Məhkəmə qərarları › İş №1(102)-108/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-108/2025

08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-108/2025 08.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxx 1983-cü ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, SOCAR-ın “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin Şirvan Xətti İstismar Xidmətinin 5-ci dərəcəli Şirvan QPS-da qaz paylayıcı stansiyasında operator vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli 1(106)-469/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov İlqar Həsən Ağa tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin 27 mart 2024-cü il tarixli 1(032)-1/2024 nömrəli hökmü ilə (hakim Aydan Məmmədli) Məhkum - Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü ma ddəsinə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsinə aidiyyəti olmadığından görə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2024-cü il tarixli 1(106)-469/2024 nömrəli qərarı ilə (hakimlər: P.V.Hacıyev (sədrlik edən), E.İ.Xasməmmədov və H.X.Bəhmənov) apellyasiya protesti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 27 mart 2024-cü il tarixli 1(032)-1/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum CM-in 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, 19 dekabr 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixədək olan müddətdə tamah niyyəti ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanındakı fərdi yaşayış evinin həyətin hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra xx.xx.2022-ci il tarixdə saat 03 radələrində həyətdən 170 manat dəyərində olan 01 ədəd samovar və xx.xx.2022-ci il tarixdə saat 03 radələrində həyətdə yerləşən hindən 200 manat dəyərində olan 10 ədəd toyuğu gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 370 (üç yüz yetmiş) manat məbləğində ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2 024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum CM-in 177.2.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmışdır. Belə ki, Məhkum ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən cinayət əməlini etiraf edərək ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 00:20 radələrində o, spirtli içki alıb qəbul etmək üçün yaşadığı ünvan 3 ünvanından ç ıxıb "Şirvan ostanovkası” adlanan yerdə yerləşən mağazaya getmiş, mağazadan 4 ədəd "Go” adlı spirtli içki alıb həmin spirtli içkinin hamısını qəbul etmiş, spirtli içkini qəbul etdikdən sonra saat təxminən 03 radələrində Şirvan şəhəri, Energetik küçəsinə getmiş, küçə ilə gedən zaman pulu qalmadığı üçün oğurluq edərək pul əldə etmək qərarına gəlmiş, bu məqsədlə həmin küçədə yerləşən evin hasarından aşmaq yolu ilə həyətə daxil olmuş, həyəti bir qədər axtardıqdan sonra evin qarşısında samovar olduğunu görüb həmin samovarı götürərək eyni qaydada, yəni aşardan aşaraq həyətdən çıxmış, samovarı özü ilə aparıb küçədə yerləşən kolluqda gizlətmiş və evə getmiş, sabahısı gün yenidən öz işlərinə davam etmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 01 radələrində yaşadığı ünvan 3 ünvanından çıxıb yenidən "Şirvan ostanovkası” adlanan yerdə yerləşən mağazaya getmiş, mağazadan 4-5 ədəd "Go” adlı spirtli içki alıb həmin spirtli içkilərin hamısını qəbul etmiş, spirtli içkini qəbul etdikdən sonra saat təxminən 03 radələrində Şirvan şəhəri, Energetik küçəsinə getmiş, yenidən hasardan aşmaq yolu ilə samovarı oğurladığı həyətə daxil olmuş, həyətdə yerləşən hinə daxil olduqda hində təxminən 5-6 ədəd toyuq olduğunu görmüş, toyuqların hamısını əlində tutaraq həyətdən çıxmış, yol ilə gedən zaman o, spirtli içkinin təsirindən ayıldıqdan sonra etdiyi hərəkətin pis olduğunu bilib və tutulmaqdan qorxduğu üçün toyuqları buraxmış, toyuqlar qaçıb getmiş, daha sonra küçələrində samovarı gizlətdiyi yerə getmiş, samovarı gizlətdiyi yerdən götürüb Şirvan kanalı istiqamətində hərəkət et miş, Şirvan kanalına çatdıqdan sonra samovarı kanala atmış, xx.xx.2022-ci il tarixdə yaşadığı küçə ilə gedən zaman polis əməkdaşları ona yaxınlaşmış, ona polis şöbəsinə getməyinin zəruriliyi bildirilmiş, o da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. (cild 01, iş vər. 101-103) 26 dekabr 2022-ci il tarixdə Məhkum ünvan 5 ünvanında ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanması zamanı o, ifadəsində göstərdiklərini əyani olaraq bir daha göstərmişdir. Məhkum 26 dekabr 2022-ci il tarixdə Şirvan şəhər məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən də əməlini etiraf etmiş, hər hansı qanunsuz təsir və təzyiqə məruz qalmasını bildirməmişdir. Məhkəməyədək icraat dövründə Məhkum həbsdə olmamış, barəsində ev dustaqlığı növ ündə qətimkan tədbiri seçilmiş, həmin müddət ərzində polis şöbəsində hər hansı təzyiqə məruz qalması, ona qarşı hər hansı qanunsuz hərəkətə yol verilməsi barədə müvafiq aidiyyəti orqanlara müraciət etməmişdir. Məhkum Şirvan ŞPŞ-nin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə yalnız cinayət işinə məhkəmədə baxılarkən müraciət etmiş, müraciət aidiyyəti üzrə araşdırma aparılmasından ötrü Şirvan şəhər prokurorluğuna göndərilmiş və Şirvan şəhər prokurorluğunun 2 iyun 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi, məhkəmə Məhkum yalnız məsuliyyətdən boyun qaçırmaq məqsədilə verdiyi ifadəsinə əsaslanıb səhv nəticə yə gələrək ona bəraət vermişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti ü zrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, Məhkum əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsir li olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamış, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. İbtidai istintaq orqan tərəfindən Məhkum ittiham verilmişdir ondan ötrü ki, o, 19 dekabr 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixədək olan müddətdə tamah niyyəti ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanındakı fərdi yaşayış evinin həyətin hasardan aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra xx.xx.2022-ci il tarixdə saat 03 radələrində həyətdən 170 manat dəyərində olan 01 ədəd samovar və xx.xx.2022-ci il tarixdə saat 03 radələrində həyətdə yerləşən hindən 200 manat dəyərində olan 10 ədəd toyuğu gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 370 (üç yüz yetmiş) manat məbləğində ziyan vurmaqla qəsdən yaşayış sahəs inə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum qarşı ittihamın irəli sürülməsinə Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələr əsas olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaə tə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq Mənsim Mehmanovun bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab etmişlər. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Məhkum ifadəsində bildirmişdir ki, “Qax İxrac” İdarəsi Hacıqabul Magistral Qaz Kəmərləri sahəsində operator vəzifəsində işləyir. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Əvvəllər narkotik vasitələrin müxtəlif növlərindən istifadə etsə də, artıq uzun müddətdir ki, spirtli içki və narkotik vasitə qəbul etmir. Əvvəllər narkotik vasitə istifadəçisi olduğu üçün 23 dekabr 2023-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları onu Şirvan şəhəri ərazisində, “Üçbarmaq” adlanan yerin yaxınlığında saxlayaraq polis şöbəsinə aparmışlar. Polis əməkdaşları polis şöbəsində ona qanunsuz olaraq üzərində narkotik vasitələri gəzdirməsi, daşıması, istifadəsi barədə məlumat daxil olduğunu bildirmişlər. Lakin o, dəfələrlə polis əməkdaşlarına narkotik vasitələrdən istifadə etmədiyini və hal-hazırda da üzərində narkotik vasitə olmadığını bildirmişdir. Onu həmin vaxt döymüşlər, nalayıq ifadələrlə təhqir edərək tələb etmişlər ki, bu oğurluq cinayətini boynuna alsın, əks təqdirdə külli miqdarda narkotiklə rəsmiləşdirəcəklərini, bununla da vəziyyətinin daha ağırlaşacağını bildirib təzyiq göstərmişlər. O da qorxduğu üçün onlarla razılaşmış, oğurluq etməsi ilə bağlı sənədləri imzalamış, cinayəti törətdiyini bildirmişdir. Həmin oğurluq hadisəsi baş verdiyi göstərilən vaxtda – 20 dekabr 2022-ci il tarixdə gecə saat 03 radələrində (19 dekabr saat 20-dən 20 dekabr saat 08-ə kimi) işdə növbədə olmuşdur. İşdə olduğu müddət ərzində xidməti ərazini tərk etmək mümküns üzdür. O, Zərərçəkmiş şəxs evindən oğurluq etməmiş, ümumiyyətlə nə Zərərçəkmiş şəxsi, nə də ki, Zərərçəkmiş şəxsin evini tanımamışdır. Onun bu cinayətin törədilməsinə aidiyyəti olmamışdır. İbtidai istintaq zamanı dəymiş ziyanın ödənilməsi tələb edilən zaman, həmçinin polis əməkdaşlarının ziyan ödənilmiş olarsa cəza da verilməyəcək deməsinə görə çarəsiz qalıb zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, lakin məhkəmə istintaqı zamanı polis əməkdaşı tərəfindən Şirvan şəhər Polis Şöbəsinə çağırılaraq ödəmiş olduğu pulu ona geri qaytararaq cinayətin onun tərəfindən törədilmədiyini bildirmişlər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid1, göstərmişdir ki, Məhkum xeyli müddətdir ki, tanımış, münasibətləri normal olmuşdur. “Qax İxrac” İdarəsi Hacıqabul Magistral Qaz Kəmərləri s ahəsində operator vəzifəsində işləyirlər. Onların iş vaxtları növbəli şəkildə olur, 19 dekabr 2022-ci İl tarixdə Məhkumla birlikdə işdə olmuşlar. Həmin gün saat 20:00-da növbəni təhvil almışlar, 20 dekabr 2022-ci İl tarixdə saat 08:00da növbəni təhvil vermişlər. Həmin vaxt aralığında xidməti ərazidən kənarlaşmamışlar, Mehman da həmin müddət ərzində onlarla birlikdə olmuşdur. Ümumiyyətlə istər Mehman, istərsə də onlar, işdə olduqları müddət ərzində iş yerindən kənarlaşmaq, ərazini özbaşına tərk etmək mümkünsüz bir şeydir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, Məhkum xeyli müddətdir ki, tanımış, münasibətləri normal olmuşdur. “Qax İxrac” İdarəsi Hacıqabul Magistral Qaz Kəmərləri sahəsində operator vəzifəsində işləyirlər. Onların iş vaxtları növbə li şəkildə olur, 19 dekabr 2022-ci İl tarixdə Məhkumla birlikdə işdə olmuşlar. Həmin gün saat 20:00-da növbəni təhvil almışlar, 20 dekabr 2022-ci İl tarixdə saat 08:00da növbəni təhvil vermişlər. Həmin vaxt aralığında xidməti ərazidən kənarlaşmamışlar, Mehman da həmin müddət ərzində onlarla birlikdə olmuşdur. Ümumiyyətlə, istər Mehman, istərsə də onlar, işdə olduqları müddət ərzində iş yerindən kənarlaşmaq, ərazini özbaşına tərk etmək mümkünsüzdür. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yaşamışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olmuşdur. Həyətdən evə gedən zaman ona məxsus olan 01 ədəd işlənmiş, latun materialından olan, 5 litr su tutumlu, 4 ayaqlı samovar da həyətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında həyətə düşən zaman samovarın və özünə məxsus olan 10 ədəd, hər birinin çəkisi 3.5 kiloqram olan, 3 illik, serberest cinsindən olan toyuqların həyətdə olmadığını görmüş, həyəti nə qədər axtarsa da samovarı və toyuqları tapa bilməmişdir. Halbuki həmin toyuqları bir gün öncə özü hinə salmış və həmin samovar da həyətdə olmuşdur. Təqsirləndirilən şəxs Şirvan şəhər Polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə gələrkən ifadənin yerində yoxlanması zamanı əli ilə samovarı oğurladığı yeri göstərmiş, halbuki samovar həmin yerdə deyil, evin həyətyanı sahəsinin digər hissəsində olmuşdur. Onun toyuqları isə 21 dekabr 2022-ci il tarixdə deyil, 20 dekabr 2022-ci il tarixdə oğurlanmışdır. Hadisənin Məhkum tərəfindən törədilməsi heç də inandırıcı olmamışdır. Belə ki, Məhkum barəsində cinayət işi başlandıqdan sonra da həmin ərazidə eyni oğ urluq hadisələri bir neçə dəfə baş vermişdir. İş materiallarında olan “Qaz İxrac”İdarəsi Hacıqabul Magistral Qaz Kəmərləri sahəsinin 04 may 2023-cü il tarixli arayışından görünür ki, Məhkum həqiqətən 17 oktyabr 2011-ci il tarixindən hal hazıradək "Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral Qaz Kəmərləri sahəsinin Şirvan xətti istismar xidmətində qaz paylayıcı stansiyanın operatoru peşəsində işləyir və Şirvan xətti istismar xidmətinin rəisi Kamil Həmidovun 03 may 2023-cü il tarixli yazılı məlumatına əsasən bildirilir ki, Məhkum 19 dekabr 2022-ci il saat 20-00-dan, 20 dekabr 2022-ci il tarixində saat 08-00-a kimi gecə növbəsində olmuşdur. "xxxx" MMC və "xxxx" MMC-nə məxsus rabitə və anten məlumatlarından görünür ki, Məhkum ********* nömrəli 20 dekabr 2022-ci il tarixdə 02:43-07:34 radələrində Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində, ********** nömrəyə dair məlumatda isə xx.xx.2022-ci il tarixdə saat 00:02-07:38 radələrinə kimi Şirvan şəhəri Cənub-şərq hissəsində teleqüllənin yaxınlığında anten şəbəkə əhatəsində olmuşdur. “Qaz İxrac” İdarəsi Hacıqabul Magistral Qaz Kəmərləri sahəsinin 25 sentyabr 2023cü il tarixli arayışından görünür ki, Məhkum SOCAR-ın “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin Şirvan Xətti İstismar Xidmətinin 5-ci dərəcəli ŞirvanQPS-da qaz paylayıcı stansiyasının operatoru peşəsində növbəli iş relimində çalışır. SOCAR-ın “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin Şirvan Xətti İstismar Xidmətinin “Şirvan-QPS”-sı Şirvan-Salyan magistral avtomobil yolunun 6-cı km-də yerləşir. İş materiallarından görünür ki, Şirvan Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən Googlee Earth Pro proqramından yerləşdirilmiş elektron xəritədən istifadə etməklə sorğuda qeyd olunmuş ünvanlar arasındakı məsafələr müəyyən edilmişdir. Sorğuda qeyd olunmuş Şirvan-Salyan magistral avtomobil yolunun 6-cı kilometrliyindən (ünvan 8 ünvanınadək olan məsafə 11.1 kilometr, habelə Şirvan şəhərinin cənub-şərqində yerləşən Teleqüllədən Şirvan şəhəri, Energetik küçəsi, ev 178 ünvanınadək olan məsafə 5.71 kilometr təşkil edir (elektron xəritədən əldə edilmiş sxemlər əlavə olunur). "xxxx" MMC və "xxxx" MMC-nə məxsus rabitə və anten məlumatlarından görünür ki, Məhkum ********* nömrəli 21 dekabr 2022-ci il saat 08:16:59, xx.xx.2022-ci il saat 10:13:56, xx.xx.2022-ci il saat 12:52:06 radələrində Şirvan şəhəri Xəqani küçəsi 191, xx.xx.2022-ci il saat 13:54:29 radələrində Şirvan Telekommunikasiya Qovşağı anten şəbəkə əhatəsində olmuşdur. İş materiallarında olan “ifadənin yerinə yoxlanılması haqqında” 26 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək törətdiyi cinayət oğurluğunu əyani olaraq hadisə yerində göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ifadəsi yerində yoxlanılarkən əyani olaraq göstərmiş olduğu samovarın yerini düzgün göstərə bilməmişdir, bu hal zərərçəkmiş şəxsin verdiyi ifadələrdə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) t örədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insa n və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən e dilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində itt ihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr Məhkum xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törət məkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlinə aidiyyətinin olmaması əsası ilə ona bəraət vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittih am tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesin i həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun ol araq düzgün qiymətləndirilmiş və haqlı olaraq Məhkum ona elan edilmiş Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətə aidiyyətinin olmaması əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik ed ilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar