Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1084/2022 28.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum – Məhkum2 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum2 Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarından dövlət ittihamçısı İlqar Əsədov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi A.Ə.Musayev, hakimlər N.F.Quliyev və C.Ş.Səfərlidən ibarət tərkibdə) 1(099)-547/2020 saylı, 22 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxxx 1959-cu il tarixdə Əli-Bayramlı rayonu, Atbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin maliyyə şöbəsinin müdiri vəzifə sində işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla, Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati- sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sə rəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq və əlayə cəzanı əsas cəzaya birləşdirmə yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (İki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş; sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, sınaq müddətində üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş; Məhkum2 davranışı üzərində nəzarətinin həyata keçirilməsi Flacıqabul rayon İcra və Probasiya Şöbəsinə tapşırılmış; barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış; Məhkum2 iş üzrə vurduğu maddi ziyanın aradan qaldırılması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan bank (depozit) hesabına müvafiq olaraq 17 və 26 iyul 2021 -ci il tarixlərdə 6500,00 manat və 18722,04 manat olmaqla, ödədiyi cəmi 25222,04 manat (iyirmi beş min iki yüz iyirmi iki manat dörd qəpik) məbləğində pulun Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına ödənilməsi müəyyən edilmiş, iş üzrə maddi sübutun taleyi məsələsi həll edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 Azərbaycan Respublikası CM-in 179.3.2 və 313cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2022-ci il tarixli, 1(106)-94/2022 saylı qərarı ilə (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 1(099)-547/2021 saylı hökmü Məhkum2 aid hissədə ləğv edilərək Məhkum2 Azərbaycan Respublikası CM-in 731.2-ci m addəsinə əsasən, zərərçəkmiş şəxslə barışmaqla və cinayət nəticəsində vurulmuş ziyanı tam ödəməklə, habelə həmin ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə, Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməsi, Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilməsi, Məhkum2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, hökmün digər məhkum edilmiş şəxsə münasibətdə dəyişdirilmədən saxlanılması, Məhkum2 barəsində «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.12-ci bəndi və 6-cı hissəsi tətbiq olunmaqla, ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 1(099)547/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə şərti təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasından və əlavə cəza kimi təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrumetmə cəzasından azad edilməsi qərara alınmışdır İşin halları: Hökmə əsasən təqsirləndirilən şəxs Məhkum2 Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Hacıqabul MRX-nin 12 yanvar 2001 -ci il tarixli, 11/k nömrəli əmrinə əsasən həmin xəstəx ananın baş mühasibi, 4 yanvar 2021 -ci il tarixdən isə “Hacıqabul RMX” PHŞ-nin maliyyə şöbəsinin müdiri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilini, müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, ona nəzarəti təmin etmək, ilkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventa rlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması qaydalarına riayət edilməsinə nəzarət etmək, pul vəsaitlərinin və mal-material qiymətlilərinin qanunsuz istifadə olunmasının, maliyyə və təsərrüfat qanunvericiliyinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görmək, maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək, əmək haqqının ödənilməsi hesabları, ştat, maliyyə və xəzinə intizamına ciddi əməl edilməsi, mühasibatlığın işçilərinə rəhbərlik etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara malik maddi məsul vəzifəli şəxs kimi ona etibar edilmiş, Hacıqabul MRX və “Hacıqabul RMX” PHŞ-yə məxsus pul vəsaitlərini, yəni özgə əmlakını qulluq mövqeyindən isti fadə edərək mənimsəmə yolu ilə talamaq məqsədi ilə,: - 2011-ci ilin may ayında xəstəxananın baş həkimi vəzifəsində işləyən Məhkum1 5 yanvar 2010-cu il tarixdən xəstəxanada arxiv işçisi işləyən qızı Şahid18 (Fərhadovanın) ailə vəziyyəti ilə əlaqədar 2011 -ci ilin may ayından işə gəlməməsi, buna baxmayaraq, işdən çıxarılmaması, sonuncunun adma "xxxx" ASC tərəfindən verilmiş, özündə saxlayacağı plastik əmək haqqı kartının hesabına köçürüləcək pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etmək istəm^U barədə etdiyi xahişinə əsasən Məhkum1 göstərişləri və maneələri aradan qaldırmaqla etdiyi yardımda ifadə olunan köməkçiliyi ilə, yəni Şahid18 2011-cMlm may ayından faktiki olaraq işə gəlməyəcəyi və əmək funksiyalarını icra etməyəcəyirfi^^v^ədən bilsə də, Hacıqabul MRX və “Hacıqabul RMX” PHŞ-yə məxsu s olmaqla onlara etibar edilmiş pul vəsaitlərini mənimsəmək üçün 4 yanvar 2021-ci il tarixdə xəstəxananın ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti iş otağında məzmununa Şahid18 guya ümumi şöbənin arxiv işçisi hesab edilməsi barədə şəxsi niyyətlə bilə- bilə yalan məlumatlar daxil etdiyi, rəsmi sənəd hesab edilən 2/1 nömrəli əmri şəxsən imzalayıb xəstəxananın möhürü ilə təsdiq etməsindən sonra hər ay cinayətdən xəbərsiz olmuş təsərrüfat xidməti heyətinin müdiri Nəcəfov Vidadi Urfulla oğlu tərəfindən, Məhkum1 verdiyi göstərişə uyğun olaraq, 4 yanvar 2021-ci il tarixdən isə özü tərəfindən, Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid18 guya işə gəlməsi və əmək funksiyalarını yerinə yetirməsi barədə iş vaxtının uçotu tabellərinin tərtib edilməsi ilə, eləcə də özü t ərəfindən bunun əsasında 2011-ci ilin may ayından 2021 -ci ilin aprel ayınadək olan dövr ərzində tərtib edilmiş, Şahid18 adına əmək haqqı məbləğinin köçürülməsinə əsas olmuş, rəsmi sənəd hesab olunan ödəniş tapşırıqlarının Məhkum1 tərəfindən xəstəxananın ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti iş otağında məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib imzalamaq və xəstəxananın möhürləri ilə təsdiq edilməklə Şahid18 adına "xxxx" ASC tərəfindən verilmiş, özündə saxladığı plastik əmək haqqı kartının hesabına 2011 -ci ilin may-noyabr aylarının hər birində 84,37 manat, dekabr ayında 94,57 manat, 2012-ci ilin yanvar-aprel aylarının hər birində 94,49 manat, may-avqust aylarının hər birində 94,46 manat, sentyabr ayında 92,09 manat, oktyabr-dekabr aylarının hər birin də 94,46 manat, 2013-cü ilin yanvarsentyabr aylarının hər birində 95,79 manat, oktyabr-dekabr aylarının hər birində 106,02 manat, 2014-cü ilin yanvar-dekabr aylarının hər birində 106.2 manat, 2015-ci ilin yanvariyul aylarının hər birində 106,02 manat, avqust ayında 29,77 manat, 2016-cı ilin yanvar ayında 100,53 manat, fevral ayında 106,02 manat, mart ayında 128,18 manat, aprelnoyabr aylarının hər birində 117,18 manat, dekabr ayında 136,25 manat, 2017-ci ilin yanvar ayında 119,70 manat, fevral ayında 120,96 manat, mart ayında 105,24 manat, aprel-dekabr aylarının hər birində 119,70 manat, 2018-ci ilin yanvar ayında 119,07 manat, fevral ayında 121,33 manat, mart ayında 122,61 manat, aprel ayında 150,51 manat, sentyabr ayında 86,72 manat, oktyabr-dekabr aylarının hər birində 139,31 manat, 20 19-cu ilin yanvar-fevral aylarının hər birində 139,31 manat, mart ayında 148,92 manat, aprel ayında 188,17 manat, may ayında 148,92 manat, iyun ayında 188,17 manat, iyul ayında 148,92 manat, avqust ayında 188,17 manat, sentyabr-dekabr aylarının hər birində 243,44 manat, 2020-ci ilin yanvar-mart aylarının hər birində 243,44 manat, aprel ayında 238,37 manat, may-iyun aylarının hər birində 251,27 manat, iyul- sentyabr aylarının hər birində 251,57 manat, oktyabr-dekabr aylarının hər birində 251,27 manat, 2021-ci ilin yanvarfevral aylarının hər birində 237,72 manat, mart ayında 190,29 manat olmaqla, əmək haqqı kimi köçürülməsinə nail olduğu cəmi 14799,67 manat, - 2017-ci ilin mart ayında Məhkum1 5 yanvar 2010-cu il tarixdən gəlini Fərhadova Rəvanə Sabir qızının faktiki olaraq işə gəlməyəcəyinə baxmayaraq, işə qəbul edilməsi və sonuncunun adına "xxxx" ASC tərəfindən veriləcək, özündə saxlayacağı plastik əmək haqqı kartının hesabına köçürüləcək pul vəsaitlərini özünün şəxsi ehtiyaclarına sərf etmək istəməsi barədə etdiyi xahişinə əsasən Məhkum1 göstərişləri və maneələri aradan qaldırmaqla etdiyi yardımda ifadə olunan köməkçiliyi ilə, yəni Rəvanə Fərhadovanın faktiki olaraq işə gəlməyəcəyi və əmək funksiyalarını icra etməyəcəyini əvvəlcədən bilsə də, Hacıqabul MRX və “Hacıqabul RMX” PHŞ-yə məxsus olmaqla onlara etibar edilmiş pul vəsaitini mənimsəmək üçün məzmununa Rəvanə Fərhadovanın guya Navahi qəsəbə h/mə 1.0 ok sanitar (04 yanvar 2021 -ci il tarixli, 2/İ nömrəli əmrə əsasən Dəstək xidmətləri şöbəsinin mətbəx fəhləsi) qəbul edilməsi barədə şəxsi niyyətlə bilə-bilə yalan məlumatl ar daxil etdiyi, rəsmi sənəd hesab edilən 1 aprel 2017-ci il terixji, 109-E/k əmri şəxsən imzalayıb xəstəxananın möhürü ilə təsdiq etməsindən sonra,n‘ər cinayətdən xəbərsiz olmuş Navahi qəsəbə h/m-nin müdiri Şahid17\|Bİİihəsən qızı, 04 yanvar 2021-ci il tarixdən baş tibb bacısı Piriyeva Cahan Xalıq q^mÇt'^jsydulla Qarayev tərəfindən verilmiş göstərişlərə uyğun olaraq hər ay tərtib etdikləri iş vaxtının uçotu tabellərinin məzmununa Rəvanə Fərhadovanın guya işə gəlməsi və əmək funksiyalarını yerinə yetirməsi barədə məlumatların daxil edilməsi, özünün bunun əsasında Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında, işçilərə əmək haqqı məbləğlərinin ödənilməsinə əsas olmuş ödəniş tapşırıqlarının məzmununa faktiki olaraq işə gəlməmiş Rəvanə Fərhadovanın adının işçi kimi göstərilməsinə dai r şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməsindən, Məhkum1 2017-ci ilin aprel ayından 2021-ci ilin aprel ayınadək olan müddət ərzində xəstəxananın ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti iş otağında məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməsi, imzalaması və xəstəxananın möhürləri ilə təsdiq etməsindən sonra Rəvanə Fərhadovanın adına "xxxx" ASC tərəfindən verilmiş, özündə saxladığı plastik əmək haqqı kartının hesabına 2017-ci ilin aprel ayında 120,96 manat, may ayında 193,22 manat, iyun ayında 191,96 manat, iyulavqust aylarının hər birində 175,42 manat, sentyabr ayında 194.11 manat, oktyabr-dekabr aylarının hər birində 176,68 manat, 2018-ci ilin yanvar ayında 196.11 manat, fevral ayında 193,58 manat, mart ayında 247,54 manat, aprel ayında 235,34 manat, may ayında 214,93 manat, iyun ayında 233,67 manat, iyul ayında 200,40 manat, avqust ayında 217,87 manat, sentyabr ayında 202,66 manat, oktyabr-noyabr aylarının hər birində 204,13 manat, dekabr ayında 201,15 manat, 2019-cu ilin yanvar ayında 204,93 manat, fevral ayında 195,74 manat, mart ayında 261,50 manat, aprel-avqust aylarının hər birində 263,45 manat, sentyabr-dekabr aylarının hər birində 238,02 manat, 2020-ci ilin yanvar-aprel aylarının hər birində 240,73 manat, may ayında 240,43 manat, iyun-iyul aylarının hər birində 240,73 manat, avqust ayında 240,43 manat, sentyabr ayında 240,73 manat, oktyabr ayında 245,56 manat, noyabr ayında 235,43 manat, dekabr ayında 243,14 manat, 2021 -ci ilin yanvar-fevral aylarının hər birində 235,01 manat, mart ayında 119,07 manat olmaqla, əmək haqqı kimi köçürülməsinə nail olduğu cəmi 10543,33 manat, beləliklə də, göstərilən iki nəfər şəxsin adına olan, özündə saxladığı plastik əmək haqqı kartlarının hesablarına köçürülmüş, Hacıqabul MRX və “Hacıqabul RMX” PHŞ-yə məxsus cəmi 25343,00 (iyirmi beş min üç yüz qırx üç) manat məbləğində pul vəsaitlərini hər ay "xxxx" ASC-nin Şirvan, Zaqatala, Bakı və Hacıqabul şəhərlərində yerləşən bankomatlarından nağdlaşdırılıb özünün şəxsi ehtiyaclarına sərf etməklə vahid niyyətlə, qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, Məhkum1 köməkçiliyi ilə mənimsəməklə talamış, vəzifəli şəxs kimi Məhkum1lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. İş üzrə yu xarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli, 1(106)-94/2022 saylı qərarından dövlət ittihamçısı İlqar Əsədov tərəfindən kassasiya protesti verilmişdir. Qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, apellyasiya şikayəti Məhkum2 bəraət verilməsi istiqamətində dəlillərlə əsaslandırılsa da, məhkum edilmiş şəxs apellyasiya şikayətinin dəlillərini şifahi olaraq dəqiqləşdirməklə, CM-in 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdiyini etiraf edərək, cinayət nəticəsində vurduğu və tamamilə ödədiyi ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş edəcəyini bildirib və həmin ödəniş yerinə yetirildikdən sonra qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərək çıxışımda, apelyasiya şikayətinin təmin edilməməsini, Məhkum2 tərəfindən CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət nəticəsində vurulmuş və tamamilə ödənilmiş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi ilə əlaqədar qanunamüvafiq qərar qəbul edilməsini, o cümlədən Məhkum2 barəsində məhkum olunduğu CM-in 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1 -ci bəndi tətbiq o lunmaqla, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini təklif etmişdim. Şirvan Apellyasiya Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ilə Məhkum2 barəsində «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.12-ci bəndi və 6-cı hissəsi tətbiq olunmuş və o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli hökmü ilə CM-in 313-cü maddəsi ilə şərti təyin olunmuş 1 il müddətə azadlıqdan məhrumetmə cəzasından və əlavə cəza kimi təyin edilmiş 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalara aid vəzifə tutmaq hüququndan məhrum etmə cəzasından azad edilmişdir. Aşağıdakılara əsasən hesab edirəm ki, Şir van Apellyasiya Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməli və Məhkum2 barəsində cinayət təqibinə xitam verilməlidir. “8 Noyabr Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı
2. Bu Qərarın 1 -ci hissəsində göstərilən şəxslərdən başqa, aşağıdakı məhkumlar cəzalardan azad edilsinlər (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla): böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər.
6. Bu Qərar əsasında əsas cəzadan azad edilən şəxslər əlavə cəza kimi təyin edilmiş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla).
9. Məhkəmələr: icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.11.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla).
30. Apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlə rə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. Hesab edirəm ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yekun qərar qəbul edərkən amnistiya aktının tətbiqi üzrə müvafiq qanunvericliyin tələblərinə riayət etmədən səhvə yol verib, yuxarıda qeyd edilən Qərarın 9.1 deyil, 2.12 və 6-cı bəndlərini tətbiq etməklə, əsassız olaraq Məhkum2 hüquqlarını məhdudlaşdırıb, barəsində olan cinayət təqibinə xitam vermək əvəzinə, onu cəzadan azad etmişdir. Belə ki, CM-in 81-ci maddəsində nəzərə tutumuş müddəadan görünür ki, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər. Məhkəmə kollegiyası isə cinayət qanunvericiliyinin bu tələbinə riayət etməyərək, icraatı nda Məhkum2 barəsində cinayət işi olduğu halda, yəni barəsində hökmü qüvvəyə minməmiş (məhkum olunmamış, cinayət törətmiş şəxs hesab edilən) şəxsi cinayət məsuliyyətindən azad etmək əvəzinə, cəzadan azad etmişdir. Beləliklə, məhkəmə kollegiyası amnistiya aktının cinayət mühakmə icraatının müxtəlif mərhələlərində tətbiq edilməsi ilə bağlı vahid təcrübəni nəzərə almaması nəticəsində cinayət etmiş şəxsin vəziyyətini yaxşılaşdıran 05 noyabr 2021 -ci il tarixli qərarının 9.1 deyil, 2.12 və 6-cı bəndlərini tətbiq etməklə, onun hüquqlarını məhdudlaşdırmaqla vəziyyətini ağırlaşdırmışdır. Məhkəmənin amnistiya aktının 9.1-ci bəndini deyil, 2.12-ci bəndini tətbiq etməsi belə bir yalnış təəssürat yaradır ki, hazırki iş ibtidai istintaq mərhələsində olsaydı, ibtidai istintaq orqanı özünü təqsirli hesab edən şəxsə amnistiya aktını tətbiq etmədən (CPM-in 39.1.12ci maddəsinin tələblərini pozmaqla) işi məhkəməyə göndərməli, məhkəmə müvafiq cəzanı təyin edib şəxsi amnistiya aktına əsasən cəzadan azad etməli idi. Dövlət ittihamçısı kassasiya protestində Məhkum2 barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarının Məhkum2 aid hissədə ləğv edilməsini və onun barəsində “8 Noyabr Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının və Məhkum2 çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrind ən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələlərdən biri Məhkum2 barəsində amnistiya aktının düzgün tətbiq edilməməsi barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş ş əxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının: 8-ci hissəsinə əsasən bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq ol unaraq cinayət təqibi başlanmır, başlanılmış cinayət təqibinə isə xitam verilir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). 9-cu hissəsinə əsasən məhkəmələr: 9.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2. bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyə n qanuni qüvvəyə minməmiş hökmlər üzrə: 9.2.1. bu Qərarın 1-ci, 3-cü və 6-cı hissələrində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2.2. bu Qərarın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.2.3. bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.3. icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 39.1.12-ci maddəsində qeyd edilir ki, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror cinayət təqibi üzrə icraatın məhkəməyədək hər hansı mərhələsində bu Məcəllənin 39-cu maddəsində göstərilən halları aşkar edərsə, cinayət təqibinə xitam verilməsi barədə (o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi barədə) qərar çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Məhkum2 barəsində amnistiya qərarını düzgün tətbiq etməmiş, amnistiya qərarının 9.1-ci bəndinə əsasən cinayət işinin təqibinə xitam verməli olduğu halda, amnistiya qərarının 2.12-ci bəndini və 6cı hissəsini tətbiq edərək Məhkum2 cəzadan azad etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən, Məhkum2 barəsində amnistiya qərarı düzgün tətbiq edilmədiyindən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarı Məhkum2 aid hissədə qismən ləğv edilərək onun CM-nin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-94/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə Məhkum2 Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ləğv edilsin. Məhkum2 barəsində «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilərək Məhkum2 Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.