Məhkəmə qərarları › İş №1(102)-1080/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1080/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1080/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, zərərçəkmiş şəxsin nümayəndəsi X, zərərçəkmiş şəxsin nümayəndəsi X2 və məhkumun müdafiəçisi Məmişov Anar Mövsüm oğlunun iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Ermənistan Respublikasının Krasnoselsk rayonunda anadan olmuş, Azərbaycan Respublikası v ətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, x ünvanda yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(103)-1994/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu, Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 1(101)-218/2023 nömrəli hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), F.A.Namazov və İ.X.Həsənzadə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət ə məlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum 23 sentyabr 2021-ci il tarixdən 25 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 31 avqust 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi, zərərçəkmiş şəxslər və onların nümayəndələri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: Z.A.Şirinov (sədrlik edən), H.H.Əhmədov və İ.A.İbrahimli) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 1(101)-218/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu və Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə2 tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs1 və onun şəriki Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edib qısa müddət ərzində satıb pulunu ödəyəcəyi adı ilə aldadaraq, ünvan 2 ünvanda yerləşən «SUBERSPACE», hazırda "xxxx" adlanan MMC-yə məxsus anbardan 17 aprel 2014-cü il tarixdən 12 mart 2015-ci il tarixədək olan müddət ərzində 182.836 manat dəyərində ümumi çəkisi 243 ton 781 kiloqram təşkil edən müxtəlif diametrli dəmir məmulatı olan armaturları vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qeyd olunan məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Məhkum tərəfindən törədilmiş əməlin xarakterini və ic timai təhlükəlilik dərəcəsini, Zərərçəkmiş şəxs2 dəyən ziyanın ödənilməməsini, ondan şikayətçi olduğunu nəzərə almayaraq, sonuncuya yüngül cəza təyin etmişdir. Kassator iddia edir ki, Məhkum əməlindən peşman olmamasına baxmayaraq birinci instansiya məhkəməsi ona islah edilməsi üçün yetərli olmayan –həddindən artıq yüngül cəza təyin etmiş, bu cəzanı dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi də eyni qanun pozuntularına yol vermişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətində Məhkum daha ağır cəzanın təyin edilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu kassasiya şikayətini onunla əsaslan dırmışdır ki, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, o cümlədən ibtidai istintaq zamanı yol verilmiş çoxsaylı qanun pozuntularına, müxtəlif materiallar arasında olan ziddiyyətlərə (zərər çəkmiş şəxslər, şahidlər və məhkum edilmiş şəxsin ifadələri onlar tərəfindən təqdim edilən digər sübutlara qarşılıqlı təhlil edilib qiymətləndirilməmiş) əhəmiyyət verilməmiş, nəticədə Məhkum əsassız olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Halbuki cinayət işi üzrə toplanmış və məhkəmədə araşdırılmış sübutlar təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli liyini təsdiq etmir. Müdafiəçi Məmişov Anar Mövsüm oğlu kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətə aidiyyətinin olmadığı üçün cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə1 məhkumun müdafiəçisi Məmişov Anar Mövsüm oğlunun kassasiya şikayətinə qarşı etirazda göstərmişdilər ki, kassasiya şikayəti əsassızdır, işin faktiki halları, cinayət işinin materialları və toplanmış sübutlarla tam təkzib olunur. Şikayətin dəlilləri ilə əlaqədar qeyd olunmalıdır ki, bu dəlillər müdafiəçi tərəfindən olduğu kimi ape llyasiya instansiyası məhkəməsinin qarşısında da qaldırılmış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası həmin dəlilləri hərtərəfli, tam və obyektiv araşdırdıqdan sonra haqlı olaraq onların əsassız olması qənaətinə gəlmiş, buna dair nəticələrini öz qərarında kifayət qədər əsaslandırmaqla ətraflı şərh etmişdir. Müdafiəçinin Məhkum elan olunmuş ittihamın təsdiq olunmaması ilə bağlı dəlilinə münasibət bildirən apellyasiya instansiyası məhkəməsi məhkəmə araşdırması zamanı tədqiq olunan sübutları əlaqəli və müqayisəli şəkildə təhlil etməklə ittihamın tam sübuta yetirilməsi nəticəsinə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 1(103)-1994/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya ins tansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi, törədilmiş cinayətə aidiyyətinin olmadığı halda əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələbini m əhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Məhkum şəxsiyyətinə, təqsirli bilindiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəzanın təyin olunduğunu və bu cəzanın apellyasiya instansiyası məhkəməsi tərəfindən də əsassız olaraq dəyişdirilmədən saxlanıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respubl ikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Odur ki, kollegiya zərərçəkmiş şəxsin nümayəndəsinin və məhkumun müdafiəçisinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası, müdafiəçi Məmişov Anar Mövsüm oğlunun hazırki qərarın “Kassasiya şikayətlərinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsi nin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onları n kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, hüquqlarını müdafiə etdiyi Məhkum təqsirliliyi sübuta yetirilmədiyi, törədilmiş cinayətə aidiyyətinin olmadığı halda əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və hə min mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayətprosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və y a onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv e dilməsi barədə kassasiya tələbinin (o cümlədən, Məhkum təqsirliliyi sübuta yetirilməməsinə, törədilmiş cinayətə aidiyyətinin olmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun müdafiəçisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşa n dəlillər Məhkum müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə t utulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, ar aşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilənin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sənədlər ətraflı təsvir edilib, həm hökmdə, həm də apellyasiya məhkəməsinin yekun qərarında müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) d əlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli və cəzalandırılmalı olması haqqında yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları Məhkum müdafiəçisinin kassasiya şikayətinin məzmunu ilə ehtiva olunan (məhkəmələrin cinayətprosessual qanunun 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə) iddialarını təkzib etməklə onların əsassız olduğunu göstərir. Zərərçəkmiş şəxsin nümayəndəsinin Məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş, apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin olunmaqla, yüngül olmasına həsr olunmuş kassasiya şikayətinə istinad edilmiş dəlillərə gəldikdə, kollegiya bu müraciətlə də razılaşmaq üçün əsas tapmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan cinayət - hüquqi normaların işığında zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda həmin dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən ağır cinayət kimi təsnif edilən əmələ görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin müəyyən etdiyi cəza beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Belə olan halda, zərərçəkmiş şəxsin nümayəndəsinin Məhkum təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, qəsd etdiyi obyektin xüsusiyyətlərinə istinad edərək təqsirkara həmin maddənin sanksiyası daxilində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını mübahisələndirməsi, qanunverici məhz zərərçəkmiş şəxsin istinad etdiyi - cinayətlərin xarakteri, ictimai-təhlükəliliyi, obyektin xüsusiyyətləri və s. əlamətlərə görə CM-in sözügedən maddəsinin sanksiyasını cinayət qanununda təsbit edilən qayd ada müəyyən etdiyindən, o cümlədən CM-in 178.3.2-ci maddəsində göstərilən cinayəti törətmiş şəxslərə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından da az müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini mümkün bildiyindən, düzgün mövqe kimi qiymətləndirilə bilməz. Zərərçəkmiş şəxsin nümayəndəsinin məhkuma daha ağır cəzanın təyin edilməsi üzərində israr etmələri həm də ona görə əsassızdır ki, Məhkum himayəsində bir azyaşlı uşağı vardır ki, qeyd olunan hal məhkəmələr tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran – Cinayət Məcəlləsinin 61ci maddəsinin təsbit etdiyi hallardan hər hansı biri hazırki işdə müəyyən olunmamışdır. Məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsas kimi zərərçəkmiş şəxsin nümayəndə sinin vurulmuş ziyanın külli miqdar təşkil etməsinə və ödənilməməsinə istinad etməsi də qanunla uzlaşan mövqe kimi qiymətləndirilə bilməz. Çünki, zərərçəkənin nümayəndəsinin istinad etdiyi həmin hal Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş cəzanı ağırlaşdıran halların sırasında nəzərdə tutulmamış, eyni zamanda dələduzluq cinayəti nəticəsində zərərçəkmiş şəxslərə külli miqdarlarda ziyanın vurulması Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispoziyasında cinayət tərkibinin zəruri əlaməti kimi göstərilmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən, apellyasiya məhkəməsi isə apellyasiya müraciətlərinə, o cümlədən zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərinə baxarkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaətləri ilə yanaşı Məhkum törətdi yi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına təsirini də nəzərə almış, bütün bunlara görə Məhkum 6 il müddətə azadlıqdan məhrum etmə cəzasını tətbiq etməklə də cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışlar. Təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş cəza yüngül olmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit edilən cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), Cinayət Məcəlləsinin ədalət prinsipinə (CM, maddə 8) cavab verməyən tədbir, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Şərh edilənlər apellyasiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş pozuntuya yol verilmədiyini, yəni bu müraciətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin nümayəndələrinin Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin, Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlunun kassasiya şikayətinin rədd edilməsinə, məhkumun müdafiəçisinin özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin, qarşı tərəfinin vermiş olduğu kassasiya şikayətinin rədd edilm əsinə və hər iki kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 28 noyabr 2023-cü il tarixli, 1(103)-1994/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə2, habelə Məhkum müdafiəçisi Məmişov Anar Mövsüm oğlunun kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 28 noyabr 2023-cü il tarixli, 1(103)-1994/2023 nömrəli qərarı verilmiş kassasiya şikayətlərinə münasi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar