Məhkəmə qərarları › İş №1(102)-1084/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1084/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1084/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in v ə ya CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2024-cü il tarixli, 1(103)-687/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum 1 dekabr 1973-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nurs kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 6 il 26 gün müddətinə azadlıqdan məhrum e tmə cəzasına məhkum edilmiş, həmin cəza CM-in 70-ci maddəsinə əsasən şərti hesab edilməklə 3 il sınaq müddəti müəyyən edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli hökmü «Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiq edilməklə tənzimlənmiş və cəzası 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə kimi müəyyən edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 7(103)-173/2023 nömrəli qərarı ilə Məhkum barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun tətbiqinə dair onun tərə findən verilmiş ərizənin təmin edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(101)-5/2023 saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarı ilə Məhkum təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza 3 (üç) il 9 (doqquz) aya endirilmiş, onun bu iş üzrə 11 ay 4 gün həbsdə saxlandığı müddət təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 il 9 ay 26 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı Şəhəri Nizami rayon məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmü ilə CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum e tmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qərarı ilə cəzası 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2nvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə gö rə özü vasitəsilə birbaşa yolla maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə ayrı-ayrı şəxsləri təkrarən təhrik etmişdir.

3. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X12 ilə Şahid9 arasında bağlanan 28 fevral 2017-ci il tarixli kredit və həmin tarixli sonuncunun mülkiyyətində olan Bakı şəhəri, C.Naxçıvanki küçəsi, ev 43-də yerləşən 60 saylı mənzilin Aytən Əzizovaya borcun müqabilində ipotekaya qoyulmasını nəzərdə tutan ipoteka müqaviləsində qeyd edilmiş borcun faktiki 10.000 ABŞ dolları olmasına baxmayaraq, 20.000 ABŞ dolları məbləğində qeyd edilməsi və həmin müqavilələrin məhkəmə qaydasında ləğv olunmasında köməklik göstərilməsi ilə əlaqədar tanıdığı Zərərçəkmiş şəxs özünü V əkillər Kollegiyasının üzvü kimi hüquqmühafizə və məhkəmə orqanlarında əlaqələrə malik nüfuzlu şəxs qismində təqdim edib xidmət haqqı olaraq 1.500 manat və X6 hərəkətləri ilə əlaqədar aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinə Zərərçəkmiş şəxs bacısı Şahid9 adından müraciət edərək həmin polis bölməsində yüksək vəzifədə işləyən şəxs ilə yaxın münasibətlərinin olduğunu və həmin şəxs vasitəsi ilə borc məbləğinin azaldılmasına nail olmaq imkanına malik olmasını Zərərçəkmiş şəxs 2018-ci ilin may ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarının qarşısında yerləşən parkda görüşləri zamanı yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən polis bölməsində yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərər çəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2018-ci ilin may ayının sonlarında xidmət haqqı adı ilə cinayətdən xəbərsiz kürəkəni Şahid10 Natiq oğlu vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarının qarşısında yerləşən parkda 1.500 manat, 2018-ci ilin sentyabr ayında vəzifəli şəxsə rüşvət qismində çatdırılması üçün Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarının qarşısında yerləşən parkda 2.500 manat, eyni niyyətlə, 9 oktyabr 2018-ci il tarixdə 500 manat pul vəsaitini Zərərçəkmiş şəxs alıb şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkm iş şəxs məxsus ümumilikdə 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etmişdir.

4. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə yaşa görə əmək pensiyasının alınması və yaşa görə təyin edilmiş əmək pensiya məbləğinin artırılmasında köməklik göstərilməsi ilə bağlı 2018- ci ilin iyul-avqust aylarında cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs vasitəsi ilə özünə müraciət etmiş ayrı-ayrı şəxslərə sonuncu vasitəsi ilə özünü Vəkillər Kollegiyasının üzvü qismində dövlət q urumlarında əlaqələrə malik nüfuzlu şəxs kimi təqdim edib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni müsbət həll etdirə biləcəyini yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni əsassız olaraq yaşa görə əmək pensiyasının təyin edilməsinə və hesablanaraq təyin olunmuş yaşa görə əmək pensiya məbləğinin artırılmasına görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini ayrı-ayrı şəxslərə cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs vasitəsi ilə yalandan bildirərək, sonuncu vasitəsilə həmin şəxslərlə razılaşmaqla sövdələşib, eyni niyyətlə həmin şəxslərə məxsus müxtəlif məbləğdə, o cümlədən, 2018ci ilin iyul ayının əvvəllərində Şahid8 məxsus 1.000 (bir min) manat məbləğində, 2018-ci ilin iyul ayının əvvəllərində Şahid6 məxsus 1.000 (bir min) manat məbləğində, 2018-ci ilin iyul ayının ortalarında X3 məxsus 1.500 (bir min beş yüz) manat məbləğində, 2018ci ilin iyul ayının ortalarında Şahid12 məxsus 1.500 (bir min beş yüz) manat məbləğində, 2018-ci ilin iyul ayının sonlarında Şahid7 məxsus 1.500 (bir min beş yüz) manat məbləğində, 2018-ci ilin iyul ayının sonlarında Şahid9 məxsus 1.500 (bir min beş yüz) manat məbləğində, 2018-ci ilin iyul ayının sonlarında Şahid13 məxsus 1.500 (bir min beş yüz) manat məbləğində olmaqla, göstərilən qaydada 7 şəxsə məxsus ümumilikdə 9.500 ma nat məbləğində pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarının qarşısında yerləşən parkda cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs vasitəsi ilə alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 7 nəfərə məxsus cəmi 9.500 (doqquz min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyd edilən şəxslərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə həmin şəxsləri təkrarən təhrik etmişdir.

5. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçir mək məqsədilə ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması ilə əlaqədar Bakı İnzibati Məhkəməsində baxılan iş üzrə qarşılıqlı iddia ərizəsinin verilməsi və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə qeyd olunan yaşayış evindən pay alınması ilə əlaqədar iddia ərizəsinin təqdim edilməsi üçün özünü Vəkillər Kollegiyasının üzvü qismində hüquq- mühafizə və məhkəmə orqanlarında əlaqələrə malik nüfuzlu şəxs kimi təqdim edib qeyd olunan işlərdə vəkil olaraq xidmət göstərməsi müqabilində Şahid1 ilə danışaraq razılaşıb 2021-ci ilin iyun ayının əvvəllərindən 2021-ci ilin dekabr ayınadək olan müddətdə guya məhkəmə iclaslarının keçirilməsi və özünün də iştirak etməsini yalandan bildirib bu adla müxtəlif məbləğdə, o cümlədən nağd qaydada 17 iyun 2021-ci il tarixdə ünvan 5 ünvanında 500 manat, 2021-ci ilin iyu l ayında 400 manat, 2021-ci ilin avqust ayında 200 manat və həmin tarixdə 100 manat, 2021-ci ilin sentyabrnoyabr aylarında hissə-hissə olmaqla sonuncunun faktiki nikah münasibətlərində olduğu Şahid2 vasitəsi ilə 500 manat və anası Şahid3 vasitəsi ilə 100 manat olmaqla, cəmi 1.800 manat, Şahid1 adına "xxxx" ASC-də olan 4169********3684 nömrəli bank hesabından öz adına olan 4169********9817 nömrəli bank hesabına köçürmə yolu ilə isə 18 iyun 2021-ci il tarixdə 150 manat, 21 iyun 2021-ci il tarixdə 450 manat, 24 iyun 2021ci il tarixdə 160 manat, olmaqla, cəmi 760 manat pul vəsaitini almaqla, habelə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində yaşayış evindən pay alınması ilə əlaqədar baxılan iddia ərizəsi üzrə həmin məhkəmənin vəzifəli şəxsi olan hakimi ilə yaxın münasibətlərinin olduğunu və həmin şəxs vasitəsi ilə Şahid1 xeyrinə qətnamə qəbul olunmasına nail olmaq imkanına malik olmasını sonuncuya yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən məhkəmədə hakim vəzifəsində işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2021-ci ilin iyun ayının sonlarında ünvan 5 ünvanında 2.000 manat manat pul vəsaitini sonuncudan alıb şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus ümumilikdə 4.560 (dörd min beş yüz altmış) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid1 təkrarən təhrik etmişdir.

6. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin dekabr ayının əvvəllərində Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisində tanış olduğu Şahid11 idarə etdiyi “Mitsubishi L200” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən söhbətləri zamanı sonuncunun övladları Namaz Güləhmədov və X11 dövlətində yerləşən “Calgary” universitetində ali təhsil almaları və tədris ili üçün ödənilməli olan təhsil haqqının yüksək olması səbəbindən ödənilməsində çətinlik yaranması barədə müraciəti ilə əlaqədar özünü Vəkillər Kollegiyasının üzvü qismində dövlət qurumlarında əlaqələrə malik nüfuzlu şəxs kimi təqdim edib Təhsil Nazirliyində yüksək vəzifədə işləyən şəxs ilə yaxın münasibətlərinin olduğunu və həmin şəxs vasitəsi ilə guya təhsil haqqının dövlət hesabına ödənilməsinin mümkün olduğunu yalandan bildirib inandıraraq, həmin məsələnin müsbət həlli üçün qeyd edilən yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid11 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 5.600 (beş min altı yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib, sonuncunun razılığını almaqla sövdələşdi kdən sonra həmin adla 2021-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən “Cəviz” çay evinin qarşısında görüşərək 5.600 (beş min altı yüz) manat məbləğində pulu və Namaz Güləhmədov və Samir Güləhmədova aid pasportun surətini və universitetə aid məlumatları ondan alıb, əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid11 məxsus 5.600 (beş min altı yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid11 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə vahid niyyətlə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə Şahid11 təkrarən təhrik etmi şdir.

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X7 və X4 ibarət məhkəmə tərkibində) 27 dekabr 2023-cü il tarixli, 1(101)-184/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən Məhkum barəsində CM-in 32.4 və 312.2-ci maddələri ilə cinayət təqibinə xitam verilməsi, Zərərçəkmiş şəxs 4.500 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum cəza təyin edilməməsi, Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum Bakı Apellyasiya Məhkəməsinin 14 n oyabr 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmənin CM-in 71.5-ci maddəsinə əsasən ləğv edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarı ilə tənzimlənərək təsdiq edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş cəza ilə - 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdiril məklə Məhkum qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəza çəkməsinin başlanğıcının 17 iyun 2022-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs verdiyi 14.000 manat məbləğində pulun ödənilməsinə dair mülki iddianın təmin edilməsi, 14.000 manat məbləğində pulun Məhkum tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, iş üzrə zərərçəkmiş şəxslər Şahid3 və Şahid11 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zama nı mülki iddia verilmədiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun izah edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir.

8. Hökmdən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-184/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi və onun cəzadan azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət məhkəmə tərkibində) 14 noyabr 2024-cü il tarixli, 1(103)687/2024 nömrəli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məh kum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)184/2023 nömrəli, 27 dekabr 2023-cü il tarixli hökmünün dəyişdirilməsi, Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum Bakı Apellyasiya Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2015ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmənin Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarı ilə tənzimlənərək təsdiq edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırki qərarla təyin edilmiş cəza ilə - 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Məhkum qəti olaraq 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2024-cü il tarixli, 1(103)-687/2024 nömrəli qərarından Məhkum kassasiya şikayəti və kassasiya şikayəti nə əlavə (bundan sonra mətndə: kassasiya şikayəti) vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

11. Məhkum kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə o, əsassız olaraq Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Belə ki, o, müraciətinin dəlilləri qismində ittiham edildiyi bir sıra epizodlar üzrə məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə həmin epizodlar üzrə cinayət təqibinə xitam verməklə barəsində cəza təin edilməməsini, digər epizodlar üzrə isə əməlində cinayət tərkibi o lmaması əsası ilə barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

12. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

13. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlər inin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

18. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

20. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq Azərbayc an Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edildiyini iddia etsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

21. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2024-cü il tarixli, 1(103)-687/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

22. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

23. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

24. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

25. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

26. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

27. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli ü çün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

28. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

29. Məhkumun kassasiya şikayətindən görünür ki, o, törədilən cinayətin bəzi epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi, bəzi epizodlar üzrə cinayət işi materiallarında onun əməlinin CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu idd ia etməklə, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə onun əməlində bəzi epizodlara münasibətdə cinayət tərkibinin olmaması, bəzi epizodlara münasibətdə isə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

30. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

31. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qan unların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

32. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmi n halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

33. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması, bəzi epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahi sələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

34. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərin də hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

35. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyas iya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, həmçinin zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, SMS yazışmalar, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

36. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib o nları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

37. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi səbəbindən yeni məhkəmə baxışına təyin edilməsi üçün əsas yoxdur.

38. Bununla yanaşı, məhkəmə kollegiyası cəza məsələsini müzakirə edərək apellyasiya instansiyası məhkəməsinin məhkuma münasibətdə cəza təyini ilə əlaqədar CM-in 67.1ci maddəsi ilə qəti o laraq təyin edilmiş cəza mövqeyi ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiya məhkəməsi 14 noyabr 2024-cü il tarixli, 1(103)-687/2024 nömrəli qərarı ilə Məhkum barəsində CM-in 67.1-ci maddəsinə əsasən qəti cəza təyin edərkən cinayət qanunu normasının tələblərini pozmuş, həmin pozuntunu 23 noyabr 2024-cü il tarixli, 1(103)-687/2024 nömrəli “anlaşılmazlığın aradan qaldırılması” qərarı ilə düzəltməyə çalışsa da, buna nail olmamışdır.

39. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış 13 may 2022-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli hökmündən görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, on a 6 (altı) il 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin olunmuş cəzası CM-in 70-ci maddəsinə əsasən şərti hesab edilməklə 3 il sınaq müddəti təyin edilmişdir.

40. Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli hökmü «Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiq edilməklə tənzimlənmiş, əməli CM-in 178.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli kimi və cəzası 5 (beş) il müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilmişdir.

41. Bakı Apelyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 7(103)-173/2023 nömrəli qərarı ilə Məhku m barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunun tətbiqinə dair onun tərəfindən verilmiş ərizənin təmin edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(101)-5/2023 saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(101)-5/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

42. Azərbaycan Respublikası Ali Məhkəmənin 27 sentyabr 2024-cü il tarixli, 7(102)144/2024 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək dəyişdirilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarı ilə Məhkum təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza 3 (üç) il 9 (doqquz) aya endirilmiş, onun bu iş üzrə 11 ay 4 gün həbsdə saxlandığı müddət təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 il 9 ay 26 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.

43. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2024-cü il tarixli, 1(103)-687/2024 nömrəli qərarından görünür ki, məhkəmə Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etməni CM-in 71.5-ci maddəsinə əsasən ləğv edib, CM-in 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarı ilə tənzimlənərək təsdiq edilmiş 5 il müddətinə aza dlıqdan məhrum etmə cəzasını həmin qərarla təyin edilmiş cəza ilə - 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

44. Bununla da, apellyasiya instansiya məhkəməsi yekun məhkəmə qərarında məhkuma CM-in 67.1-ci maddəsi ilə qəti cəza təyini hissəsində Azərbaycan Respublikası Ali Məhkəmənin 27 sentyabr 2024-cü il tarixli, 7(102)-144/2024 nömrəli qərarı ilə müəyyən edilmiş tənzimləməni nəzərə almamış, məhkum barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarı ilə tənzimlənərək təsdiq edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasını həmin qərarla təyin edilmiş cəza ilə - 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

45. Qeyd edilən yanlışlığın aradan qaldırılması məqsədi ilə apellyasiya instansiya məhkəməsi 23 noyabr 2024-cü il tarixli, 1(103)-687/2024 nömrəli “anlaşılmazlığın aradan qaldırılması” haqqında qərar qəbul edərək, Azərbaycan Respublikası Ali Məhkəmənin 27 sentyabr 2024-cü il tarixli, 7(102)-144/2024 nömrəli qərarı ilə müəyyən edilmiş tənzimləməni nəzərə alaraq, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etməni CM-in 71.5-ci maddəsinə əsasən ləğv edib, CM-in 67.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəmənin 27 sentyabr 2024 -cü il tarixli, 7(102)-144/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarı ilə tənzimlənərək təsdiq edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasından saxlanılmış 2 il 9 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını öz qərarı ilə təyin edilmiş cəza ilə - 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

46. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi “anlaşılmazlığın aradan qaldırılması” haqqında qərarında Azərbaycan Respublikası Ali Məhkəmənin 27 sentyabr 2024-cü il tarixli, 7(102)-144/2024 nömrəli qərarı ilə müəyyən edilmiş tənzimləməni nəzərə aldığı göstərilsə də, faktiki olaraq bu nəzərə alınma CM-in 67.1-c i maddəsinə əsasən təyin edilmiş cəzaları qismən birləşdirilmə hissəsində öz əksini tapmamışdır. Belə ki, məhkəmə təyin etdiyi 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasını da qismən birləşdirərək qəti olaraq məhkum barəsində 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmə qənaətinə gəlmiş, eyni zamanda anlaşılmazlığı aradan qaldırarkən də təyin etdiyi 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə 2 il 9 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirərək qəti olaraq məhkum barəsində 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmə qənaətinə gəlmişdir.

47. Kassasiya kollegiyası qeyd edir ki, cinayət qanunu normalarının tələblərinə əsasən birinci hökm üzrə təyin olunm uş azadlıqdan məhrum etmə cəzası cinayət qanunu normalarının tətbiqi əsası ilə yüngülləşdirildikdən sonra şəxs tərəfindən yeni cinayət törədilmişdirsə, ikinci hökm üzrə təyin edilən yeni cəzaya yüngülləşdirilmiş cəzanın çəkilməmiş hissəsi birləşdirilməlidir.

48. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.

49. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Resp ublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

50. İş materialları ilə müəyyən edilir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkuma CM-in 67.1-ci maddəsi ilə qəti cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamış, məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilməmişdir.

51. Məhkəmə kollegiyası qeyd edilən halları qiymətləndirərək hesab edir ki, cəzanın məqsədinin təmin edilməsi üçün məhkum barəsində CM-in 67.1-ci maddəsinə əsasən təyin edilmiş qəti cəza endirilməlidir.

52. Qeyd olunanları yuxarıda sadalanan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağı instansiya məhkəməsinin məhkuma cəzanın qeyd edilən normaların tələblərini düzgün nəzərə alınmaması ilə təyin edildiyi müəyyən edilir.

53. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq h esab edir ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı məhkuma CM-in 67.1-ci maddəsi ilə qəti cəza təyini ilə bağlı hissədə dəyişdirilməli, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən azaldılmaqla, məhkum tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və təqsirkarın şəxsiyyətinə adekvat olaraq cəza təyin edilməsi məqsədəmüvafiqdir.

54. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2024-cü il tarixli, 1(103)-687/2024 nömrəli qərarı məhkuma CM-in 67.1-ci maddəsi ilə qəti cəza təyini hissəsində dəy işdirilməlidir.

55. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 14 noyabr 2024-cü il tarixli, 1(103)-687/2024 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum barəsində CM-in 67.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəmənin 27 sentyabr 2024-cü il tarixli, 7(102)-144/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarı ilə tənzimlənərək təsdiq edilmiş 2 il 9 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası apellyasiya instansiya məhkəməsin in xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəza ilə - 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, qəti olaraq ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar