Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-109/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət məhkəmə tərkibində, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bu ndan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2022-ci il tarixli, 1(104)-362/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum 20 aprel 1962-ci il tarixdə Şəmkir rayonu Dəllər qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Şəmkir rayonu Dəllər qəsəbəsində yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin xx.xx.2016-cı il tarixli, 09/11-524 nöməli əmrinə əsasən həmin tarixdən xx.xx.2020-ci il tarixə kimi olan dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının Sosial sığorta sektorunun baş məsləhətçisi vəzifəsində işləyərkən ünvanlı sosial yardım almaq üçün müraciət etmiş Şəmkir rayonu Bayramlı kənd sakini Zərərçəkmiş şəxs ona olan inam və etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədilə sosial yardımın təyin edilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının Sosial Sığorta sektorunda baş məsləhətçi vəzifəsində işləməsindən irəli gələn qul luq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs ailəsinin maddi-məişət şəraitinin müayinəsini apararkən ünvanlı sosial yardım düzəltmək imkanına malik olduğunu, qeyd edilən məsələni aidiyyəti səlahiyyətli vəzifəli şəxsə edəcəyi hərəkətə görə həmin vəzifəli şəxsə maddi nemət olan pul verilməsi müqabilində həll edəcəyini yalandan bildirib onu aldadaraq 2019-cu ilin oktyabr ayından 2020-ci ilin yanvar ayının axırlarına qədər olan müddətdə aralarındakı razılaşmaya uyğun olaraq müxtəlif vaxtlarda hissə-hissə 4 dəfəyə, yəni hər dəfə 200 manat olmaqla Şəmkir şəhərində müxtəlif ünvanlarda görüşüb təyin edilmiş ünvanlı sosial yardımı 4 aylıq ödənişi miqdarında olan cəmi, 800 (səkkiz yüz) manat məbəğində pul vəsaitini, bundan sonra vahid niyyətlə Zərərçəkmiş şəxs ünvanlı sosial yardım verilmə qa ydalarında dəyişikliklər olduğunu, sosal yardımın 2 aylıq ödənişi miqdarında olan 400 (dörd yüz) manat pulun verilməyəcəyi halda sosial yardımın verilməsinin dayandırılacağını bildirərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının sabiq müdiri Azad Şərifovun adından istifadə etməklə qeyd edilən məbləğdə olan pul vəsaitinin 2020-ci ilin noyabr ayının əvvəllərində aralarındakı razılaşmaya uyğun olaraq Şəmkir şəhərində “Bayraq meydanı”-nın yaxınlığında görüşüb təyin edilmiş ünvanlı sosial yardımın 2 aylıq ödənişi miqdarında olan 400 (dörd yüz) manat məbləğində pulu almaqla şəxsi ehtiyaclarına sərf edərək özgənin, yəni Zərərçəkmiş şəxs 1200 manat məbləğində pulunu öz qulluq mövqeyindən istifadə e dərək aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir.
3. Şəmkir Rayon Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim X8) 5 aprel 2022-ci il tarixli, 1(076)-12/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 32.4, 312.1-ci maddəsi ilə 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzaların qismən to planılaraq 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququnda məhrum edilməklə, 4 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3 maddəsinə əsasən 13 fevral 2021-ci ildən 11 sentyabr 2021-ci ilədək həbsdə və ev dustaqlığında saxlanıldığı 6 ay 28 günün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 2 il 10 ay 4 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasının əvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, habelə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyilşdirilmədən saxlanılması, Şəmkir rayonunun hüdudların ı tərk etməmək, Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması və təyin edilmiş 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasının müddətinin hökm qanuni qüvvəyə mindiyi vaxtdan hasablanması qərara alınmış, həmçinin hökmlə məhkəmə məsrəfləri məsələsi həll edilmişdir.
4. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Məhkum barəsində CM-nin 178.2.3-cü madd əsi ilə icraata xitam verilməsini, CM-nin 32.4,312.1ci maddəsi ilə isə bəraət verilməsini xahiş etmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət məhkəmə tərkibində) 5 iyul 2022-ci il tarixli, 1(104)362/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin təmin edilməməsi, Şəmkir Rayon Məhkəməsinin Məhkum barəsində olan 5 aprel 2022-ci il tarixli, 1(076)-12/2022 nömrəli hökmünün isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2022-ci il tarixli, 1(104)-362/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəl illəri və etirazlar:
7. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, hesab edir ki, birinci instansiya məhkəməsi, ardınca Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası iş üzrə hərtəfli, obyektiv araşdırma aparmağa təşəbbüs göstərməmiş, işdə olan sübutlara düzgün qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikaytində Məhkum barəsində CM-in 178.2.3-cü maddəsi ilə icraata xitam verilməsini, CM-in 32.4, 312.1-ci maddəsi ilə isə bəraət verilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikaytində qeyd etmişdir ki, verilmiş ittihamın mahiyyətindən aydın görünür ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət hadisəsi böyük ictimai təhlükə törətməyən əməldir. Məhkəmə istintaqı zamanı Məhkum törətmiş olduğu əməldən səmimi peşman olmuşdur. Əməlindən səmimi peşman olması, birinci dəfə məhkum olunması, ziyanı tam şəkildə ödəməsi əsas verirdi ki, məhkəmə Məhkum təqsirli bilindiyi CM-in 178.2.3-cü maddəsi ilə icraata xitam versin və 312.1-ci maddəsi üzrə isə bəraət versin. Qeyd edilən hallar əsas verirdi ki, məhkəmə Məhkum maddi ziyanı tam şəkildə ödəməsini, həmin ziyanın 25%-ni dövlət büdcəsinə ödəməsini nəzərə alıb həmin hissədə icraata xitam versin, digər maddəyə münasibətdə isə verilmiş ittiham öz təsdiqini tapmadığı üçün və həmin ittiham real və aktiv olmadığı üçün bəraət verilsin.
8. Qeyd etdiklərinə əsasən, kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2022-ci il tarixli, 1(104)362/2022 saylı qərarının ləğv edilməsini, Məhkum təqsirli bilindiyi CM-in 178.2.3-cü maddəsi ilə ziyan ödənildiyinə görə cinayət məsuliyyətindən azad edilməklə icraata xitam verilməsi və 32.4, 312.1-ci maddələri üzrə verilmiş ittiham öz təsdiqini tapmadığı üçün Məhkum barəsində bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
10. Qərardan kassasiya protesti, zərərçəkmiş şəxs tərəfindən isə kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlillərini müdafiə edib, ona uyğun qaydada çıx ış edərək, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı məhkəmə kollegiyasından məhkumun təqsirli bilindiyi CM-in 32.4, 312.1-ci maddəsinin ittihamdan xaric edilməsini, CM-in 178.2.3-cü maddəsi ilə təyin edilmiş cəzanın isə dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. İV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.
14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 4 19.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
16. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkumun təqsirli bilindiyi maddələr üzrə CM-in 178.2.3-cü madd əsi ilə cəzadan azad edilmə hallarının mövcud olması, həmçinin CM-in 32.4, 312.1-ci maddəsi ilə isə verilmiş ittihamın öz təsdiqini tapmamasını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsini və məhkumun CM-in 178.2.3-cü maddəsi ilə təyin edilmiş cəzadan azad edilməsi, CM-in 32.4, 312.1-ci maddəsi ilə isə barəsində bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.
17. Odur ki, kollegiya kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan ka ssasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2022-ci il tarixli, 1(104)-362/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Kassasiya kollegiyası ilkin olaraq məhkəmələrin Məhkum ittiham olunduğu CM-ni 32.4, 312.1-ci maddəsi ilə bağlı gəlmiş olduqları qənaətə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Belə ki, Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsinin dispozisiyası rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində ifadə olunur.
20. İbtidai istintaq orqanı və məhkəmələr belə nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2016-cı il tarixli, 09/11-524 nöməli əmrinə əsasən həmin tarixdən xx.xx.2020-ci il tarixə kimi olan dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının Sosial sığorta sektorunun baş məsləhətçisi vəzifəsində işləyərkən ünvanlı sosial yardım almaq üçün müraciət etmiş Şəmkir rayonu Bayramlı kənd sakini Zərərçəkmiş şəxs ona olan inam və etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmək m əqsədilə sosial yardımın təyin edilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının Sosial Sığorta sektorunda baş məsləhətçi vəzifəsində işləməsindən irəli gələn qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs ailəsinin maddi-məişət şəraitinin müayinəsini apararkən ünvanlı sosial yardım düzəltmək imkanına malik olduğunu, qeyd edilən məsələni aidiyyəti səlahiyyətli vəzifəli şəxsə edəcəyi hərəkətə görə həmin vəzifəli şəxsə maddi nemət olan pul verilməsi müqabilində həll edəcəyini yalandan bildirib onu aldadaraq 2019-cu ilin oktyabr ayından 2020-ci ilin yanvar ayının axırlarına qədər olan müddətdə aralarındakı razılaşmaya uyğun olaraq müxtəlif vaxtlarda hissə-hissə 4 dəfəyə, yəni hər dəfə 200 manat olmaqla Şəmkir şəhərində müxtəlif ünvanlarda görüşüb təyin edilmiş ünvanlı sosial yardımı 4 aylıq ödənişi miqdarında olan cəmi, 800 (səkkiz yüz) manat məbəğində pul vəsaitini, bundan sonra vahid niyyətlə Zərərçəkmiş şəxs ünvanlı sosial yardım verilmə qaydalarında dəyişikliklər olduğunu, sosal yardımın 2 aylıq ödənişi miqdarında olan 400 (dörd yüz) manat pulun verilməyəcəyi halda sosial yardımın verilməsinin dayandırılacağını bildirərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının sabiq müdiri Azad Şərifovun adından istifadə etməklə qeyd edilən məbləğdə olan pul vəsaitinin 2020-ci ilin noyabr ayının əvvəllərində aralarındakı razılaşmaya uyğun olaraq Şəmkir şəhərində “Bay raq meydanı”-nın yaxınlığında görüşüb təyin edilmiş ünvanlı sosial yardımın 2 aylıq ödənişi miqdarında olan 400 (dörd yüz) manat məbləğində pulu almaqla şəxsi ehtiyaclarına sərf edərək özgənin, yəni Zərərçəkmiş şəxs 1200 manat məbləğində pulunu öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, həmin əməli ilə Zərərçəkmiş şəxs vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş, bununla da Məhkum CM-in 312-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmişdir.
21. İbtidai istintaq orqanının Məhkum ittiham elan etdiyi CM-in 32.4, 312.1-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir.
22. Məhkum irəli sürülmüş ittihamdan isə aydın görünür ki, o, zərərçəkm iş şəxsi aldadaraq, ona söz verdiyi məsələni həll etməkdən ötrü vəzifəli şəxsə çatdırmaq adı ilə ondan pul alıb ələ keçirmişdir.
23. Qeyd olunmalıdr ki, məhkəmə aktları qəbul edildiyi dövrdə Məhkum əməlləri mövcud olmuş məhkəmə təcrübəsinə uyğun olaraq məhkəmələr tərəfindən CM-in 32.4, 312-ci maddəsi ilə tövsif edilsə də, hazırkı halda qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarlarından (Qərardadı) çıxış edərək məhkəmə kollegiyası Məhkum hərəkətlərində CM-nin 32.4, 312.1-ci maddəsinin dispozisiyası ilə uzlaşan tərkib əlamətlərinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlərin mövcud olub olmamasına, qeyd olunan hərəkətlərin “rüşvət verməyə təhrik” və ya “dələduzluğun üsulu” kimi çıxış etməsinə qiymə t verilməsini zəruri hesab edir.
24. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul tarixli 2022-ci il Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın, yəni başqalarına rüşvət vermə adı ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş və heç kimə rüşvət vermək niyyəti olmayan şəxsin əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olundu ğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır.
25. Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul tarixli 2022-ci il Qərarının təsviriəsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik” kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.
26. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 17 aprel 2023-cü il tarixli Qərardadında vurğulamışdır ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan hüquqi mövqeyinə əsaslanaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19 may 2023-cü il tarixli Qərarı ilə 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndini aşağıdakı redaksiyada vermişdir: 28. “Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin.
29. Dələduzluğun törədil məsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir.
30. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qə rardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır.
31. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”.
32. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”.
33. Öyrənilmiş cinayət işinin materiallarından göründüyü kimi Məhkum Zərərçəkmiş şəxs məxsus cə mi 1200 manat məbləğində pul vəsaitini vəzifəli şəxsə rüşvət vermək adı ilə sonuncudan dələduzluq yolu (vahid niyyətlə) ilə ələ keçirsə də, faktiki olaraq hər hansı vəzifəli şəxsə pul və ya digər maddi nemət şəklində rüşvət verməmiş, rüşvət verməyə təhrik etmə hərəkətlərindən isə yalnız dələduzluğun üsulu kimi istifadə etmişdir ki, bu da öz növbəsində onun CM-in 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmasını istisna edir.
34. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
35. Məhkəmə kollegiyası işin müəyyən olunmuş bu faktiki hallarından, araşdırılmış sübutlardan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul tarixli 2022 ci il tarixli Qərarında və 23 aprel 2023-cü il tarixli Qərardadında əksini tapmış hüquqi mövqedən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023cü il tarixli Qərarı ilə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndində edilmiş dəyişikliklərdən çıxış edərək belə nəticəyə gəlir ki, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 5 iyul 2022-ci il tarixli, 1(104)-362/2022 nömrəli qərarında dəyişiklik edilməklə, Məhkum elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi, həmçinin Şəmkir Rayon Məhkəməsinin 5 aprel 2022-ci il tarixli, 1(076)12/2022 nömrəli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə dair müddəalar xaric edilməlidir.
36. Məhkəmə kollegiyası həmçinin, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilən məhkumun təqsirli bilindiyi CM-in 178.2.3-cü maddəsi ilə cəzadan azad edilmə hallarının mövcud olması dəlilinə münasibətdə aşağıdakıları qeyd edir.
37. Məhkum Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə verilmiş ittihamdan görünür ki, törədilmiş dələduzluq əməlləri nəticəsində Zərərçəkmiş şəxs 1200 manat ziyan dəymişdir.
38. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş 10 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, vətəndaş Məhkum qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, onu bağışlamışdır. Ona dəymiş maddi ziyan Məhkum tərəfindən tam ödənilmiş, nəzərə alınmasını xahiş edir.
39. Kassasiya məhkəmə kollegiyasının iclasında təqdim edilmiş "xxxx" ASC-nin Şəmkir filialının 21.2.2022-ci il tarixli, 25124 nömrəli ödəniş qəbzlərindən görünür ki, dələduzluq cinayət əməli nəticəsində vurulmuş ziyanın (cəmi 1200 manat) 25 faizi məbləğində (300 manat) dövlət nəfinə ödənilmişdir.
40. Belə ki, Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1- ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir.
41. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.639.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır.
42. Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.
43. Həmin Məcəllənin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir.
44. Beləliklə, məhkəmə kollegiyası məhkum olunmuş və hazırda cəzasını çəkən Məhkum Zərərçəkmiş şəxs ilə barışdığını və ona vurulmuş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, cinayət və cinayət-prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 80-1-ci maddəsinə əsasən Məhkum CM-i n 178.2.3-cü maddəsi ilə ona təyin edilmiş cəzadan azad edilməlidir.
45. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2022-ci il tarixli, 1(104)-362/2022 nömrəli qərarında dəyişiklik edilərək, Məhkum elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi, həmçinin Şəmkir Rayon Məhkəməsinin 5 aprel 2022-ci il tarixli, 1(076)12/2022 nömrəli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə dair müddəalar xaric edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsi tətbiq edilməklə Məhkum həmin Məcəllənin 178.2.3-c ü maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilməlidir.
46. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 5 iyul 2022-ci il tarixli, 1(104)-362/2022 nömrəli qərarı dəyişdirilsin. Məhkum elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi, həmçinin Şəmkir Rayon Məhkəməsinin 5 aprel 2022-ci il tarixli, 1(076)-12/2022 nömrəli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə dair müddəalar xaric edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsi tətbiq edilməklə Məhkum həmin Məcəllənin 178.2.3-cü maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.