Məhkəmə qərarları › İş №1(102)-1088/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1088/2019

23.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1088/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 240.3.2 və 308.2-ci maddələr i ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Abasov Əliövsəd Məzahir oğlu, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) xx xxxxxx 1969-cu ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, «xxxx» MMC-nin aptekinin rəhbəri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə və dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzalarını ayrı-ayrılıqda qismən toplamaqla və əlavə cəzanı əsas cəzaya birləşdirməklə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X4 və X8 da məhkum olunmuşlar. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədilə qanunsuz əldə edərək saxlamaqla qanunsuz satmış, vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq sə lahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, “xxxx” MMC-yə məxsus ünvan 3 ünvanında fəaliyyət göstərən aptekə 18.10.2017-ci il tarixli 7E-24099 nömrəli etibarnamə ilə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol veri lən (müki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinə əsasən narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışı üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xüsusi icazə alınmalı olmasına baxmayaraq, qeyd olunan tələblərə əməl etməyib xüsusi icazə alınmadan güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olmaq barədə rəhbərlik etdiyi aptekin satıcıları X8, X4 və şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri ilə əvvəlcədən razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 2018-ci ilin yanvar ayının sonlarında istintaqa məlum olmayan mənbədən təsiredici maddəsinin ümumi miqdarı 307,5 qram (bir ədəd həbin təsiredici maddəsinin miqdarı 0,15 qram olmaqla), yəni külli miqdar təşkil edən 2050 həbdən ibarət tramadol tərkibli "Contramal 150 mq” adlı dərman vasitəsini, yəni narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədilə qanunsuz əldə edərək həmin aptekdə saxlamış, külli miqdarda güclü təsir edən maddə hesab edilən təsiredici maddəsinin ümumi miqdarı 7,5 qram olan olan ümumilikdə 50 ədəd həbdən ibarət qanunsuz saxladıqları “Contramal 150 mq” adlı dərman vasitəsindən 05 fevral 2018-ci il tarixdə saat 1530 radələrində 30 həbini 45 manata X8, eyni tarixdə saat 1620 radələrində 20 həbini 30 manata X4 vasitəsilə qanunsuz olaraq Şahid1 satmaqla əhalinin sağlamlığının təhlükəsizliyinin qorunması sahəsində dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vu rmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hökmdən Məhkum müdafiəçisi E.M.Quliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Bayramov Əmir Novruz oğlu, hakimlər Qasımov Əflatun İbrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 20 sentyabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edib Cinayət Məcəll əsinin 240.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən az cəza təyin edilməsi və Cinayət Məcəlləsinin 308.2-ci maddəsinə münasibətdə cinayət işinə hissəvi xitam verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamı qərəzli şəkildə təsdiq edən hökm çıxarmış, apellyasiya məhkəməsi isə həmin hökmü təsdiq edən qərar qəbul etmişdir. O, vəzifəli şəxs hesab olunmadığına görə, əməli ona qarşı irəli sürülmüş CM-nin 308.2-ci maddəsinin təsiri altına düşmür, hətta vəzifəli şəxs olsa belə, əməli ağır nəticələrə səbəb olmadığından həmin maddə ilə tövsif oluna bilməz. İbtidai istintaq orqanı onun əməlini CM-nin 308.2-ci maddəsinə tövsif edərkən hansı “ağır nəticələrin” baş verdiyini sübut edən hər hansı bir sənədi iş materiallarına əlavə etməmişdir. Cinayət qanunvericiliyinin tələbləri baxımından “ağır nəticələr” dedikdə, dövlət, idarə və müəssisələrinin işini pozma, vətəndaşlara, dövlətə və ayrı-ayrı təşkilatlara əmlak xarakterli mühüm ziyan vurma və s. başa düşülür. Onun icazəsiz “Contramol 150 mg” dərman vasitələrinin satışını həyata keçirməsi hər hansı dövlət, idarə və müəssisələrinin işini pozma, vətəndaşlara, dövlətə və ayrı-ayrı təşkilatlara əmlak xarakterli mühüm ziyan vurma kimi qiymətləndirilə bilməz. Həmçinin, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş və apellyasiya məhkəməsinin qərarı ilə qüvvədə saxlanılan cəza onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmamaqla olduqca sərtdir. Odur ki, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edib Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən az cəza təyin edilməsi və Cinayət Məcəlləsinin 308.2-ci maddəsinə münasibətdə cinayət işinə hissəvi xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasi ya şikayət qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qərarı isə qismən ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası qanunun bu tələbinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi, bunun təsdiq olunduğu inkar edilmir, əmə lin həm də Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə tövsif edilməli olmadığı iddia olunur və bununla əlaqədar bir sıra dəlillərə istinad olunur. Həmin dəlillərlə əlaqədar məhkəmə kollegiyası ittiham tərəfinin təqdim etdiyi, məhkəmə iclasında tədqiq edilmiş sübutları, onlarda olan məlumatları bir daha təhlil edərək belə qənaətə gəlir ki, həmin sübutlarda olan məlumatlar, bu məlumatların məcmusu Məhkum Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirinin sübut edilmiş hesab olunması üçün əsas vermir. Bu məsələlərlə əlaqədar məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi hökmdə əməlin Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə də düzgün olaraq tövsif olunduğunu qeyd etməklə kifayətlənmiş, nəyə, hansı sübutlara, hansı normanın müddəalarına, hansı məhkəmə təcrübəsinə əsaslanaraq belə qənaətə gəldiyini açıqlamamış, bu baxımdan həmin məsələ üzrə mövqeyini faktiki olaraq heç cür əsaslandırmamışdır. İttihamın həmin hissədə təsdiq edilib-edilmədiyi məsələsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 308-ci maddəsinin dispozisiyasına görə, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda cinayət məsuliyyəti yaranır. Göründüyü kimi, həmin maddə ilə törədilən cinayətin subyekti vəzifəli şəxsdir (xüsusi subyekt). Həmin maddənin qeydində birmənalı olaraq göstərilmişdir ki, “...bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; dövlət orqanlarında seçkili vəzifələrə nami zədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar...”. Mübahisəsizdir ki, şəxsin Azərbaycan Respublikası CM-nin 308-ci maddəsi ilə cinayət törədib-törətmədiyi məsələsi həll edilərkən onun vəzifəli şəxs olub-olmadığı aydınlaşdırılmalı, vəzifəli şəxs olduğu müəyyən edildiyi halda, hansı vəzifə səlahiyyətlərinə malik olduğu, onların hansılarından sui-istifadə etdiyi dəqiqləşdirilməli, nəticəsindən asılı olaraq cinayətin törədilib-törədilmədiyi barədə fikir söylənilməlidir. İttihamın özündə Məhkum vəzifəsinin Azərbaycan Respublikası CPM-nin 308-ci maddəsinin qeydindəki və zifələrin hansına aid edildiyi göstərilməmiş və belə bir ifadə də əks etdirilməmişdir ki, Məhkum icra etdiyi vəzifənin (ittiham tərəfinin mülahizəsinə görə) qeyddə göstərilən vəzifələrin hər hansı birinə aid olduğu barədə fikir söyləməyə əsas versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il Qərarında göstərilmişdir ki, CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyrikommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir. Məhkəmə kollegiyası vurğulayır ki, iş materiallarından göründüyü kimi, Məhkum Azərbaycan Respublikası CM-nin 308-ci maddəsinin qeydində göstərilənlərə aid hər hansı bir vəzifədə çalışmamış, həmin qeyddə sadalanan təşkilatların işçisi olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə görə işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin maddənin 5 və 9-cu bəndlərində isə göstərilmişdir ki, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. İş materiallarından görünür ki, Məhkum aptek və ya “xxxx” MMC-nin, yaxud onun təsisçisi ilə əmək müqaviləsi bağlanmamış, əmək münasibətləri, onun əmək funksiyaları, vəzifələri və səlahiyyətləri müəy yən edilməmişdir. İş materiallarından görünür ki, “xxxx” MMC-nin təsisçisinin Məhkum həmin MMC-yə və ya aptekə hər hansı bir vəzifəyə təyin etməsi barədə qərar və ya əmr mövcud deyildir. İttiham tərəfinin istinad etdiyi 18 oktyabr 2017-ci il tarixli etibarnaməyə və mağazanın icarə müqaviləsinə gəldikdə isə qeyd olunmalıdır ki, bu sənədlərin heç biri Məhkum MMC-də və ya aptekdə hər hansı bir vəzifə tutmasına, bununla əlaqədar müvafiq səlahiyyətlərə (o cümlədən dərmanların satışı ilə bağlı) malik olmasına dəlalət edən sənəd kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, həmin sənədlərdə Məhkum MMC-nin və ya aptekin idarə edilməsi ilə bağlı funksiyaları, vəzifələri və səlahiyyətləri müəyyən edilməmişdir. Etibarnamənin mətnindən birmənalı olaraq görünür ki, “xxxx” MMC–nin adından Şahid3 Məhkum v ergi və digər orqanlarda MMC-ni təmsil etməyi, sənədləşmə işləri aparmağı, bütün vergi və bank əməliyyatları aparmağı, sənədləri toplamağı, təqdim etməyi, ərizə yazmağı, bütün sənədləri imzalamağı etibar etmiş və sonuncuya başqa hər hansı bir səlahiyyəti verməmişdir. Göründüyü kimi, ittihamda göstərilmiş və ittiham aktında istinad olunan həmin etibarnamədə MMC-nin və ya aptekin bilavasitə idarə edilməsinin Məhkum tapşırıldığı barədə məlumat yoxdur. İş materiallarında olan müvafiq bildirişlərin sürətlərindən də görünür ki, MMC-yə işçiləri də Məhkum deyil, digər şəxs işə götürmüşdür (əmək müqaviləsi bağlamışdır). Bunlara baxmayaraq, ittihamın özündə Məhkum MMC-yə məxsus aptekə etibarnamə ilə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi göstərilmişdir. Bundan başqa, ittiham aktında və hökmdə vəzifəli şəxsin hansı atributlarının mövcud olduğu açıqlanmadığı halda, iddia edilir ki, Məhkum qanunsuz hərəkətləri xidməti vəzifəsinin icrası ilə əlaqədar, qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməklə törətmişdir. Lakin ittiham aktında və hökmdə Məhkum xidməti vəzifələrinin, səlahiyyətlərinin və qulluq mənafelərinin nədən ibarət olduğu ümumiyyətlə açıqlanmamış, iş materiallarında da onun xidməti vəzifələrinin daşıdığı hər hansı bir səlahiyyətlərə malik olduğunu və qulluq mənafelərinin mövcudluğunu göstərən heç bir məlumat yoxdur. Belə olan halda Məhkum qeyd olunan MMC-nin rəhbəri və ya işçisi olduğu, həmin cəmiyyətdə vəzifə tutduğu, səlahiyyətlərə malik olduğu, bu səlahiyyətlərdən qulluq mənafeyinə zidd istifadə etdiyi barədə hər hansı bir fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Qanunun tələbinə görə isə ittiham hökmü mülahizələrə (ehtimallara) əsaslana bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunanlar ittihamın sübut edilməsində yaranmış və aradan qaldırılması mümkün olmayan şübhələr kimi qiymətləndirilməlidir. Belə şübhələr isə qanunun tələbinə görə, təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Göründüyü kimi, Məhkum elan edilmiş, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsinə dair ittiham, əməlində həmin cinayətin tərkibinin olması (Məhkum həmin cinayətin subyekti olması) təsdiq edilmir. Apellyasiya məhkəməsi isə bütün bunlara əhəmiyyət verməmiş, yuxarıda göstərilən şübhələri aradan qaldırmamış, apellyasiya şikayətinin bu məsələ ilə bağlı dəlillərinə münasibə t bildirməmiş, onları qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, bu məsələdə mövqeyini faktiki olaraq əsaslandırmamışdır. Mübahisəsizdir ki, belə çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən yuxarıda göstərilən normalarla yanaşı Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 42.1.2-ci maddələrinin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə də əsaslanır. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsində göstərilmişdir ki, əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (Ruis Torixa İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən et mək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Məhkəmə kollegiyası bütün bunları nəzərə alaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi, müvafiq sübutlarla, onların məcmusu ilə təsdiq edilmiş, Məhkum güclü təsir edən maddənin satış məqsədi ilə qanunsuz dövriyyəsi əməli Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsinin tərkibi ilə tam əhatə olunur, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə aid hissədə ləğv edilməli, əməlində bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibinin olmadığına görə cinayət işinin icraatına həmin hissədə xitam verilməli (Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən) və onun həmin maddə ilə cəzalandırılmasına, habelə, cəzaların Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən toplanılmasına dair müddəalar hökmdən xaric edilməlidir. Məhkum Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə cəza təyini məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 8 və 58-ci maddələrinin tələblərinə tam riayət edilməklə məhkuma onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan digər məq sədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilə bilməsinə iddia edilir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edi lməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə həmin normalarda göstərilən hallar və ya Məhkum törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Kassasiya şikayətində də belə hallara istinad edilməmişdir ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə əsas versin. Məhkəmə kollegiyasının qənaətinə görə həmin maddə ilə Məhkum Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə onun islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. Kassasiya şikayətinin dəlilləri həmin cəzanın ədalətli olmadığı qənaətinə gəlməyə əsas vermir. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsində göstərilmişdir ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kassasiya şikayətində isə belə bir dəlil göstərilməmişdir ki, həmin normada göstərilən halların mövcud olması barədə fikir söyləməyə əsas versin (Azərbaycan Respublikası CMnin 240.3.2-ci maddəsi ilə cəza təyini məsələsinə münasibətdə). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1 və 419.10.3cü maddəsini rəhbər tutaraq məhkəmə ko llegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 240.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qərarı onun Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə aid hissədə ləğv edilsin, əməlində bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibinin olmadığına görə cinayət işinin icraatına həmin hissədə xitam verilsin (Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən) və onun həmin maddə ilə cəzalandırılmasına, habelə, cəzaların Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən toplanılmasına dair müddəalar hökmdən xaric edilsin. Qərar qalan hissədə, o cümlədən Məhkum Azərbaycan Respublikası CM-in 240.3.2ci maddəsi ilə 02 (iki) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar