Məhkəmə qərarları › İş №1(102)-108/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-108/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-108/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2022-ci il tarixli, 1(106)-712/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum 3 mart 1993-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Salyan rayonunun Arbatan kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə vahid niyyətlə 14 oktyabr 2021-ci il tarixdə köhnə Bakı-Astara magistral avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 129-cu kilometrliyində yolun sağ tərəfində yerləşən, X6 məxsus “Şükür inşaat” tikinti materialları mağazasının içərisindəki yardımçı otağa paltarını dəyişmək bəhanəsi ilə qanunsuz daxil olub həmin otaqda olan və saxlanc yeri hesab edilən mebel şkafının kilidini vintaçanla açıb siyirməni özünə doğru çəkdikdən sonra siyirmənin aşağı hissəsindəki rəfin üzərindən sonuncuya məxsus 1500 manat, 4 noyabr 2021-ci il tarixdə eyni niyyət və eyni üsulla həmin yerdən 2500 manat, sonuncu dəfə 18 noyabr 2021-ci il tarixdə eyni niyyət və eyni üsulla həmin yerdən 57600 manat və 2000 ABŞ dolları (2021-ci il noyabrın 18-nə olan məzənnə ilə 3400 manat) olmaqla cəmi 65. 000 (altmış beş min) manat pul vəsaitini gizli yolla talayıb zərərçəkmiş şəxs İslam Ağayevə külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir.

3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X7 və X3 ibarət məhkəmə tərkibində) 24 may 2022-ci il tarixli, 1(099)-278/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 3 dekabr 2021-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, iş üzrə mülki iddia, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir.

4. Məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apelyyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmünün dəyişdirilməsi, təqsirləndirilən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza növünün təyin olunması, mülki iddianın qismən təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir..

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət məhkəmə tərkibində) 31 avqust 2022-ci il tarixli, 1(106)712/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müd afiəçi tərəfindən verilmiş apellyasiya şiakyətinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-ci il tarixli, 1(099)-278/2022 nömrəli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2022-ci il tarixli, 1(106)-712/2022 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum kassasiya şikayətində bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, tam, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə və toplanmış sübutlara düzgün hüquqi qiymət ve rilməmişdir. Belə ki, onun tərəfindən götürülmüş pulun məbləği 65.000 AZN deyil, cəmi 18530 manat olmuşdur. Məhkəmə onun barəsində həmin məbləğə münasibətdə ittiham hökmü çıxararkən heç bir sübuta əsaslanmamışdır. Sadəcə zərərçəkmiş şəxsin ifadəsi əsas götürülməklə əməli daha ağır maddə ilə tövsif edilmişdir. Həmçinin, ona cəza təyin edilərkən, barəsində olan yüngülləşdirici hallar, yəni ailəli olması, valideynlərinin də onun himayəsində olması, ailənin yeganə qazanc gətirən şəxsi olması, dəymiş ziyanın 4724 manatının ödənilməsi nəzərə alınıb, ona daha yüngül cəza tətbiq edilməsi mümkün idi.

8. Kassasiya şikayətinin müəllifi qeyd etdiklərinə əsasən məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2022-ci il tarixli, 1(106)-712/2022 nömrəli qərarının dəyişdirilməsini, onun əməlinin AR CM-in 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

10. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasında n təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və C inayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, a pellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini və cəza təyin edilərkən barəsində olan yüngülləşdirici halların nəzərə alınmamsını mübahisələndirmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2022-ci il tarixli, 1(106)-712/2022 nömrəli qəra rının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

21. Belə ki, hazırki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq işdə olan sübutları təd qiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

22. Məhkəmə kollegiyası məhkumun kassa siya şikayətinin dəlilləri qismində göstərdiyi “götürülmüş pulun məbləği 65.000 AZN deyil, cəmi 18530 manat olması” kimi fikirlərinə münasibətdə qeyd edir ki, məhkumun müdafiəçisinin məhkmun əməlinin hüquqi tövsifinə həsr olunmuş apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi məhz bu dəlillərə öz qərarında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinə və cinayət işi üzrə digər sübutlara istinadən qiymət verərək bildirmişdir ki, həmin dəlillər işin obyektiv hallarına uyğun gəlmir, iş üzrə tətqiq olunmuş sübutların məcmusu ilə təkzib olunur və məhkum edilmiş şəxsi ağır cinayət məsuliyyətindən azad etmək məqsədi daşıyır.

23. Kassasiya kollegiyası məhkəmənin bu qənaəti ilə razılaşaraq qeyd edir ki, müdafiə tərəfinin götürüldüyünü iddia etdiyi (18530 azn) məb ləği təsdiq edən heç bir sübut nə ittiham, nə də müdafiə tərəfindən əldə edilməmişdir. Əksinə cinayət işi materiallarında mövcud olan və məhkəmələr tərəfindən tədqiq edilən sübutlar (təqsirləndirilən şəxsin qismən etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və digər sübutlar) həmin dəlili təkzib edərək, oğurlanmış məbləğin 65.000 AZN olmasını təsdiq etmişdir.

24. Məhkəmə kollegiyası eyni zamanda məhkumun barəsində cəza təyin edilərkən yüngülləşdirici halların kifayət qədər nəzərə alınmaması dəlillərinə münasibətdə qeyd edir ki, onun əməlinin hüquqi tövsifi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb, eyni zamanda məhkuma təyin edilmiş cəzanı qanuniliyi və ədalətliliyi baxımından araşdıraraq, Məhkum Azərbaycan Respu blikası CM-in 177.3.2-ci maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-ci il tarixli, 1(099)-278/2022 nömrəli hökmü ilə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

25. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən hallar kimi himayəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən ödənilməsini və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan həmin maddələrin sanksiyasında n əzərdə tutulan orta həddə qanuni və ədalətli cəza təyin etmiş, cəzanın növünü və həddini düzgün müəyyən etmişdir.

26. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun kassasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi və ona cəza təyini barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

27. Kassasiya məhkəməsi qeyd edir ki, birinci i nstansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPMin tələblərinə uyğun aparılmışdır.

28. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmi ş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması qənaətinə gəlinmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

30. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiy a şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2022-ci il tarixli, 1(106)-712/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2022-ci il tarixli, 1(106)-712/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar