Məhkəmə qərarları › İş №1(102)-1088/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1088/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1088/2024 05.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə xx xxxxx 1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəll ər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 134, 29, 186.2.1 və 29, 186.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2023-cü il tarixli 1(105)250/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xaçmaz Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 1(067)-34/2023 nömrəli hökmü ilə (hakim X.İ.Quliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 134, 29, 186.2.1 və 29, 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 134-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 29, 186.2.1 və 29, 186.2.2-ci maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 3 iyun 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2023-cü il tarixli 1(105)-250/2023 nömrəli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli 1(067)-34/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs Məhkum edilmişdir ona görə ki, o, öz dayısı Zərərçəkmiş şəxs2 və dayısı oğlanları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 əvvəllər ona və ailə üzvlərinə qarşı pis rəftar etmələri barədə özündə fikir formalaşdırıb bu səbəbdən sonuncular ilə ədavət aparması ilə əlaqədar onlardan qisas almaq qərarına gələrək, 24 iyun 2021-ci il tarixdə, saat 00:30 radələrində sonuncuların yaşadığı Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən külli miqdar təşkil edən 95.000,00 (doxsan beş min) dəyərində, ümumi sahəsi 248.3 kv.m, 6 yaşayış otaqlı, 2 mərtəbəli, yaxşı təmirli fərdi evin qarşısına gələrək əvvəlcədən internet r esurslarından hazırlanma metodunu öyrənib, istifadə etmək məqsədilə boş şüşə butulkanın içərisinə tezalışan neft məhsulu tökməklə və içərisinə fitil qoymaqla kustar üsulla "Molotov kokteyli” adlanan yandırıcı xassəyə malik vasitə hazırlayaraq fitilini alışdırdıqdan sonra onu həmin evin daş hasarının bayır tərəfindən qeyd olunan evə atmış, lakin həmin vasitənin yaşayış evindən kənara, yəni evin həyətyanı sahəsinə düşməsi səbəbindən bilavasitə külli miqdarda əmlakı qəsdən məhv etməyə yönəldilmiş əməlini öz iradəsindən asılı olmayaraq başa çatdıra bilməmiş, daha sonra həmin evin qarşısında dayanan Zərərçəkmiş şəxs6 məxsus "Volksvaqen Jetta” markalı, "**-LN-***” dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinə kağız parçasında "atamın qeyrətinə zərrə qədər də ləkə gəlsə, başqasının əli ilə ol muş olsa belə səni maşının içində diri-diri yandıracam, ailəvə də rəhm etməyəcəm” məzmunlu hədənin icra ediləcəyi üçün real əsaslar olan əlyazısını qoymaqla Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmiş, bununla da o, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla, özgənin əmlakını yandırmaqla qəsdən məhv etməyə cəhd etmiş, habelə hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Bundan başqa o, 28 dekabr 2021-ci il tarixdə, saat 23 radələrində dayısı oğlu Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi ev 31 A ünvanında yerləşən binanın qarşısına gələrək sonuncu ilə ara larında şəxsi münasibətlər zəminində yaranmış ədavət ilə əlaqədar qisas almaq məqsədilə əvvəlcədən internet resurslarından hazırlanma metodunu öyrənib, istifadə etmək məqsədilə boş şüşə butulkanın içərisinə tezalışan neft məhsulu tökməklə və içərisinə fitil qoymaqla kustar üsulla "Molotov kokteyli” adlanan yandırıcı xassəyə malik vasitə hazırlayaraq fitilini yandırmaqla onu Zərərçəkmiş şəxs1 məxsus içərisində Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 olduğu, xeyli miqdar təşkil edən 50.000,00 (əlli min) manat dəyərində, 2010-cu il buraxılışlı, "ToyotaLand-Curiser-Prado” markalı, mühərrik həcmi 4000 sm3 olan, "**-HL-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə atmış, lakin avtomobilin hərəkətdə olduğundan həmin vasitənin avtomobilə dəyməyərək yerə düşməsi səbəbindən bila vasitə xeyli miqdarda əmlakı qəsdən yandırmaqla məhv etməyə yönəldilmiş əməlini öz iradəsindən asılı olmayaraq başa çatdıra bilməmiş, habelə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmiş, bununla da o, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla, özgənin əmlakını yandırmaqla qəsdən məhv etməyə cəhd etmiş, habelə hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Bundan başqa, o, 24 fevral 2022-ci il tarixdə, saat 19 radələrində sonuncuların yaşadığı Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi evin qarşısına gələrək əvvəlcədən internet resurslarından hazırlanma metodunu öyrənib, istifadə etmək məqsədilə boş şüşə butulkanın içərisinə tezalışan neft məhsulu tökməklə və içərisinə fitil qoymaqla kustar üsulla "Molotov kokteyli” adlanan yandırıcı xassəyə malik vasitə hazırlayaraq fitilini alışdırmadan onu həmin evin həyət darvazasının qarşısına qoyub getməklə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Bundan başqa, o, 20 mart 2022-ci il tarixdə, saat 02 radələrində sonuncuların yaşadığı Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən külli miqdar təşkil edən 95.000 (doxsan beş min) dəyərində, ümumi sahəsi 248.3 kv.m, 6 yaşayış otaqlı, 2 mərtəbəli, yaxşı təmirli fərdi evin qarşısına gələrək əvvəlcədən internet resurslarından hazırlanma metodunu öyrənib, istifadə etmək məqsədilə boş şüşə butulkanın içərisinə tezalışan neft məhsulu tökməklə və içərisinə fitil qoymaqla kustar üsulla "Molotov kokteyli” adlanan yandırıcı xassəyə malik vasitə hazırlayaraq fitilini alışdırdıqdan sonra onu həmin evin daş hasarının bayır tərəfindən qeyd olunan evə atmış, lakin həmin əşyanın yaşayış evindən kənara, yəni evin həyətyanı sahəsinə düşməsi səbəbindən bilavasitə külli miqdarda əmlakı qəsdən məhv etməyə yönəldilmiş əməlini öz iradəsindən asılı olmayaraq başa çatdıra bilməmiş, habelə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə və sağlamlığa ağır zərər vurmaqla h ədələmiş, bununla da o, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla, özgənin əmlakını yandırmaqla qəsdən məhv etməyə cəhd etmiş, habelə hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Bundan başqa, o, 17 may 2022-ci il tarixdə, saat 22 radələrində sonuncuların yaşadığı Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən külli miqdar təşkil edən 95000 (doxsan beş min) dəyərində, ümumi sahəsi 248.3 kv.m, 6 yaşayış otaqlı, 2 mərtəbəli, yaxşı təmirli fərdi evin qarşısına gələrək əvvəlcədən internet resurslarından hazırlanma metodunu öyrənib, istifadə etmək məqsədilə boş şüşə butulkanın içərisinə tezalışan neft məhsulu tökməklə və içərisinə fitil qoymaqla kustar üsulla "Molotov kokteyli” adlanan yandırıcı xassəyə malik vasitə hazırlay araq fitilini alışdırmadan onu həmin evin daş hasarının bayır tərəfindən qeyd olunan evə atmış, lakin həmin əşya yaşayış evindən kənara, yəni evin həyətyanı sahəsinə düşmüş, bununla da o, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 hədənin icra ediləcəyi üçün real əsaslar olan öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2023-cü il tarixli 1(105)-250/2023 nömrəli qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikası CM-in 29, 186.2.1 və 29, 186.2.2-ci maddələri ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsi barədə qərar qəbul edilməsi xahi ş olunur. Şikayət müəllifi qeyd edir ki, özünü kağız parçasına yazılan yazı və bəzi mesajlara görə qismən təqsirli hesab edir və qeyd edir ki, Zərərçəkmiş şəxs1 və onunla birlikdə şikayətçi olan digər şəxslər onu dəfələrlə döymüş və onu nalayiq formada təhqir etmişlər. Bununla bağlı kifayət qədər məlumatlar və sübutlar mövcuddur. Ona əsassız olaraq 29, 186.2.1 və 29, 186.2.2-ci maddələri ilə ittiham elan edilmişdir. Üzləşdirmə zaman şikayətçilər tərəfindən ziddiyyətli və yalan ifadələr verilmişdir. Şahid qismində dindirilən şəxslərin ifadələrinə diqqətlə baxıldıqda təzyiq və tamah ucbatından verildiyi ehtimalı açıq şəkildə görünür. Bütün bunlara baxmayaraq barəsində əsassız olaraq ittiham hökmü çıxarılmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş mate rialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi A.Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət fakt ının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona Azərbaycan Respublikası CM-in 29, 186.2.1 və 29, 186.2.2-ci maddələri ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respubl ikası CM-in 134-cü maddəsinə görə “Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsində “Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 186.2-ci maddəsinə görə “Eyni əməllər: 186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə; 186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2 005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspa niyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidi r. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyh inə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməllərini CM-in 134, 29, 186.2.1 və 29, 186.2.2-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qəra r qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Belə ki, Məhkum özünü CM-in 29, 186.2.1 və 29, 186.2.2-ci maddələri ilə təqsirli bilməsə də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs7 ifadələri, Şahid1, Şahid2 və Şahid3 ifadələri, iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 12 fevral 2022-ci il tarixli protokol, diskə baxış keçirilməsi haqqında 6 iyun 2022-ci il tarixli protokol, 6 iyun 2022-ci il tarixli götürmə haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2022-ci il tarixli, 6/3253 nömrəli ekspert rəyi, kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17 avqust 2022-ci il tarixli 97 nömrəli rəyi, məhkəməəmtəəşünaslıq ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 9/62xx-xx/5770 nömrəli ekspert rəyi, əşyaya baxış keçirilməsi haqqında 04 sentyabr 2022-ci il tarixli protokol, məhkəmə-fonoskopik ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 4/1331-4/1336 nömrəli ekspert rəyi, məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 6/4979 nömrəli eksp ert rəyi, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmamasını, cinayət əməllərini təkrar törətməsi, cinayət əməllərini sair alçaq niyyətlə törətməsi, cinayəti azyaşlı və qoca olan şəxsə qarşı törətməsi, habelə cinayətin digər ümumi təhlükəli üsullardan istifadə etməklə törətməsi cəzasını ağırlaşdıran hallar kimi nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin və əlavənin təmin edilməsi üçün hər hansı bir qanu ni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü il tarixli 1(105)-250/2023 nömrəli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 29,186.2.1 və 25,186.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2023-cü il tarixli 1(105)-250/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar