Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1089/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs - X4 iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli hökmü ilə X7 Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli 1(091)-197/2023 nömrəli (hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X10 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə t əqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, X4 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və dərhal məhkəmə iclas zalından azad olunması, bəraət alması ilə əlaqədar X7 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olmasının izah olunması hökm edilmiş, iş üzrə məhkəmə məsrəfi və maddi sübut ilə bağlı məsələlər öz həllini tapmışdır. Hökmdən dövlət ittihamçısı Mirzəyev Tofiq Mais oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli 1(107)-413/2023 nömrəli (hakimlər: Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Səmədov Xəqani Hacı oğ lundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai araşdırma orqanı tərəfindən X7 CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir, ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 20,317 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 21 dekabr 2022-ci il tarixdə keçirilmiş birgə əməliyyat-axtarış tədbiri nəticəsində X həmin gün saat 1735 -də x rayonu, x kəndi ərazisində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 20,317 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda 10,568 qram və 9,749 qram olmaqla əynindəki qara rəngli şalvarın sağ yan cibindən iki ədəd bükümdə aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İ ŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Belə ki, hazırki iş üzrə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş, CPM-nin tələblərinə uyğun təqdim edilərək yoxlanılmış, X-in satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması, daşıması barədə daxil olmuş məlumat və bununla əlaqədar X-in üzərindən psixotrop maddə aşkar edilməsi faktı əsasında toplanmış materialın, iş üzrə mövcud olan sübutların həqiqiliyinə, yaranma mənbəy inə və əldə edilməsi hallarına şübhələr olmamış, məhkəmənin hökmdə müəyyən etdiyinin əksinə X-in konstitusion hüquq və azadlıqları, CPM-ə əsasən təminat verilən müdafiə hüququ təmin edilmiş, hüquqlarının məhdudlaşdırılması halı müəyyən edilməmiş, hazırki iş üzrə istintaq orqanının əldə etdiyi sübutlar mötəbər olmuşdur. İş üzrə əməliyyat axtarış fəaliyyətinin tələblərinə əməl edildiyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarı ilə (cild 1, iş vərəqi 109) əməliyyat axtarış tədbirinin həyata keçirilməsinə dair DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərar qanuni hesab edilmişdir ki, bu da özlüyündə qanuni və əsaslı olan əməliyyat axtarış tədbiri və onun nəticəsində əldə olunan sübutların əhəmiyyətli olması səbəbindən ittihamın əsasına həmin sübutların qoyulmasını və X-in barəsində ittiham hökmünün çıxarılmasını şərtləndirən amillərdəndir. Digər tərəfdən X-in şəxsi axtarışının keçirilməsinə dair istintaq hərəkəti həmin istintaq hərəkəti zamanı bildirdikləri, habelə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində göstərdikləri onun tərəfindən CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edən hallardır. X-ə qarşı onun iddia etdiyi halların həqiqətən baş verməsi şərti olaraq qəbul edilsə belə, onun hansı səbəbdən müdafiəçisinə, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxan, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə, habelə prokurora, yuxarı prokurora və digər dövl ət orqanlarına müraciət etməməsi, “əsassız” cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı öz taleyinə biganə yanaşması cavablandırılması mümkün olmayan suallar kimi meydana çıxır. Məhkəmənin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 X-i törətmiş olduğu cinayət əməlinə görə ifşa edən ifadələrində göstərilənlərə sübut əhəmiyyəti verməməsinə münasibətdə qeyd olunmalıdır ki, cinayət prossesual qanunvericiliyə əsasən (CPM-nin 124-cü maddəsi) həmin şəxslərin ifadələri də sübut kimi qəbul olunur, həmin sübutlar da daxil olmaqla iş üzrə istintaq orqanı tərəfindən əldə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına dair iş materiallarında hər hansı şübhə mövcud olmamışdır. Məhkəmə X-in CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gələrək ona həmin maddə ilə bəraət verməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Beləliklə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, hökm çıxararkən məhkəmə yuxarıda təhlil olunan ziddiyyətli məqamlara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxsin mənafeyini ifadə etmiş, onun dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olunmuş sübutları - şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunu, şahidlərin ifadələrini, ən əsası toplanmış sübutların məcmusu ilə təsdiq olunan X-in özünün heç bir təsir və təzyiqə məruz qalmadan müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadələrini, eksp ertiza rəylərini müqayisəli şəkildə təhlil edib onları nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş protestin təmin edilməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. Kass asiya instansiyası məhkəməsində bəraət almış şəxs X10 çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X7 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verilməsi barədə hökmü dəyişdirmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; mə hkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Pr osessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, X4 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs X10 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmuş, həmçinin, X4 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş X10 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, üzərindən aşkar olunan narkotik vasitə ona məxsus olmamış, 17 dekabr 2022-ci il tarixdə x adlı tanışının yaşadığı x rayonu x kəndində olarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşaraq əvvəl Göyçay rayon Polis Şöbəsinə aparmışlar. Orada üzərinə axtarış aparılarkən ancaq özünə məxsus olan mobil telefon aşkar olunmuş, sonra onu Bakı şəhərinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada ona təzyiq edərək narkotik vasitəni boynuna götürməsini bildirmi ş, narkotik vasitələrə görə şəxsiyyətinin alçaldılmaması üçün polis əməkdaşlarının ona verdikləri narkotik vasitəni boynuna almışdır.”. Cinayət işinin materiallarında olan 21 dekabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, X10 həmin tarixdə saat 17.35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından da aydın olduğu kimi, təqsirləndirilən şəxs X22 rayonu Bığır kəndi ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Göyçay Rayon Polis Şöbəsində deyil, oradan təxminən 2 saat 30 dəqiqə - 3 saat vaxt sərf etməklə 180-200 km aralıda olan Bakı şəhərində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin inzibati binasında üzərinə baxış keçirilmişdir. Bununla yanaşı məhk əmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları təqsirləndirilən şəxsin üzərinə dərhal aşkar olunduğu yerdə, o cümlədən təqsirləndirilən şəxsin aşkar olunduğu yerə ən yaxın olan Göyçay Rayon Polis Şöbəsində, eyni zamanda Göyçay rayonundan Bakı şəhəri istiqamətində olan digər (İsmayıllı, Şamaxı, Qobustan, Hacıqabul və s.) rayon Polis Şöbələrində təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməməsinin səbəbini izah edə bilməmişlər. Kassasiya məhkəmə kollegiyası da aşağı instansiyalarının müəyyən etdiyi kimi o nəticəyə gəlir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı andan Bakı şəhərində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış keçirilənə qədər İnsan Hüquqları üzrə Avropa Məhkə məsinin hüquqi mövqeyi baxımından polisin nəzarətində olmuş, ittiham tərəfi isə həmin dövr ərzində ittihamın əsasını təşkil edən narkotik vasitə olan heroinin onun üzərinə qoyulmasına dair müdafiə tərəfinin dəlillərini təkzib edən heç bir mötəbər sübut təqdim etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə 10 aprel 2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsə ləyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmi n sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Göyçay Rayon Polis Şöbəsinə 21 dekabr 2022-ci il tarixdə Göyçay rayon Polis Şöbəsinə gətirilən şəxslərin qeydiyyatı kitabından həmin günə aid olan qeydlərin surətinin məhkəməyə göndərilməsi barədə verilmiş sorğuya Göyçay rayon Polis Şöbəsinin 3 oktyabr 2023-cü il tarixli məktubunda X4 barəsində hər hansı araşdırma aparılmadığı, eyni tarixli digər məktubda isə X4 21 dekabr 2022-ci il tarixdə Göyçay rayon Polis Şöbəsinə gətirilmədiyi üçün gətirilən şəxslərin qeydiyyatı kitabında həmin şəxsin qeydiyyatının aparılmadığı göstərilmişdir. Məhkəmənin gətirilən şəxslərin qeydiyyatı kitabından xx.xx.2022-ci il tarixə aid qeydlərin surətinin verilməsinə dair sorğusuna polis orqanı tərəfindən X-in barəsində araşdırma aparılmaması barədə iki dəfə formal cavabla kifayətlənməklə həmin kitabın surətinin məhkəməyə təqdim edilməməsini nəzərə alaraq, X-in həqiqətən də polis əməkdaşları tərəfindən əvvəlcə Göyçay rayon Polis Şöbəsinə aparılmasına dair ifadəsinin məhkəmələr tərəfindən daha həqiqətə uyğun hesab edilməsini kassasiya məhkəmə kollegiyası əsaslı hesab edir. Qeyd olunanlarla yanaşı, cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 4 mart 2023-cü il tarixli 1267 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda X5 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X10 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəy ə ehtiyacı yoxdur. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edərək, hesab edir ki, təqsirləndirilən şəxs X4 21 dekabr 2022-ci il tarixdə keçirilmiş birgə əməliyyat-axtarış tədbiri nəticəsində saat 17:35-də Göyçay rayonu, Bığır kəndi ərazisində saxlanılaraq əvvəl Göyçay rayon Polis Şöbəsinə, daha sonra isə ünvan 3 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilməsinə dair əsasları inandırıcı fakt hesab edərək, polis əməkdaşlarının vermiş olduqları ifadələrin hadisənin real ardıcıllığını əks etdirmədiyi barədə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbayca n Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçir ərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X4 məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımır, əksinə hadisələrin real ardıcıllığını özündə əks etdirir. Məhkəmə kollegiyaları haqlı olaraq şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməməli olması, X4 məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamağı və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, bəraət hökmünün dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi olma sına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarını, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin və Ali Məhkəməsinin Plenumunlarının, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altı na almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən eyni zamanda aşağıda göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Az ərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan R espublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcə llənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaq la aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qəra rını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1089/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1089/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver