Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1081/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 04 oktyabr 2022-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2021-ci il tarixli qərarından Məhkum1 tərə findən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Azər Tağıyev) 1(006)-250/2021 nömrəli, 27 may 2021-ci il tarixli hökmü ilə 01 avqust 1981-ci il tarixdə İmişli rayonu, Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, İmişli rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-in 76.6.3-cü maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(008)-458/2020 saylı qərarı ilə Məhkum1 barəsində təyin olunmuş cəzadan 1 il 7 gün vaxtından əvvəl şərti azad etmə ləğv edilmiş, Azərbaycan Respublikasının CM-in 67.1-ci maddəsinə əsasən Məhkum1 Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 7 (yeddi) gün müddəti hazırki hökmlə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum2 da təqsirli bilinərək, məhkum edilmişd ir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 01 yanvar 2021-ci il tarixdə saat 03 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mənzilin qarşısına gəlib orada aralarında əvvəlcədən planlaşdırdıqları vəzifə bölgüsünə və razılaşmaya əsasən Məhkum2 mənzilin pəncərəsinin qarşısında əlverişli şərait seçib başqa şəxslərdən ola biləcək müdaxilənin qarşısını almaq və xəbərdarlıq etmək üçün müşahidə apardığına tam əmin olduqdan sonra mənzilin mətbəx hissəsində olan pəncərəsinin üzərindəki dəmir barmaqlığın qıfılla bağlanan hissəsinin açıq olmasından istifadə edərək həmin hissədən pəncərəni təpiklə vurub açmaqla oradan yaşayış sahəsi hesab edilən mənzilə qanunsuz daxil olaraq yataq otağında yerdən qoyulmuş sandığın qıfılının bağlandığı yeri çıxarıb sandıqda olan bir ədəd zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 50 manat dəyərində sarı rəngli kiçik ölçülü qadın əl çantasını və içərisində olan 5800 manat pulu, həmin dövrün məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları pulu, bir ədəd 5400 manat dəyərində 60 qram çəkidə 50 əyarlı qızıl boyunbağını, bir ədəd 1400 manat dəyərində 20 qram çəkidə 583 əyarlı qızıl boyunbağını (silsilə), bir ədəd 3150 manat dəyərində 35 qram çəkidə 750 əyarlı qızıl qolbağı, bir ədəd 1350 manat dəyərində 15 qram çəkidə 750 əyarlı qızıl aralığı, bir ədəd 380 manat dəyərində 12 qram çəkidə 750 əyarlı brilyant qaşlı qızıl üzüyü, bir ədəd 540 manat dəyərində 6 qram çəkidə 750 əyarlı brilyant qaşlı qızıl üzüyü, bir ədəd 700 manat dəyərində 10 qram çəkidə 583 əyarlı qırmızı qaşlı qızıl üzüyü, bir ədəd zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 3500 manat dəyərində 55 qram çəkidə 583 əyarlı brilyant qaşlı saatı, bir ədəd zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 3000 manat dəyərində 50 qram çəkidə 583 əyarlı brilyant qaşlı saatı, bir ədəd zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 500 manat dəyərində 8 qram çəkidə 583 əyarlı qızıl onluğu, bir ədəd zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 10 manat dəyərində "xxxx" ASC-yə məxsus plastik bank kartını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 26990 manat xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişlər. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fai q Qasımov (sədrlik edən), Elmar Rəhimov və Kamran Əkbərov) 1(103)-1173/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli hökmü apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmış, məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Məhkum1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya və apelyasiya instansiyası məhkəmələrinin müvafiq hökm və qərarı ilə iş üzrə tam və obyektiv araşdırma apa rılmadan, ona ağır cəza təyin edilmişdir. Belə ki, məhkum zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, məhkəmə ciddi qanun pozuntularına yol verərək, onun hüquqlarını pozmuş və iş üzrə yüngülləşdirici halları nəzərə almadan ona sərt cəza təyin etmişdir. Məhkum cinayətin törədilməsində iştirak etmədiyini, sadəcə olaraq cinayəti törədən şəxsdən oğurluq mallarını bilmədən aldığını, buna baxmayaraq dəymiş ziyanı ödədiyini qeyd etmişdir. Həmçinin ailəli olduğunu, hazırda Bakı şəhərində kirayə qaldığı və çətin maddi durumda yaşadıqlarını, həmçinin qohumlarının Qarabağ uğrunda döyüşlərdə iştirak etdiyini və əmisi oğlunun qazi, xalası oğlunun şəhid olduğunu bildirmişdir. Həmçinin birinci instansiya məhkəməsi onun əməllərində n səmimi peşman olduğunu, ailəli olmasını, himayəsində azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar qismində formal olaraq sadalanmış, əslində müvafiq hallar heç də nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum1 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Res publikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum1 əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkum1 kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun ailə vəziyyətini və digər yüngülləşdirici halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şərait inə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məh kumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum1 özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsin ona qarşı şıkayət və tələbinin olmamasını və ailəli olmaqla himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Bununla da, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıd ır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum1 cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Belə ki, Məhkum1 əməlində cəzasını ağırlaşdıran halların olmasını da müəyyən edərək, kollegiya qeyd edir ki, məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi kifayət qədər yüksəkdir. İş materiallarından görünür ki, Əzizov X 3 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 27 mart 2019-cu il tarixli qərarı ilə cəzası 03 il 09 aya endirilmiş, Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 7(008)458/2020 saylı qərarı ilə cəzadan 01 il 07 gün vaxtından əvvəl şərti azad olunmuş müddətdə və 02 il keçmədən 01 yanvar 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci m addəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarının 7-ci bəndinə əsasən cinayətlərin residivinin qanunla (CM-nin 18.1-ci maddəsi) qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar CM-nin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. Həmin qərarın 12-ci bəndində əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda cəza CM-nin 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-nin 65.2-ci maddəsinə görə belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin m əcmusu üzrə qəti cəza isə müvafiq olaraq CM-nin 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarında qeyd olunmuş tələbləri nəzərə alaraq Məhkum1 əməlində cinayətləri residivinin yaranmasına görə düzgün cəza təyin etmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsi ndə dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1 barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai tə hlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum1 barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum1 barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1081/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1081/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver