Məhkəmə qərarları › İş №1(102)-1087/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1087/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1087/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Məhkum iştirakları ilə, Məhkum Gəncə Ağır Cinayətlər Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər Səmədov Xəqani Hacı oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1986-cı il tarixdə Ermənistan Respublikasının Vardenis (Basarkeçər) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun xx xxxxxx 2018-cı il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək həbsdə olduğu 6 (altı) ay 21 (iyirmi bir) gün təyin edilmiş cəzadan çıxılaraq üzərində 3 (üç) il 11 (on bir) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin X36 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü və 181.2.1-ci maddələri ilə, X37 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü və 181.2.1-ci maddələri ilə və X7 CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə tə qsirli bilinərək müxtəlif cəzalara məhkum edilmiş, zərər çəkmiş şəxslər (mülki iddiaçılar) X15, X16 və X20 tərəfindən verilmiş mülki iddialar isə tam təmin edilərək mülki cavabdehlər (təqsirləndirilən şəxslər) Məhkum, X7 və X17 600 (altı yüz) manat məbləğində pulun müştərək qaydada tutularaq X8, 8420 (səkkiz min dörd yüz iyirmi) manat məbləğində dəymiş zərər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 8450 (səkkiz min dörd yüz əlli) manat məbləğində pulun Məhkum, X7 və X17 müştərək qaydada tutularaq X9, 7600 (yeddi min altı yüz) manat məbləğində dəymiş zərər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 7630 (yeddi min altı yüz otuz) manat məbləğində pulun Məhkum, X7 və X17 müştərək qaydada tutularaq X11 ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, X36 və X37 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxxx 2018-ci il tarixdə saat 23 radələrində Məhkum idarə etdiyi “XX” markalı ** XX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Goranboy rayonu Qaradağlı kənd sakini X4 yaşadığı evin yaxınlığına gəlmiş, Məhkum gözətçilik etmiş, X1 və X2 birlikdə evin yaxınlığında avtomobildən düşüb evin həyətinin arxa tərəfindəki qapını açaraq oradan həyətə qanunsuz daxil olaraq dəmir alətlə yaşayış evinin qapısının kilidini sındıraraq evdən 300 manat dəyərində qızıl qırımlarını, 1 ədəd 100 manat dəyərində qızıl bilərzik, 1 ədəd 150 manat dəyərində Çin istehsalı olan markası istintaqa məlum olmayan sensor ekranlı mobil t elefon, 31 manat təşkil edən 1000 rus publunu, ümumilikdə 581 manat məbləğində əmlakı gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa X36, X37, Hacıyev X2 Aytən Dəmir qızı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddət ərzində, günü istintaqa məlum olmayan tarixdə Məhkum idarə etdiyi “XXX” markalı ** XX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə X30 məxsus Göy-göl şəhəri M.Gəncəvi küçəsi 15 saylı evin yaxınlığına gəlmiş, X1 ilə birlikdə həmin evin yaxınlığında avtomobildən düşmüş, X2 və Məhkum gözətçilik etmiş, X1 ilə birlikdə evin hasarından aşmaqla həyətə qanunsuz daxil olaraq evin pəncərəsinin qarşısına vurulmuş dəmir barmaqlığın arasına bərk küt əşya salıb pəncərəni açaraq evə qanuns uz daxil olub evdən 2400 manat dəyərində 1 ədəd 108 ekranlı “XX” markalı plazma televizoru və hər biri 70 manat olan 2 ədəd suvenir xəncəri, ümumilikdə 2540 manat məbləğində əmlakı gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa X36, X37 və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə keçən gecə Məhkum idarə etdiyi «XXX» markalı ** XX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə X21 məxsus Göy-göl rayonu Üçtəpə kəndində yerləşən evinin yaxınlığına gəlib X1 və X2 birlikdə avtomobildən düşərək evin həyətinə divarı aşmaqla qanunsuz olaraq keçib, daha sonra evin pəncərəsindən evə qanunsuz daxil olaraq evdə olan şalvarın cibindən 980 manat pulu, göy rəngli 60 manat dəyərində “Brioni” markalı cins şalvarı, güzgülü dolabın qarşısında olan 100 manat pulu, 1 cüt 70 manat dəyərində zamuş ayaqqabını, 1 ədəd 1000 manat dəyərində “ZZ" markalı noutbuku və 1 ədəd 700 manat dəyərində “XXXX" markalı qol saatını, ümumilikdə 2910 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa X37, Məhkum və X7 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddət ərzində X4 idarə etdiyi XXX markalı ** XX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə X25 məxsus Gəncə şəhəri Totanlı küçəsi 3-cü döngə, ev 15 S-də yerləşən evinin qarşısına gələrək X2 orada avtomobildən düşürmüş, bundan sonra divarı aşaraq həyətə, daha sonra isə həmin evin tavanından evə qanunsuz daxil olub evdə olan bir ədəd 700 manat dəyər ində 82 dioqanallı XXX markal televizoru, 1 ədəd 700 manat dəyərində 82 dioqanallı LG markalı televizoru, 1 ədəd 1000 manat dəyərində 18 qram qızıl boyunbağını, 1 ədəd 350 manat, dəyərində 5-lik qızılı, 1 ədəd 200 manat dəyərində suvenir xəncəri və 350 manat pulu, ümumilikdə 3300 manat məbləğində əmlakı gizli olaraq talayaraq oğurluq etmişlər. Bundan başqa X36, X37, Məhkum və X7 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən xx xxxxxx 2018-ci il tarixdə saat 01 radələrində Məhkum idarə etdiyi “XXX” markalı ** XX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Goranboy şəhəri 58-ci kvartalda olan X3 evinin qarşısına gələrək X1 və X2 orada avtomobildən düşərək birlikdə A2 həyətinə dəmir tordan aşmaqla, daha sonra evinin plastik pəncərəsini açaraq evə qanunsuz daxil olub evd ən 500 manat dəyərində bir ədəd “LL” markalı televizoru, 50 manat dəyərində qazan dəstini, 40 manat dəyərində boşqab dəstini, 30 manat dəyərində üç ədəd ləpə qablarını, 10 manat dəyərində mürəbbə qabını, 60 manat dəyərində iki ədəd yataq dəstini, 25 manat dəyərində altı ədəd büllur stəkanı, 10 manat dəyərində bir ədəd vannanı və yarımçıq kisədə olan 15 manat dəyərində 20 kiloqram kartofu, ümumilikdə 740 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa X36, Məhkum və X7 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən Məhkum idarə etdiyi “XXX” markalı ** XX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə xx.xx.2018-ci il tarixdə saat 21 radələrində Gəncə şəhər Qızılqaya qəsəbəsinə gələrək X8 məxsus Gəncə şəhər Qızılqaya qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında Adil Nuruyev avtomobildən düşmüş, bundan sonra isə pəncərəni açma yolu ilə A4 məxsus evə qanunsuz daxil olub yataq otağında olan dolabın siyirməsindən 600 manat pulunu gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa X36, Məhkum və X7 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən Məhkum idarə etdiyi “XXX” markalı ** XX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-dan 14:00-dək olan müddət ərzində X41 qrzının yaşadığı Samux rayonunun Sərkar kəndində yerləşən evinin qarşısına gələrək həmin evin qarşısında A2 avtomobildən düşmüş, Məhkum və Aytən Allahverdiyeva gözətçilik etmiş, A3 isə evin həyətinə, ordan isə evin pəncərəsindən mənzilə qanunsuz daxil olaraq evdən sonuncuya məxsus 1 ədəd 3000 manat dəy ərində qaşlı qızıl sırğa və üzük komplekti, 1 ədəd 550 manat dəyərində briliant qaşlı qızıl ağ nişan üzüyü, 1 ədəd 600 manat dəyərində briliant qaşlı qızıl nişan üzüyü, 1 ədəd 150 manat dəyərində firuzə qaşlı qızıl üzük, 1 ədəd 100 manat dəyərində üstündə “mələk” yazısı olan qızıl sep klon və biləzik dəsti, 1 ədəd 100 manat dəyərində üzərində “mələk" adı həkk olunmuş qızıl biləzik, 1 ədəd 100 manat dəyərində çərçivəli qızıl üzük, 1 ədəd 50 manat dəyərində qaşlı üzük, 1 ədəd 50 manat dəyərində içərisində 1912 nömrə yazısı olan sadə qızıl üzük, 1 ədəd 50 manat dəyərində yarpaq formalı qızıl sırğa, 1 ədəd 150 manat dəyərində İtaliya istehsalı olan boyunbağı klonu ilə birlikdə qızıl dəsti, 1 ədəd 2900 manat dəyərində “EE” firmasından olan bilərziklə qızıl saat dəsti, 1 ədəd 100 manat dəyərində içərisində “Çinarə” yazısı olan qızıl üzük, 1 ədəd 50 manat dəyərində qatar formalı biləzik, 1 ədəd 40 manat dəyərində qızıl suyuna salınmış saat və onun sırğası, 1 ədəd 50 manat dəyərində gümüşü boyunbağı, 1 ədəd 50 manat dəyərində biləzik, 1 ədəd 50 manat dəyərində tək qaş klonu olan boyunbağı, 2 ədəd 50 manat dəyərində sadə üzük, 1 ədəd 30 manat dəyərində “AA” firmasına məxsus TV aparatını, zərərçəkmiş AA məxsus ümumilikdə 8420 manat dəyərində xeyli miqdarda əmlakı, həmçinin, onunla bir ünvanda yaşayan baldızı X12 məxsus 1 ədəd 3000 manat dəyərində briliant qaşlı ağ qızıl dəsti olan sırğa, 1 ədəd 100 manat dəyərində olan bilərzik, 1 ədəd 250 manat dəyərində üzük, 1 ədəd 200 manat dəyərində olan kolye qızıl boyunbağı, 1 ədəd 400 manat dəyərində İtaliya istehsalı olan qızıl üzük, 1 ədə d 400 manat dəyərində olan sırğa dəsti, 1 ədəd 250 manat dəyərində 3 topaz üstlü qızıl üzük, 1 ədəd 500 manat dəyərində briliant qaşlı qızıl nişan üzüyü, 1 ədəd 300 manat dəyərində gül qaşlı bənövşəyi qızıl üzük, 1 ədəd 450 manat dəyərində sarı paxlava naxışlı briliant qaşlı qızıl üzük, 1 ədəd 250 manat dəyərində ulduz formalı qızıl üzük, 1 ədəd 200 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 200 manat dəyərində qızıl klon, 1 ədəd 150 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 100 manat dəyərində qız uşağına aid qırmızı qaşlı qızıl sırğa, 1 ədəd 50 manat dəyərində mavi rəngli klon, 1 ədəd 100 manat dəyərində ürək formalı klonla qızıl dəsti, 2 ədəd 100 manat dəyərində qaşlı qızıl üzük, 1 ədəd 200 manat dəyərində paxlava formalı brilliant qaşlı qızıl üzük və 400 manat pulu, zərərçəkmiş AA1 məxsus ü mumilikdə 7600 manat dəyərində xeyli miqdarda əmlakı gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa X36, X37, Məhkum və X7 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən Məhkum idarə etdiyi "XXX” markalı ** XX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddət ərzində günü istintaqa dəqiq məlum olmayan tarixdə X38 məxsus Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU-6 ətrafında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək X1 və X2 orada avtomobildən düşərək birlikdə evin həyətinə hasardan keçməklə oradan isə evin pəncərəsindən evə qanunsuz daxil olaraq evdən 550 manat dəyərində 2 ədəd xrustal gül qabını, 350 manat dəyərində 1 ədəd qazan dəstini, 70 manat dəyərində 1 ədəd meyvə qabını, 30 manat dəyərində 1 ədəd meyvə qabını, ümumilikdə 1000 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişlər. Bundan başqa X36, X37, Məhkum və X7 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrarən Məhkum idarə etdiyi "XXX” markalı ** XX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə xx xxxxxx 2018-ci il tarixdə saat 14 radələrində X13 yaşadığı Goranboy rayonunun Balakürd kəndinə gedərək X2 və X68 evinin qarçısında avtomobildən düşərək birlikdə həmin yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz keçib, sonra isə evin plastik pəncərəsini vint açanla açaraq evə qanunsuz daxil olub evdən 80 manat dəyərində 1 ədəd SSSS markalı mobil telefonu, 1 ədəd 100 manat dəyərində PP markalı avtomobil maqnitafonunu, 1 ədəd 150 manat dəyərində şirə -çəkən, 1 ədəd 85 manat dəyərində xəncəri, 1 ədə d 15 manat dəyərində xəncəri, 1 ədəd 17 manat dəyərində qatlanan ov bıçağını hər birinin dəyəri 2,50 olan altı ədəd “ZZ” markalı ov tüfənginin yarasız gilizlərini və 6 manat dəyərində 1 ədəd gün eynəyini, ümumilikdə 468 manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişlər. Hökmdən məhkumlar X36, X37 və Məhkum, zərərçəkmiş şəxslər X22 və X16 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə və ya cəza növünün dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyindən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğundan və himayəsində üç azyaşlı uşağı olduğundan bu hallar ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin dörddə üçündən çox olmayan müddətdə cəza təyin edilməsi, habelə onun haqqında CM-nin 62 və ya 70-ci madələrinin tətbiqi üçün əsas verməsinə baxmayaraq, birinci instansiya məhkəməsi əd alət və humanizm prinsipini pozmaqla ona həddindən artıq sərt cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə onun apellyasiya şikayətini təmin etməyərək həmin cəzanı yüngülləşdirməmişdir. Belə olan halda, o, apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında dəyişidirilməklə ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə və ya cəza növünün dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmış zərərçəkmiş şəxslər X39, X15, X52, X45, X32, X23, X16, X22, X10, X33, X26, X19, X34, X46, X24 naməlum səbəbdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsini rəhbər tut araq kassasiya şikayətinə zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində ona cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi, yaxud da təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPMnin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hö km və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayət liliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansi yası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Əvvəla, kassasiya şik ayətinin məzmunundan göründüyü kimi, Məhkum həmin şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və məhkəmələr tərəfindən onun barəsində qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalard an daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci mad dəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bi r konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ic timai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində üç azyaşlı uşağının olması, zərərçəkmiş şəxslər X39, X34, X54 ilə barışıq əldə etməsi, onlara dəyən maddi zərərin tam ödənilməsi, ona qarşı şikayət və tələblərinin olmaması, zərər çəkmiş şəxs X 3 ona qarşı şikayət və tələblərinin olmamasını, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyininin ümumi prinsiplərini, həm törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm də cəzanı yüngülləşdirən halları nəzərə alan birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində (həmin maddələrin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) kifayət qədər ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq cəza təyini ilə bağlı birinci instansiya məhkəməsinin gəldi yi nəticə ilə razılaşmışdır. İş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallara əsasən Məhkum onun təqsirli bindiyi CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasının yuxarı həddinin dörddə üçündən az olmayan müddətdə cəza təyin edlməli olması barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bununla məhkum həmin şikayətində CM-nin 60.1-ci maddəsinin tətbiq edilməsi barədə iddia irəli sürür. CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə ü çündən artıq ola bilməz. CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar isə aşağıdakılardır: - cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; - cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; - zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; - cinayət nəticəs ində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; İş materiallarının təhlili göstərir ki, sadalanan halların heç biri iş üzrə müəyyən edilməmiş, Məhkum digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərərək törətdiyi oğurluqluqlar nəticəsində zərər çəkmiş şəxslərin yalnız bir hissəsinə vurulmuş ziyan ödənilmiş və onlarla barışıq əldə olunmuş, digər zərərçəkmişlərə vurulmuş maddi zərər isə ödənilmədiyindən və aradan qaldırılmadığından birinci instansiya məhkəməsinin hökmü ilə onların mülki iddiaları tam həcmdə təmin edilərək oğurlanmış əmlakın dəyərinin iş üzrə məhkum olunmuş şəxslərdən, o cümlədən Məhkum müştərək qaydada tutulub zərər çəkmiş şəxslərin xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə bu hallar Məhkum barəsin də təyin edilmiş cəza müddətinin CM-nin 60.1-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən edilməsi üçün əsas vermir və əlavə olaraq qeyd edir ki, cinayət qanunvericiliyinin normaları təqsirkara onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tututlmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün (kassasiya şikayətində irəli sürülmüş digər tələb də bununla bağlıdır) həmin şəxsin barəsində CM-nin 62-ci maddəsində göstərilən müstəsna halların müəyyən edilməsini tələb edir. Belə ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıq la törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum hərəkətlərində müstəsna xarakter daşıyan cəzanı yüngülləşdirən halların müəyyən edilməməsinə, yəni onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməklə ona təyin olunmuş cəzanın təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüng ül cəzanın təyin edilməsi üçün əsasların olmamasına və bu baxımdan kassasiya şikayətində irələ sürülmüş tələbin təmin edilməsinin mümkün olmamasına dəlalət edir. Eyni zamanda, məhkəmə kollegiyası Məhkum haqqında CM-nin 70-ci maddəsinin də tətbiq edilməsini, yəni ona təyin olunmuş cəzanın şərti hesab edilməsi üçün də əsaslar görmür ona görə ki, CM-nin 70.1-ci maddəsinin tələblərinə görə, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri işə baxarkən Məhkum cəza çəkmədən islah oluna biləcəyini təsdiq edə n heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina etmişlər. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, həmin şikayətin təmin edilməməsi haqqında isə dövlət ittihamçısının çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməklə Məhkum CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı Məhkum aid hissədə və onun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4 19.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı Məhkum aid hissədə və onun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar