Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1090/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs1 nümayəndəsi X3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli hökmü i lə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 və nümayəndəsi X5 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İbrahimli İbrahim Adil oğlu) xx xxxxx 1985-ci ildə Masallı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki yetkinlik yaşına çatmayan uşqaları olan, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla ünvan 2-də yaşamış Məhkum, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 01 may 2018-ci il tarixindən 03 may 2018-ci il tarixinədək, yəni 02 gün həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə muəssısəsındə çəkməklə cəzaçəkmə müddətinin əvvəli 24 dekabr 2018-ci il tarixdən hesablanmışdır. Hökmdən məhkum və müdafiəçisi X7 tərəfindən ayrı-ayrılıqda, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Səfərov Rizvan Kamal oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 21 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 və nümayəndəsi X5 tərəfindən birgə verilmiş kassasiya şikayətində qərarın dəyişdirilməsi və təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla tə krarən dələduzluq etmişdir. Belə ki, Məhkum Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə onu, klinika tikdirmək və həmin klinikaya onunla ortaq olacağına dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə 2016-cı ilin dekabr ayının əvvəllərində ünvan 1 ünvanda fəaliyyət göstərən ünvan 2 həmin vaxtda Azərbaycan Respublikası manatının Azərbaycan Respublikasının Milli Bankının məzənnəsi ilə 5.022,22 manat, 2017-ci ilin fevral ayının əvvələrində ünvan 3 ünvanın qarşısında 2.000 ABŞ dolları, həmin vaxtda Azərbaycan Respublikası manatının Azərbaycan Respublikasının Milli Bankının məzənnəsi ilə 3.840 manat, ümumilikdə 8.862,22 manat pulunu tamah məqsədi ilə ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum İsraf ıl qızı təkrarən Zərərçəkmiş şəxs1 etibarından suiistifadə etməklə ona, Azər adlı qohumuna məxsus banka pul qoyaraq əvəzində faizlər alacağı, sonda isə həmin toplanmış pulların və faizlərin hesabına Bakı şəhərində mənzil veriləcəyinə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 2017-ci ilin mart ayından 2017-ci il oktyabr ayına qədər olun müddət ərzində hissə-hissə ünvan 4 ünvanda 11.000 manat, 27 aprel 2017-ci il tarixdə saat15:00 radələrində ünvan 5 ünvanda fəalıyyət göstərən «xxxx» ASC-nin Xətai rayonu fılialının qarşısında 5.000 manat, 28 aprel 2017-ci il tarixdə saat 16:00 radələrində içərisində 1.000 manat nağd pul olan X4 adına «xxxx» ASC-yə məxsus «Bır Kart» plastik kartı, 2017-ci ilin may ayının əvəllərində ünvan 7 ünvanda dörd ədəd ümumı dəyəri 855 manat olan 90 0 əyarlı, çəkisi 17,10 qram olan qızıl pul sikkəsi və 100 ABŞ dolları, həmin vaxtda Azərbaycan Respublikası manatının Azərbaycan Respublıkasının Milli Bankının məzənnəsi ilə 170,25 manat pulu, 28 may 2017-ci il tarixdə saat 14:00 radələrində ünvan 8 ünvanında fəaliyyət göstərən «xxxx» ASC-nin Xətai rayon fılialının qarşısında 4.100 ABŞ dolları, həmin vaxtda Azərbaycan Respublikası manatının Azərbaycan Respublikasının Milli Bankının məzənnəsi ilə 6.978,20 manat pulu, 14 iyun 2017-ci il tarixdə ünvan 10 ünvanda fəaliyyət göstərən ünvan 11n ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən «Xocalı» parkında 1.000 manat, 2017-ci ilin iyun ayının sonlarında ünvan 7 ünvanda bir ədəd 1.435 manat dəyərində 583/585 əyarlı, çəkisi 28,70 qram olan qızıl boyunbağı, bir ədəd 1.1 00 manat dəyərində 583/585 əyarlı, çəkisi 26,92 qram olan «Zarya» markalı qızıl qol saatının gövdəsi və qolbağını, 1 ədəd dəyəri 672 manat olan 583/585 əyarlı, çəkisi 10,51 qram olan 0,025 karatlı brilyant qaşlı qızıl üzük və bir ədəd 324 manat dəyərində 583/585 əyarlı, çəkisi 6,49 qram olan qızıl sırğa cütünü, 2017-ci ilin iyul ayı ərzində ünvan 7 ünvanda 1.500 və 1.000 manatı, ümumilikdə 2.500 manat pulu, 2017-ci ilin avqust ayıın sonlarında ünvan 12 ünvanda 1 ədəd 220 manat dəyərində 583/585 əyarlı, çəkisi 8,46 qram olan “Slava” markalı qızıl qol saatının gövdəsini, bir ədəd 499 manat dəyərində 583/585 əyarlı, çəkisi 9,98 qram olan qızıl üzüyü, bir ədəd 299 manat dəyərində 583/585 əyarlı, çəkisi 5,98 qram olan qızıl klonu və bir ədəd 221 manat dəyərində 583/585 əyarlı, çəkisi 6,34 qram olan qızıl boyunbağını, 2017-ci ilin oktyabr ayının əvvəllərində ünvan 13 ünvanda fəaliyyət göstərən ünvan 143 manat 45 qəpik pulunu tamah məqsədi ilə ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr cəza təyin edərkən məhkumun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, məhkumun şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasının minimum həddində cəza təyin etmişdirlər. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarının dəyişdirilməsini və məhkuma daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahi ş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə ə sasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri cəzanın yüngül olması barədədir. Aşağıda şərh edilən əsaslarla kassasiya şikayətinin dəlilləri işin faktiki hallarına uyğun olmadığından əsassız hesab edilməlidir. Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məc əllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməklə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafıq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Oeyd edilən Məcəllənin 58.3cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Şərh edilənlərə məhkəmələrin istinad etdiyi digər hallara əsasən kollegiya hesab edir ki, məhkəmələr tərəfindən cəza tədbiri seçilərkən, təqdim edilmiş sübutlar hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, Məhkum şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri nəzərə alınmışdır. Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən qərar dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin kasassiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1090/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1090/2019
16.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver