Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1088/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 322.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Məmiyev İsa Haqverdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü ilə (hakimlər Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvv əllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan, CM-nin 322.2-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, CM-nin 69-cu maddəsinə əsasən onun 09 noyabr 2017-ci il tarixdən 11 noyabr 2017-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınmaqla bir gün azadlıqdan məhrum etmə cəzasının üç gün islah işləri cəzasına bərabər tutulmaqla ona təyin edilmiş islah işləri cəzasından çıxılmış və və üzərində qəti olaraq hər ay qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzasının saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, qohumu Şahid8 ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaşlar və təşkilatlar tərəfindən təkzib edilən hərəkətlərə yol verib xalası oğlu X3 xüsusi mülkiyyətində olan 900 ABŞ dolları dəyərində kompüterin və digər əşyaların sonuncunun icazəsi olmadan Zərərçəkmiş şəxs tərəfindən götürülməsindən ibarət hüquqazidd əməlin qarşısını almaq, yəni götürülmüş əşyaları Zərərçəkmiş şəxs geri tələb etmək məqsədilə 08 noyabr 2017-ci il tarixdə gecə saat 01 radələrində Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisində yerləşən «Sınıq Körpü» gömrük məntəqəsinin qarşısında Gürcüstan Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə keçmiş Zərərçəkmiş şəxs Şahid8 yaxınlaşaraq özünü taksi sürücüsü kimi təqdim edib ucuz qiymətə Bakı şəhərinə aparmaq üçün müştəri axtardığını bildirərək Zərərçəkmiş şəxs ilə gediş haqqını 10 manata razılaşdıqdan sonra Şahid8 idarə etdiyi «VAZ- 2107» markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Tbilisi yolunun Qazax rayonu ərazisindən keçən 464-cü kilometrliyində, Qazax şəhəri, N.Nərimanov küçəsində yerləşən «İnter İnşaat» mağazasının bərabərliyində Zərərçəkmiş şəxs Xa məxsus əşyaları yaxşı edib götürdüyünü və onlara heç nə qaytarmayacağını bildirdikdən sonra həmin gün təxminən gecə saat 02 radələrində o, avtomobildən düşərək əlində olan kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən beysbol idman oyununda istifadə olunan toxma qlara uyğun gələn beysbol ağacını tətbiq edərək Zərərçəkmiş şəxs bir dəfə sol budundan və bir dəfə kürək nahiyəsinə vurub küt ağrılar yetirmiş, Şahid8 isə Zərərçəkmiş şəxs yumruqla bir dəfə sol gözaltı nahiyəsinə və bir dəfə də ağız nahiyəsinə təpiklə vuraraq Zərərçəkmiş şəxs alt dodağın və sol gözaltı nahiyənin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra sonuncu arxası üstə yerə yıxılmış, bundan sonra Şahid8 Zərərçəkmiş şəxs tərpənməməsi üçün boğazından tutaraq saxlamış, o, özü isə Zərərçəkmiş şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 manat dəyərində istifadədə olmuş, üzərində qüsurlar olan, istehsal yerinə dair heç bir məlumat olmayan üzərində «Lorways» sözləri olan 10x 8 sm ölçülü süni dəri materialdan hazırlanmış pul kisəsini, həmin pul kisəsinin içində Azərbaycan Respublikası Məzənnəsinə dəyişdikdə 810 manat 30 qəpik təşkil edən 1850 Türk lirəsini, 01 ədəd sınıq vəziyyətdə olan 20 manat dəyərində gümüş qolbağısını, ümum vətəndaş pasportunu, sol yan cibindən 200 manat dəyərində bir ədəd «Samsung» markalı, «SM-J320F» (J32016) modelli mobil telefonunu və şalvarının arxa cibindən isə 45 manat pulunu Zərərçəkmiş şəxs tərəfindən götürülmüş Xa məxsus əşyaların bir qisminin dəyərinin əvəzi olaraq qanunazidd şəkildə götürüb Zərərçəkmiş şəxs mühüm ziyan vurub özbaşınalıq etmişdir. Hökmdən dövlət ittihamçısı Musayev Fuad Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdu llayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə) 21 fevral 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Əzimov Ədalət Adil oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə) 21 may 2021-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, cinayət işi b axılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Dövlət ittihamçısı F.M.Musayev tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə əsasən işə yenidən baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 04 fevral 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü ləğv edilmiş, məhkəmə Məhkum elan olunmuş ittiham üzrə quldurluq cinayətini törətməsi barədə nəticəyə gələrək onu yeni hökmlə CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssis əsində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təyin olunmuş islah işləri cəzasının çəkilmiş 01 (bir) il 02 (iki) ay müddəti CM-nin 69.3-cü maddəsinə əsasən (əvvəlki redaksiyada verilmiş) 3 gün islah işləri cəzasının müddətinə azadlıqdan məhrum etmə cəzasının bir günü hesablanmaqla 4 (dörd) ay 20 (iyirmi) gün və onun ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 (iki) gün, cəmi 4 (dörd) ay 22 (iyirmi iki) gün müddət yeni hökmlə ona təyin edilmiş cəzadan çıxılaraq məhkum olunmuş şəxsin üzərində qəti olaraq 07 (yeddi) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli hökmündən Məhkum müd afiəçisi İ.H.Məmiyev kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi İ.H.Məmiyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsindəki cinayət işinə baxarkən düzgün və ədalətli qərar qəbul etməmiş, birinci instansiya məhkəməsinin özbaşınalıq kimi ixtisaslaşdırdığı cinayət əməlini əlavə sübut əldə etmədən, iş üzrə toplanmış sübutları isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədən quldurluq cinayəti kimi qiymətləndirmişdir. Məhkəmə bu nəticəyə gələrkə n iş üzrə araşdırılmış sübutlara deyil, apellyasiya protestinin formal dəlillərinə əsaslanmışdır. Lakin apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, CM-nin 181-ci maddəsində nəzərdə tutulmuş quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücüma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqında ifadə olunur. Müdafiəçi bildirir ki, Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı qəflətən hücüm etməmiş, Zərərçəkmiş şəxs gizli olaraq götürdüyü X5 məxsus əmlakı Məhkum tələbi üzrə ona qaytarmaması səbəbindən mübahisə yaranmış, mübahisə zəminində Məhkum və onun qohumu Şahid8 tərəfindən Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarətlər yetirilmiş, həmin xəsarətlər so nuncunun həyatı və sağlamlığı üçün təhlükəli olmamış və əmlak hazırki iş üzrə zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs deyil, Xa məxsus olmuş, həmin əmlaklar Zərərçəkmiş şəxs sahibliyinə qanunsuz keçmiş, o, həmin əmlak üzərində heç bir hüquqa malik olmamışdır. Odur ki, cinayət qanununun istinad edilən normasının tələbləri baxımından Məhkum xalası oğlu Xa məxsus əmlakı Zərərçəkmiş şəxs qanunsuz sahibliyindən tələb etməyə subyektiv hüququ olmuşdur. Bu səbəbdən Məhkum törətdiyi əməl nəinki quldurluq cinayətinin tərkibi ilə eynilik təşkil etmir, hətta onun əməlində hərhansı başqa cinayətin tərkibi müəyyən olunmur. Qeyd olunanlara əsaslanaraq müdafiəçi apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, müdafiəçi İ.H.Məmiyev və zərərçəkmiş Zərərçəkmiş şəxs isə isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, onun müdafiəçisi İ.H.Məmiyevin və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum 12 may 2022-ci il və 15 iyun 2022-ci il tarixli ərizələri daxil olmuşdur. Ərizələrində o, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli hökmündən müdafi əçisi İ.H.Məmiyev tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun ərizələri 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış müvafiq olaraq 12 may 2022-ci il tarixli xx/xx-1726 və 16 iyun 2022-ci il tarixli xx/xx-2297 saylı məktublarla müşaiyət edilmişdir. Məhkəmə kollegiyası Məhkum ərizələri ilə bağlı qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə isə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsin in tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizələrini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi İ.H. Məmiyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizələri təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 fevral 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi İ.H.Məmiyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-1088/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1088/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver