Məhkəmə qərarları › İş №1(102)-108/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-108/2020

22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-108/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Məhkumun müdafiəçisi, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1983-cü ildə Qubadlı rayonunun Çaytumas kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, ünvan yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbayca n Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 2631.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən (hakimlər: R.V.Salmanov (sədrlik edən), M.A.Bayramov və S.İ.Əliyev) Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının tə yin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), F.G.Zeynallı və M.Ə.Rzayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, xx xxxx 2018-ci il tarixdə saat 02:30 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, BCD kateqoriyalı, AC 218703 seriyalı sürücülük vəsiqəsi ilə baş etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan, «Hyundai-Azera» markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət-təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi az aldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməli və yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətdə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə sürməli olduğu halda bunlara riayət etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq heç bir tədbir görməyərək avtomobili 90 km/saat sürətlə idarə edib irəlidə hərəkətdə olan Zərərçəkmiş şəxs2 i darə etdiyi «OKA» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi avtomobilin ön hissəsi ilə arxadan vurmuş və nəticədə ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs2 beyin maddəsinə və mədəciklərinə qansızma, kəllə sümüklər və əsas sümüklərinin sınığı, sol beyin yarımkürəsinin sol gicgah təpə nahiyəsinə uyğun subdural hematoması, başın sol alın-təpə-gicgah nahiyəsinin dərialtı hematoması, bədənin qançır və sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan ağır xəsarət yetirərək kəllə qapağı və əsas sümüklərinin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma səbəbindən ölməsinə, avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 isə beyin maddəsinə və mədəciklərinə qansızma, kəllə qapağı və əsas sümüklərinin sınığı, sağ beyin yarımkürəsinin gicgah təpə nahiyəsinə uyğun subdural he matoması, başın sağ təpə-gicgah nahiyəsinin dərialtı hematoması, bədən səthində qançırları kimi insan həyatı üçün təhlükəli olan ağır xəsarətlər yetirərək kəllə qapağı və əsas sümüklərinin sınığı, beyin maddəsinə və mədəciklərinə qansızma səbəbindən ölməsinə, Zərərçəkmiş şəxs3 mülkiyyətində olan «Hyundai-Azera» markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin deformasiyaya uğraması ilə əlaqədar olaraq ona 2520,00 (iki min beş yüz iyirmi) manat, zərərçəkmiş Zərərçəkmiş şəxs4 mülkiyyətində olan «OKA» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin deformasiyaya uğraması ilə əlaqədar olaraq ona 810,00 (səkkiz yüz on) manat dəyərində maddi ziyan vurması ilə nəticələnən yol hərəkət qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və Məhkum barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin 4 ilə endirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Zərərçəkmiş şəxsin hüquqi varisi X tərəfindən verilmiş kassasiya şikayətində Məhkum cavan olmasını, gənc ailəsinin hazırda başsız qalmasını, iki azyaşlı övladlarının olmasını, məcburi köçkün olmasını və ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona həbslə bağlı olmayan cəza təyin edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirl iyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X ərizə göndərərək tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizələr ilə bağlı dövlət ittihamçısı R.Alverdiyev və məhkumun müdafiəçisi Müdafiəçi çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətləri geri götürüldüyündən həmin şikayətlər baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əs asən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi Xnun kassasiya şikayətlərinin geri götürülməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsin də Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayətləri geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar