Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1087/2022 31.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədli oğlunun, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Əsədov Anar Əsədulla oğlunun iştirakı ilə, Məhkum1 Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum2 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov Azad Əli Ağa oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə) 04 noyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1982-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, xx evində yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 32.5,206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 2 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. xx xxxxxx 1995-ci il tarixdə Hacıqabul rayonu, Birinci Udulu kəndində anadan ol muş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Hxxn ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı tutul duğu 2 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən Məhkum1, onun müdafiəçisi Bayramzadə Xanlar Əsgər oğlu və Məhkum2 müdafiəçisi Əsədov Anar Əsədulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 19 yanvar 2022-ci il tarixli hökmü ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü elan olunmuş ittiham üzrə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən, həmin maddə ilə ona bəraət verilmiş, bununla əlaqədar olaraq Məhkum2 Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsinə dair göstəriş və müddəalar hökmdən xaric edilsin və onun üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilmiş və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona təyin edilmiş 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzas ı və hazırda Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə təyin olunan 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən tam toplamaq yolu ilə Məhkum1 cinayələrin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanın gəldiyi nəticəyə əsasən, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə qohumu Məhkum2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sə rhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə “Rza” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda ümumi təmiz çəkisi 54.466,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 12.870,485 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini, külli miqdarda ümumi təmiz çəkisi 2.587,2 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryə ki, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 19,96 qram təşkil edən 499 ədəd narkotik vasitə metadon həbini və külli miqdarda ümumi təmiz çəkisi 10.100 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Məhkum1 məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə psixotrop maddə metafetaminin 1 bükümdə olan 8,665 qramını Məhkum2 vermiş, 1 bükümdə olan 11,520 qramını üzərində saxlamış, qalan psixotrop maddə metafetamini 4.985,1 qram, 984,6 qram, 928,2 qram, 977,3 qram, 4.975,1 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 5 ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə heroini 4.996,1 qram, 4.989,7 qram, 597,2 qram, 957,1 qram, 967 qram, 984,1 qram, 988,2 qram, 4.997,1 qram, 5.003,6 qram, 5.004,4 qram, 4.990,8 qram, 4.991,6 qram, 5.011,9 qram, 4995,5 qram, 4.992,1 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 15 ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı 3.597,7 qram, 2.638,3 qram və 3.864,0 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda üç ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə tiryəki və qeyd edilən sayda narkotik vasitə metadon həbini bir ədəd bükümdə qablaşdırıb yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyıb orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 fevral 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum1 və Məhkum2 həmin gün saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərilərində şəxsi axtarış aparılan zaman külli miqdarda, ümumi təmiz çəkisi 11,520 qram psixotrop maddə metafetamin Məhkum1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 8,665 qram psixotrop maddə metafetamin Məhkum2 əynində olan göy rən gli cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 fevral 2021-ci il tarixdə saat 19:00-dan etibarən Məhkum1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə öz razılığı və iştirakı ilə baxış keçirilən zaman külli miqdarda ümumi təmiz çəkisi 12.850,3 qram psixotrop maddə metafetamin 1 ədəd qəhvəyi rəngli kisənin içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 4.985,1 qram, 984,6 qram, 928,2 qram, 977,3 qram, 4.975,1 qram olmaqla 5 ədəd bağlamada, külli miqdarda ümumi təmiz çəkisi 54.466,4 qram narkotik vasitə heroin üç ədəd ağ rəngli kisənin içərisindən ayrı-ayrılıqda təmiz çə kiləri 4.996,1 qram, 4.989,7 qram, 597,2 qram, 957,1 qram, 967 qram, 984,1 qram, 988,2 qram, 4.997,1 qram, 5.003,6 qram, 5.004,4 qram, 4.990,8 qram, 4.991,6 qram, 5.011,9 qram, 4.995,5 qram, 4.992,1 qram olmaqla 15 ədəd bağlamada külli miqdarda ümumi təmiz çəkisi 10.100 qram narkotik vasitə qurudulmuş marixuana 3.597,7 qram, 2.638,3 qram və 3.864,0 qram olmaqla 3 ədəd sellofan bağlamada külli miqdarda ümumi təmiz çəkisi 2.587,2 qram narkotik vasitə tiryək və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 19,96 qram təşkil edən 499 ədəd metadon həbi 1 ədəd ağ rəngli kisənin içərisində olmaqla mənzilin yataq otağından aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanın gəldiyi nəticəyə əsasən, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və kü lli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qohumu Məhkum1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiy yəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə “Rza” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda ümumi təmiz çəkisi 54.466,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 12.870,485 qram kustar üsulla hazırlanmış psixo trop maddə metafetamini, külli miqdarda ümumi təmiz çəkisi 2.587,2 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 19,96 qram təşkil edən 499 ədəd narkotik vasitə metadon həbini və külli miqdarda ümumi təmiz çəkisi 10.100 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Məhkum1 məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə psixotrop maddə metafetaminin 1 bükümdə olan 8,665 qramını Məhkum2 vermiş, 1 bükümdə olan 11,520 qramını üzərində saxlamış, qal an psixotrop maddə metamfetamini 4985,1 qram, 984,6 qram, 928,2 qram, 977,3 qram, 4975,1 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 5 ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə heroini 4996,1 qram, 4989,7 qram, 597,2 qram, 957,1 qram, 967 qram, 984,1 qram, 988,2 qram, 4997,1 qram, 5003,6 qram, 5.004,4 qram, 4.990,8 qram, 4.991,6 qram, 5.011,9 qram, 4.995,5 qram, 4.992,1 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 15 ədəd bükümdə qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı 3.597,7 qram, 2.638,3 qram və 3.864,0 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda 3 ədəd bükümdə qeyd edilən çəkidə narkotik vasitə tiryəki və qeyd edilən sayda narkotik vasitə metadon həbini 1 ədəd bükümdə qablaşdırıb yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədİ qəsəbəsi, Binəqədi-Xırd alan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə daşıyıb orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 fevral 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum1 və Məhkum2 həmin gün saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərilərində şəxsi axtarış aparılan zaman külli miqdarda, ümumi təmiz çəkisi 11,520 qram psixotrop maddə metafetamin Məhkum1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, 1 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 8,665 qram psixotrop maddə metafetamin Məhkum2 əynində olan göy rəngli cins şalvann sol yan cibindən 1 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2 fevral 2021-ci il tarixdə saat 19:00-dan etibarən Məhkum1 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, 1-ci mədən, korpus 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə öz razılığı və iştirakı ilə baxış keçirilən zaman külli miqdarda ümumi təmiz çəkisi 12.850,3 qram psixotrop maddə metafetamin bir ədəd qəhvəyi rəngli kisənin içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 4.985,1 qram, 984,6 qram, 928,2 qram, 977,3 qram, 4.975,1 qram olmaqla 5 ədəd bağlamada kül li miqdarda ümumi təmiz çəkisi 54.466,4 qram narkotik vasitə heroin 3 ədəd ağ rəngli kisənin içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 4.996,1 qram, 4.989,7 qram, 597,2 qram, 957,1 qram, 967 qram, 984,1 qram, 988,2 qram, 4.997,1 qram, 5.003,6 qram, 5.004,4 qram, 4.990,8 qram, 4.991,6 qram, 5.011,9 qram, 4.995,5 qram, 4.992,1 qram olmaqla 15 ədəd bağlamada külli miqdarda ümumi təmiz çəkisi 10.100 qram narkotik vasitə qurudulmuş marixuana 3.597,7 qram, 2.638,3 qram və 3.864,0 qram olmaqla 3 ədəd sellofan bağlamada külli miqdarda ümumi təmiz çəkisi 2.587,2 qram narkotik vasitə tiryək və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 19,96 qram təşkil edən 499 ədəd metadon həbi 1 ədəd ağ rəngli kisənin içərisində olmaqla mənzilin yataq otağından aşkar edilərək götürülmüşdür. KASSASİYA PROT ESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq məhkumların əməllərini tövsifində səhvə yol verildiyindən, eləcə də cinayət və cinayətprosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin hökm əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, Məhkum1 2017-ci il tarixdə İran İslam Respublikasında olduğu zaman həmin yerdə Rza adlı şəxs ilə tanış olmuş, 2020-ci ilin dekabr ayının ortalarında Rza adlı şəxs ilə danışanda maddi imkanının zəif olduğunu bildirmiş, Rza adlı şəxs də narkotik vasitə göndərəcəyini, ünvanlara çatdırmağı və müqabilində yaxşı pul verəcəyini bildirmişdir. Narkotik vasitəni əlbəəl satmayacağı üçün razılıq vermişdir. Həmdə Rza adlı şəxs birinci dəfə dediyi ünvanlara narkotik vasitə çatdırmağı müqabilində 8.000 manat pul verəcəkdir. Həvəslənib onunla razılaşmışdır. Elə həmin ərəfələrdə xalası oğlu Məhkum2 onun yaşadığı ünvana gəlmişdir. 2021-ci ilin yanvar ayının əvvəlləri onunla söhbət edən zaman narkotik vasitənin satışı ilə məşğul olduğunu bildirmişdir və demişdir ki, narkotik vasitəni deyilən ünvana çatdıranda pul almışdır. 21 yanvar 2021-ci il tarixdə Rza adlı şəxs ona bildirmişdir ki, narkotik vasitə və psixotrop maddə istəyən şəxslər var, buna görə də 1 ədəd bükümdə narkotik vasitəni və 1 ədəd bükümdə psixotrop maddəni yaşadığı evin yaxınlığındakı hündür evin hasarının dibinə qoy. Buna görə 200 manat xalası oğlu Məhkum2 pul vermişdir ki, 1 ədəd bükümdə psixotrop maddə metafetamini ünvana çatdırsın. Səbuhi də etiraz etmədən razılaşmış, pulu götürüb cibinə qoymuş və 1 ədəd sellofanda olan 2 ədəd bükümü deyilən ünvana çatdırmışdır. Həmin günün səhəri, 22 yanvar 2021-ci il tarixdə o, yenidən 1 ədəd bükümdə psixotrop maddə metafetamini Səbuhiyə vermişdir ki, əvvəl qoyduğu ünvana qoyub gəlsin. Səbuhi də etiraz etmədən razılaşmış və metafetamini dediyi ünvana qoyub evə qayıtmışdır. Məhkəmə təcrübəsindən də görünür ki, bir sıra hallarda qaçaqmalçılıq cinayətinin iştirakçıları bir-birləri ilə müxtəlif vasitələrlə (hər-hansı şəxsin vasitəçiliyi, telefon əlaqəsi və s.) əlaqə saxlamaqla malların qaçaqmalçılıq yolu ilə keçirilmə si barədə razılığa gəlir və qrupun bir üzvü həmin malları sərhəddən qanunsuz keçirməyi, digər üzvləri isə həmin malları birbaşa keçirilmə yerində və ya razılaşdırılmış başqa yerlərdən götürməyi öz öhdələrinə götürürlər. Bu baxımdan iş üzrə toplanmış sübutlardan görünür ki, Məhkum1 şəxsiyyəti istintaqa məlum olmayan iran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayaraq narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışını həyata keçirməsi barədə razılaşmış, daha sonra Məhkum1 və Məhkum2 birlikdə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətiriməsinə nail olduqları narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmişlər. Bu hal isə özlüyündə Məhkum2 qaçaqmalçılıq cinayətinin iştirakçısı olmasını istisna etmir. Beləliklə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya onun təqsirliliyinin sübuta yetirilməməsi kimi digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli hökmünü hər iki məhkuma münasibətdə ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində çıxış edən müdafiəçi A.Ə.Əsədov kassasiya protestinin heç bir hüquqi əsası olmadığını, Məhkum2 istintaqa məlum olmayan İran vətəndaşı ilə heç bir tanışlığının olmadığını, Məhkum1 onun əleyhinə heç bir ifadə vermədiyini bildirib, kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədli oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya ko llegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumların əməllərinin düzgün tövsif edilmədiyi, Məhkum2 32.5, 206.3.2-ci maddəsi ilə əsassız olaraq b əraət verildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yal nız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətin ə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərin i əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Qeyd edilən normaların tələbləri baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkumlar Məhkum1 və Məhkum2 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etməsi, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmələri və daşımaları ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Lakin apellyasiya baxışı zamanı, Məhkum2 qaçaqmalçılığın predmetini təşkil edən malların və digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsində bilavasitə köməkçi olmaması müəyyən edilmiş, CM-nin 32.5,206.3.2-ci maddəsinə ilə ona bəraət verilmiş, Qadir Balaqardaşovun qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmədiyindən onun əməli CM-nin 32.5,206.3.2-ci maddəsindən CM-nin 32.5, 206.2-ci maddəsinə tövsif edilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, məhkəmələrin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Belə ki, şəxsin qaçaqmalçılıq cinayətini bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. Azərbaycan Respublikası GM-nin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrik ötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cü mlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu baxımdan iş materiallarında olan və kassasiya protestində istinad edilən sübutların heç birində belə bir məlumat yoxdur ki, Məhkum1 CM-nin 206.3.2-ci maddəsi ilə cinayətin törədilməsində qabaqcadan əlbir olan bir qrupun tərkibində qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri qrupun digər üzvləri ilə birgə icra etsin, yəni qaçaq malını Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar birgə keçirmiş olsun. Bundan başqa, apellyasiya məhkəməsində işin sübut olunmuş hallarına görə narkotik vasitələrin qaçaqmalçılığını bir nəfər icra etmişdir (hətta ittihamda və məhkəmənin müəyyən edilmiş saydıqları cinayətin təsvirində belə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini şəxsiyyəti bəlli olmayan İran İslam Respublikasında “Rza” adlı şəxsin yerinə yetirməsi, onun tərəfindən narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilib Azərbaycan Respublikasının ərazisində gizlədilməsi göstərilmişdir). İşdə olan sübutlara görə İran İslam Respublikasında olan “Rza” adlı şəxs narkotik vasitənin əl də edilməsi, Azərbaycan Respublikasına göndərilməsi barədə danışıqlarda Məhkum1 iştirak etsə də, Məhkum2 ümumiyyətlə iştirak etməmişdir. “Rza” adlı şəxslə Məhkum1 əlaqə qurub İranlı tərəfindən narkotik vasitə qaçaqmalçılıqla Azərbaycan Respublikasına keçirildikdən sonra razılaşdıqları yerdən həmin vasitəni götürəcəyini ona qabaqcadan vəd etmişdir. Məhkum2 isə müstəsna olaraq Məhkum1 ilə narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi barədə, artıq narkotik vasitə onun rolu olmadan İİR-nın istintaqa məlum olmayan vətəndaşı tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilib Azərbaycan Respublikası ərizisində gizlədildikdən, yəni qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra həmin yerdən narkotik vasitənin götürülüb daşınması barədə qabaqcadan razı laşıb Məhkum1la birgə satış məqsədilə narkotik vasitənin əldə edilməsi və polis tərəfindən saxlanıldıqları anadək daşınması cinayətini həyata keçirmişlər. Apellyasiya məhkəməsi də haqlı olaraq Narkotik vasitənin qaçaqmalçılığı cinayətinə münasibətdə Məhkum2 hərəkətləri özündə iştirakçılığın nə obyektiv, nə də ki, subyektiv əlamətlərini əks etdirmədiyindən Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin nəzərdə tutduğu cinayətdə köməkçi qismində iştirak etməsi kimi qiymətləndirməmişdir. Apellyasiya məhkəməsi işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanununun müvafiq maddəsi ilə və qeyd olunan Plenum Qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum2 ə məllərini isə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Məhkəmə belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların mə cmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar məhkəmənin gəldiyi nəticəyə uyğun Məhkum1 və Məhkum2 təqsirinin təsdiq edilməsi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar apellyasiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkəmələr tərəfindən məhkumlara təyin edilmiş cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlə rin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayələrində azyaşlı uşaqlarının olmasını) və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə kifayət qədər ədalətli cəza təyin edilmişdir. Qeyd edilən dəlillərə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsas lı olduğundan məhkum dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum2 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1087/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1087/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver