Məhkəmə qərarları › İş №1(102)-1082/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1082/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1082/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs - X7 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2023-cü il tarixli hökmü ilə X10 Azərbaycan Respu blikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə, ona, X11 və X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2023-cü il tarixli 1(101)-132/2023 nömrəli (hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1987-ci ildə x şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvanında yaşamış X20 Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 5 avqust 2021-ci il tarixdən həbsdə saxlanıldığı nəzərə alaraq ona təyin olunan cəza çəkilmiş hesab edilmiş, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və dərhal məhkəmə iclas zalından azad edilmiş; xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və dərhal məhkəmə iclas zalından azad edilmiş; xx.xx.1986-cı il tarixdə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, xxx qeydiyyatda olan, həmin x yaşayan X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və dərhal məhkəmə iclas zalından azad edilmişdir. Hökmlə həmçinin, maddi sübutların taleyi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Mehdiyev Orxan Səftər oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli 1(103)-1453/2023 nömrəli (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlu (sədrliyi və məruzəsi ilə), Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçı sı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, X15 ittiham verilmişdir, ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı tanışları X21 və X18 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 191,474 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop ma ddələr»in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 46,027 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib aralarında əldə olunmuş razılaşmaya əsasən X1 psixotrop maddə metamfetaminin bir bükümdə olan 5,471 qramını üzərində, narkotik vasitrə heroinin bir bükümdə olan 130 qramını və psixotrop maddə metamfetaminin bir bükümdə olan 9,582 qramını istifadəsində olan «Khazar» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobildə, narkotik vasitə heroinin bir bükümdə olan 12,627 qramını və psixotrop maddə metamfetaminin bir bükümdə olan 3,539 qramını X2 üzərində, heroinin bir bükümdə olan 28,652 qramını və metamfetaminin bir bükümdə olan 25 qramını istifadəsində olan «BMW» markalı **-DZ-*** dövlət qeydiyyat niş anlı avtomobildə, narkotik vasitə heroinin bir bükümdə olan 20,195 qramını və metamfetaminin bir bükümdə olan 2,435 qramını X3 üzərində saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 avqust 2021-ci il tarixə keçən gecə ünvan 4 ünvanının yaxınlığında X2, X3 və X1 müşahidə altına alınmış, həmin gün saat 03:30 radələrində ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının polis nəfərləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 hərəkətlərindən şübhələndikləri X1-i saxlamağa cəhd edərkən qrupun digər üzvü X2 gecə vaxtı ətrafda yaşayan sakinlərə məhəl qoymadan onlara etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, c əmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən hərəkətlər edərək, yəni idarə etdiyi «BMW» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığı «Vinçester» tipli, 12 mm kalibrli, təklüləli tüfəng olan yivsiz odlu ov silahından havaya bir dəfə atəş açıb şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş, bundan istifadə edən X1 istifadəsində olan «Khazar» markalı **-PU-*** qeydiyyat nişanlı avtomobili hadisə yerində qoyub X3-lə birlikdə X2-in idarə etdiyi «BMW» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerindən qaçmışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 5 avqust 2021-ci il tarixdə saat 08:30-da hadisə yerində qalmış «Khazar» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən külli miqdarda ümumi təmiz çəkisi 130 qram narkotik vasitə heroin bir ədəd sellofan bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 9,582 qram psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi avtomobilin sürətlər qutusunun keçiricisinin yan tərəfindəki saxlanc yerindən bir ədəd sellofan torbanın içərisindən aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 5 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində X2 həmin gün saat 11:00-da Bakı-Qazax avtomobil yolunun 10-cu kilometrliyində idarə etdiyi «BMW» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı a vtomobillə birlikdə saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinə aparılıb saat 12:30-da orada üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda ümumi təmiz çəkisi 12,627 qram narkotik vasitə heroin bir ədəd sellofan bükümdə və külli miqdarda ümumi təmiz çəkisi 3,539 qram psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə olmaqla əynindəki boz rəngli şalvarın sağ yan cibindən, həmin gün saat 13:15-də Qaradağ Rayon Polis İdarəsinin inzibati binasının həyətində saxlanılan «BMW» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə X2-in razılığı və iştirakı ilə baxış keçirilərkən külli miqdarda ümumi təmiz çəkisi 28,652 qram narkotik vasitə heroin bir ədəd sellofan bükümdə və külli miqdarda ümumi təmiz çəkisi 25 qram psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə olmaqla avtomobi lin yük yerindən bir ədəd kağız qutunun içərisindən aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində X3 və X1 həmin gün saat 23:30-da Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılıb orada üzərilərində şəxsi axtarış keçirilərkən külli miqdarda ümumi təmiz çəkisi 20,195 qram narkotik vasitə heroin bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə və külli miqdarda ümumi təmiz çəkisi 2,435 qram psixotrop maddə metamfetamin bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə olmaqla X3-in əynindəki açıq mavi rəngli şalvarın sağ yan cibindən, külli miqdarda ümumi təmiz çəkisi 5,471 qram psixotrop maddə metamfetamin bir ədəd şəffaf rəngli p olietilen kəsiyi bükümündə olmaqla X1-in əynindəki açıq mavi rəngli cins şalvarın sağ yan cibindən, bir ədəd «Vinçester» tipli ov silahı və həmin silaha məxsus dörd ədəd patron X1-in əlindəki kisənin içərisindən aşkar olunaraq götürülmüşdür. X14 ittiham verilmişdir ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı tanışları X20 və X18 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 191,474 qram kustar üsulla hazırlanmış narkoti k vasitə heroini və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 46,027 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib aralarında əldə olunmuş razılaşmaya əsasən X1 psixotrop maddə metamfetaminin bir bükümdə olan 5,471 qramını üzərində, narkotik vasitrə heroinin bir bükümdə olan 130 qramını və psixotrop maddə metamfetaminin bir bükümdə olan 9,582 qramını istifadəsində olan «Khazar» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobildə, narkotik vasitə heroinin bir bükümdə olan 12,627 qramını və psixotrop maddə metamfetaminin bir bükümdə olan 3,539 qramını X2 üzərində, heroinin bir bükümdə olan 28,652 qramı nı və metamfetaminin bir bükümdə olan 25 qramını istifadəsində olan «BMW» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə, narkotik vasitə heroinin bir bükümdə olan 20,195 qramını və metamfetaminin bir bükümdə olan 2,435 qramını X3 üzərində saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 5 avqust 2021-ci il tarixə keçən gecə ünvan 4 ünvanının yaxınlığında X2, X3 və X1 müşahidə altına alınmış, həmin gün saat 03:30 radələrində ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının polis nəfərləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 hərəkətlərindən şübhələndikləri X1-i saxlamağa cəhd edərkən qrupun digər üzvü X2 gecə va xtı ətrafda yaşayan sakinlərə məhəl qoymadan onlara etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən hərəkətlər edərək, yəni idarə etdiyi «BMW» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığı «Vinçester» tipli, 12 mm kalibrli, təklüləli tüfəng olan yivsiz odlu ov silahından havaya bir dəfə atəş açıb şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş, bundan istifadə edən X1 istifadəsində olan «Khazar» markalı **-PU-*** qeydiyyat nişanlı avtomobili hadisə yerində qoyub X3-lə birlikdə X2-in idarə etdiyi «BMW» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avt omobillə hadisə yerindən qaçmışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 avqust 2021-ci il tarixdə saat 08:30-da hadisə yerində qalmış «Khazar» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən külli miqdarda ümumi təmiz çəkisi 130 qram narkotik vasitə heroin bir ədəd sellofan bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 9,582 qram psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi avtomobilin sürətlər qutusunun keçiricisinin yan tərəfindəki saxlanc yerindən bir ədəd sellofan torbanın içərisindən aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 5 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində X2 həmin gün saat 11:00-da Bakı-Qazax avtomobil yolunun 10-cu kilometrliyində idarə etdiyi «BMW» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinə aparılıb saat 12:30-da orada üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda ümumi təmiz çəkisi 12,627 qram narkotik vasitə heroin bir ədəd sellofan bükümdə və külli miqdarda ümumi təmiz çəkisi 3,539 qram psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə olmaqla əynindəki boz rəngli şalvarın sağ yan cibindən, həmin gün saat 13:15-də Qaradağ Rayon Polis İdarəsinin inzibati binasının həyətində saxlanılan «BMW» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə X2-in razılığı və iştirakı ilə baxış keçirilərkən külli miqdarda ümumi təmiz çəkisi 28,652 qram narkotik vasitə heroin bir ədəd sellofan bükümdə və k ülli miqdarda ümumi təmiz çəkisi 25 qram psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə olmaqla avtomobilin yük yerindən bir ədəd kağız qutunun içərisindən aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 5 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində X3 və X1 həmin gün saat 23:30-da Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılıb orada üzərilərində şəxsi axtarış keçirilərkən külli miqdarda ümumi təmiz çəkisi 20,195 qram narkotik vasitə heroin bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə və külli miqdarda ümumi təmiz çəkisi 2,435 qram psixotrop maddə metamfetamin bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə olmaqla X3-in əynindəki açıq mavi rəngli şalvarın sağ y an cibindən, külli miqdarda ümumi təmiz çəkisi 5,471 qram psixotrop maddə metamfetamin bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə olmaqla X1-in əynindəki açıq mavi rəngli cins şalvarın sağ yan cibindən, bir ədəd «Vinçester» tipli ov silahı və həmin silaha məxsus dörd ədəd patron X1-in əlindəki kisənin içərisindən aşkar olunaraq götürülmüşdür. X11 ittiham verilmişdir ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı tanışları X21 və X20 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən nark otik vasitələrin»in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 191,474 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 46,027 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib aralarında əldə olunmuş razılaşmaya əsasən X1 psixotrop maddə metamfetaminin bir bükümdə olan 5,471 qramını üzərində, narkotik vasitə heroinin bir bükümdə olan 130 qramını və psixotrop maddə metamfetaminin bir bükümdə olan 9,582 qramını istifadəsində olan «Khazar» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobildə, narkotik vasitə heroinin bir bükümdə olan 12,627 qramını və p sixotrop maddə metamfetaminin bir bükümdə olan 3,539 qramını X2 üzərində, heroinin bir bükümdə olan 28,652 qramını və metamfetaminin bir bükümdə olan 25 qramını istifadəsində olan «BMW» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə, narkotik vasitə heroinin bir bükümdə olan 20,195 qramını və metamfetaminin bir bükümdə olan 2,435 qramını X3 üzərində saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 5 avqust 2021-ci il tarixə keçən gecə ünvan 4 ünvanının yaxınlığında X2, X3 və X1 müşahidə altına alınmış, həmin gün saat 03:30 radələrində ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının polis nəfərləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəx s3 və Zərərçəkmiş şəxs2 hərəkətlərindən şübhələndikləri X1-i saxlamağa cəhd edərkən qrupun digər üzvü X2 gecə vaxtı ətrafda yaşayan sakinlərə məhəl qoymadan onlara etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən hərəkətlər edərək, yəni idarə etdiyi «BMW» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığı «Vinçester» tipli, 12 mm kalibrli, təklüləli tüfəng olan yivsiz odlu ov silahından havaya bir dəfə atəş açıb şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş, bundan istifadə edən X1 istifadəsində olan «Khazar» markalı **-PU-*** qeydiyyat nişanlı avtomobi li hadisə yerində qoyub X3-lə birlikdə X2-in idarə etdiyi «BMW» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerindən qaçmışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 5 avqust 2021-ci il tarixdə saat 08:30-da hadisə yerində qalmış «Khazar» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən külli miqdarda ümumi təmiz çəkisi 130 qram narkotik vasitə heroin bir ədəd sellofan bükümdə, külli miqdarda ümumi təmiz çəkisi 9,582 qram psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi avtomobilin sürətlər qutusunun keçiricisinin yan tərəfindəki saxlanc yerindən bir ədəd sellofan torbanın içərisindən aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları t ərəfindən 5 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində X2 həmin gün saat 11:00-da Bakı-Qazax avtomobil yolunun 10-cu kilometrliyində idarə etdiyi «BMW» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinə aparılıb saat 12:30-da orada üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda ümumi təmiz çəkisi 12,627 qram narkotik vasitə heroin bir ədəd sellofan bükümdə və külli miqdarda ümumi təmiz çəkisi 3,539 qram psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə olmaqla əynindəki boz rəngli şalvarın sağ yan cibindən, həmin gün saat 13:15-də Qaradağ Rayon Polis İdarəsinin inzibati binasının həyətində saxlanılan «BMW» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə X2-in razılığı və iştirakı ilə baxış keç irilərkən külli miqdarda ümumi təmiz çəkisi 28,652 qram narkotik vasitə heroin bir ədəd sellofan bükümdə və külli miqdarda ümumi təmiz çəkisi 25 qram psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə olmaqla avtomobilin yük yerindən bir ədəd kağız qutunun içərisindən aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 5 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində X3 və X1 həmin gün saat 23:30-da Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılıb orada üzərilərində şəxsi axtarış keçirilərkən külli miqdarda ümumi təmiz çəkisi 20,195 qram narkotik vasitə heroin bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə və külli miqdarda ümumi təmiz çəkisi 2,435 qram psixotrop maddə metamfet amin bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə olmaqla X3-in əynindəki açıq mavi rəngli şalvarın sağ yan cibindən, külli miqdarda ümumi təmiz çəkisi 5,471 qram psixotrop maddə metamfetamin bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə olmaqla X1-in əynindəki açıq mavi rəngli cins şalvarın sağ yan cibindən, bir ədəd «Vinçester» tipli ov silahı və həmin silaha məxsus dörd ədəd patron X1-in əlindəki kisənin içərisindən aşkar olunaraq götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Məhkəmə kollegiyası tərəfin dən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq əsassız qərar qəbul etdiyindən, həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyasının gəldiyi nəticəyə əsasən, X2, X1 və X3-in bədəni üzərində xəsarətlərin aşkar olunması onların şübhəli şəxs kimi və istintaqın ilkin mərhələsində özlərini qismən təqsirli bilmələri onlara göstərilmiş psixi və ya fiziki zorakılıq nəticəsində etiraf etmələrini istisna edilməsə də, iş materiallarına əsasən X3, X1-in və X2 aşkar edilmiş xəsarətlərin tutulmazdan bir neçə gün əvvəl almaları müəyyən olunmuşdur. X7, X13, X1, tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda onların polis bölməsinə gətirilərkən üzərilərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd olmamasına dair xüsusatla bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 147.5-ci maddəsində nəzərdə tutulmuş şəxsin tutulmasına dair protokol, CPM-nin 247-ci maddəsində nəzərdə tutulmuş axtarış və götürmənin aparılmasına dair protokolda tutulmuş və ya şəxsi axtarışa məruz qalmış şəxsin üzərində xəsarətin olub-olmamasına dair hər hansı qeyd aparılması tələb olunmur. Təqsirləndirilən şəxslər X20, X18 və X13 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması, daşıması faktının doğruluğu onların özlərinin ibtidai araşdırma zamanı verdiyi ilkin izahat və ifadələri, “şəxsi axtarış və götürmə barədə”, “baxış və götürmə barədə” və digər is tintaq hərəkət protokolları, zərərçəkmiş şəxslər, şahid ifadələri, məhkəmə-kimyəvi, məhkəməballistik, məhkəmə narkoloji ekspertiza rəyləri, maddi sübutlar və digər istintaq materialları tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin normalarının tələblərinə riayət etməyib, ibtidai araşdırma zamanı əldə olunmuş və hər iki məhkəmə instansiyasında tədqiq edilmiş işin obyektiv hallarına uyğun olan sübutları düzgün qiymətləndirməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs X18 çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız h üquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində ape llyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X15, X11 və X14 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında əsassız nəticəyə gəlib, onlara bəraət verilməsi barədə hökmü dəyişdirmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu norma da təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət iş lərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sür ülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, X10, X7 və X13 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirlilikləri sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs X20, X18 və X21 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmuş, həmçinin, onların Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləri sübuta yetirilməmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. X10, X13 və X7 polis əməkdaşları tərəfində n işgəncələrə və qanunsuz psixi, fiziki təsirlərə məruz qalmaları araşdırma dövründə dindirilmiş əməliyyat müvəkkilləri əməliyyat tədbiri zamanı təqsirləndirilən şəxslərə qarşı heç bir zorakılığın olmadığını bildirmələrinə baxmayaraq, təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən döyülmələri və işgəncələrə məruz qalmaları barədə araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizaların rəylərindən görünür ki, təqsirləndirilən şəxslərdə xəsarətlər müəyyən edilmişdir. O cümlədən, cinayət işinin materiallarında olan X10 üzərində keçirilən şəxsi axtarış istintaq hərəkətini özündə əks etdirən CD diskə baxış zamanı müəyyən olunur ki, X10 üzərində şəxsi axtarış keçirilən zaman, onun sağ gözaltı nahiyədə bənövşəyi rəngli qançırlar vardır. Qeyd olunan hallar ilə bağlı aparılmış araşdırmal arın nəticəsinə müvafiq olaraq X10, X13 və X7 ifadələrində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat, əməliyyataxtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru kiçik ədliyyə müşaviri Hüseyn Hüseynovun müvafiq olaraq 26 aprel 2022-ci il tarixli, 14 yanvar 2022-ci il tarixli və 25 aprel 2022-ci il tarixli qərarları ilə cinayət işlərinin başlanması rədd edilmişdir. Halbuki, işin materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsi tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli, xx-xx/2132 nömrəli məktuba əl avə edilmiş məhkumun 6382\2021 nömrəli tibbi kitabçasında X10 ilkin tibbi müayinəsi zamanı yuxarıda qeyd olunan xəsarətlərin olunduğu qeyd olunmuşdur. Bu hal ilə bağlı digər təqsirləndirilən şəxslər X21 və X18 məhkəmədə ayrıayrılıqda verdikləri ifadələrdən müəyyən olunur ki, qeyd olunan hadisədən sonra Asəflə sonuncu dəfə sağollaşdıqdan sonra onun üzündə hər hansı xəsarətlər yox idi. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının tibb sanitar hissəsi tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş məhkumun 6383\2021 nömrəli tibbi kitabçasında X13 ilkin tibbi müayinəsi zamanı yuxarıda qeyd olunan xəsarətlərin olunduğu və xəsarətlərin tutularkən alındığı qeyd olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının tibb sanitar hissəsi tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş məhkumun 6377\2021 nömrəli tibbi kitabçasında X7 ilkin tibbi müayinəsi zamanı yuxarıda qeyd olunan xəsarətlərin olunduğu və xəsarətlərin tutularkən alındığı qeyd olunmuşdur. X10, X13 və X7 polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının müvafiq olaraq xx.xx.2022-ci il tarixli 138a\MEŞ nömrəli, xx.xx.2022-ci il tarixli 492\MEŞ nömrəli və xx.xx.2022-ci il tarixli 134a\MEŞ nömrəli rəylərindən görünür ki, həmin şəxslərdə aşkar edilmiş xəsarətlər onların tibb sanitar hissəsində müayinəsindən 9-11 gün əvvələ uyğun gəlir. Qeyd olunan məhkəmə-tibbi ekspertizaların rəyləri, tibb sanitar hissəsi tərəfindən a çılmış tibbi kitabçası əsasında ilkin tibbi müayinəsi zamanı əsasında verilmişdir ki, ilkin tibbi müayinələrində təqsirləndirilən şəxslərin xəsarət alma müddətləri qeyd edilmədiyindən, həmin ilkin müayinələrdən xeyli müddət sonra ekspertizaların yuxarıda qeyd olunan rəyləri ilə təqsirləndirilən şəxslərin hər birinin xəsarətlərinin alma müddətlərinin eyni vaxta-müayinələrdən 9-11 gün əvvələ uyğun olmasına dair nəticəyə gəlinməsini, məhkəmə ekspertin öz fərziyyəsi kimi qəbul edərək, bu halı inandırıcı hesab etməməsi və bu halın təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməli olması barədə aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu nəticəni kassasiya məhkəmə kollegiyası əsaslı hesab edir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353. 2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X10, X13 və X7 məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımır, əksinə hadisələrin real ardıcıllığını özündə əks etdirir. Aşağı instansiya məhkəmə kollegiyaları da haqlı olaraq şahid qismində dindirilmiş polis əməkdaşlarının ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şək ildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməməli olması, təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 244.2 və 244.4-cü maddələrində göstərilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Axtarış və ya götürmə zamanı barəsində axtarış və götürmənin aparıldığı şəxsin, onun y etkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirakı təmin edilməlidir. Göstərilən şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda mənzil-istismar təşkilatının, yaxud yerli icra hakimiyyəti orqanının nümayəndəsi dəvət edilir. Halbuki, cinayət işinin materiallarında olan «baxış və götürmə aparılması haqqında» 5 avqust 2021-ci il tarixli protokolla və həmçinin baxış və götürmə hərəkətlərində istifadə edilmiş videoçəklişin qeydə alındığı bir ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, 5 avqust 2021-ci il tarixdə ünvan 5 ünvanında hadisə yerində qalmış «Khazar» markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobildən bir ədəd sellofan bükümdə narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə psixotrop maddə m etamfetamin və bir ədəd elektron tərəzi bir ədəd sellofan torbanın içərisindən aşkar olunaraq götürülmüşdür. Lakin həmin axtarışda təqsirləndirilən şəxslərin nə özlərinini, nə müdafiəçilərinin, nə də ailə üzvlərin və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirakı təmin edilməmişdir. Həmçinin, X7 idarə etdiyi içində X13 da olduğu avtomobildə baxış və götürmə aparılmasını özündə əks etdirən video görüntüdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı tərəfindən narkotik vasitələrin, tərəzinin və patron gilizinin bir ədəd zərfdə qablaşdırılması öz əksini tapsa da, onun təyin etdiyi ayrı-ayrı ekspertiza rəylərində tədqiqat obyektlərini ayrı-ayrı paketlərdə açılması qeyd olunur. Bu isə video görüntüdən sonra qablaşdırılmış paketə müdaxilə olunmasına dair əsasl ı şübhələr yaradır. Odur ki, məhkəmə kollegiyaları tərəfindən haqlı olaraq, qablaşdırılmış paketə müdaxilə olunması, o cümlədən avtomobildə baxış və götürmə aparılması haqqında istintaq hərəkətində təqsirləndirilən şəxslərin nə özlərinin, nə müdafiəçilərinin, nə də ailə üzvlərin və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirakının təmin edilməməsi faktlarının əsasında həmin istintaq hərəkətlərinə dair protokolların mötəbərliyi şübhə altına alınaraq qeyri-mümkün hesab edilmişdir. Həmçinin, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 5 avqust 2021-ci il tarixli 6/3327 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş təhqiqat obyektlərinin - üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksi olan iki ədəd kağız paketdə olan və üzərində «X10 üzərindən...» sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketin, üzərində «X15 məxsus avtomobildən...» sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketin qəbul etmə tarixi 5 avqust 2021-ci il saat 14:00, geri qaytarılma tarixi isə həmin gün saat 18:00 qöstərilir. Cinayət işinin materiallarında olan protokollardan isə müəyyən olunur ki, X10 barəsində yuxarıda qeyd olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun tərtib edilməsi 5 avqust 2021-ci il tarixdə saat 12:50-də başladı və 13:10-da bitdi, X10 idarə etdiyi «BMW» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə “baxış keçirilməsi və götürülməsi haqqında” protokolun tərtib edilməsi 5 avqust 2021-ci i l tarixdə saat 13:35-də başladı və 13:50-da bitir. Odur ki, həmin protokolun tərtib etmə tarixinin bitmə vaxtından ekspertiza mərkəzində aktla tədqiqat obyektlərini qəbul etmə arasındakı fərqin cəmi 10 dəqiqə təşkil etməsini və X10 üzərinə və idarə etdiyi avtomobilinə baxış şəhərin mərkəzindən aralı Qaradağ Rayon Polis İdarəsində keçirildiyini, ekspertiza mərkəzinin isə şəhərin mərkəzində yerləşdiyini nəzərə alaraq, həmin tədqiqat obyektinin cəmi 10 dəqiqə ərzində ekspertiza mərkəzinə təhvil verilməsinin ağlabatan hesab edilməməsi və bunun fonunda həmin protokolların mötəbər sübut növü kimi qəbul edilməməsi barədə məhkəmələrin gəlmiş olduğu qənaət əsaslı hesab edilməlidir. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16cı maddəsinin İ hissəsinin tələbinə əsas ən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Qeyd olunan faktlarla yanaşı, cinayət işi materiallarında olan özünü narkotik satan şəxslərə nifrətlə yanaşmağını bildirən Şahid6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvanladığı narkotik satanları məsuliyyətə cəlb edilməsi barədə ərizəsi həmin idarəyə qəbul olunma ştampı ilə 6 avqust 2022-ci il tarixdə qəbul edilməsi qeyd olunsa da, idarənin rəhbərliyi 4 avqust 2022-ci il tarixdə dərkənar qoymaqla ərizədə qeyd olunanları araşdırılmasına tapşırıq vermişdir. Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimatın 107-ci bəndində isə qeyd olunur ki, hər bir sənəd təşkilatda ancaq bir dəfə qeydə alınır. Daxil olan sənədlər onların təşkilata daxil olduğu gün, göndərilən və daxili sənədlər isə, onların imzalandığı və ya təsdiq edildiyi gün qeydə alınır. Odur ki, Şahid6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvanladığı narkotik satanları məsuliyyətə cəlb edilməsi barədə ərizəsinin qanunvericiliyin tələblərinə uyğun olmayan qaydada qeydiyyata alınmaması və həmin ərizəni tərtib edən Şahid6 iş üzrə şahid qismində məhkəmə istintaqında ifadə verən zaman dəqiq və konkret olmaması təqsirləndir ilən şəxslərin xeyrinə təfsir edilməli olan hallar kimi qiymətləndirilməlidir. Apellyasiya instansiya məhkəməsi də belə nəticəyə gəlmişdir ki, X10, X13 və X7 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamağı və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, bəraət hökmünün dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə sadalananlara əsasən, X10, X13 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymət ləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarını, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, X15, X14 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi cinayət və cinayətprosessual qanu nun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən eyni zamanda aşağıda göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uy ğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məc əllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olar aq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2023-cü il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə, ona, X11 və X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar