Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-108/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim R.R.Məmmədov) Məhkum - xx xxxx 1985-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Göygöl rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulmuş, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum yaşayış yeri üzrə Göygöl rayon İcra və Probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, hökmün icrasının Göygöl rayon İcra və Probasiya şöbəsinə tapşırılması hökm edilmişdir. İşin ha lları: Məhkəmənin hökmünə əsasən Məhkum, ondan 16200 (on altı min iki yüz) manat məbləğində pul vəsaitinin alınıb Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(104)-191/2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Göygöl Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 3(066)-186/2017 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə xx xxxxxx 2018-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnam əsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü cəzaya aid hissədə zərərçəkmiş şəxsin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası artırılaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası həddində müəyyən edi lmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum məhkəmə iclasında ifadə verərək əməlindən peşman olduğunu, maddi imkanı olmadığından ona olan borcunu bir dəfəyə ödəyə bilmədiyini, lakin, hər ay ona ödənişlər ödəyəcəyini bildirmiş və məhkəmədə onun şəxsiyyətini nəzərə almadan məhkuma həbslə əlaqədar olmayan cəza təyin etmişdir. Göygöl Rayon Məhkəməsinin hökmü xx xxx 2019-cu il tarixdə çıxarılmış və Gəncə Apelyasiya Məhkəməsinin qərarı 5 (beş) ay bundan əvvəl qəbul edilmişdir. Bu müddət ərzində məhkumun barəsində hökm çıxarıldıqdan sonra i ndiyə kimi ona heç bir ödəniş etməmiş və barəsində həbslə əlaqədar tədbir görülməyincə ona yetirilən maddi zərər ödənilməyəcək. Bu fakt özü sübut edir ki, məhkum hər iki məhkəmə instansiyasında yalan ifadə verməklə barəsində yüngül cəza çıxarılmasına nail olmuşdur. Məhkumun Göygöl rayonunda xeyli sayda vətəndaşları aldatma yolu ilə pullarını borc adı ilə ələ keçirməsi faktları var və məhkum öz cinayət əməlini törədərkən anasını, həyat yoldaşını işə cəlb etməkdən belə çəkinməmişdir. Belə ki, məhkumun həyat yoldaşı X3 barəsində CM-nin 303.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir Regional Ədliyyə İdarəsinin müstəntiqi tərəfindən aparılır. Göygöl rayon İcra və Probasiya Şöbəsi Gəncə Apelyasiya Məhkəməsi nin xx xxxxx 2016-cı il tarixli qətnaməsinin icrası ilə əlaqədar məhkumun ünvanına baxış keçirən zaman 26 baş qoyun, 8 baş quzu, 7 baş keçi və 8 baş iri buynuzlu mal-qara müəyyən edilərək siyahıya alınmış və saxlanması üçün X4 verilmişdir. Arvadının həmin heyvanlara görə gələcəkdə cinayət məsuliyyətinə cəlb olunacağını bilən məhkum buna əhəmiyyət verməyərək siyahıya alınmış mal-qaranı həmin həyətdən çıxardaraq özünə məlum olan yerə aparmış və son nəticədə arvadı barədə CM-nin 303.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Bu faktın özü məhkumun şəxsiyyətini səciyyələndirir. Lakin, Gəncə Apelyasiya Məhkəməsi bunları nəzərə almayaraq ona yüngül cəza təyin etmişdir. Gəncə Apelyasiya Məhkəməsi Məhkum həbslə əlaqədar cəza vermək əvəzinə əsassız olaraq yüngül cəza vermiş, işin hallarını, el əcə də məhkumun şəxsiyyətini nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq Gəncə Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinay ət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosess ual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, Göygöl rayon Məhkəməsinin hökmü xx xxx 2019-cu il tarixdə çıxarılmış və Gəncə Apelyasiya Məhkəməsinin qərarı 5 (beş) ay bundan əvvəl qəbul edilmişdir. Bu müddət ərzində məhkumun barəsində hökm çıxarıldıqdan sonra indiyə kimi ona heç bir ödəniş etməmişdir. Zərərçəkmiş hesab etmişdir ki, məhkum barəsində həbslə əlaqədar tədbir görülməyincə ona yetirilən maddi zərər ödənilməyəcək. Azərbaycan Respublikası CM-nin 41-ci maddəsinə əsasən: 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yara dılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən qanunun məzmununa görə cəza təkcə məhkum tərəfindən törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənilməsinə onu məcbur etmək üçün tətbiq edilmir. Cəzanın məqsədləri daha genişdir. Həm də cəza birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cinayət işinin faktiki halları və Azərbaycan Respublikası CM-nin 58-ci maddəsi ilə nəzərdə tutulmuş əsaslar nəzərə alınmaqla tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən: 58.1 Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. 58.3. Cəz a təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi üzrə birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə cəza təyin edərkən Məhkum cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq qismən ödəməsini və himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə almış, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi göstərilən halları nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzalarıdan məhkumu 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası isə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası artıraraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası həddində müəyyən etmişdir. Bu cəza növü, ağırlığı baxımından Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalar sırasında ən yüngüldən ən ağıra doğru dördüncüsüdür. Yəni kassasiya şikayətində göstərildiyi kimi yüngül cəza hesab edilmir. Digər tərəfdən Azərbaycan Respublikası CM-nin cəza təyin edilməsinin əsasları barədə müddəaları şəxsin hökm çıxarılandan və cəza təyin ediləndən dərhal sonra islah olunmasını nəzərdə tutmur və şəxsin islah olunacağına əsas verən cəza müddətlərini icra etməsi gedişində islah olunacağını nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ona təyin ediləcək cəzanın növünün müəyyən edilməsi barədə cinayət işinə baxmış Göygöl Rayon Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının gəldikləri nəticələr qanuni və əsaslıdır. Ona görə də zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-108/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-108/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver