Məhkəmə qərarları › İş №1(102)-1082/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1082/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1082/2022 23.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X5 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndələri X4 və Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli, 1(103)-42/2022 nömrəli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Bəraət almış şəxs Məhkum xx xxxxxxx 1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta ixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. 2. 28 fevral 2019-cu il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 18 mart 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məh kum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özünə məxsus və texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz-215CDİ» mikroavtobus markalı, 90VA522 dövlət qeydiyyat nişanlı avtomobili 28 aprel 2018-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ilə yaşadığı məhəllə istiqamətində saatda 05 kilometr sürətlə idarə edərkən 34 nömrəli evin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərini pozmuş (həmin normanın tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərai t yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar), yəni qarşısında «16BMX Braver» markalı ikitəkərli velosipedlə yolun sağ kənarındakı divarın yanında olan boruya sıxılıb dayanmış xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs yanından keçərkən onunla təhlükəsiz yan məsafəsi seçməyib hərəkətini davam etdirərək idarə etdiyi nəqliyyat vasitəsinin sağ tərəfi ilə zərərçəkmiş şəxsi vurub yerlə sürümüşdür. Təqsirləndirilən şəxsin ehtiyatsızlığı nəticəsində Zərərçəkmiş şəxs dərəcələrinə görə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilən xəsarətlər alaraq ölmüşdür

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 1(010)90/2019 nömrəli h ökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 26 avqust 2019cu il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

6. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2020-ci il tarixli, 1(103)-47/2020 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 avqust 2019-cu il ta rixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri ”Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 1(102)786/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli, 1(103)-42/2022 nömrəli hökmü ilə məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 tər əfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 avqust 2019-cu-ci il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılaraq, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilmişdir. Hökmlə digər məsələlərdə həll edilmişdir.

10. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri və etirazlar

11. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla əsassız və qanunsuz hökm qəbul etmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

12. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi Nümayəndə kassasiya şikayətində qeyd etmişdir ki, bəraət almış şəxs Məhkum təqsirini sübut edən mötəbər sübutların olmasına baxmayaraq, sonuncu barəsinə qanunsuz və əsassız hökm çıxar ılmışdır. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində çıxarılmış 07 yanvar 2022-ci il tarixli bəraət hökmünün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ən ağır cəza verilməsinə dair qərar çıxarılmasını xahiş edir.

13. Bəraət almış şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 dövlət ittihamçısının kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə etiraz verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciət lərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiya sı məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallardan (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Dövlət ittihamçısı kassasiya protestində mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbi ni məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

19. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi Nümayəndə kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum bəraət verməklə əsassız və qanunsuz hökm qəbul etdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini faktiki olaraq məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.3cü maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyas ı dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi Nümayəndə kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərə finin üzərinə düşür.

22. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).

23. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

24. Cina yət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

25. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cüml ədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

26. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

27. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.

28. Kassasiya müraciətlərində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyası məhkəməsində məhkəmə araşdırmasının, bunun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddiaların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

29. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum onun məhkəməyə verildiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilsə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin araşdırdığı sübutları yenidən qiymətləndirib hesab etmişdir ki, Zərərçəkmiş şəxs ölməsi ilə nəticələnən hadisənin baş vermə şər aitinin ittihamda qeyd edildiyi kimi baş verməsi, verilmiş ittiham çərçivəsində Məhkum hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsi mötəbər sübutlarla təsdiq olunmur.

30. Apellyasiya instansiyası məhkəməsi cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq bəraət almış şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, bəraət almış şəxsə i btidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, Məhkum tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olduğundan, sonuncunun belə bir cinayəti törətməsi sübuta yetirilməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin hökmündən göründüyü kimi, məhkəmə iş üzrə toplanmış sübutları iş üzrə tərəf olan şəxslərin verdiyi subyektiv məlumatları işin mübahisə edilməyən halları ilə müqayisə edib, onların məcmusu əsasında müəyyən etdiyi obyektiv halları, cinayət işi materiallarında müşahidə edilən istintaq orqanının yol verdiyi ciddi prosessual pozuntuları, nətic ədə yaranmış ziddiyyətli və şübhəli məqamları nəzərə almış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normalarının tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq, əməldə cinayətin əlamətlərinin olmasının sübuta yetirilməməsi, müvafiq olaraq Məhkum Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında düzgün, əsaslı və qanuni nəticəyə gəlmişdir.

32. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin hökmü əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

33. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya müraciətlərində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə hökmünün ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.

34. Nəticə olaraq, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegi yası Q Ə R A R A A L D İ: Kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 yanvar 2022-ci il tarixli, 1(103)-42/2022 nömrəli hökmü kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi Nümayəndə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar