Məhkəmə qərarları › İş №1(102)-1089/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1089/2019

30.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1089/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkumlar Məhkum1, Məhkum2, Müdafiəçilər – Şirvan şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Əbdurəhmanov Kənan Səfər oğlu və Bakı ş əhəri, 13 saylı Vəkil Bürosunun vəkili Mehdiyeva Süsən Mirzə qızı, Mülki iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə Şirvan şəhər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinmiş Məhkum1 və Məhkum2 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarından məhkumlar Məhkum1, Məhkum2 və mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan şəhər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlikedənhakimƏliyev Ziya Müqərrəm oğlu) xx xxx 1956-cı ildə Sabirabad rayonunun Qarasu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, 5 saylı Ərazi Vergilər İdarəsində vergi ö dəyicisi kimi qeydiyyata alınmış, Şirvan şəhəri, ünvan 1 ünvanında yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməmiş; 13 avqust 1970-ci ildə Masallı rayonu, Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli hökümü ilə CM-nin 178.3.2, 179.3.2, 308.2 və 313, CM-in 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə dövlət və yerli özünü idarə orqanlarında seçki və təyinetmə yolu ilə vəzifə tutma hüququndan məhrum edilməklə, 14 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, ünvan 2 ünvanınd a yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməmiş, barəsində CM-nin 178.3.2, 179.3.2, 308,2 və 313-cü maddələri ilə başlanmış cinayət işi üzrə 18.05.2016-cı il tarixdə məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməsi və Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə məhkum olunmasının nəzərə alınması, iş üzrə mülki iddianın tamamilə təmin edilməsi və 130.742,66 manat məbləğdən istintaq zamanı 34.000 manatın Məhkum1 tərəfindən ödənilməsi nəzərə alınaraq qalan 96.742,66 manatın 65.371,33 manatı Məhkum2, 31.371,33 manatın isə Məhkum1 tutulub dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İŞİN HALLARİ: Şirvan şəhər Məhkəmə sinin 15 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum2 CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir ona görə ki, o, vergiləri ödəməkdən yayınmaq məqsədi ilə həmin cəmiyyətin 01 iyun 2010-cu il tarixdən 01 sentyabr 2010-cu il tarixədək direktoru işləmiş X5, həmin cəmiyyətə faktiki rəhbərlik etmiş X21 və Məhkum1 ilə qabaqcadan əlbir olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4 saylı doğum evinin təmirinə dair 06.09.2010-cu il tarixli müqavilə üzrə sifarişini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Astara, Fizuli, Zərdab, Beyləqan, Ağcabədi rayonlarında sosial təyinatlı yaşayış evlərinin tikintisinə dair 20.08.20 10-cu il tarixli müqavilə üzrə sifarişini həyata keçirtmiş, vergitutma obyekti olan, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq, bununla da direktor kimi cəmiyyətin fəaliyyətinə məsuliyyət daşıyan və vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.6, 16.1.7, 53.1, 71.1.3, 71.4, 71.2, 72.2, 77.3, 78.1, 82, 83.9, 103-105, 150.1.7 və 152.1-ci maddələrinin tələblərini pozmaqla, həmin cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsinə müəssisənin gəlirləri və xərcləri barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və ödəmə mənbəyində tutulan vergi bəyannamələrini təqdim etməməklə külli miqdar təşkil edən 130.742,66 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum2 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru işləyərkən, həmin cəmiyyətin 01 iyun 2010-cu il tarixdən 01 sentyabr 2010-cu il tarixədək direktoru işləmiş X5, həmin cəmiyyətə faktiki rəhbərlik etmiş X21 və Məhkum1 ilə birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4 saylı doğum evinin təmirinə dair 06.09.2010-cu il tarixli müqavilə üzrə sifarişini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Astara, Fizuli, Zərdab, Beyləqan, Ağcabədi rayonlarında ssoial təyinatlı yaşayış evlərinin tikintisinə dair 20.08.2010-cu il tarixli müqavilə üzrə sifarişini “xxxx” Məhdud Məsuliy yətli Cəmiyyəti adından həyata keçirmiş, müqavilələrin bağlanması, sifarişlərin alınması, sifarişin həyata keçirilməsi üçün işçi qrupunun cəlb edilməsi, mal-materialın alınması, təmir-tikinti işlərinə nəzarətin həyata keçirilməsi, əmək haqlarının verilməsi, vergi ödəyicisi kimi uçotda olmayan və işlərin görülməsinə cəlb edilmiş şəxslərə əlavə ödənişlərin verilməsində birgə iştirak etmiş, görülmüş işlərin müqabilində cəmiyyətin 2010-cu ildə əldə etdiyi ümumi gəlirinin 2.221.204,09 manat mənfəətin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərinin 1.841.661,60 manat, vergiyə cəlb edilən mənfəətinin 444.240,84 manat və mənfəət vergisinin 88.848,17 manat olmasına baxmayaraq, X5, X21 və Məhkum1 ilə qabaqcadan əlbir olub həmin il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində cəmiy yətin gəlirini 2.595.281,07 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərini 2.478.863,78 manat, vergiyə cəlb edilən mənfəətini 70.163,86 manat və mənfəət vergisini 14.032,77 manat göstərərək, 74.815,40 manat məbləğində mənfəət vergisini; vergi orqanlarında uçota alınmayan fiziki şəxslərə 2010-cu ilin 4-cü rübü üzrə 263.125,21 manat ödəniş edərək həmin məbləğdən Vergi Məcəlləsinin 151.7-ci maddəsinə əsasən 14%, yəni 36.837,53 manat; 2011-ci ilin 1-ci rübü üzrə 136.335,21 manat ödəniş edərək həmin məbləğdən Vergi Məcəlləsinin 151.7-ci maddəsinə əsasən 14%, yəni 19.086,93 manat ödəmə mənbəyində vergini tutmalı, bu barədə vergi orqanına ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim etməli olduğu halda, X5, X21 və Məhkum1 ilə qabaqcadan əlbir olub həmin ödənişlərdən vergini tut mamış, bu barədə vergi orqanına bəyannamə təqdim etməmiş və nəticədə 2010-cu ilin 4-cü rübü və 2011-ci ilin 1-ci rübü üzrə cəmi 55.924,46 manat ödəmə mənbəyində tutulan vergiləri, 2011-ci ilin aprel ayı üzrə 2,8 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, ümumilikdə isə külli miqdar təşkil edən 130.742,66 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkəmənin hökmü ilə Məhkum1 CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir ona görə ki, o, vergiləri ödəməkdən yayınmaq məqsədi ilə həmin cəmiyyətin 01 iyun 2010-cu il tarixdən 01 sentyabr 2010-cu il tarixədək direktoru işləmiş X5, 01 sentyabr 2010-cu il tarixdən hal hazıradək direktoru işləyən Məhkum2 və həmin cəmiyyətin digər faktiki rəhbəri X21 ilə qabaqcad an əlbir olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4 saylı doğum evinin təmirinə dair 06.09.2010-cu il tarixli müqavilə üzrə sifarişini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Astara, Fizuli, Zərdab, Beyləqan, Ağcabədi rayonlarında sosial təyinatlı yaşayış evlərinin tikintisinə dair 20.08.2010-cu il tarixli müqavilə üzrə sifarişini həyata keçirtmiş, vergitutma obyekti olan, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq, bununla da faktiki rəhbər kimi cəmiyyətin fəaliyyətinə məsuliyyət daşıyan və vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.6, 16.1.7, 53.1, 71.1.3, 71.4, 71.2, 72.2, 77.3, 78.1, 82, 83.9, 103-105, 150.1.7 və 152.1-ci maddələrinin tələblərini pozmaqla, həmin cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsinə müəssisənin gəlirləri və xərcləri barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və ödəmə mənbəyində tutulan vergi bəyannamələrini təqdim etməməklə külli miqdar təşkil edən 130.742,66 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum1 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki rəhbəri kimi, həmin cəmiyyətin 01 iyun 2010-cu il tarixdən 01 sentyabr 2010-cu il tarixədək direktoru işləmiş X5, 01 sentyabr 2010-cu il tarixdən hak-hazıradək hal hazıradək direktoru işləyən Məhkum2 və həmin cəmiyyətin dig ər faktiki rəhbəri X21 ilə birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 4 saylı doğum evinin təmirinə dair 06.09,2010-cu il tarixli müqavilə üzrə sifarişini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Astara, Fizuli, Zərdab, Beyləqan, Ağcabədi rayonlarında sosial təyinatlı yaşayış evlərinin tikintisinə dair 20.08.2010-cu il tarixli müqavilə üzrə sifarişini “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adından həyata keçirtmiş, müqavilələrin bağlanması, sifarişlərin alınması, sifarişin həyata keçirilməsi üçün işçi qrupunun cəlb edilməsi, mal-materialın alınması, təmir-tikinti işlərinə nəzarətin həyata keçirilməsi, əmək haqlarının verilməsi, vergi ödəyicisi kimi uçotda ol mayan və işlərin görülməsinə cəlb edilmiş şəxslərə əlavə ödənişlərin verilməsində birgə iştirak etmiş, görülmüş işlərin müqabilində cəmiyyətin 2010-cu ildə əldə etdiyi ümumi gəlirinin 2.221.204,09 manat, mənfəətin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərinin 1.841.661,60 manat, vergiyə cəlb edilən mənfəətinin 444.240,84 manat və mənfəət vergisinin 88.848,17 manat olmasına baxmayaraq, Məhkum2, X5 və X21 ilə qabaqcadan əlbir olub həmin il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində cəmiyyətin gəlirini 2.595.281,07 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərini 2.478.863,78 manat, vergiyə cəlb edilən mənfəətini 70.163,86 manat və mənfəət vergisini 14.032,77 manat göstərərək, 74.815,40 manat məbləğində mənfəət vergisini; vergi orqanlarında uçota alınmayan fiz iki şəxslərə 2010-cu ilin 4-cü rübü üzrə 263.125,21 manat ödəniş edərək həmin məbləğdən Vergi Məcəlləsinin 151.7-ci maddəsinə əsasən 14%, yəni 36.837,53 manat; 2011-ci ilin 1-ci rübü üzrə 136335,21 manat ödəniş edərək həmin məbləğdən Vergi Məcəlləsinin 151.7-ci maddəsinə əsasən 14%, yəni 19086,93 manat ödəmə mənbəyində vergini tutmalı, bu barədə vergi orqanına ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim etməli olduğu halda, Məhkum2, X5 və X21 ilə qabaqcadan əlbir olub həmin ödənişlərdən vergini tutmamış, bu barədə vergi orqanına bəyannamə təqdim etməmiş və nəticədə 2010-cu ilin 4-cü rübü və 2011-ci ilin 1-ci rübü üzrə cəmi 55924,46 manat ödəmə mənbəyində tutulan vergiləri, 2011-ci ilin aprel ayı üzrə 2,8 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, ümumilikdə isə kü lli miqdar təşkil edən 130742,66 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Hökmdən məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Camalov Etibar Əli oğlu, hakimlər Cəfərov Rafiq Musa oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 16 aprel 2019-cu il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmündən məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, Şirvan Şəhər Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmiş, 5 saylı Ərazi Vergilər idarəsinin cavabdeh “xxxx” MMCnin vəzifəli şəxslərinə qarşı “Dəymiş ziyanın ödənilməsi haqqında” iddiası qismən təmin olunmuş, cavabadeh Məhkum2 32685, 70 (otuz iki min altı yüz səksən beş manat, 70 qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilməsi, ibtidai istintaq zamanı vurulmuş ziyanın 34000 (otuz dörd min) manatının Məhkum1 tərəfindən ödənilməsinin nəzərə alınması, mülki iddianın qalan 65371,33 (altmış beş min üç yüz yetmiş bir manat, otuz üç qəpik) manat hissədə baxılmamış saxlanılması və mülki iddiaçıya mülki iddianın baxılmamış saxlanılması hissəsindən mülki qanunvericiliyin tələblərinə uyğun olaraq mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarından Məhkum1 kassasiya şikayəti verərək apellyasiya mə hkəməsinin qərarının ləğv edib işə apellyasiya məhkəməsi tərəfindən yenidən baxılması və ya barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qərardan həmçinin məhkum Salahov Xanəhməd Ağaəhməd oğlu kassasiya şikayət verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarının ona aid hissədə ləğv edilərək ona bəraət verilməsini xahiş etmişdir. Həmçinin, iş üzrə mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarını mülki iddianın qismən təmin olunması hissəsində ləğv edərək 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş mülki iddi anın tam təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, apellyasiya şikayətində cinayət hadisəsi ilə heç bir əlaqəsi olmadığını dəlillərlə sübut edərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etsə də, məhkəmə kollegiyası şikayəti təmin etməmiş, yalnız mülki iddianı qismən təmin edərək birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmişdir. Bu cinayət hadisəsi ilə bağlı faktiki rəhbər qismində ona ittiham elan olunmamış, bu ittiham nə birinci nə də apellyasiya instansiya məhkəməsində öz təsdiqini tapmamışdır. Apellyasiya məhkəməsi istintaq aparmadan cinayət işinin materiallarını araşdırmış, birinci instansiya məhkəməsi tərəfind ən məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, yəni Məhkum2 qismən etirafedici ifadələri, mülki iddiaçı və şahidlərin ifadələri, səyyar vergi yoxlamaları haqqında 20.02.2012-ci il tarixli akt, məhkəmə mühasibatlıq ekspertizasının 15.03.2013-cü il tarixli rəyi və digər sənədlərlə onun və Məhkum2 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdikləri qənaətinə gəlmişdir. Məhkəmə digər təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsini sübutlar sırasında qeyd etsə də, onun elə bir ifadəsi olmamışdır. Cinayət işi materiallarında olan bir-birindən fərqli 15.03.2013-cü il tarixli və 16.10.2012-ci il tarixli rəylər olduğundan üçüncü dəfə ekspertiza təyin olunması barədə qərar qəbul edilmiş, birinci instansiya məhkəməsi həmin rəyi deyil, əvvəl ki rəylərdən məhkumun ən çox əleyhinə olan birinci rəyi nəzərə almışdır. Sadalanan faktlar onun bu cinayət hadisəsinə hər hansı bir bağlılığı və iştirakı olmasını sübut edə bilmir, əksinə heç bir aidiyyəti olmadığını sübut edir. Həmin dəlil və sübutlara müsbət yanaşılsa, yalnız “xxxx” MMC-nin vergidən yayındığını göstəmiş olar. O, isə həmin MMC-yə faktiki rəhbərlik etməmiş, ümumiyyətlə həmin MMC-yə nə hüquqi, nə də faktiki aidiyyəti olmamışdır. Həmin müəssisənin sahibkarlıq fəaliyyətindən heç bir gəlir əldə etməmiş, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına heç bir sərəncam verməmişdir. Göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarının ləğv edilərək işin apellyasiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi və ya barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı əsassız və qanunsuz olduğu üçün ona aid hissədə ləğv edilməli və ona Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə bəraət veriməlidir. Belə ki, “xxxx” MMC-nin direktoru 01.06.2010-cu il tarixdən X5 olmuşdur. Hal-hazırda da Vergilər Nazirliyinin elektron məlumat bazasında MMC-nin direktoru olaraq X5 göstərilmişdir. O, MMC-nin direktor müavini olmuş və onun MMC-nin adından müqavilələr bağlamaq, sifərişlər almaq, sifarişin həyata keçirilməsi üçün işçi qrupun cəlb edilməsi, mal-materialın alınması, təmir-tikinti işlərinə nəzarətin həyata keçirilməsi, əmək haqlarının verilməsi, vergi ödəyi cisi kimi uçotda olmayan və işlərin görülməsinə cəlb edilmiş şəxslərə əlavə ödənişlərin verilməsi müavin kimi onun səlahiyyətlərinə aid olmamış və yuxarıda sadalanan işlər heç vaxt onun tərəfindən icra edilməmişdir. Vergilər hesablanması və dövlət büdcəsinə ödənilməsi birbaşa olaraq MMCnin direktorunun və mühasibinin səlahiyyətlərinə aid olmuşdur. MMC-nin xəzinəsindən pullar yalnız MMC-nin direktoru Safa Abdullayevin və baş mühasibin imzası ilə məxaric olmuşdur. Onun direktor müavini kimi vəsaitlərin xərclənməsində heç bir səlahiyyəti olmamışdır. O, yalnız bir neçə dəfə müavin kimi bankdan nağd pul vəsaitlərini alıb MMCnin xəzinəsinə Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş mədaxil orderi ilə mədaxil edərək direktor Safa Abdullayevə təhvil vermişdir. İstintaq orqanı tərəfindən yalnız MM C-nin direktoru X5 2016-cı ilin sonlarında vəfat etdikdən sonra o, təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilmişdir. Mənfəət vergisi hesablanarkən heç bir faktiki sənədlərə istinad edilməmiş, yerində yoxlama aparılmamış, Nazirlər Kabinetinin məlum olmayan qərarına istinad etməklə guya “müəssisə 20 faiz rentabelli işləməlidir” sözlərinə əsaslanmaqla analoji olaraq hesablanmışdır. Birinci instansiya məhkəməsi hökmdə hansı əsasla komisyon məhkəmə-mühasibatlıq ekspertizasının 04.07.2018-ci il tarixli 3406 saylı rəyini deyil, Azərbaycan Respublikası “Ticarət və Sənaye Palatası ekspertizası”nın mütəxəssisi tərəfindən verilmiş 20.02.2012-ci il tarixli rəyinə istinad etməsini əsaslandırmamışdır. 20.02.2012-ci il tarixli rəydə ödənilməmiş əmək haqqına ödəmə mənbəyindən vergi hesablanm ışdır. Halbuki, ekspert tərəfindən statistika idarəsindən arayış alınmamış, hesabat aparılan dövrdə orta aylıq əmək haqqı 310 manat olduğu halda, orta aylıq əmək haqqı 500-550 manat olaraq göstərilmiş, iş saatları 10 dəfədən artıq yazılmışdır. İşə baxan məhkəmələr mülki iddia ilə bağlı hissədə də düzgün qənaətə gəlməmişlər. Vergi qanunverciliyinə əsasən mülki iddia təmin edilməməlidir. Apellyasiya instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları düzgün və hərtərəfli tədqiq etmədən iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarını ona aid hissədə ləğv edərək ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi ka ssasiya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16.04.2019-cu il tarixli qərarı mülki iddiaya dair hissədə ləğv edilməli və mülki iddia tam məbləğdə təmin olunmalıdır. Belə ki, məhkəmə mülki iddiaçı tərəfindən iddianın mülki cavabdeh “xxxx” MMC-nin vəzifəli şəxslərinə qarşı qaldırıldığını, ittiham aktına əsasən isə həmin vəzifəli şəxslərin qabaqcadan əlbir olan Məhkum1, Məhkum2, X5 və X6 ibarət olduğu üçün maddi ziyanın iki təqsirləndirilən şəxs - Məhkum1 və Məhkum2 deyil, qabaqcadan əlbir olan dörd nəfər şəxsdən tutulmalı olduğu barədə yanlış qənaətə gəlmişdir. Məhkəmə ölmüş təqsirləndirilən şəxslərin hüquqi varislərinin müəyyən edilməsi ilə bağlı hər hansı bir tədbir görməmişdir. Məhkum1 və Məhkum2 təqs irli bilindiyi cinayət əməllərini X5 və X21 ilə birlikdə törətmiş, lakin X5 və X21 öldüklərindən cinayət işinə onlara aid hissədə 26.12.2016-cı il tarixdə CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğunun 18.01.2017-ci il tarixli ittiham aktı ilə təsdiq edilmiş, ittiham aktı üzrə 130.742,66 manat vergilərin ödənilməkdən yayındırılmasına dair təqsirləndirilən şəxslər qismində Məhkum2 və Məhkum1 müəyyən edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Bundan əlavə, mülki iddia ərizəsi verilən zaman vergi orqanı cinayət işi üzrə təqsirləndirilən şəxsin kim olduğunu müəyyən etmək səlahiyyətində olmadığından iddia ərizəsində dəymiş ziyanı ödəməyə cavabdeh şəxs kimi müəssisənin vəzifəli şəxsləri qeyd edilmişdir. Məlumdur ki, cinayət işi başlanan zamanı təqsirləndirilənlərin müəyyən edilməsi mümkünsüzdür. Təqsirləndirilən şəxslər isə aparılmış istintaq hərəkətləri nəticəsində müəyyən edildiyindən ittiham aktı Məhkum2 və Məhkum1 barədə tərtib edilmişdir. Faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri üzrə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır. Sözügedən halla bağlı başqa cinayət işi üzrə mülki iddianın tam məbləğdə ittiham aktı üzrə təqsirləndirilən şəxsdən tutulması olmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Belə ki, külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılmasına dair cinayət işinə baxmış birinci instansiya məhkəməsi mülki iddia üzrə tələb edilən məbləğin 2 şəxsin birlikdə törətdikləri cinayət əməli nəticəsində yarandığını qeyd edərək, maddi məsuliyyətin ancaq təqsirləndirilən şəxsin üzərinə qoyulmasının qanuni və əsaslı olmadığı qənaətinə gəlmiş, cinayət əməlini törətmiş şəxslərdən biri öldüyündən mülki iddia 2 hissəyə bölünərək ona aid hissədə təmin edilməmiş, həmin məbləğin tutulması ilə bağlı ölmüş şəxsin varislərinə qarşı mülki icraat qaydasında iddia verilməli olması qeyd edilmişdir. Həmin hökmdən mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 15.03.2018ci il tarixli qərarı ilə təmin edilərək mülki iddianın ittiham aktı üzrə təqsirləndirilən 1 nəfər şəxsdən tutulması qərara alınmışdır. Qərarın ləğv edilərək məbləğin yarıya bölünməsi barədə qərarın qəbul edilməsinə dair məhkumun şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.12.2018-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 15.03.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İttiham aktının 31-ci səhifəsindən də göründüyü kimi “xxxx” MMC-nin direktoru Məhkum2 və cəmiyyətin faktiki rəhbəri Məhkum1 Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri şahid ifadələri, məhkəmə-xəttşünaslıq və məhkəməmühasibatlıq ekspertizalarının r əyləri və digər istintaq materialları ilə sübuta yetirilmişdir. CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. CPM-in 185-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Qeyd olunanlardan bir daha görünür ki, qərar qəbul edərkən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Odur ki, barələrində iş üzrə icraata xitam verilən X5 və X8 təqsirli bilinərək vurulmuş maddi ziyanın mülki mühakimə icraatı qaydasında iddia qa ldırılaraq varislərindən tutulması barədə Şirvan Apellyasiya Məhkəməsinin çıxardığı qərar əsassızdır və ləğv edilərək mülki iddia məbləği tam təmin edilməlidir. Göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin 16.04.2019-cu il tarixli qərarının mülki iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi, yəni ödənilmiş mülki iddia nəzərə alınmaqla qalıq 96.742.66 manatın məhkumlardan müştərək qaydada tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, öz kassasiya şikayətlərinin təmin edilməsi, mülki iddiaçının kassasiya şikayətinin təmin olun maması barədə məhkumların və onların müdafiəçilərinin, həmçinin mülki iddiaçının nümayəndəsinin öz kassasiya şikayətinin təmin olunması, məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, dövlət ittihamçısının isə məhkumlar tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə ilə bağlı mülki-prosessual və cinayət-prosessual qanunvericilik aktlarına müvafiq qərar qəbul edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2019-cu il tarixli mülki iddia hissəsində ləğv edilməli və cinayət işinin həmin hissədə apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilməli, mülki iddiaçını n kassasiya şikayəti qismən təmin edilməli, məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətləri təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumlar Məhkum1 və Məhkum2 öz kassasiya şikayətlərində apellyasiya məhkəməsinin qərarının ləğv edilməli və onlara bəraət verilməli olduğu iddia edilir və bununla bağlı bir sıra dəl illərə istinad olunur. Kassasiya şikayətlərinin həmin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, bu dəlillər məhkumlar tərəfindən verilmiş apellyasiya şikayətlərində də göstərilmiş, həmin şikayətə baxmış apellyasiya məhkəməsi göstərilən dəlillərə münasibətini bildirmiş, apellyasiya şikayətlərinin həmin dəlilləri ilə razılaşmamışdır. Apellyasiya məhkəməsinin qərarında qeyd olunanlarla əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısını, mülki iddiaçının nümayəndəsini, CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş Məhkum2 və Məhkum1 və onların müdafiəçilərini dinləyib hesab edir ki, apelyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü mülki iddianın təmin olunmasına aid hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni təqsirləndirlən şəxs Məhkum2 qismən etirafedici ifadəsi ilə yanaşı, mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə, şahidlər X3, X17, X13, X9, X10, X22, X18, X14, X19 məhkəmə istintaqında verdiyi ifadələri, şahidlər X23, X15, X2 ibtidai istintaq zamanı verdiyi ifadələri, Səyyar Vergi yoxlamalarının nəticələri haqqında 20.02.2012-ci il tarixli akt, məhkəmə-mühasibatlıq ekspertizasının 15,03.2013-cü il tarixli 18422 nömrəli rəyi, məhkəmə-xətşünaslıq ekspertizasının 16.10.2012-ci il tarixli 15362 nömrəli rə yi, komissiyon məhkəməmühasibatlıq ekspertizasının 04.07.2018-ci il tarixli 3406 nömrəli rəyi, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 15.01.2014-cü il tarixli, 22(102)-23/14 saylı Qərarı və işdə olan istintaq hərəkətlərinə dair digər sənədlərlə Məhkum2 və Məhkum1 CM-nin 213.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmələri və təqsirli olmalarının tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 qeyd edilən cinayət əməlini törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, on lara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin Məhkum2 və Məhkum1 CM-nin 213.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər yuxarıda qeyd olunan sübutlarla təkzib olunan dəlillər olmaqla Məhkum2 və Məhkum1 CM-nin 213.2.2-ci maddəsi ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz... Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum2 ve Məhkum1 CM-nin 213.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-nin 143-146- cı maddələrinin tələblərinə əməl edərək onların ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinmələri haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış ve bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqında təqsirləndirilən şəxslərin müdafiə hüquqları tam həcmdə təmin edilmişdir və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi ittihamın təsdiq edilmədiyinə dair apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, gəldiyi nəti cəni əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən (apellyasiya məhkəməsi bunu əsaslı hesab edərkən) konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa iş materiallarından (məhkəmə qərarlarından) görünür ki, yuxarıda göstərilən məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi hökmdə göstərilmişdir. Məhkumların t əqsirli bilindiyi hərəkət Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsinin tərkibini yaratdığı üçün onların əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Yuxarıda göstərildiyi kimi, kassasiya şikayətlərində Məhkum1 və Məhkum2 bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayət lərinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum1 və Məhkum2 bəraət verilməsinə əsas verən hallar mövcud deyildir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının həmin hissədə ləğv edilməsinə əsas ola biləcək hallar iş üzrə mövcud deyildir. Mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin mülki iddianın düzgün həll edilməməsinə dair dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, qərar həmin hissədə əsaslı və qanuni hesab oluna bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, birinci inatansiya məhkəməsi tərəfindən iş üzrə mülki iddianın tamamilə təmin edilməsi və 130742,66 manat məbləğdən istintaq zamanı 34000 manat ın Məhkum1 tərəfindən ödənilməsi nəzərə alınaraq qalan 96742,66 manatın 65371,33 manatı Məhkum2, 31371,33 manatın isə Məhkum1 tutulub dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ödənilməli olan məbləği özünün malahizəsinə əsaslanaraq Məhkum1 və Məhkum2 arasında bölüşdürmüş, onların hansının ziyanın hansı hissəsini ödəməli olduğunu müəyyən edərək onlardan həmin məbləğin tutulmalı olduğu qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi də ödənilməli olan məbləğin cinayəti törətmiş şəxslər arasında bölüşdürməli olduğuna dair nəticə ilə faktiki olaraq razılaşmış, həmin məbləğin tam şəkildə deyil, yalnız yarısının ödənilməsinin Məhkum1 və Məhkum2 arasında bölüşdürməli olduğu qənaətinə gəlmiş və qərara almışdır ki, “... cavabdeh Məhkum2 32.685,70 (otuz iki min altı yüz səksən beş manat, 70 qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq zamanı vurulmuş ziyanın 34.000 (otuz dörd min) manatının Məhkum1 tərəfidən ödənilməsi nəzərə alınsın. Mülki iddia qalan 65.371,33 (altmış beş min üç yüz yetmiş bir manat, otuz üç qəpik) manat hissədə baxılmamış saxlanılsın və mülki iddiaçıya mülki iddianın baxılmamış saxlanılması hissəsindən mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunsun.” Apellyasiya məhkəməsi bu məsələ üzrə gəldiyi nəticəni əsaslandırmaq üçün qərarda göstərmişdir ki, “... mülki iddia yalnız təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 qarşı deyil, cavabdeh “xxxx” MMC-nin vəzifəli şəxslərinə qarşı qaldırılmışdır ki, ittiham aktına əsasən is ə həmin vəzifəli şəxslər qabaqcadan əlbir olan Məhkum2, Məhkum1, X5 və X6 ibarət olmuşdur...Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti iştirakçılıqla törədilmiş cinayət və onun nəticələrinə görə cinayət və maddi məsuliyyəti müəyyən edən cinayət və cinayət qanunvericiliyinin tələblərinə uyğun olmamış, məhkəmə cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın iki təqsirləndirilən şəxs tərəfindən ödənilməsinə dair nəticəyə gələrkən hazırkı cinayət əməlinin qabaqcadan əlbir olan 4 nəfər tərəfindən törədilməsini nəzərə almamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunalara əsasən hesab edır ki, mülki iddia qismən təmin olunmalı, cavabdeh X1 32.685,70 manat (vurulmuş ziyan 130.742, 66 manat: 4 təqsirləndirilən şəxs) tutularaq dövlət büdcəsinə ödənilməli, ibtidai istintaq zamanı vurulmuş ziyanın 34.000 manatının Məhkum1 tərəfindən ödənilməsi nəzərə alınmalı və mülki iddia qalan hissədə (65371,33 manat) baxılmamış saxlanılmalı və mülki iddiaçıya mülki iddianın baxılmamış saxlanılması hissəsində mülki qanunvericiliyin tələblərinə uyğun olaraq mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunmalıdır...”. Məhkəmə kollegiyasının qənaətinə görə isə yuxarıda göstərilən məsələlər məhkəmələr tərəfindən səthi, işin halları, o cümlədən ittihamın məzmunu (hər iki məhkəmə həmin ittihamla razılaşmışdır) nəzərə alınmadan həll olunmuşdur. İttihamın məzmunundan görünür ki, Məhkum1 və Məhkum2 cinayəti bir-biri ilə və digər iki şəxslə (artıq vəfat etmişlər) qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək törətmişlər v ə onlar məhz birlikdə (hər biri cinayətin bilavasitə icraçıları olmaqla) 130.742,66 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışlar. İttihamda bu məbləğ cinayətin iştirakçıları (icraçıları) arasında bölüşdürülməmişdir. Belə olan halda aydın deyildir ki, məhkəmələr nələrə, hansı amillərə əsaslanaraq cinayətin iştirakçılarının həmin məbləğin konkret hissəsini ödəməli olduqlarını müəyyən etmişlər. Buna dair nəticə hökm və qərarda da açıqlanmamış, belə yanaşmanın hansı hallar, amillər və normalara əsalanıldığı göstərilməmiş, 130.742,66 manat məbləğin cinayətin iştirakçılarından müştərək qaydada tutulmalı olduğu (cinayətdə iştirak etmiş 2 şəxsin vəfat etməsi nəzərə alınmaqla Məhkum1 və Məhkum2) məsələsi müzakirə belə edilməmişdir. Mübahisəsizdir ki, belə çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 19cu fəslindəki normaların tələblərini və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə in stansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (Ruis Torixa İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Məhkəmə kollegiyası bütün bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarı mülki iddiaya aid hissədə ləğv edilməli və işin həmin hissədə apellyasiya məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası bunu da qeyd edir ki, işə yenidən baxılarkan mülki iddiaya aid məsələlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 293.1-ci maddəsinin və 297.0.4- cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli Plenumunun qərarının müddəaları və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla araşdırılmalıdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı mülki iddiaya dair hissədə ləğv edilməli, mülki iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətləri təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2 maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinmiş Məhkum1 və Məhkum2 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarı mülki iddia hissəsində ləğv edilsin və cinayət işinin həmin hissədə apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Mülki iddiaçının kassasiya şikayəti qismən təmin edilsin, məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar