Məhkəmə qərarları › İş №1(102)-1081/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1081/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1081/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Zalıyev Mayıs Mayıl oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməs inin 19 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarından Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən və məruzçi), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət tərkibdə) 19 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum, xx xxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, hi mayəsində 2005, 2008 və 2016-cı il təvəllüdlü uşaqları olan, "xxxx" ASC-nin Tədris Mərkəzində “Elektrik quraşdırma ixtisası” üzrə nəzəri və praktiki dərslərinin tədrisi üzrə təlimçi vəzifəsində işləmiş, I qrup əlil olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin yaşamış CM-in 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək CPM-in 44.2.1-ci maddəsinin tələbinə əsasən CM-in 75.1, 75.1.1 və 75.1.2-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona təqsirli bilindiyi CM-in 313-cü maddəsi ilə cəza təyin edilməmiş, CM-in 178.3.2-ci maddəsi ilə isə 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məh kum edilmiş, CM-in 70-ci maddəsinə əsasən həmin cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmuş, üzərinə isə həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmuşdur. Həmçinin hökmlə Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ittiham olunur ona görə ki, o vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törətmiş, vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Tədris Mərkəzində «Elektrik quraşdırma ixtisası» üzrə nəzəri və praktiki dərslərinin tədrisinə təlimçi qismində mülki müqavilə əsasında cəlb edildikdən sonra ünvan 2 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasına xarici elektrik təchizatı işlərinin yerinə yetirilməsi üçün "xxxx" ASC tərəfindən texniki şərtin, layihənin hazırlanması, binanın elektrik xətlərinə quraşdırılm ası və sayğacların gətirilib quraşdırılması barədə Zərərçəkmiş şəxs yalan vədlər verərək, faktiki olaraq qeyd olunan işləri yerinə yetirmək niyyətində olmadığı halda tamah niyyətilə öz qulluq mövqeyindən istifadə etməklə vəzifə saxtakarlığı törədib 2019-cu ilin aprel ayının ortalarından 2019-cu ilin dekabr ayının sonunadək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə, 2019-cu ilin aprel ayının ortalarında ünvan 2, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində Zərərçəkmiş şəxs 20000 manat, həmin ilin iyul ayının ortalarında ünvan 2, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 40000 manat, bundan bir-neçə gün sonra ünvan 2, Gənclər meydanının kəsiş məsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 40000 manat pulunu ələ keçirərək etibar qazanmaq məqsədi ilə vəzifəsinin icrası ilə əlaqədar əldə etmiş rəsmi sənədlərin nümunələrdən istifadə etməklə yaşadığı ünvan 3 ünvanında özünə məxsus kompyuter, printer və digər texniki vasitələrlə rəsmi sənədlərin məzmunlarına bilə-bilə yalan məlumatlar daxil edərək, onların həqiqi məzmununda təhrif edən düzəliş edərək almış olduğu 20000 manat pulu guya xx.xx.2019-cu il tarixli №TT**********000 nömrəli qəbzlə, 40000 manat pulu guya xx.xx.2019-cu il tarixli №TT**********000 nömrəli qəbzlə, 40000 manat pulu guya xx.xx.2019-cu il tarixli №TT**********000 nömrəli qəbzlə "xxxx" ASC-nin rəsmi hesabına ödəməsi barədə saxta qəbzlər və ödənilmiş pulun müqabilində TX-19/0147 nöm rəli xx.xx.2019-cu il tarixli «Texniki Şərt» saxta sənədi hazırlayaraq Zərərçəkmiş şəxs vermiş, bundan sonra əldə etmiş etibardan istifadə edərək "xxxx" MMC tərəfindən adına etibarnəmə yazılmasına nail olub vahid niyyətlə əhatə olunan öz hərəkətlərini davam etdirib 2019-cu ilin avqust ayının sonunda ünvan 2, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində Zaur Yusifnin 5000 manat pulunu ələ keçirib vəzifəsinin icrası ilə əlaqədar əldə etmiş rəsmi sənədlərin nümunələrdən istifadə etməklə yaşadığı ünvan 3 ünvanında özünə məxsus kompyuter, printer və digər texniki vasitələrlə rəsmi sənədlərin məzmunlarına bilə-bilə yalan məlumatlar daxil edərək, onların həqiqi məzmununda təhrif edən düzəliş edərək elektrik təhcizatı barədə hazırladığı sax ta layihəni vermiş, bundan sonra vahid niyyətlə əhatə olunan öz hərəkətlərini davam etdirib "xxxx" MMC tərəfindən inşa edilən binaya elektrik xəttlərinin çəkilməsi və elektrik sayğaclarının quraşdırılması adı ilə özü tərəfindən dəvət edilmiş fəhlələrin cəmiyyətin ərazisində işlər görmələri barədə görüntülər yaratmaqla rəsmi qeydiyyatı olmayan sayğaclar alaraq cəmiyyətin ərazisinə gətirib qoymaqla 2019-cu lin sentyabr ayından 2019-cu ilin dekabr ayınının sonunadək müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs ünvan 2, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində əvvəl 15000 manat, bundan sonra ünvan 2, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 1500 manat, bundan sonra ünvan 2, Gənclə r meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 2000 manat, bundan sonra ünvan 2, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASCnin tədris mərkəzinin inzibati binasının həyətində 5000 manat, bundan sonra ünvan 2, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 4000 manat, bundan sonra ünvan 2, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASC-nin tədris mərkəzinin inzibati binasının həyətində 3000 manat, bundan sonra ünvan 2, Gənclər meydanının kəsişməsində yerləşən "xxxx" ASCnin tədris mərkəzinin inzibati binasının ikinci mərtəbəsində 6500 manat olmaqla ümumi olaraq 37000 manat pulunu ələ keçirməklə, cəmi Zərərçəkmiş şəxs məxsus 142000(yüz qırx iki min) manat pulu ələ keçirib, və zifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə biləbilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı törətmiş, vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Hökmdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Malışov Rauf Tahir oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 10 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən, apellyasiya protesti isə - tam təmin edil miş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, hökmdən CM-in 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar xaric edilmiş, Məhkum barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbir ilə əvəz olunaraq o, məhkəmə iclas zalından dərhal həbs edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarından: - Məhkum kassasiya şikayəti verərək barəsində olan həmin qərarın ləğv edilərək barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair qərarın qəbul edilməsini; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə kassasiya şikayəti verərək Məhkum barəsindəki apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək sonuncuya ən yuxarı həddə cəzanın təyin edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum ailənin tək övladı olmasını, atasının olmamasını, himayəsində 3 azyaşlı övladlarının olmasını, özünün anadan gəlmə İ qrup əlil olmasını, hərəkət-dayaq sistemində pozuntu olduğundan kənar şəxsin köməyi olmadan hərəkət edə bilməməsini, anasının onun qəyyumu olaraq övladları ilə birgə ona baxdığını bildirərək qeyd olunanların nəzərə alınmasını və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair qərarın qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-in bir sıra normalarına, iş üzrə toplanmış sübutlara istinad edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı Məhkum özünü təqsirli bilməyərək törətdiyi əməli digərlərinin üzərinə atmaqla bu əməlləri inkar etmə mövqeyində dayanmış, lakin məhkəmələr bu halı nəzərə almamış və ona çox yüngül cəza təyin edilmişdir. Həmin ərəfədə Məhkum və yaxınları onu dəymiş zərərin tam ödəniləcəyinə inandırmağa çalışmış, lakin verilən bütün vədlər yalan çıxmışdır. Məhkum isə saxta texniki şərt və ödəniş qəbzlərini özü hazırlayıb onun pullarını ələ keçirərək özünə, yaxınlarına avtomobillər almış, hal-hazırda da ona vurduğu kulli miqdarda zərəri ödəməmək üçün hər vasitəyə əl atmaqdadır. O, yəni Zərərçəkmiş şəxs isə bu cür yanaşmanın ədalətsiz, qanunsuz olmaqla dələduzlara növbəti cinayətlərini törətmək üçün şə rait yaratmaqdan başqa bir şey olmadığını bildirmiş, onun 65.500 manat külli miqdarda pulunun ödənilmədiyinə isə məhkəmələr ümumiyyətlə obyektiv yanaşmamışdır. Halbuki Məhkum məzlum və xəstə obrazından məharətlə istifadə edərək qərəzli şəkildə ona vurulmuş ziyanı ödəməkdən boyun qaçırmışdır. Bu dəlillərə əsaslanaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun kassasiya şikayətinin təmin olunmasını xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək istəməsini b ildirməmiş və bu barədə məhkəməyə ərizə ilə müraciət etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419.4cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəmə si iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətində ona cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə öz kassasiya şikayətində Məhkum yüngül cəzanın təyin edilməsini iddia edərək hər ikisi öz kassasiya tələblərini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. CPM-in 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya in stansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutları n mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qər arını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və y axud dəyişdirməyə haqlıdır. Əvvəla, kassasiya şikayətlərinin məzmununlarına görə, onların müəllifləri öz müraciətlərində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum təqsirli bilindiyi cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübahisələndirmirlər və apellyasiya instansiyası məhkəməsi tərəfindən sonuncunun barəsində işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğun olmayana cəza tədbirinin seçilməsi ilə bağlı qanunsuz ədalətsiz yekun qərarın qəbul edilməsini iddia edir. Cinayət işinin materiallarından göründüyü kimi, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında (birinci instansiya məhkəməsinin hökmündə və ona ittiham olunmuş cinayəti törətməsinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifinə dair nəticələrlə razılaşmış apellyasiya instansiyası məhkəməsinin qərarında) Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsini təsdiq edən sübutlar əraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırkı qərarda onların təkrarən təsvirinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq qeyd edir ki, Məhkum təqsirliliyi barədə nəticəyə gələrkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və ibtidai araşdırma orqanı kimi, sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsi ndə göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş məhz bu sübutlara əsasən Məhkum əməllərinə maddi hüquq normalarını tətbiq edən aşağı instansiya məhkəmələri onun törətdiyi həmin əməli CM-in 178.3.2 və 313-cü maddələri ilə düzgün tövsif etmişlər. Buna görə, məhkəmə kollegiyası bu məsələlərin daha ətraflı müzakirə edilməsinə ehtiyac görmür, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəzanın həddindən artıq sərt və ya yüngül olması barədə olması ilə bağlı müvafiq olaraq sonuncunun və zərər çəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq isə ilk növbədə qeyd edir ki, Məhkum təqsirli bilindiyi CM-in 178.3.2-c i maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxsin təqsirini müəyyən edərək onu cəzalandırmaq, yəni ona qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.05-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlər in xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman t əqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını kompleks halda qiymətləndirməlidir. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının müddəalarından, Aazərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilə n cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bil inən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələri ndə göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 349.5-ci maddəsinin yuxarıda göstərilə n tələblərinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəy inə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.Qanunvericiliyin bu tələblərinə həmçinin cinayət törətmiş şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğul anmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin e dilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məh kəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obye ktindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarı nın 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şərai tinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkum kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CM-in 70.1-ci maddəsinə əsasə n islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası 13 dekabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə mövqedən çıxış etmişdir ki, cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədi lmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir... Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın n övü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (CM-in 70.5-ci maddəsi). Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmı şdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumları şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olun ması mümkün olsun. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi qənaətinə gələrkən onun himayəsində 2005, 2008 və 2016-cı il təvəllüdlü uşaqlarının olmalarını, zərər çəkmiş şəxsə vurduğu ziyanın 79000 manat məbləğində hissəsinin ödənilməsini, “üzvi şəxsiyyət pozuntusu (uşaq serebral iflicinin qalıq əlamətləri)” kimi psixi patologiyadan əziyyət çəkərək CM-in 22.1-ci maddəsinin təsiri altına düşməsini və bu xəstəliyə görə İ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi, həmçinin cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış, lakin onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə zərər çəkmiş şəxsə külli miqdarda – 142000 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsini, bu zərər qismən aradan qaldırılsa da, 65500 manat hissəsinin ödənilməmiş qalmasını, zərərçəkmişlə barışıq əldə edilməməsini diqqətindən qaçırmışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı Məhkum izahat və ifadələrində zərərçəkmiş şəxsdən aldığı pullarla atasının adına ev, bir ədəd dron, anasına qızıl dəsti aldığını bildirmiş, aldığı “Vita” markalı avtomobili satdığını, “Grand Cherokee” markalı avtomobilin isə yandığını göstərmişdir. Həmçinin Məhkum məhz zərər çəkmiş şəxsə məxsus dələdəzluq yolu ilə ələ keçirdiyi pul vəsaiti hesabına əldə etdiyi əmlakların bir hissəsini zərərin əvəzi olaraq zərərçəkənə qaytarmış, bu 2020-ci ilin ortalarına təsa düf etmişdir. Həmin tarixdən sonra isə o, zərərin qalan hissəsinin ödənilməsi üçün hər hansı tədbir görməmiş və bunu maddi imkansızlığı ilə edə bilməməsi ilə izah etsə də, hətta imkanı çatacaq məbləğdə belə ödəniş etməmiş, ibtidai araşdırma zamanı və məhkəmə iclasılarında isə qeyri-səmimilik nümayiş etdirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirə n və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində cəza tədbirinin seçilməsi zamanı qanuni və obyektiv olaraq təqsirkarın şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə xüsusi önəm verərək onun cəzasını yüngülləşdirən halların mövcudluğunda da ona təyin edilmiş cəzanı çəkmədən islah oluna biləcəyini, habelə onun haqqında şərti məhkum etmənin tətbiq edilməsinin cəzanın məqsədlərinə xidmət edəcəyini mümkün saymamış və buna görə də tamamilə qanuni və əsaslı olaraq onun haqqında CM-in 70-ci ma ddəsinin tətbiq edilməsi barədə müddəaları 19 iyun 2023-cü il tarixli hökmdən xaric etmişdir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin normalarından, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən, habelə cinayət işi üzrə müəyyən edilmiş faktiki hallardan çıxış edərək apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və məhkəmənin bu haqda qəbul etdiyi qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilməsini, Məhkum barəsində isə CM-in 70ci maddəsinin tətbiq olunmasını, yəni ona təyin olunmuş cəzanın şərti hesab edilməsi üçün əsaslar görməyərək mübahisələndirən qərarın bu əsasla dəyişdirilməsini mümkün bilmir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsi ilə bağlı kassasiya şikayətində göstərilən dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi yuxarıda sadalanan halları, eləcə də iş üzrə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və sonuncuya təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə qanuni və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs barəsind ə daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətinin məzmunundan göründüyü kimi, sonuncu bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətinin ona dəymiş maddi ziyanın Məhkum tərəfindən tam ödənilməməsi ilə bağlı dəlilinə münasibət bildirən məhkəmə kollegiyası q eyd edir ki, iş materiallarından da görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs CPM-də nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsə qarşı ona vurulmuş maddi ziyanın ödənilməsi barədə mülki iddia ərizəsi ilə cinayət işinə baxan məhkəmələrə müraciət etməmiş və buna görə bu məsələ həmin məhkəmələrdə məhkəmə baxışının predmeti olmamış, digər tərəfdən isə ona bu məsələ ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bütün təsvir olunanlara əsaslanaraq məhkəmə kollegiyası Məhkum təyin olunmuş cəzanı qanuni və ədalətli hesab edir, bu isə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək, Məhkum kassasiya şikayətinin təmin edilməsi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə kassasiya şikayətinin təmin edilməməsi haqda məhkumun müdafiəçisi M.M.Zalıyevin, hər iki kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli və Məhkum CM-in 178.3.2 və 313-cü maddələri ilə təqsi rli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar