Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-109/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X6 (məruzəçi) və X3 ibarət tərkibdə) 11 aprel 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1980-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Yevlax şəhəri ünvan 3-də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Yeni məhəllədə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutumuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 02 (iki) il mü ddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2021-ci il tarixdən hesablanması, seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abbasov Gündüz Qasım oğlunun sədrliyi, X2 və X4 ibarət tərkibdə) 2 iyun 2022-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 1(091)-15/2022 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən, o, dəqiq tarixi məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlamış, həmin narkotik vasitədən qeyri-müəyyən miqdarda özü istifadə etmiş, 24 fevral 2021-ci il tarixdə Ucar rayonu Alpout kənd sakini - xx.xx.1986-cı ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətən daşı, evli, əvvəllər məhkum olunmamış, Ucar rayonu Alpout kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan X7 yaşadığı evə qonaq gələn zaman həmin narkotik vasitə olan heroini və heroini istifadə etmək üçün digər vasitələri əlində olan 01 ədəd sellofan paketdə daşımaqla gətirib həmin evin zalında olan divanın arxasında gizlədərək saxlamış, orada olan zaman həmin vasitədən qeyrimüəyyən miqdarda istifadə etmiş, 26 fevral 2021-ci il tarixdə saat 17 radələrində Ucar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 11,213 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 (bir) ədəd ağzı açıq şüşə flakonda, təmiz çəkisi 0,047 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, yəni hər ikisi eyni tərkibə malik, ümumi təmiz çəkisi 11,260 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 02(iki) ədəd şüşə flakonun və 01 (bir) ədəd başlığı qırıq şüşə ampulanın içərisindən cüzi miqdarda- heroin hissəcikləri, həmçinin 03(üç) ədəd 1 ml-lik şprislərin hər birinin içərisindən cüzi miqdarda- heroin məhlulunun qalıqları aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, apellyasiya məhkəməsinin cinayət kollegiyası da birinci instansiya məhkəməsinin nümayiş etdirmiş olduğu subyektiv mülahizələrə əsaslanan, mövcud sübutları obyektiv və işin faktiki hallarına uyğun təhlil etməyərək biri digərini təkzib edən ziddiyyətli mövqe ilə eyni mövqedə olmaqla əməlin tövsifinə yalnız bir prizmadan “satış faktının müəyyən edilməməsi" və aşk ar edilmiş narkotik vasitənin “xırda bükümlərdə” olmaması baxımından yanaşmaqla hüquqi qiymət vermişdir. Məhkum aşkar edilib götürülmüş narkotik vasitə heroinin miqdarı qanunvericiliklə həmin narkotik vasitənin şəxsi istehlakı üçün müəyyən edilmiş həddən 75 dəfədən, külli miqdarı üçün müəyyən edilmiş həddən isə 5 dəfədən artıq olmuşdur və narkotik vasitənin çəkisi öz-özlüyündə həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinin birbaşa təsdiqidir. Şəxsin barəsində əməliyyat qeydiyyat işinin açılmaması Məhkum ondan aşkar olunmuş narkotik vasitəni şəxsi istehlak məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Hazırki işdə əməliyyat məlumatında göstərilənlər əməliyyat qeydiyyat işi açılmadan polis əməkdaşları tərəfindən təxirəsalınmaz qaydada yoxlanılmışdır. Məhkum narkomaniya xəstəliyindən əziyyət çəkməsi hələ özlüyündə ondan aşkar edilmiş narkotik vasitənin yalnız özünün istehlak etməsi məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə də əsas vermir. İş üzrə şahid qismində dindirilmiş Ucar RPŞ-nin əməkdaşları ifadələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Yeni Məhəllədə yaşayan Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Ucar rayonu Alpout kənd sakini X7 yaşadığı ünvanda olması barədə məlumat daxil olduğundan raport əsasında Ucar RPŞ-nin rəisinin əmrinə əsasən əməliyyat-istintaq qrupu yaradıldığını və narkotik vasitənin aşkar olunduğunu göstərmişlər. Lakin məhkəmə sübut növü olan adları çəkilən şəhidlərin ifadələrində göstərilənləri, habelə guya satış məqsədi olmayan və aşkar olunacağı təqdirdə cinayət məsuliyyətinə cəlb ol unacağını dəqiq bilən Məhkum bir bükümdə olsa da hansı səbəbdən istintaqa məlum olmayan mənbədən əldə etdiyi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxs kimi özünün istehlak miqdarından 75 dəfədən çox narkotik vasitəni özü ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən Ucar rayonu Alpout kəndinə gətirdiyini nəzərə almadan, digər sübutlarla qarşılıqlı şəkildə təhlil etməklə qiymətləndirmədən, Məhkum özünümüdafiə xarakterli, işin faktiki hallarına uyğun olmayan ifadələrinə əsaslanmaqla onun əməlini CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif etmiş, bununla kifayətlənməyərək həmin maddə ilə də aşkar olunmuş narkotik vasitənin çəkisini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, Məhkum şəxsiyyətini, məhkumluğu ödənilsə də onun əvvəllər məhkum olunduğunu nəzə rə almadan ona 2 il müddətə azadlıqdan məhrum etmədən ibarət aşağı həddə cəza təyin etmişdir. Hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Məhkum məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq onun əməlini yüngül cəza nəzərdə tutan maddəyə tövsif etməklə sosial ədalət prinsipini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq o laraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum əməli əsassız olaraq CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1 -ci maddəsinə tövsif olunmuşdur. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə d övlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciə ti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsi ni müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələlərdən biri Məhkum törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə məhkəmələrin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bə ndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin b ütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda t am təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İbtidai araşdırma orqanı tərəfindən Məhkum elan ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, o, dəqiq tarixi məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlamış, həmin narkotik vasitədən qeyri-müəyyən miqdarda özü istifadə etmiş, 24 fevral 2021-ci il tarixdə Ucar rayonu Alpout kənd sakini X7 yaşadığı evə qonaq gələn zaman həmin narkotik vasitə olan heroini və heroini istifadə etmək üçün digər vasitələri əlində olan 01 ədəd sellofan paketdə daşımaqla gətirib həmin evin zalında olan divanın arxasında gizlədərək saxlamış, orada olan zaman həmin vasitədən qeyrimüəyyən miqdarda isti fadə etmişdir. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli “Raport”dan görünür ki, Ucar Rayon Polis Şöbəsinə Yevlax şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Yeni məhəllədə yaşayan Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Ucar rayonu Alpoud kənd sakini X7 yaşadığı ünvanda olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Məhkum cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi, Məhkum saxlanılarkən üzərinə və Ucar rayonu Alpoud kənd sakini X7 yaşadığı evə baxış keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli “Ərizə”dən görünür ki, X11 yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. xx.xx.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 17:08 dəqiqədən saat 17:49 dəqiqəyədək olan müddət ərzində Ucar rayonu Alpoud kəndində yaşayan Araz Nuriyevin yaşadığı ünvana baxış keçirilərkən oradan 3 ədəd şpris, 5 ədəd şüşə qab və 1 ədəd ağzı göy rəngli sapla bağlanmış şəffaf rəngli sellofan büküm aşkar olunmuş, büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 12,55 qram olduğu müəyyən olunmuşdur. Şifahi sorğu-sual zamanı Məhkum aşkar olunanların ona məxsus olduğunu, sellofan bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra aşkar olunanlar müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. x x.xx.2021-ci il tarixli 17/160 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “X9 məxsus ünvandan... Məhkum məxsus predmetlər...” sözləri yazılmış zərfin içərisindəki; - 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 11,213 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, - 01 (bir) ədəd ağzı açıq şüşə flakonda, təmiz çəkisi - 0,047 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, - Digər 02(iki) ədəd şüşə flakonların içərisindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri - heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. - 01 (bir) ədəd başlığı qırıq şüşə ampulanın içərisindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri - heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. - 03(üç) ədəd 1 ml-lik şprislərin hər birinin içərisindən aşkar edilmiş cüzi miqdarda olan maye qalıqları heroin məhlulunun qalıqlarıdır. Həmin heroin məhlulunun qalıqları cüzi miqdarda olduqlarına görə tərkiblərindəki heroinin quru maddəsinin təmiz çəkisini müəyyən etmək mümkün olmadı. - 01 (bir) ədəd ağzı bağlı şüşə flakonda, təmiz çəkisi - 3,609 qram olan maddə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd sellofan bükümdə olan heroin ilə 01 (bir) ədəd şüşə flakonda olan heroin tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 03(üç) ədəd 1 ml-lik şprisdən aşkar edilmiş heroin məhlulunun qalıqları və 02(iki) ədəd şüşə fl akondan, həmçinin 01 (bir) ədəd başlığı qırıq şüşə ampuladan aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd şüşə flakonda olan heroinlərin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Məcburi ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 543 nömrəli rəyindən görünür ki, Məhkum narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Ucar RPŞ-nə verilmiş əməliyyat tapşırığının cavabından görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş, eləcə də əvvəllər CM-nin 228.1-ci maddəsi ilə azadlıqdan məhr um etmə cəzasına məhkum olunmuş şəxs Məhkum mütəmadi olaraq narkotik vasitədən istifadə etməsi, ünvan 7 ünvandan aşkar edilmiş özünə məxsus narkotik vasitə olan heroini tutulmazdan təxminən 2-3 gün əvvəl Bakı şəhərində Qala qəsəbəsində bizə dəqiq yeri məlum olmayan zibillikdən tapması, məlum ünvanda ev sahibi olan Araz Nuriyevin və digər tanışı Sadiq Qocamanovun xəbəri olmadan narkotik vasitə olan heroindən istifadə etməsi barədə əməliyyat yolu ilə məlumatlar əldə edilmişdir. Bundan başqa Məhkum başqa şəxslərlə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin həmin narkotik vasitəni başqa şəxslərə satması və ya əvvəllər məhkum olunmuş digər şəxslərlə əlaqəsinin olması və sairə bu kimi digər cinayət əməlləri, eləcə də cinayət törətmiş şəxslərlə hər hansı əlaqəsi nin olması barədə hər hansı məlumat əldə edilməmişdir. Əməliyyat tapşırığına alınmış cavabdan görünür ki, narkotikin mənbəyi ilə bağlı xx.xx.2021-ci il tarixli cavabda göstərilmiş xüsusatlardan başqa hər hansı əhəmiyyət kəsb edən mötəbər məlumat əldə etmək mümkün olmamışdır. Həmçinin təqsirləndirilən şəxs Məhkum Ucar rayon sakinləri Sadiq Qocamanovla və Araz Nuriyevlə tanışlığının olması, normal münasibətlərinin olması, lakin Məhkum adları çəkilən şəxslərlə narkotiklə bağlı aralarında hər hansı cinayət xarakterli (alqı-satqı və.s. bu kimi) əlaqələrinin olmadığı müəyyən edilmişdir. Ucar Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 187-2407-1222 saylı məktubdan görünür ki, Məhkum barəsində Ucar Rayon Polis Şöbəsində hər hansı əməliyyat qeydiyyat işi yoxdur. Cinayət işi üzr ə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai istintaq orqanı məhz narkotik vasitənin miqdarının çoxluğunu nəzərə alaraq əlavə sübut toplamadan, real satış həyata keçirilərkən Məhkum saxlamadan, digər əməliyyat tədbirləri keçirmədən, yalnız ehtimala əsaslanmaqla ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüş, ona görə də birinci instansiya məhkəməsi Məhkum əməlini CM-in 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edərkən səhvə yol verməmişdir. Apellyasiya intansiyası məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, haz ırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum narkotik vasitəni satış məqdəsi ilə qanunsuz olara q əldə edib saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməli, narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməli idi. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop ma ddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirərkən, bilavasitə heroini realizə edərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün Ucar rayonu Alpoud kəndində yerləşən Araz Nuriyevə məxsus evdə saxlanılmış, üzərindən heç bir qeyriqanuni əşya əşkar olunmamış, lakin qonaq kimi qaldığı həmin evdən 11,2 qram miqdarında narkotik vasitə - heroin aşkar olunmuşdur. Habelə şahid ifadələrindən və Ucar Rayon Polis Şöbəsi tərəfindən verilmiş məktubdan müəyyən olunmuşdur ki, Məhkum barəsində əməliyyat-qeydiyyat işi açılmamış, o, əməliyyat nəzarətində olmamış, onun tərəfindən narkotik vasitənin alqısatqısının həyata keçirilməsi ilə bağlı hər hansı əməliyyat məlumatı əməliyyat qurumunda rəsmiləşdirilməmişdir. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan narkotik vasitənin miqdarı, həmin narkotik vasitənin yalnızca bir bükümdə, əvvəlcədən hazırlanaraq xırda-xırda çəkilərdə olan bükümlərə bölünməməsi, digər tərəfdən şəxsin özünün heroindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi, ev dən eyni zamanda heroinin istifadəsini təmin etmək üçün saxlanılan şüşə flakonların və bir neçə şprisin aşkar olunması, habelə elektron tərəzinin aşkar olunmaması Məhkum məxsus evdən aşkar olunan 11,2 qram heroinin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılması barədə aşağı instansiyası məhkəmələrinin gəldikləri nəticənin əsaslı olduğunu təsdiq edir. Həmçinin, əməliyyat tapşırığına verilən cavab məktublarından da göründüyü kimi, Məhkum başqa şəxslərlə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən, həmin narkotik vasitəni başqa şəxslərə satması və ya əvvəllər məhkum olunmuş digər şəxslərlə əlaqəsinin olması və sairə bu kimi digər cinayət əməlləri, eləcə də cinayət törətmiş şəxslərlə hər hansı əlaqəsinin olması barədə hər hansı məlumat əldə edilməmiş, əksinə Məhkum Ucar rayon sakinləri Sadiq Qocamanovla və Araz Nuriyevlə tanışlığının olması, normal münasibətlərinin olması, lakin onun adları çəkilən şəxslərlə narkotiklə bağlı aralarında hər hansı cinayət xarakterli (alqı-satqı və.s. bu kimi) əlaqələrinin olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamasının birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CP M-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona itti ham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmə nin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətl əri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinay ət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kolleg iyası apellyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq həmin məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzər də tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun is lah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cina yətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın ş əxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən cəzasını yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı uşağının olmasını qeyd etmiş və ağırlaşdıran halın olmadığını müəyyən etmişdir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsi yyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmadığını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində qanuni və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də haqli olaraq cəza təyini hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmələrin cəza təyini ilə bağli mövqeyi ilə razılaşaraq məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın həddinin artırılmasının islah təsiri baxımından mütənasib hesab etmir və qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin « Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41 -ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yün gülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmi ş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddinin artırılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası aşağı instansiyası məhkəmələrinin məhkuma cəza təyini və əməlin tövsifi ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqi q etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmişdir. Buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət itti hamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyun 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-109/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-109/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver