas verir. Beləliklə, "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmə" CM-in 206.3.2-ci maddəsinin tərkibində zəruri və mütləq əlamət kimi nəzərdə tutulmuşdur. Azərba ycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respublikası CMin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, birinci və apellyasiya instansiya məhkəmələri hesab etmişlər ki, həmkəndlisi Vüqar Hacıyev tərəfindən Rusiya Federasiyasından göndərilmiş balın içərisində civə olmasından xəbərsiz olması, həmçinin üzərində eynəkləri olmadığı üçün ibtidai istintaq orqanın onun adından yazılmış ifadəni oxumadan imzalam ası barədə Məhkum məhkəmə iclasında verdiyi ifadə işdə olan sübutlarla təkzib olunduğuna görə həqiqətə uyğun gəlmir, onun tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün verilmişdir. Məhkum cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsi isə digər sübutlarla təsdiq olunduğundan mötəbər sübut kimi qəbul edilməlidir. Apellyasiya şikayətində şahid X1 məhkəmə iclasında dindirilməməsi qanun pozuntusu - məhkəmə üzərinə işin hallarının tam və hərtərəfli araşdırılması vəzifəsinin icra edilməməsi kimi qeyd edilsə də, apellyasiya məhkəməsinin məhkəmə iclası protokolundan görünür ki, apellyasiya baxışı zamanı şahid X4 dindirilmiş və Məhkum civə satmaq barədə ona təklif etdiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr sübutlara düzgün qiymət vermiş və əsaslı olaraq n əticəyə gəlmişlər ki, təqsirləndirilən şəxs Məhkum cinayət törədilməsinə aidiyyətinin olmaması barədə məhkəmə iclasında verdiyi ifadəsi və bununla əlaqədar irəli sürülmüş dəlillər həqiqətə uyğun gəlmir və müdafiə üsulu kimi qiymətləndirilməlidir. Məhkəmələrin məhkumun qaçaqmalçılıq cinayətində iştirakı barədə gəldiyi nəticənin əsassız və məhkəmə təcrübəsinə uyğun olmaması barədə kassasiya şikayətində irəli sürülən dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 saylı Qərarının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş gömrük qaydaları əleyhinə olan inzibati xətalardan fərqli olaraq, Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 206-cı maddəsi ilə məsuliyyət Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və ya digər əşyaların yalnız külli miqdarda (CM-in 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğdə), yaxud dəyəri və ya miqdarından asılı olmayaraq, CM-in 206.2-ci maddəsində sadalanan predmetlərin qeyri-qanuni keçirilməsi hallarında yaranır. Həmin Qərarın 19-cu bəndinə əsasən, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM- in 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Azərbaycan Respublikası CM-in 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.2-ci maddəsində qeyd edilmişdir ki, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinay ət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, məhkum M.F.Əmiraslanov və Rusiya Federasiyasında yaşayan X5 zəhərli maddə olan civənin Azərbaycan Respublikasında satılması məqsədilə onun Rusiya Federasiyasından qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi barədə əvvəlcədən razılığa gəlmişlər. Bu razılaşmaya əsasən, V.A.Hacıyev civəni balla doldurulmuş qabın içində gizlədərək həmin qabı Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn və cinayətdən xəbərsiz olan X6 təqdim etmiş, o da həmin qabı Azərbaycan Respublikasının gömrük sərhədindən keçirərək M.F.Əmiraslanova çatdırmışdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, zəhərli maddə olan civənin qaçaqmalçılıq yolu ilə Az ərbaycan Respublikasına gətirilməsi cinayəti məhkum və digər şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birgə törədilmişdir. Bu səbəbdən də, məhkəmələr tərəfindən məhkum M.F.Əmiraslanovun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş zəhərli maddələrin qaçaqmalçılığı kimi tövsif etmələri qanuna uyğun və əsaslı hesab edilməlidir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları tədqiq etmiş və həmin sübutlara qiymət verərək əsaslı olaraq Məhkum Azərbaycan Respubli kası CM-in 206.3.2 və 240.2.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2 və 240.2.1-ci maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 206.3.2 və 240.2.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə qanuni və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2024-cü il tarixli 1(103)-854/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2 və 240.2.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2024-cü il tarixli 1(103)-854/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar