Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1082/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in ) 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 1(103)-1962/2024 nömrəli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum1 xx.xx.1987-ci il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliy i Penitensiar Xidmətinin X2 cəza çəkir.
2. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir.
3. Belə ki, Məhkum1 tanışı Təqsirləndirilən şəxs1 ona “lalafo.az” elan saytında “Samsung S20 FE” markalı mobil telefonunu satmaq üçün elan yerləşdirmiş Zərərçəkmiş şəxs1 məxsus əmlakın ələ keçirilməsi və cinayət yolu ilə əldə edəcəkləri gəliri aralarında bölüşdürməklə bağlı təklifinə razılıq verib Təqsirləndirilən şəxs1, tanışları Təqsirləndirilən şəxs2 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 12 fevral 2023-cü il tarixdə saat 20 radələrində birlikdə Təqsirlənd irilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanın qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən cinayətin törədilməsindən dərhal sonra hadisə yerindən uzaqlaşmaları məqsədilə o, Təqsirləndirilən şəxs2 və Məhkum2la birlikdə avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin ünvanın qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşüb guya avtomobildə olan arvadına göstərəcəyi adı ilə sonuncuya məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 410 manat dəyərində “Samsung S20 FE” markalı mobil telefonu götürüb avtomobilə əyləşərkən Zərərçəkmiş şəxs1 onun hüquqazidd xarakterli əməl törətdiyini başa düşüb mobil telefonunu geri qaytarması ilə bağlı tələblərinə məhəl qoymayıb şüurlu və aşkar su rətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını başa düşüb avtomobil ilə oradan uzaqlaşan zaman, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 əlinin avtomobilin qapısının dəstəyindən tutmasına və baş verə biləcək təhlükəyə əhəmiyyət verməyib dərhal avtomobili hərəkətə gətirərək Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib sonuncunu asfalt üzərinə yerə yıxması səbəbindən ona sol əlinin V barmağının dırnaq falanqasının yerdəyişməyən sınığı ilə müşaiyət olunan qançır şişkinliyi, sol əlinin İ, İİİ, İV barmaqlarının və sağ diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək “Samsung S20 FE” markalı mobil telefonu açıq talayıb cinayət yolu ilə əldə etdikləri gəliri aralarında bölüşdürməklə soyğunçuluq etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən hakim: X4) 3 iyul 2024-cü il tarixli, 1(006)-24/2024 nömrəli hökmü ilə Məhkum1 CM-in 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-193/2022 nömrəli hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 02 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının CM-in 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulması və həmin cəzanın Məhkum1 hazırkı hökmlə təyin edilmiş cəzaya CM-in 67.1-ci maddəsinə əsasə n qismən birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, Məhkum1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, cəzanın icrasının Xidmətin Konvoy Toboruna həvalə edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyət məsələsi və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
5. Hökmdən məhkum edilmiş Məhkum1 və Məhkum2 müdafiəçisi X9 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri, məhkum edilmiş Məhkum2 müdafiəçisi Müdafiəçi1, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət məhkəmə tərkibində) 19 dekabr 2024-cü il tarixli, 1(103)1962/2024 nömrəli qərarı ilə məhkum edilmiş Məhkum1 və Məhkum2 müdafiəçisi X9 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi1, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellya siya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-24/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 1(103)-1962/2024 nömrəli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
8. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya müraciətinin dəlillərini təkrarlamaqla, cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edilərək göstərilmişdir ki, qərar qanunsuz və əsassız qəbul edilməklə, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməm iş, bu səbəbdən maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə müdafiə etdiyi şəxsin hüquqları kobud şəkildə pozularaq onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Bunun nəticəsində qəbul edilmiş qərar həm ədalətsiz, həm qanunsuz, həm də əsassız olmuşdur.
9. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 1(103)-1962/2024 nömrəli qərarının ləğv edilməsini, məhkumun cinayətin törədilməsinə aidiyyəti olmaması səbəbilə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
11. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
12. Kas sasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar q əbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkum1 müdafiəçisi kassasiya şikayətində məhkumun törədilən cinayətə aidiyyətinin olmamasını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
18. Bununla belə, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 1(103)-1962/2024 nömrəli qər arının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.
22. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
23. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
24. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.
25. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
26. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, məhkumun qeyd edilən cinayət əməlinin törədilməsini etiraf edən heç bir ifadəsinin cinayət işi materiallarında mövcud olmaması, həmçinin əməlində iştirakçılığın mövcudluğun göstərə n heç bir əlamətin olmaması, cinayət işi materiallarında onun əməlinin CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, onun əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.
27. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. 2
8. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
29. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiy a müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
30. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, cinayətin törədilməsinə aidiyyətinin olmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üç ün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.
31. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun təl əblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum1 hərəkətlərində CM-in 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
32. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümləd ən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum1 təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum1 ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində ver diyi ifadələri, həmçinin cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəylər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
33. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.
34. Təsvir edilənlərdən görünür ki, Məhkum1 Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə cinayətin törədilməsinə aidiyyətinin olmaması əsası ilə bəraət verilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum1 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 1(103)-1962/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cina yət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 1(103)-1962/2024 nömrəli qərarı Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.