Məhkəmə qərarları › İş №1(102)-1080/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1080/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1080/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2022-ci il tarixli qəra rından dövlət ittihamçısı Namiq Qadir oğlu Əliyev tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Faiq Qəniyev (sədrlik edən və məruzəçi), İlham Mahmudov və Samir Əliyev) 1(101)-509/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli hökmü ilə CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli hökmü ilə CM-in 29,180.1-ci və 315.1-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmu ş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2021-ci tarixdən hesablanmış, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata alınmaqla narkomaniyadan məcburi müalicə təyin olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 9,335 qram çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 17 oktyabr 2021-ci il tarixdə saat 02:40-da Bakı şəhəri, Nəsimi rayonu, Şamil Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində olarkən Bakı şəhəri Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol iç cibində olan bir ədəd kibrit qutusunda 9,335 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim İbrahim İbrahimli, hakimlər Zəki Babayev və Ziya Şirinovdan ibarət tərkibdə) 1(103)656/2022 nömrəli 16 mart 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlə r Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı N.Q.Əliyev kassasiya protesti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Namiq Əliyev kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkumın əməlinin tövsifində səhvə yol verildiyindən, həmin qərar əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, ibtidai istintaq zamanı Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək bildirmişdir ki, tutulmazdan təxminən 2 gün əvvəl “Papanin” deyilən ərazidən tanımadığı şəxsdən 100 manat müqabilində bir bükümdə 9 qram heroin almışdır. Birinci instansiya məhkəməsində dindirilən zaman isə Məhkum özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, tutulmazdan təxminən 7-8 saat əvvəl heroin almaq üçün “Papanin” deyilən əraziyə getmiş, fikrində 5-6 qram heroin almaq olsa da, orada tanımadığı şəxsin ucuz təklif etməsi səbəbindən özünün istifadəsi üçün 100 manat verib bir yerdə 9 qram heroin almışdır. Saxlanmazdan xeyli əvvəldən başlayaraq artıq gün ərzində 1 qram səhər və 1 qram axsam iynə vurmaq yolu ilə, 2 qram da çəkməklə - ümumilikdə cəmi 3-4 qram heroin istifadə etmişdir. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi özünü müdafiə kimi qiymətləndirilməli olduğu halda məhkəmə qeyd edilən bu xüsusatı düzgün dəyərləndirməməklə səhv mövqe sərgiləmiş və bu da təqsirləndirilən şəxs barəsində əsassız hökmün çıxarılması ilə nəticələnmiş, apelyasiya instansiya məhkəməsi isə həmin hökmü əsasız hesab etmişdir. Birinci instansiya məhkəməsində tədqiq olunmuş iş materiallarında olan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 17 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara r əngli gödəkcəsinin sol iç cibindən bir ədəd kibrit qutusunun içərisindən ağ rəngli salfetə bükülmüş şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsində tədqiq olunmuş iş materiallarında olan məhkəməkimyəvi ekspertizasının 17 oktyabr 2021-ci il tarixli 6/4623 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Baxşıyev (imza)...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 9,335 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı l) daxildir. Ekspert tədqiqatından sonr a heroinin qalıq çəkisi 9,285 qram təşkil etmişdir İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 dekabr 2021-ci il tarixli 4810 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Məhkum saxlanılmamışdan 2 gün əvvəl əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 9,335 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak məqsədi ilə daşıması inandırıcı deyil və həmin fakt bir daha deməyə əsas verir ki. Məhkum həmin maddələri şəxsi istifadəsi üçün əldə etməmiş və daşımamışdır. Belə ki, Məhkum özü birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı gün ərzində 1 qram səhər və 1 q ram axşam iynə vurmaq yolu ilə, 2 qram da çəkməklə ümumilikdə cəmi 3-4 qram heroin istifadə etdiyini bildirmişdir. Əgər şəxs gün ərzində 3 və ya 4 qram gündəlik narkotik vasitə olan herion istifadə edirdisə, onda 2 gün əvvəl almış olduğu narkotik vasitə olan heroini tutulana kimi istifadə edib qurtarmalı idi. Bu onunun bir daha satış məqsədilə qanunsuz olaraq narkotik vasitəsinin satışı ilə məşğul olmasını təsdiq edir. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi öz qərarında araşdırılmış sübutlarda və işin materiallarında təqsirləndirilən şəxs Məhkum tərəfindən ondan aşkar edilmiş narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən sübutun aşkar olunmadığını qeyd etmişdir. Təqsirləndirilən ş əxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılmış istintaq və əməliyyat axtarış tədbirləri ilə konkret zaman kəsiyində, yəni ibtidai istintaq dövründə hər-hansı məlumatın əldə edilməməsinə baxmayaraq bu fakt özü-özlüyündə həmin şəxs tərəfindən narkotik vasitə olan heroinin məhz satış məqsədi ilə əldə etməklə saxlamasını heç də inkar etmir. Göründüyü kimi, istintaq orqanı Məhkum üzərinə baxış keçirilərkən onun üzərindən külli miqdarda narkotik vasitə olan heroinin aşkar edilməsini, şahid ifadələrini, iş üzrə ibtidai İstintaq zamanı toplanmış digər sübutları nəzərə almaqla düzgün olaraq Məhkum Fərruz oğlunun əməllərini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmiş və həmin maddələrlə məhkəmə məsuliyyətinə vermişdir. Bundan başqa, narkotik vasitəni hər han sı şəxsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edibetməməsi, narkotik vasitənin hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə heroinin külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Göründüyü kimi, Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı narkotik vasitə heroin bir bükümdə olmaqla təmiz çəkisi 9,335 qramdır, bu da müəyyən edilmiş külli miqdardan 4 dəfədən çoxdur. Yuxarıda sadalanan halların məcmu sundan görünür ki, həm birinci İnstansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi əməlin tövsifində düzgün mövqe sərgiləməmişdir. Kassator hesab edir ki, məhkəmə, məhkəmə baxış zamanı iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməyərək, müəyyən etdiyi hallar sübutlara deyil, yalnız mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamış, heç bir əsaslandırma aparmadan, hər-hansı sübutlara əsaslanmadan və cinayət işinin materiallarında olan sənədləri təkzib edən dəlilləri gətirmədən təqsirləndirilən şəxsin əməllərini əsassız və qanunsuz olaraq tövsif etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutları tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə artıq formalaşmış təcrübədən fərqli olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş in materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarı n qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. İşin materiallarından görünür ki, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, qanunsuz olaraq 9,335 qram çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamış, 17 oktyabr 2021-ci il tarixdə saat 02:40-da polis əməkdaşları tərəfindən saxlanılaraq üzərində bir ədəd kibrit qutusunda 9,335 qram çəkidə narko tik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum, şahidlər Şahid1, Şahid3, Şahid2, Şahid4 ifadələri, məhkəmə narkoloji və məhkəmə kimyəvi ekspertizalarının rəyləri, maddi sübutla və cinayət işinin digər materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından görünür ki, şəxsin əməlinin həmin maddə ilə tövsif edilməsi üçün müəyyən edilməlidir ki, onun tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə etməsi və ya saxlaması satış məqsədi ilə törədilmiş, yaxud qanunsuz olaraq külli miqdarda narkotik vasitə onun tərəfindən satılmışdır. Azərbaycan Respublikası CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə n əzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən Məhkum tərəfindən 9,335 qram miqdarında narkotik vasitə olan heroinin qanunsuz olaraq əldə edilməsi və saxlanılması müəyyən etsə də, nəticəyə gəlmişdir ki, həmin sübutlarla onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və daşıması, habelə kiməsə satmaq istəməsi təsdiq olunmur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu n 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Məhkum aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Belə ki, Məhkum narkotik vasitəni öz istifadəsi üçün almasını bildirmişdir. İşə əlavə edilmiş Nəsimi rayonu Polis idarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları sahə rəisi vəzifəsində xidmət edən Şahid2 raportundan da görünür ki, 17 oktyabr 2021-ci il tarixdə əməliyyat qrupunda xidmətdə olarkən gecə saat təxminən 03 radələrində Nəsimi rayon Mühafizə İdarəsinin və Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən adını sonradan bildiyi Məhkum Polis Şöbəsinə gətirilmişdir. Polis əməkdaşları tərəfindən raportla rəhbərliyə məruzə olunduqdan sonra Məhkum üzərində qanunsuz olaraq hər hansı bir əşya olub-olmamasını müəyyən etmək üçün araşdırma aparılması təhqiqatçıya həvalə olunmuşdur. Həmin təqrir əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum aşkar edilərək götürülmüş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı da Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlə dən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə sübut əldə edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayonu Polis idarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları sahə rəisi vəzifəsində xidmət edən Şahid2 və sahə inspektoru vəzifəsində xidmət edən Şahid4 ifadələrində bildirmişlər ki, Məhkum narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edən sübut və ya fakt onlarda olmamışdır. Məhkumda aşkar edilmiş narkotik vasitənin miqdarı (9,335 qram) və həmin narkotik vasitənin bir ədəd kibrit qutusunda olması da onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə bir mənalı nəticəyə gəlməyə əsas vermir. İşin digər sübutlar da – məhkəmə ekspertizaların rəyləri və maddi sübutun özü məhkumun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq etmir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir sübut olmadığından həm birinci instansiya məhkəməsinin hökmü həm də apelyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan birinci instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun narkotik vasitəni qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun narkotik vasitəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyasi məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Həmçinin işə baxılması zamanı məhkəmələr tərəfindən cinayət-prosessual qanununun və Avropanın İnsan Hüquq və Əsas azadlıqları h aqqında Konvensiyanın 6-ci maddəsinin tələblərinin pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2022-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rə hbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 16 mart 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar