Məhkəmə qərarları › İş №1(102)-1090/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1090/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1090/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Məhkum edilmiş şəxs xxx, müdafiəçisi X10 və xüsusi ittihamçının nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən xxx qızının Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından məhkum Hacıyeva Rəna Sələtdin qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim: X12) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Hacıyeva Rəna Sələtdin qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 (iyi rmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Hacıyeva Rəna Sələtdin qızına təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 9 (doqquz) ay müddətinə islah işləri cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə) məhkum Hacıyeva Rəna Sələtdin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəməni n hökmünə əsasən, Hxxxı xüsusi ittihamçı X4 “facebook” sosial şəbəkəsində olan “xxx” səhifəsində “Qianr Hut” adlı profilindən 2018-ci ilin ortalarında edilən paylaşımda “Dosyendə şəxsi iş yəni Ədliyyə Nazirliyindəki yazılıb qəhbə qadınla oturub duran kişi - özü qəhbədir Mehdi müəllim”, “sən özün başdan ayağa - virussan”, “sağalmaz iyrənc virus”, “əxlaqsızığınla kadınların virususan elə”, “vəzifəndən sui-istifadə edərək intim münasibət təklif etdiyini jurnalist qadınlara, şəhid bacılarına həyat yoldaşlarına”, “əvvəlin müəllim olub axırın söyülən cındır tryapka”, “şərəfsiz atadan xuliqan oğul doğular”, “1 ayağın qalıb özünü elə apar ki, sındırıb soxmasınlar dalına” cümlələrini istifadə etməklə xüsusi ittihamçı Mehdi Mehdiyevin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq onu təhqi r etmiş, habelə həmin səhifədə “şəhid anaları 100 manata vətən fədaisi medalını satdığını bildiriblər yuxarıya” və “hansı cinayətləri etmisən və edirsən” yazdığı cümlələrində M.Mehdiyevə böhtan atmışdır. Bundan əlavə o, xüsusi ittihamçı X4 işlədiyi, Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 44 saylı ünvanda yerləşən “Azərbaycan Qarabag Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin binasının qarşısında xx.xx.2018-ci il tarixdə, saat 14 radələrində sonuncunun ünvanına “sən və işçilərin nakişisiz, əlillərin və şəhidlərin ailələri təşkilata gəldikdə onları zorlayıb intim əlaqəyə girirsiz”, “hamınız oğraşsınız” kimi ifadələri kütləvi çıxışda işlədərək M.Mediyevin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq onu təhqir etmişdir. Bundan başqa o, xx.xx.20 18-ci il tarixdə, təxminən saat 19 radələrində xüsusi ittihamçı X4 yaşadığı Bakı şəhəri, ddd yerləşdiyi mərtəbənin dəhlizinə çıxan hissəsinin divarında sonuncu barəsində “qatil Mehdi”, “qəhbə amcıxyalayan Mehdi”, “kişi tüpürdüyünü yalamaz xxx. Kişilik qürurun olsun, alçatma özünü, əyilmə, söymüsən girmə götümə indi”, “dəli qəhbə xxxi” kimi ifadələr yazmaqla xxx şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq onu təhqir etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından məhkum xxx kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, çıxarılmış məhkəmə hökmü mövcud qanunvericiliyin tələblərinə və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli və barəsində bəraət hökmü çıxarılm alıdır. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından görünür ki, "Qianir Hut" kiıni qeydə alınmış profilin ona hər hansı aidiyyətinin olması sübuta yetirilmədiyindən həmin profil tərəfindən "xxx" səhifəsində edilmiş qeydlərin də ona aid olması sübuta yetirlməmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərin nəzərə alınmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və barəsində bəraət qərarı çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkum edilmiş şəxsin və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi dair xüsusi ittihamçının nümayəndə sinin çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qər ar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən mü əyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əmə ldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla ra görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Belə ki, iş materiallarında olan divarda yazılmış yazıları əks etdirən fotoşəkillərdə təhqir, şərəf və ləyaqəti ləkələyən, ictimai və şəxsi fəaliyyətə xələl gətirəcək, nüfuzdan salan ifadələri ibarət və xxxn orada olması görsənir. Həmçinin iş materiallarında olan "facebook” sosial şəbəkəsində olan "xxx” səhifəsində "Qianr Hut” adlı profilindən edilən paylaşımlarda təhqir və böhtan xarakterli ifadələr əks olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2018-ci il tarixli akta əsasən xxx "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin inzibati binasına həmin günü saat 14:00-da gələrək qışqır- bağır salmaqla M.Mehdiyevin ünvanına "sən və işçilərin nakişisiz, əlillərin və şəhidlərin ailələri təşkilata gəldikdə onları zorlayıb intim əlaqəyə girirsiz”, "hamınız oğraşsız” demişdir. Bundan başqa, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2019-cu il tarixli, 2437 saylı rəyinə əsasən “ekspertizaya təqdim edilmiş, iş materiallarının 17-19-cu vərəqələrindəki aktlardan xx xxxxxx 2015-ci il və xx xxxxxxxx 2018-ci il tarixli aktlarda qeyd edilən cümlələrin, iş materiallarının 21-24cü vərəqələrindəki "X8 Hxxx” və "X9 Vetensever” şəxsi hesablarından edilən paylaşımlarda istifadə olunan "xxx ne vaxtdan şair olub mahniya şeir yazir? Cox cindir şeirdir şairin özü kimi tfu”, "herden dusunurem goresen azerbaycanda bu sifetde n daha murdar sifet var?” və "tek ayakli kertenkeler dunyada ən iyrənc məxluqdur mehdi mehdiyev” cümlələrin, iş materiallarının 27-31-ci vərəqələrindəki yazılardan 28-29-cu vərəqələrdəki rəyin tədqiqi hissəsində qeyd edilən sözlər, 30cu vərəqədəki "dəli” sözü, iş materiallarının 33-39-cu vərəqələrindəki "Qianr Hut” adlı hesabdan edilən paylaşımlarda istifadə olunan cümlələri X6 qarşı təhqir olub onun şərəf və ləyaqətini ləkələyən, ictimai və şəxsi fəaliyyətinə xələl gətirərək onu nüfuzdan salan ifadələr olması müəyyən edilmişdir. İş materiallarının 35-ci vərəqəsindəki "şəhid anaları 100 manata vətən fədaisi medalını satdığını bildiriblər yuxarıya” cümləsi isə böhtan olaraq söylənildiyi təqdirdə X4 ictimai və şəxsi fəaliyyətinə xələl gətirərək onu nüfuzdan salan ifadədir. Ekspertizaya təqdi m edilmiş, iş materiallarının 27-ci vərəqəsindəki "qatil” sözü, 34-cü vərəqəsindəki "qardaşı da özü kimi ata qatili”, "Mehdiyev əli qana bulaşmış - mələkdir qatil cani mələk” və 36-cı vərəqəsindəki "hansı cinayətləri etmisən və edirsən” cümlələrində şəxsin cinayət törətməsi ilə bağlı fikirlər böhtan olaraq söylənildiyi təqdirdə X4 şərəf və ləyaqətini ləkələyən, ictimai və şəxsi fəaliyyətinə xələl gətirərək onu nüfuzdan salan ifadələrdir. Qeyd edilən xxx vətən fədaisi medalını satması və cinayət törətməsi ilə bağlı fikirlərin böhtan olub-olmaması ekspert-linqvistin səlahiyyətlərinə aid olmayıb hüquqi araşdırma tələb edən məsələlərdir. İş materiallarının 24-cü vərəqəsindəki "herden dusunurem goresen azerbaycanda bu sifetden daha murdar sifet var?” cümləsi sual, qeyd edilən digər bütün məluma tlar isə təsdiq formasında ifadə edilmişdir.” Məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayətində özünü təqsirsiz hesab etməsinə dair qeyd etdiyi müddəalar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPMin 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə məhkum xxx münasibətdə müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən xxx təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir və həmin sübutların təkrar sadalanmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, məhk əmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. xxx qızının Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar