Məhkəmə qərarları › İş №1(102)-1082/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1082/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1082/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu, məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən hakim Yaqubov Fərid Murtuza oğlu) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1992-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər: Yevlax rayon Məhkəməsi- nin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan və Bakı şəhərində müxtəlif ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, cəzasının əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanaraq və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmi ş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Əbilov Emin Əşrəf oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxxxx 2019-cu il tarixdə saat 07 radələrində, Zərərçəkmiş şəxs məxsus ünvan 2 saylı ünvanda olan ərzaq mağazasına müştəri kimi daxil olaraq, mağazada satıcı Məsimov Afiq Puta oğluna "Bizon” enerji içkisinin yerini göstərmək adı ilə sonuncunu nəzarətdən yayındırmış, Emin Əbilov isə mağazanın satıcısının ona nəzarət edə bilmədiyindən istifadə edib mağazadan 20 manat dəyərində müxtəlif çeşidli siqaretləri və mağazanın kassasından 2000 manat nağd pulu gizli olaraq talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 2. 020 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətini qeyd etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün və Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının əsasını hər iki məhkəmə instansiyasında müəyyən edilmiş fakt və sübutlar yox, cinayət işinin ittiham aktında yazılan və heç bir həqiqətə uyğun olmayan saxta, yalan, işin faktiki hallarına tamamilə zidd olan fakt və sübutlar təşkil edir. Məhkum onun tərəfindən heç bir cinayət əməli törədilmədiyi, əməlində cinayət tərkibi olmadığı halda ona barəsində ittiham hökm ü çıxarılaraq məhkum edilmişdir. İbtidai istintaq natamam, qeyri obyektiv, çox səthi, yarımçıq, qərəzli aparılmasına baxmayaraq birinci instansiya məhkəməsi həmin ittihamı əsas götürərək qanunsuz və ədalətsiz hökm çıxarmış, Apellyasiya məhkəməsi həmin hökmü qüvvədə saxlamaqla əsassız nəticəyə gəlmişdir. Halbuki, Məhkum qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlinin onun tərəfindən törədilməsi, nə istintaq orqanı, nə də işə baxmış məhkəmələr tərəfindən sübuta yetirilməmiş, sadəcə ehtimal və mülahizələrə əsaslanılmışdır. Müdafiəçi qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarını ləğv edərək Məhkum bəraət verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikay ətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassa siya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməs i birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İş materiallarında olan, birinci instansiya məhkəməsində dindiril miş Məsimov Afiq Puta oğlu öz ifadəsində qeyd etmişdir ki, “ailəsini dolandırmaq üçün 2004-cü ildən NZS qəsəbəsində yaşadıqları evin qarşısında ərzaq mağazası açıb işlədirlər. Hər gün olduğu kimi, xx xxxxxxxx 2019cu ildə saat 06 radələrində arvadı Lətifə evlərinin qarşısında olan mağazanın qapısını açdıqdan sonra, Lətifə bazarda olduğu müddətdə mağazada satıcı kimi müvəqqəti olmuşdur. Həmin tarixdə mağazada olarkən, saat 07 radələrində iki nəfər, əvvəllər tanımadığı şəxslər mağazaya müştəri kimi gəlib onlardan biri ondan "Bizon” enerji içkisi istəmiş, "Bizon” içkisinin yerini əli ilə həmin şəxsə göstərsə də, sonuncu enerji içkisinin yerini tapa bilmədiyini deyib onu yanına çağıraraq içkini ona verməyini xahiş etmiş, kassa arxasından çıxıb həmin şəxsə tərəf gedərək enerji içkisinin yerini o na göstərmiş, lakin həmin şəxs heç bir enerji içkisi almayaraq ona başqa malların qiyməti barədə müxtəlif suallar verib onun fikrini mağazadan yayındırmışdır. Sonra o, geri kassaya qayıtdıqda görmüşdür ki, mağazanın girişində dayanmış ikinci şəxs mağazadan artıq çıxıb getmiş, habelə onun başını qatan şəxs mağazadan heçnə almayaraq çıxıb getmişdir. Kassanın arxasına keçib oturduqda, saxlanc yeri hesab olunan kassanın açıq olduğunu və arvadı Lətifənin ona verib getdiyi 2000 manatın olmadığını aşkar etmişdir...” Həmçinin, iş materiallarında olan, birinci instansiya məhkəməsində DVD diskinə baxış keçirilməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli protokola əsasən, 01 ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx xxxxxxxx 2019-cu ildə Zərərçəkmiş şəxs əri Məsimov Afiq Puta oğlu Xət ai rayonu NZS qəsəbəsi S.Əhmədov küçəsi 6 ünvanında yerləşən mağazanın qarşısında dayandığı vaxt Məhkum tanışı Əbilov Emin Əşrəf oğluilə birlikdə mağazaya daxil olmuş və Məhkum mağazanın içərisində satıcıdan hansısa enerji içkisinin yerini soruşur, Emin Əbilov isə mağazanın vitrinindən bir neçə ədəd siqareti götürdükdən sonra, mağazanın kassasını açaraq içindən pulları götürüb küçəyə çıxaraq mağazanın qarşısında Məhkum gəlməsini gözləyir. Məhkum mağazadan küçəyə çıxdıqdan sonra, onlar həmin yeri tərk edib gedirlər. Həmin diskə baxış keçirilən zamanı Məhkum satıcının başını qatması müəyyən olunur Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hök mü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-c ü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə; məhkəmə-tibbi və məhkəmə-genetik ekspertizalarının rəyləri ilə; baxış, götürmə, müayinə və digər is tintaq hərəkətlərinin protokolları ilə; iş üzrə toplanmış və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş çoxsaylı başqa mötəbər sübutlarla təsdiq edilmişdir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəl ləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar