Məhkəmə qərarları › İş №1(102)-1086/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1086/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1086/2021 24.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi),İlkin Əbulfəz oğlu Rəcəbov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, Aytac Səfa qızı Əhmədlinin katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyasi məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə xx.xx.1965-ci il tarixdə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən əvvəllər m əhkum olunmamış, Şirvan şəhəri, 20 yanvar küçəsi ev 16 mənzil 16 da qeydiyyatda olmaqla,Şirvan şəhəri,Xəqani küçəsi,ev 441 də yaşayan. Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şirvan şəhəri Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Ziya Müqərrəm oğlu) Məhkum – CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, 9 (doqquz)ay muddətə azadlığın məhdudlaşdirilması cəzasına məhkum edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmənin həmin hökmündən Məhku m tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən), Ə.E.Camalov və K.G.Bəşirov) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhəri Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum 04 iyul 2020-ci il tarixdə saat 10 radələrində Şirvan şəhəri Mahir Mirzəyev küçəsində yerləşən Retro MMC-nin anbarında olarkən həmin MMC-də dalandar işləyən Abdullayeva Elmira Surac qızl ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı sonuncunu diz nahiyəsindən təpiklə vurmaqla və itələyib yerə yıxmaqla ona sol diz oynağının hemartozu və iç yan bağların gərilməsi kimi sağla mlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya xarakterik xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi, barəsində olan cinayət işinə bəraət verici əsaslarla xitam verilməsi xahiş edilir. O hesab edirik, ona ittihamın verilməsi üçün əsas götürülmüş sübutlar ittiham üzrə müəyyən edilmiş halların təsdiqi üçün əsaslı deyildir. Cinayət işi üzrə əməlinin hüquqi tövsifində səhvə yol verilərək hərəkətlərinə hüquqi qiymət verilərkən əsassizlığa yol verilmiş və nəticədə ittiham üzrə cinayət əməli törətmiş olmayan şəxs olaraq verilmiş ittiham üzrə təqsirli hes ab edilmiş, cinayət hadisəsiylə bağlı hərəkətlərinə obyektiv hüququ qiymət verilməmiş, əldə edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və bununlada əsassizliğa yol verilmişdir. Bu səbəbdəndə cinayət işi üzrə ibtidai istintaqın gəlmiş olduğu düzgün olmayan nəticəyə əsaslanaraq məhkəmənin qərarının qanunsuz hesab edilməsi üçün əsaslar yaranmışdir. O bununla bağlı bildirir ki, zərərçəkmiş şəxslə heç bir zaman düşmənçliyi və ədalətsizliyi olmamışdir. Zərərçəkmiş şəxslə anbarda olan zaman ondan duru sabun istədikdə və ona duru sabun olmadığını bildirdikdə sonuncu bu sözündən əsəbləşərək demişdir ki, “ya sənə verər, ya mənə” Zəhra Heybətova da yalan göstərmişdir. Hadisə vaxtı Zəhra onun yanında olmuşdur. O bildirmişdir ki, Elmira Abdullayeva ekspertiziya rəyində olan xəsarətləri özü özünə yetir mişdir. Zərərçəkmiş Elmiranın onun üstünə şər atdığını bildirmişdir. Təqsirləndirilən şəxs ona ittihamla elan edilmiş əməl üzrə təqsirli hesab edilməyinə dair ittiham tərəfinin əsəslı sübutlari bazası olmamış, lakin buna baxmayaraq bu hal məhkəmə tərəfindəndə düzgün qiymətləndirilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə ibtidai istintaqın ziddiyətli və mötəbər olmayan sübutlarını əsas götürmüş, məhkəmə baxışında verilən ifadələrə düzgün hüquqi qiymət verməmiş, Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin, Azərbaycan Respublikasının CPM-nin 143-146 cı maddələrinin tələblərinə düzgün riyaət etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlə t ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili məhkum N.Fətəliyevin əməlinin Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili ilə razlaşmayaraq, həm birinci, həm də apellyasiya instansiy a məhkəmələrinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. İşin materiallarından göründüyü kimi Fətəliyev Natiq Kamandar oğlu, Abdullayeva Elmira Surac qızl ilə aralarında olan şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı sonuncunu diz nahiyəsindən təpiklə vurmaqla və itələyib yerə yıxmaqla ona sol diz oynağının hemartozu və iç yan bağların gərilməsi kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya xarakterik xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə o nda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndinə əsasən ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma edi şində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" 20 may 2011-ci il tarixli Qərarında qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya və apelyasiya instansiya məhkəmələri düzgün olaraq hesab etmişdir ki, hazırkı cinayət hadisəsi qaoalı yer sayılan anbarda baş vermişdir, həmin vaxt hadisə baş verən yerdə və onların ətraflarında insanlar olmamışdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirlənd irilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bu onun özünün qismən ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tıbbı ekspertizasının rəyi və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olm asınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən də görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, kassasiya şikayətində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum oğlunun barəsindəki 03 fevral 2021-ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 03 fevral 2021-ci il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar