Məhkəmə qərarları › İş №1(102)-1088/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1088/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1088/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi6 iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Rusiya Federasiyası, Belqorodsk vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam ray onu, Sırxavənd kəndində qeydiyyatda olan,hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.7, 221.3 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 1(105)-69/2022 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 1(101)-1098/2021 nömrəli hökmü (hakimlər A.Məcidov (sədrlik edən), Müdafiəçi2 və Z.Ağayev) ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.7, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcə lləsinin 29, 120.2.2 və 29, 120.2.7-ci maddələri ilə 15 il müddətə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 il müddətə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, CMnın 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 16 avqust 2020-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum və müdafiəçisi Müdafiəçi6 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarı ilə, (hakimlər: R.O. Əsgərova (sədrlik edən), V.C.Cəfərov və R.Ə.Ağayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi6 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.7, 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Bu səbəbdən Sumqayıt Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, sonuncu barəsində Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.7 və 221.3-cu maddələri cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini, yalnız CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib maddənin sanksiyası həddində cəza təyin edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 07 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi və özü tərəfindən birgə verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı A.Hüseynlinin və Müdafiəçi6 çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götür mək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 1(105)-69/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar