Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1088/2018 26.07.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-1088/18 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 19 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 iştirakı ilə, Lənkəran rayon məhkəməsinin xx xx2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Lənkəran rayon məhkəməsinin xx xx2018-ci il tarixli, 1(049)-XX/2018 saylı hökmü ilə (sədrlik edən X1) xx xx 1976-cı il tarixdə Lənkəran rayonunun Nərimanabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasınıciddi rejimlicəzaçəkməmüəssisəsindəçəkməsi, cəzaçəkməmüddətininəvvəlixx xx2018-ciiltarixdənhesablanması, onunbarəsindəseçilmiş «polisin nəzarəti altına vermə» qətimkantədbiridəyişdirilərək «həbs» qətimkantədbiriiləəvəzedilsinvəo, məhkəməiclaszalındandərhalhəbsedilməsi, barəsindəseçilmiş «həbs» qətimkantədbirihökmqanuniqüvvəyəminənədəkdəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-in 93.1.4-cü maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi, ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınması, işüzrəmaddisübut kimi tanınmış “Kamaz” markalı yük avtomobilinin işlənmiş dörd ədəd mühərrik silindiri (porşen), bir ədəd işlənmiş mühərrik başlığı (qalovka), iki ədəd işlənmiş əyləc sisteminin arxa sıxıcıları (nakladka) zərər çəkmiş şəxs X 3 qaytarılması nəzərə alınması, iş üzrə mülki iddia və məhkəmə xərci olmaması hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə 06 oktyabr 2017-ci il tarixdə, saat 20 radələrində qonşusu X2 yaşadığı Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən evinin həyətinə, yəni yaşayış sahəsinə qanunsuz daxil olaraq həmin evin zirzəmisinə girib A1 bir ədəd ağ polietilen kisədə saxladığı və sonuncuya məxsus, “Kamaz” markalı yük avtomobilinə aid ümumi qiyməti 84 manat olan dörd ədəd işlənmiş mühərrik silindrini (porşen), qiyməti 48 manat olan bir bir ədəd işlənmiş mühərrik başlığını (qolovka), bir ədədinin qiyməti 2 5 manat, digərinin cəmi qiyməti 14 manat olan işlənmiş iki ədəd əyləc sisteminin arxa sıxıcılarını (nakladka), ümumilikdə isə 171 manat qiymətində olan əşyalarını gizli olaraq götürüb gəldiyi yolla küçəyə çıxmış və yaşadığı öz evinə tərəf hərəkətdə olarkən özgə əmlakını gizli olaraq talamaqla oğurluq cinayəti törətməsi əməlini başa çatdırmamış, A1 onun bu kimi hərəkətlərini görüb əşyalarının qaytarılmasını tələb etmiş, lakin o, zərərçəkmiş şəxs tərəfindən artıq onun oğurluq etməsinin aşkar olunduğunu dərk etsə də, buna məhəl qoymadan oğurladığı əmlakı özündə saxlamaq və gizlətmək məqsədilə əmlakın qanunsuz olaraq götürməsindən ibarət hərəkətlərini davam etdirib zərər çəkmiş şəxsin gözü qarşısında taladığı əmlakı öz yaşadığı evinin həyətinə aparıb və giriş qapısından içəri daxil olub sağ tə rəfdə yerə atmaqla A1 yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Ə.Ə.Novruzov (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və R.M.Cəfərovdan ibarət tərkibdə) xx xx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və faktlar araşdırılmamış, yüngülləşdirici hallar nəzərə alınmadan onun barəsində qanu nsuz qərar çıxarılmışdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.10-cu maddələrini və həmin Məcəllənin 10-cu maddəsinin tələblərini nəzərə alaraq onun əməlinin Azərbaycan Respublikası CM-in 180.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2-ci maddəsinə tövsif edilərək, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativ cəzanın təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə zərər çəkmiş şəxs A1 məhkəmə kollegiyasına etiraz göndərərək Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, ka ssasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmişdir.. Buna görə də məhkəməkollegiyasıAzərbaycanRespublikasıCinayət Prosessual Məcəlləasinin 419.4-cümaddəsinəəsasənişəonun iştiraklarıolmadanbaxılmasınımümkünhesabetmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxa raq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Hazırkı kassasiya şikayətində Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinə tövsif edilərək, cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativ cəzanın təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından görünür k i, Məhkum cinayət əməli AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Lənkəran rayon məhkəməsinin xx xx2018-ci il tarixli hökmü ilə Azərbaycan RespublikasıCM-in 180.2.3-cü maddəsinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində Məhkum apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Cinayətişininmateriallarındanvəməhkəmətərəfindənqəbuledilmişyekunməhkəməaktındangö rü nürki, Məhkum ittihamolunduğucinayətəməlinitörətməsihalları, buhallarıtəsdiqedənifadələrvəibtidaiaraşdırmazamanıqanuniüsullarlatoplanmışbaşqasübutlarbirinci və apellyasiyainstansiyaməhkəməsininməhkəməiclaslarındatam, hərtərəflivəobyektivaraşdırılmış, ətraflıtəhliledilmiş, həminiclasdasübutlarıntoplanmasıvəaraşdırılmasızamanıprosessualpozuntulara, ocümlədəntəqsirləndirilənşəxsinAzərbaycanRespublikasıCPM-in 91cimaddəsindənəzərdətutulmuşhüquqlarınınpozulmasınavəyabuhüquqlarınhəyatakeçirilməsininməh dudlaşdırılmasınayolverilməsi, sübutlarıntədqiqindənəsassızimtinaolunmasıvəyolverilməzsübutlardanistifadəedilməsimüəyyənedil məmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xx2005-ci il tarixli qərar ının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərədə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq, təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 5-ci bəndinə əsasən oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı sa xlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq kimi tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Məhkum özgə əmlakını gizli olaraq talamaqla oğurluq cinayəti törətməsi əməli başa çatmamış A1 tərəfindən aşkarlanmış, zərər çəkmiş şəxsin oğurluq hadisəsini görüb dərk etməsini bilib gizli olaraq oğurladığı əmlakı saxlamaq və gizlətmək üçün öz həyətinə apararaq əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirməsi səbəbindən soyğunçuluq, yəni əmlakın açıq olaraq talamaya keçmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əl amətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddəöz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir.Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı Məhkum törətdiyi cinayət əməlinin CM-in 180.2.3-cü maddəsi ilə tövsifi özünün, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə tədqiq olunmuş digər sübutlarla təsdiq olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, heç bir şübhə doğurmayan bu sübutlar əsasında işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 180.2.3-cü maddəsi ilə təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən etməyərək onun əməlinin Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinə tövsif edilməsini mümkün hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayətəməliAzərbaycan Respublikası CM-in 180.2.3-cü maddəsiilədüzgüntövsifedilmişdir. Cinayət işinin materiallarınd an görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, işin hallarını,o cümlədən əməlindən peşman olmasını yüngülləşdirən hal kimi nəzərə almış, CM-in 61.1.1-ci maddəsinə əsasən isə cinayətin residivini isə cəzasını ağırlaşdıranhal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun i slah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və c əzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətininMəhkum apellyasiya instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən yüngülləşdirən halların məhkəmə tərəfindən nəzərə alınmaması barədə dəlilləri əsaslı hesab edilməməlidir. Belə ki, kassasiya şikayətində və yuxarıda sadalanan hallar AR CM-nin 59-cu maddəsində sadalanan, yəni cəzanı yüngülləşdirən hallar sırasına aid edilmiş və məhkəmə tərəfindən Məhkum cəza təyin edilərkən artıq nəzərə alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası da kassasiya şikayətində göstərilən halları nəzərə almaqla, Məhkum barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativ cəzanın təyin edilməsini mümkün saymır. Cinayə t işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanununda nəzərdə tutulmuş yüngülləşdirici halları, ağırlaşdırıcı halın olmamasını, habelə yuxarıda qeyd olunan normaların və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının müddəalarına tam əməl etmiş, törədilmiş cinayətin xarakterini, əməlin ictimai təhlükəlilik dərəcəsini və məhkumun ailə vəziyyətini nəzərə almaqla qanuni və ədalətli cəza təyin etmişdir. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola bilə cək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov
Məhkəmə qərarları › İş №1(102)-1088/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1088/2018
26.07.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver