Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-108/2019 15.01.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 108/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 15 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədov Anar Ələsgər oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2016-cı il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli hökmü ilə (hakimlər: Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Qasımov Zabil Bəhmən oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə) 02 avqust 1996-cı ildə Göygöl rayonu Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Məhkum, Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə X7 təqsirli bilinərək məhkum olumuşdur. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məhərrəmli Rəşid Ağamirzə oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 13 dekabr 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2016-cı il tarixli qərarın dan Müdafiəçi vəsatətlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətinin təmin edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 25 aprel 2016-cı il tarixdə, saat 18 radələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X7 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup təşkil edərək, Azərbaycan Dövlət Aqrar Universitetinin Gəncə şəhəri Ozan küçəsində yerləşən korpusunun qarşısına getmiş, orada həmin Universitetin Su Melorasiyası və Tikinti Mühəndisliyi fakültəsinin 1-ci kurs tələbəsi X5ə yaxınlaşaraq danışmaq məqsədilə mobil telefonunu aldıqdan sonra tanışı X7 və X8dən təxminən 30 metr aralanaraq qabaqda sonuncunun mobil telefonu ilə danışmağı bəhanə edi b qulağına tutaraq Gəncə şəhəri Atatürk prospekti ilə piyada hərəkət etməyə başlamış, Gəncə şəhəri Atatürk prospekti ilə «Dəmir yol» vağzalı istiqamətində piyada gedərək həmin prospektdə yerləşən «xxxx» hədiyyələr mağazasının qarşısında ona yaxınlaşan X8 öz mobil telefonunu geri istəyəndə, o sonuncunu qeyd olunan mağazanın yaxınlığındakı dalana çəkərək mobil telefonu 150 manat pulun müqabilində qaytaracağını deyib sözlə mübahisə etməyə başlamış, sonra isə həmin vaxt yanında olan tanışı X7nin bel nahiyyəsində sonuncunun kəmərinə taxılmış kəpənək formalı bıçağı əl atıb götürərək X8ə qarşı basqın edib silah qismində istifadə edilən soyuq-silah hesab edilməyən bıçağı həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə havada nümayiş etdirdikdən sonra qatlayıb öz cibinə qoym uş və sonuncunun 250 manat dəyərində "Samsung" Galaxy Core Grand markalı mobil telefonunu ələ keçirərək ona qarşı quldurluq etmişlər. Vəsatətin dəlilləri: Müdafiəçi vəsatətini onunla əsaslandırmışdır ki, məhkumun savadsız olması, kassasiya şikayəti vermək hüququnun olmasını bilməməsi, atasının ailəsindən ayrı yaşaması, anasının ruhi xəstə olması, birinci instansiya və apellyasiya məhkəmələrində dövlət hesabına təyin olunmuş müdafiəçilərin ona bu barədə məlumat verməməsi səbəbindən kassasiya şikayəti vermə müddətini gecikdirmişdir. Maddi vəziyətinin yaxşı olmaması, qohumu tərəfindən yenicə maddi kömək alaraq müdafiəçi ilə müqavilə bağlayıb kassasiya şikayəti verə bilməsinin nəzərə alınmasını, ötürülmüş müddətin məhkəmə tərəfindən üzrlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, vəsatətin dəlillərini müzakirə edib, vəsatətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət təmin edilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı 13 dekabr 2016-cı il tarixdə qəbul edilmiş və həmin qərardan kassasiya şikayəti vermə müddəti 13 iyun 2018-ci il tarixdə bitmişdir. Müdafiəçi tərəfindən kassasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 13 dekabr 2016-cı il tarixli qərarının elan edildiyi vaxtdan 03 ay 11 gün vaxt keçdikdən sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdim edilmiş və həmin kassasiya şikayəti 27 sentyabr 2018-ci il tarixdə qeydə alınmışdır. Göstərilənlərdən müəyyən edilir ki, müdafiə tərəfi qanunda nəzərdə tutulan 18 ay ərzində kassasiya şikayəti verməyərək müddəti buraxmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Müdafiə tərəfi vəsatətində kassasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən ötürülməsi, vaxtında kassasiya şikayəti verilməsinə mane olan qanunda göstərilən ağır xəstəliyə tutulması və ya fövqəladə hadisənin baş verməsi kimi səbəblərə istinad etməmiş, belə halların mövcudluğunu təsdiq edən sübutları vəsatətinə əlavə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kol legiyası hesab edir ki, Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2016-cı il tarixli qərarından qanunda nəzərdə tutulmuş müddətdə kassasiya şikayəti verilməyərək müddət üzrlü səbəb olmadan buraxıldığından kassasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2016-cı il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatəti təmin edilməsin. Kassasiya şikayəti vermə müddəti bərpa edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düz
Məhkəmə qərarları › İş №1(102)-108/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-108/2019
15.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver