Məhkəmə qərarları › İş №1(102)-1081/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1081/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1081/2025 01.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum2, onun müdafiəçisi Müdafiəçi5, Məhkum1 və onun müdafiəçisi Müdafiəçi6 iştirakları ilə xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evl i, 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1973-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2453/2024 nömrəli 18 dekabr 2024-cü il tarixli qərarından Məhkum2 və onun müdafiəçisi Müdafiəçi5, Məhkum1 və onun mü dafiəçisi Müdafiəçi6 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1081/2024 nömrəli 16 oktyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər A.B.Sadıqov (sədrlik edən), F.A.Məmmədov və M.N.Kərimovadan ibarət tərkibdə) Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 7 iyun 2023-cü il tarixdən hesablanması, Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 9 (doqqu z) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 7 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Eyni hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi Müdafiəçi6, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi7, məhkum edilmiş şəxs Məhkum2 və onun müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2453/2024 nömrəli 18 dekabr 2024-cü il nömrəli qərarı ilə (hakimlər Z.N.Hüseynov (sədrlik edən), E.Z.Əliyev və Ə.İ.Məmmədov) apellyasiya şikayə tləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli hökmü Məhkum1 və Məhkum2 cəza təyin edilməsi ilə bağlı hissədə dəyişdirilmiş, hökmlə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ilə endirilmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ilə endirilmişdir. İşin halları: Məhkəmənin qərarlarına əsasən Məhkum1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək məqsədi ilə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs, Məhkum2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş, özünü “Milad” adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 7 iyun 2023-cü il tarixdə özünü “Milad” kimi təqdim edən şəxs Təqsirləndirilən şəxslə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə yaradıb, içərisinə 1025,2 qram olmaqla külli miqdarda narkotik vasitə olan heroin yerləşdirilmiş, üzərində “Levis” yazısı olan sellofan torbanın yerinin fotoşəkillərini qeyd olunan mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs göndərərək, həmin narkotik vasitəni pul və istifadə etmək üçün narkotik vasitə müqabilində götürüb özlərində saxlamaq və barəsində məlumat verəcəyi şəxsə çatdırılması barədə Təqsirləndirilən şəxslə, Məhkum2la və onunla razılıq əldə etdikdən sonra, o, həmin tapşırığı yerinə yetirmək üçün 07 iyun 2023-cü il tarixdə, saat 19:30 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs və Məhkum2la birgə özünü “Milad” kimi təqdim edən şəxs tərəfindən göndərilən fotoşəkildəki ünvana - Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsində yerləşən "xxxx" MMC Boya Zavodunun yaxınlığına getmiş, orada beton plitənin ətrafından tapdığı, içərisinə 1025,2 qram olmaqla külli miqdarda narkotik vasitə - heroin yerləşdirilmiş, üzərində “Levis” yazısı olan sellofan torbanı Təqsirləndirilən şəxs təqdim edib, sonuncu və Məhkum2la birgə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda olmaqla 1025,2 qram narkotik vasitə-heroini əldə etdikdən sonra, bir ədəd torbaya yerləşdirilmiş qeyd olunan narkotik vasitəni Təqsirləndirilən şəxs əlində saxlamaqla daşıyarkən, Nərimanov rayon Polis idarəsinin Cinayət-A xtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda Təqsirləndirilən şəxs və Məhkum2la birlikdə saxlanılıb, ünvan 4 ünvanında yerləşən Nərimanov RPl-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sol əlində saxladığı və üzərində “Levis” yazısı olan sellofan torbanın içərisindəki qara rəngli polietilen bağlamada külli miqdarda olmaqla, təmiz çəkisi 1025,2 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Məhkum2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək məqsədi ilə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs, Məhkum1 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş, özünü “Milad” adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 7 iyun 2023-cü il tarixdə özünü “Milad” kimi təqdim edən şəxs Təqsirləndirilən şəxslə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə yaradıb, içərisinə 1025,2 qram olmaqla külli miqdarda narkotik vasitə olan heroin yerləşdirilmiş, üzərində “Levis” yazısı olan sellofan torbanın yerinin fotoşəkillərini qeyd olunan mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs göndərərək, həmin narkotik vasitəni pul və istifadə etmək üçün narkotik vasitə müqabilində götürüb özlərində saxlamaq və barəsində məlumat verəcəyi şəxsə çatdırılması barədə Təqsirləndirilən şəxslə, Məhkum1la və onunla razılıq əldə etdikdən sonra, o, həmin tapşırığı yerinə yetirmək üçün 7 iyun 2023-cü il tarixdə, saat 19:30 radələrin də qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs və Məhkum1la birgə özünü “Milad” kimi təqdim edən şəxs tərəfindən göndərilən fotoşəkildəki ünvana - Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsində yerləşən "xxxx" MMC Boya Zavodunun yaxınlığına getmiş, orada Məhkum1 beton plitənin ətrafından tapdığı, içərisinə 1025,2 qram olmaqla külli miqdarda narkotik vasitə - heroin yerləşdirilmiş, üzərində “Levis” yazısı olan sellofan torbanı Təqsirləndirilən şəxs təqdim etməsi nəticəsində Məhkum1 və Təqsirləndirilən şəxslə birgə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda olmaqla 1025,2 qram narkotik vasitəheroini əldə etdikdən sonra, bir ədəd torbaya yerləşdirilmiş qeyd olunan narkotik vasitəni Təqsirləndirilən şəxs əlində saxlamaqla daşıyarkən, Nərimanov rayon Polis i darəsinin Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda Təqsirləndirilən şəxs və Məhkum1la birlikdə saxlanılıb, ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sol əlində saxladığı və üzərində “Levıs” yazısı olan sellofan torbanın İçərisindəki qara rəngli polietilen bağlamada külli miqdarda olmaqla, təmiz çəkisi 1025,2 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür Kassasiya şikayətinin dəlilləri: Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2024-cü il nömrəli qərar ının ləğv edilməsi, iş üzrə yeni apelyasiya baxışının təyin edilməsi xahiş olunur. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərmişdir ki, istintaq hərəkətləri Məhkum2 dövlət hesabına təyin edilmiş müdafiəçi X4 iştirakı olmadan aparılmışdır. İzahatlar və ifadələr müdafiəçinin iştirakı olmadan alınmış, bununla da onun müdafiə hüquqları pozulmuşdur. Hesab edir ki, işə obyektiv baxılmamışdır. Bakı Apellyasiya Məhkəməsində iclas zamanı müdafiəçini tərəfindən verilmiş vəsatətlər əsassız olaraq təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli qərarı ilə tamamilə razı deyildir. Hesab edir ki, kassasiya şikayəti tam əsaslıdır ona görə də məhkəmə tərəfindən təmin edilməli və hüquqlarını müdafiə etdiyi şəxs Məhkum2 barəsində verilmiş qərar ləğv edilməli cinayət işi baxılmağı üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2024-cü il nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni apelyasiya baxışının təyin edilməsi xahiş olunur. Məhkum1 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2024-cü il nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni apelyasiya baxışının təyin edilməsi xahiş olunur. Təqsirləndirilən şəxsdən narkotik vasitə alan 1 nəfər də olsun keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilməmişdir. Onun telefon yazışmalarında satışda iştirak və ya satma barədə heç bir dəlil sübut, ya səs yazısı olmamışdır. Cinayət işi 234.1ci maddəsi lə başlanmışdır. Evində axtarış aparılmamışdır. Tərəzi və ya bükümlər, kartına pul almaq və s. müəyyən olmayıb. Məhkəmə iclasında təqsirləndirilən şəxs ondan cəmi bir bükümdə narkotik vasitə,öz istifadəsi üçün pulsuz almaq məqsədilə hadisə yerinə dəvət edilib. Özü heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını və həmin bir bükümdə narkotik vasitənin öz istifadəsi üçün almaq istədiyini bildirmişdir. Lakin onu da ona verə bilməyiblər. Ondan nə tərəzi, nə də ki, narkotik vasitə alan müəyyən olunmayıb, ümumiyyətlə satış məqsədinin nəyə əsaslandırıldığı fərziyə və şübhələrdən başqa bir şey deyildir. Şübhələr isə qanunla təqsirləndirilənin xeyrinə olduğu üçün, sübut kimi sayılmamalıdır. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sının 18 dekabr 2024-cü il nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni apelyasiya baxışının təyin edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum2, onun müdafiəçisi Müdafiəçi5, Məhkum1 və onun müdafiəçisi Müdafiəçi6, şikayətlərin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiy a instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum1 və Məhkum2 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumlar və müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərində onlara qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəl əri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə” əməlinə görə cinayət məsuliyyəti; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməl beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbay can Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmi şdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzm ununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquq ları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X5rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmas ını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Məhkum2 və Məhkum1 əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onların təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumların qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi tərəfindən verilmiş şikayətin dəlilinə görə istintaq hərəkətləri Məhkum2a dövlət hesabına təyin edilmiş müdafiəçi X4 iştirakı olmadan aparılmışdır. O, izahat və ifadələrini müdafiəçinin iştirakı olmadan vermiş, bununla da onun müdafiə hüquqları pozulmuşdur. Bu səbəbdən, ona bəraət verilməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin həmin dəlilləri ilə razılaşmır. Belə ki, əvvəla müdafiə hüququnun pozulması CPM-in 303-cü maddəsində nəzərdə tutulan kobud prosessual pozuntulardan biri olmaqla, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır, özlüyündə şəxsə bəraət verilməsi üçün əsas deyil. Çünki bəraət hökmü yalnız CPM-in 42.1-ci maddəsində nəzərdə tutulan əsaslar (cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə) olduqda verilə bilər. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma dövründə Məhkum2 müdafiə hüquqlarının pozulması iş materialla rı ilə müəyyən edilmir. Əvvəla qeyd edilməlidir ki, şübhəli şəxs qismində tutulmuş Məhkum2 hüquq və vəzifələri haqqında bildiriş təqdim edilmiş, hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin bildirişi almasına, hüquq və vəzifələrinin izah edilməsinə dair sənədləri imzası ilə təsdiq etmişdir. Bundan başqa, Məhkum2 üzərinə şəxsi axtarış istintaq hərəkəti müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmiş, şübhəli və təqsirləndirilən şəxs kimi müdafiəçisinin iştirakı ilə dindirilmişdir. Ümumiyyətlə onun iştirakı ilə keçirilən istintaq və prosessual hərəkətlərdə müdafiəçisi yanında olmuş və müvafiq sənədləri imzalamışdır. Bütün bunlar, Məhkum2 müdafiə hüququnun pozulması barədə dəlillərin əsaslı olmadığını göstərir. Məhkəmə qərarlarından görünür ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrində aşkar edilmiş narkotik vasitəni “Milad” adlı İran İslam Respublikası vətəndaşının mobil telefona göndərdiyi konumdan götürüb başqa yerə aparacaqlarını, bunun müqabilində onlara pul və ya narkotik vasitə veriləcəyini bildirmişlər. Onlar məhkəmə istintaq zamanı da verdikləri ifadələr isə yarım qram, 2-3 qram narkotik vasitə əldə etmək üçün getdiklərini bildirmişlər. Bundan başqa, Məhkum1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə məhkəmədə baxılarkən verdiyi izahatında bildirmişdir ki, Niyazi və Ziya ilə birlikdə “Ulduz” metrostansiyasına getmişlər. Bu zaman Niyazi demişdir ki, Nərimanovda bir yoldaşla görüşməlidir və ora getməlidir. Niyazinin işlətdiyi telefona canlı hərəkətdə olduğu yeri atmışla r. Niyazinin telefonunun batareyası bitdiyindən həmin yeri onun telefonuna atmış və onun telefonu ilə hərəkət etmişlər. Həmin yerə çatan zaman polis əməkdaşları gəlmiş və polisi görən zaman Niyazi əlindəki sellofanı yerə atmışdır. Niyazi ona öz şəxsi istifadəsi üçün narkotik verəcəkdi. Məhkum2 isə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə məhkəmədə baxılarkən verdiyi izahatında bildirmişdir ki, Niyazi adlı tanışı ona pul qazanmaq üçün iş olduğunu demiş və bunun üçün onunla gəlməsini istəmişdir. Qeyd olunan ünvana çatdıqda işin narkotik vasitə götürərək başqa bir ünvana aparılması ilə bağlı olduğunu anlamışdır. Göründüyü kimi, aşkar edilmiş narkotik vasitənin çəkisi 1025,2 qram olmaqla külli miqdar çəkidədir, Təqsirləndirilən şəxs, Məhkum2 və Məhkum1 “Milad” adlı şəxsin b aşqa ərazidə olan şəxsə vermək üçün ünvanını bildirdiyi yerdən götürdükləri torbada narkotik vasitə olmasını bilmişlər və bunu bilməklə həmin narkotik vasitəni öz mənfəətləri (pul və ya narkotik vasitə əldə etməkdə ifadə olunan) müqabilində başqasına vermək üçün yerini dəyişdirməklə daşımaq barədə əvvəldən razılaşmışlar ki, bu da həm qanunvericiliyin tələbləri baxımından, həm də Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyə baxımından onların əməlinin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi və daşınması kimi qiymətləndirilməsinə əsas verir. Bundan əlavə məhkumun törətdiyi əməl şahidlər Şahid1, Şahid2, Şahid4 Xəlfə oğlunun, X2 ifadələrində də öz təsdiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasi ya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.4.3-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CMin 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM- in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum2 və Məhkum1 əməllərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin old uğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq məhkumlar Məhkum2 və Məhkum1 əməllərini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkumlar tərəfindən onlara qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliy i məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumların əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Müdafiə tərəfi məhkumların zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, lakin bu məsələ də məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmışdır. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkumlara cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumların şəxsiyyəti və onların cəzasını yüngülləşdirən halları nəzərə alın maqla onların təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası k assasiya şikayətlərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya inst ansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətlərin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd e dilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum2 və onun müdafiəçisi Müdafiəçi5, Məhkum1 və onun müdafiəçisi Müdafiəçi6 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 və Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2453/2024 nömrəli 18 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar