Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-109/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxxx 1986-cı ildə Saatlı rayonunun Məmmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvanda qeydiyyatda olan və ünavanda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bunda n sonra CM-in) 178.2.1 və 178.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən (hakim Süleyman Ağayev) Məhkum Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 68.1.3-cü maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-i il tarixli hökmü ilə ona təyin olunmuş qazancının 20 faizi miqdarında dövlət nəfinə pul tutulmaqla 01 (bir) il 03 (üç) a y müddətinə islah işləri cəzası azadlıqdan məhrum etmənin bir günü islah işlərinin üç gününə nisbəti ilə hesablanaraq alınan 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən toplanaraq ona qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanılmaqla 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 03 (üç) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdiril ərək, ”həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə iclas zalından həbs olunmuş, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: N.E.Məmmədov (sədrlik edən), Ə.N.Bayramov və Ə.İ.Qasımov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum olunmuşdur ona görə ki, o, tanışı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ol araq, z xx xxxxxx 2015-ci il tarixdə ünvan ünvanda 4000 manat pulu X2 aldatma yolu ilə götürüb, Şəfiqə İbrahimovanın tanışı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 “Socar”a çilingər vəzifəsinə işə düzəltmək adı ilə, xx xxxxxx 2015-ci il tarixində isə təkrarən, xnın tanışı X5 Ədliyyə Nazirliyinə işə düzəltmək adı ilə yalan vəd verib, 1300 manat pulu yenə həmin ünvanda alıb, əvəzində qəbz yazıb verərək, sonrakı dövrdə pulları z gətirib onunla aralarında bölüşdürüb, ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum daha ağır cəza təyin edilməsinə dair qərar q əbul edilməsi xahiş olunur. Zərərçəkmiş şəxs hesab edir ki, məhkəmələr tərəfindən cəza təyin edilərkən təqsirləndirilən şəxs Məhkum cəzasını ağırlaşdıran halları, yəni onun əvvəllər məhkum olunmasını və cəzasını tam şəkildə çəkib qurtarmamasını, təkrar cinayət törətməsini, dəymiş ziyandan ödəniş etməməsini nəzərə almayaraq yüngül cəza təyin etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində işin faktiki halları və əməlin tövsifi deyil, məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və ağırlığı nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakte rini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). B u baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olun ur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarak teri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi cəza təyin edərkən məhkumun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, özünü qismən təqsirli bilərək əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul etməklə və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Məhkum ədalətli cəza təyin etmişdir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cə zanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlillərinin təmin edilməsi ü çün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçir ilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş kassasiya şikayətində göstərildiyinin əksinə olaraq, hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya mə hkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq Məhkum daha ağır cəza təyin edilməsindən ötrü apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-109/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-109/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver