Məhkəmə qərarları › İş №1(102)-1084/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1084/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1084/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Məhkum müdafiəçisi Abasquliyev Natiq Arif oğlunun iştirakları ilə, Məhkum Gəncə Ağır Cinayətlər M əhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin (bundan sonra mətndə CM-nin) 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər Əliyev Nural Tural oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibərt tərkibdə) Məhkum, xx xxxxxx 1996-cı il tarixdə Tovuz rayonunun Abulbəyli kənidində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Tovuz rayonunun ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 2018-ci ilin iyul ayından sevgi münasibətində, həmçinin mütəmadi olaraq cinsi əlaqədə olduğu tanışı, Tovuz rayon sakini 1996-cı təvəllüdlü X1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin məxfi bölüyünün rəisi vəzifəsində işləyən X14 ilə xx xxxxxxxx 2019-cu il tarixdə, saat 22 radələrində görüşüb sonuncunun idarə etdiyi “XXX” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir ray onu istiqamətində hərəkət etdiklərini görüb, atası X11 məxsus «XXX» markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə onların arxasınca Şəmkir şəhərinə gəlmiş, xx xxxxxxxx 2019-cu il tarixdə, saat 00:05-də Şəmkir şəhəri, İsrafil Məmmədov küçəsində avtomobili saxlayıb Zülfiyyə Məmmədova ilə söhbət etmək üçün “XXX” markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq ona avtomobildən düşməsini bildirmiş, həmin vaxt avtomobildən düşən X14 onun sifət nahiyəsinə yumruqla vuraraq sol gicgah nahiyəsinin şişkinlik fonunda qançırı, boyunun arxa səthinin qançırları və sol dirsəyin bayır səthinin sıyrığı xəsarətini yetirdikdən sonra, Məhkum özünün idarə etdiyi «XXX» markalı, ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq qısqancılıq niyyəti ilə qisas alma q məqsədilə avtomobildən tiyəsinin uzunluğu 86 mm, dəstəyinin uzunluğu 95 mm, ümumi uzunluğu 181 mm olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək A1 yaxınlaşıb onun bədəninin müxtəlif nahiyələrinə qəsdən 4 (dörd) dəfə bıçaqla zərbə vuraraq ona döş qəfəsinin sol yarısının və qarının ön divarının hipoqstral nahiyədən daxilə keçməyən üç ədəd deşilmiş - kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmayan xəsarətlər, eləcə də sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qarının ön divarının sol yarısının mezoqastrak nahiyədən daxilə keçən nazik bağırsaq ilgəyini zədələyən, daxili qanaxmaya səbəb olan bir ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnən və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə zərərçəkmiş şəxs A1 sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Hökmdən Məhkum müdafiəçisi P.R.Qəhrəmanov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) xx xxxx 2020ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından müdafiəçi Z.K.Qəhrəmanov kassasiya şikayəti verərək, həmin qərarın dəyişdirilməsini və Məhkum əməlinin CM-nin 126.1-ci maddəsind ən CM-nin 130-cu maddəsinə tövsif edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə istinad edən müdafiəçi Z.K.Qəhrəmanov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2019-cu il tarixdə baş vermiş münaqişə zərərçəkmiş A1 qanunsuz hərətləri nəticəsində və onun təşəbbüsü ilə başlamış və həmin münaqişə zamanı ondan fiziki cəhətdən üstün olan zərər çəkmiş şəxsin zorakılığına məruz qalmış Məhkum özünü müdafiə etmək məcburiyyətində qalaraq ona bıçaqla xəsarətlər yetirmişdir. Bu əməli törədərkən Məhkum yalnız A1 ona qarşı etdikləri zorakılıq hərəkətlərinin qarşısını almaq niyyəti izləmiş və bundan sonra heç bir hərəkət etməmişdir. Lakin işə baxan məhkəmələr bu xüsusatları kifayət qədər nəzərə almamış və Məhkum əsassız və qanunsuz olaraq CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. Bundan başqa, müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxs haqqında CM-nin 62 və 70-ci maddələrinin tətbiqi mümkünlüyünə də toxunaraq qeyd etmişdir ki, məhkəmələrə Məhkum barəsində cəza tədbiri seçərkən cəzanı yüngülləşdirən bir sıra halları, o cümlədən cinayət törətdikdən sonra təqsirini boynuna almaqla könüllü gəlməsini, zərərçəkmişlə barışıq əldə etməsini və cinayətin sonuncunun qnanunsuz hərəkətləri nəticəsində törədilməsini nəzərə almamış və nəticədə məhkum ağır cəzaya məruz qalmışdır. Şərh edilənlərə əsaslanaraq müdafiəçi kassasiya şikayətinin təmin edilərək məhkumun əməlinin CM-nin 130-cu maddəsi ilə tövsif edilməsi haqqında qərar qəbul edilməsini xahiş e dir. Hüquqi məsələlər: Göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən Müdafiəçi öz kassasiya şikayətində Məhkum əməlinin düzgün tövsif edilməməsini və ona cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ağır cəzanın təyin edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi haqqında tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin (bundan sonra mətndə CPMnin) 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə əsasən isə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə olan halda məhkəmə kollegiyası müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin t ələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci v ə ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıd ır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, istər şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olubolmamasına, istərsə onun barəsində cəza tədbirinin seçilməsi nə dair sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edibetməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12 -ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərək ət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayə t işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları (ibtidai araşdrma zamanı toplanmış bəzi fərqli sübutlarla birlikdə) araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nətic ə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum həm ibtidi araşdırma zamanı heç bir təsir göstərilmədən, müdafiəçinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı, onun məhkəmə iclasında da verdiyi eyni məzmunlu etirafedici ifadələri ilə, habelə zərərçəkmiş A1, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Bu sübutların (əsasən də Məhkum, zərərçəkmiş A1 və şahid A2 ifadələrinin) əlaqəli şəkildə təhlilindən görünür ki, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, xx xxxxxxxx 2019-cu il tarixdə saat 00.05-də Məhkumlə A1 arasında baş vermiş münaqişə zamanı Məhkum heç də zəruri müdafəi vəziyyətində olmamış, və sonuncunun özünün də göstərdiyinə görə, əvvəla, o, A1 idarə etdiyi avtomaşını özünün idarə etdiyi avtomaşında təqib edərək onun yolunu kəsib avtomaşını saxlayaraq zərərçəkmişdən atvomaşından düşməyi tələb etmiş və A1 hər hansı silah və ya silah qismində dəyərələndirilə bilən digər əşyadan istifadə etməyərək onu vurduqdan sonra Məhkum avtomaşınında gəzdirdiyi bıçağı götürüb həmin bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə qəsdən 4 (dörd ) dəfə bıçaqla zərbə vuraraq ona döş qəfəsinin sol yarısının və qarının ön divarının hipoqstral nahiyədən daxilə keçməyən üç ədəd deşilmiş - kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmayan xəsarətlər, eləcə də sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qarının ön divarının sol yarısının mezoqastrak nahiyədən daxilə keçən nazik bağırsaq ilgəyini zədələyən, daxili qanaxmaya səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. İşin müəyyən olunmuş bu faktiki hallarından çıxış edərək və cinayət qanunvericiliyinin aşağıdakı tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum şərh olunan əməlinin zəruri müdafiə həddini aşmaql a A1 sağlamlığına qəsdən ağır zərər vruma əməli kimi qiymətləndirməsi və həmin əməlin CM-nin 130.1-ci addəsi ilə tövsif edilməsi üçün heç bir əsas görmür. Məhkəmə kollegiyası ilk növdəbə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-nin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasın ın dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. CM-nin 36.1-ci maddəsinə əsasən, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. CM-nin 36.2-ci maddəsində təsbit edilmişdir ki, peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. CM-nin 36.3-cü maddəsinin tələbinə görə, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. CM-nin 130.1-ci maddəsində göstərilən cinayət əməli zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma kimi təsbit edilmışdir. CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə (qəsdən sağlamlığa ağır zərər vurma) “insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müd dətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma” kimi müəyyən edilmişdir. Görünüdüyü kimi, CM-nin 126.1-ci maddəsində göstərilən qəsdən sağlamlığa ağır zərər vurmanın hallarını fərqləndirən obyektiv cəhətə aid zəruri əlamət ondan ibarərtdir ki, zəruri müdafiə özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilməsində özünü göstərirsə, qəsdən sağlamlığa ağır zərər vurma əməlləri əsasən şəx si münasibətlər zəminində, qisas almaq məqsədilə törədilir. Məhkum tərəfindən törədilmiş əməlin hallarından göründüyü kimi, münaqişə zamanı A1 Məhkum yumruqla vurduqdan sonra sonuncu ondan ayrılmış və öz avtomaşınına yaxınlaşıb oradan gəzdirdiyi bıçağı götürməyə müvəffəq olmuş, bu zaman zərərçəkmiş şəxs öz hərəkətlərini dayandıraraq ona qarşı hücum etməmiş, ona əlavə zərbələr vurmağa cəhd göstərməmiş, lakin buna baxmayaraq, heç bir maneə olmadan artıq öz avtomaşınında hadisə yerini tərk imkanında olan Məhkum bu imkandan istifadə etməyərək artıq avtomaşında olan bıçağı götürüb yenidən hadisə yerinə qayıtmış və həmin bıçaqla, yuxarda göstərildiyi kimi, A1 bədəninin müxtəlif nahiyələrindən 4 zərbə vuraraq onun sağlamlığına ağır zərər vurmuşdur. Göründüyü kimi, Məhkum qarşı bu zaman artıq he ç bir qəsd olmadığından onun özünü müdafiə etmək üçün əsaslar da yaranmamışdır. Bu hallar isə, Məhkum zəruri südafiə həddini aşmaqla deyil, məhz A1 ona qarşı etdiyi hərəkətlərə görə ondan qisas almaq məqsədilə sonuncunun sağlamılığına qəsdə ağır zərər vurma əməllərini törətməsini dəlalət edir. Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətməsinə dair sübutlar kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə hərtərəfli tədqiq edilmiş və bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş həmin sübutların məcmusu ilə müəyyən olunmuşdur. Məhkumun zəruri müdafiə həddini aşm aqla zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması ilə bağlı kassasiya şikayətində göstərilən dəlillər isə (təqsirləndirilən şəxs zərər çəkmiş şəxs tərəfindən fiziki təzyiqə məruz qalması səbəbindən onu özündən kənar etmək üçün bıçaqla ona zərbələr endirməsi, zərərçəkmiş şəxsin fiziki cəhətdən təqsirləndirilən şəxsdən güclü olması, onun zərərçəkmişi vurduqdan sonra yenidən bıçaqla xəsarət yetirə biləcəyini bildirməsi və ondan kənarlaşmasını tələb etməsi, A3 özünün də çoxlu sayda xəsarət alması) sonuncunun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış və məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) araşdırılmış sübutların məcmusu təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellya siya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr müdafiəçinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təsfirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi əməlin CM-nin 126.1ci maddəsi ilə tövsif edilməsini, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkum birinci ins tansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın qanuniliyi və ədalətliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, məhkəmə kollegiyası vurğulayır ki, apellyasiya instansiya məhkəməsi Məhkum CM-nin 126.1-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddində cəza təyin edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun təqsirini boynuna almaqla könüllü olaraq özünü hüquq-mühafizə orqanlarına təslim etməsini, cinayətin açılmasına fəal köməklik göstərməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmama sı, yaşayış yerindən müsbət xarakterizə olunmasını və onun cəzasını ağırlaşdıran halların iş üzrə müəyyən edilməməsini kifayət qədər nəzərə almışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı halları fərqli şəkildə qiymətləndirmək, onları məhkumun cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi səciyyələndirmək üçün əsas görmür. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları baxılan işdə kassasiya şikayəti ilə ehtiva olunan CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisi N.A.Abasquliyevin, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısının çıxışlarını dinləyib, yu xarıda göstərilən əsaslara görə hesab edir ki, Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar