Məhkəmə qərarları › İş №1(102)-1083/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1083/2018

19.07.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1083/2018 19.07.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-1083/2017 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ xx xx 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: X3 (sədrlik edən), İnqilab Maşallah oğlu Nəsirov (məruzəçi) və X1 ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2013-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair məhkum N.Məhkum vəsatətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xx 2013- cü il tarixli, 1(088)-XX/2013 saylı hökmü ilə (hakimlər Z.B.Qasımov (sədrlik edən), F.N.Mahmudov və M.S.Məmmədovdan ibarət tərkibdə) Məhkum, xx xx1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xx 2013-cü il tarixli hökmü ilə CM-nin 296.1-ci madd əsi ilə təqsirli bilinib 1000 manat miqdarında cərimə cəzasına məhkum olunmuş, həmin cəriməni xx xx 2013-cü il tarixdə ödəməklə cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 120.1-ci maddəsi ilə 09 (doqquz) il 9 (doqquz) ay müddətinə, CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının başlanğıcının xx xx 2013-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkumun m üdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2013-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim C.R.Əhmədov, hakimlər T.A.Muxtarov və B.C.Əliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xx2013-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2013-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verilmişdir. Məhkum vəsatətini əsaslandıraraq göstərmişdir ki, o savadsız olduğuna görə kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş pro sessual müddəti ötürmüşdür. Bu səbəbdən buraxılmış prosessual müddətin bərpa olunmasını və kassasiya şikayətinə baxılmasını xahiş etmişdir. xx xx 2018-ci il tarixdə Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı Cəzaçəkmə Müəssisəsindən AzərbaycanRespublikasıAliMəhkəməsinin Cinayət Kollegiyasına ərizə ilə müraciət edərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2013-cü il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətinin və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəs i təmin olunmalı, kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin məhkum tərəfind ən geri götürülməsi haqqında ərizəsini nəzərə alıb, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin və vəsatətin geri qaytarılmasını mümkün hesab edir. ŞərhedilənlərəəsasənvəAzərbaycanRespublikasıCPM-nin414.1-ci rəhbərtutaraq,məhkəməkollegiyası QƏRARA maddəsini AL D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2013-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın. Sədrlik edən: Əziz Seyidov Hakimlər: İnqilab Nəsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar