Məhkəmə qərarları › İş №1(102)-1090/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1090/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1090/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X7 və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Qocayev Ramil Alim oğlunun iştirakları ilə xx xxxxxx 1993-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan X2 Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 221.2.1-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 dekabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şamaxı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli hökmü ilə (hakim E.Z.Hümbətov) X8 - Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancının 10 faizi dövlət gəlirlərinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü mad dəsinə əsasən, 9 mart 2022-ci il tarixdən 21 iyun 2022-ci il həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 12 (on iki) gün müddət 1 (bir) il 1 (bir) ay 18 (on səkkiz) gün islah işləri cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılması və X2 üzərində qəti olaraq aylıq qazancının 10 faizi dövlət gəlirlərinə tutulmaqla, 11 (on bir) ay 12 (on iki) gün islah işləri cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin X2 qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 dekabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), R.Ə.Ağayev və M.Ə.Rzayev) məhkun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılaraq X5 əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə bəraət verilmişdir. İşin halları: X8 Azərbaycan Respubliksı CM-in 221.2.1-ci maddəsi ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, verilən ittihama görə o, 09 mart 2022-ci il tarixdə saat 18:30 radələrində şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə bir qrup şəxs halında ictimai yer hesab olunan Şamaxı şəhəri, Nəriman Nərimanov küçəsinin “Rabitəbank ASC”-nin i nzibati binasının qarşısından keçən hissəsində cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ətrafda olan çoxlu sayda insanların şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı sürətdə fərqləndiyini təsdiq etmək məqsədi ilə nümayişkaranə formada nəqliyyat vasitələrinin sıxlıq təşkil etdiyi avtomobil yolun ortası ilə piyada hərəkət hissəsində yolun ortası ilə piyada gəzərək avtomobillərin hərəkəti nə mane olmuş, «Mitsibushi L200» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün siqnal verib ondan hərəkət üçün yol istəməsindən əsəbiləşərək həmin avtomobilə yaxınlaşıb sürücü Zərərçəkmiş şəxs2 və sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə mübahisə edərək təxminən 20 dəqiqə müddət ərzində ucadan ünvanlarına nalayiq ifadələr işlətmiş, yolda hərəkətin dayanmasına, tıxac yaranmasına və ətrafa xeyli sayda insanın toplaşmasına səbəb olmuş, münaqişə zamanı yumruq və təpiklə sonuncuların bədənlərinin müxtəlif nahiyələrindən vuraraq Zərərçəkmiş şəxs1 alın nahiyəsinin, döş və bel fəqərələrinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs2 onurğa nahiyəsinin və sağ diz qapağının ön səthinin qançırları ilə nəti cələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və Zərərçəkmiş şəxs3 sol almacıq nahiyəsinin və sağ əlin arxa səthinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə bir qrup şəxs halında şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 dekabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya məhkəməsinin qeyd olunan hökmü qanunsuz və əsassızdı r. Belə ki, apellyasiya instansiyası məhkəməsinin X9 ilə zərərçəkmiş şəxslər arasında baş vermiş münaqişənin zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlaması nəticəsinə gəlməsi iş materialları təsdiq olunmur. Əksinə, dindirilmiş şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri ilə Eşqin Zərbəliyevin digər şəxslə (şəxslərlə) birlikdə ictimai qaydanı kobud surətdə pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər etməsi tam sübuta yetirilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs E.Zərbalıyevin və müdafiəçi R.Qocayevin çıx ışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilibedilməməsi məsələsini yoxlayır. Protest müəllifi qeyd edir ki, E.Zərbaliyevin əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində “xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunm ası ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər”ə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 221.2-ci maddəsinə görə “Eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdəiki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamı n həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərd ir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğu n gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ə dəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması və ya zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakını məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi halda, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası bildirir ki, şəxsin CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsini şərtləndirən, cinayətlərin zəruri tövsifedici əlaməti kimi çıxış edən xuliqanlıq motivi (bu motivi aşkarlayan hallar) iş üzrə mütləq qaydada sübut edilməli olan predmetdir və cinayət-prosessual qanunun 143-cü maddəsinə əsasən toplanılmış, 144-cü maddəsinə uyğun olaraq yoxlanılmış, 145-ci maddəsində göstərilən qaydada qiymətləndirilmiş həmin əlamətin mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə, şübhələrə yer qoyulmadan inandırıcı şəkildə müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq X5 bəraət vermiş, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Belə ki, ittihama görə Bəraət almış şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, y əni xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsinin hökmünün və ittiham aktının əsası kimi zərərçəkmiş şəxslərin, həmin şəxslərin işlədiyi şirkətdə işləyən şahidlərin ifadələrinə, həmçinin iki nəfər polis nəfəri olan şəxslərin şahid qismində ifadələrinə və ekspert rəylərinə istinad edilmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni aşağıda şərh olunan qaydada əsaslandırmışdır: “Birinci instansiya məhkəməsi zərərçəkmiş şəxslərin və onlarla birlikdə işləmiş, zərərçəkmiş şəxslərlə birlikdə hadisədə iştirak etmiş şahidlərin ifadələrinə, həmçinin iki nəfər polis nəfəri olan şəxslərin şahid qismində ifadələrinə və ekspert rəylərinə istinad etmişdir. Məhkəməyədək icraat zamanı baş vermiş hadisənin videogörüntüsü tədqiq edilməmiş, həmçinin təqsirləndirilən şəxs tərəfindən məhkəmə icraatı zamanı təqdim edilmiş videogörüntüyə baxış keçirilsə də, həmin görüntü üzrə nələrin müşahidə edildiyi yekun məhkəmə aktında və məhkəmə iclas protokolunda əks olunmamış, həmin tədqiq edilmiş sübut üzrə hər hansı dəyərləndirilmə aparılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş pozuntu aradan qaldırılaraq apellyasiya icraatı zamanı hər iki video görüntüyə baxış keçirilmişdir. Hər iki video görüntülər üzrə baxış keçirilmiş və ittihamın əsaslı olmaması müəyyən edilmişdir. İttihama görə Bəraət almış şəxs avtomobil yolunun hərəkət hissəsində yolun ortası ilə piyada gəzərək avtomobillərin hərəkətinə mane olmuş, “Mitsubushi L200” markalı, **PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün siqnal verib ondan hərəkət üçün yol istəməsindən əsəbləşərək həmin avtomobi lə yaxınşlaşıb sürücü Zərərçəkmiş şəxs2 və sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə mübahisə edərək təxminən 20 dəqiqə müddət ərzində ucadan ünvanlarına nalayiq ifadələr işlətmiş, yolda hərəkətin dayanmasına, tıxac yaranmasına və ətrafa xeyli sayda insanın toplaşmasına səbəb olmuş, münaqişə zamanı yumruq və təpiklə sonuncuların bədənlərinin müxtəlif nahiyələrindən vuraraq zərərçəkmiş şəxslərin sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə bir qrup şəxs halında şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, həmin ittiham üzrə ittiham tərəfinin təqdim etdiyi və tədqiq edilmiş sübutların əsaslılığı qənaətinə gəlinsə də, ittiham tərəfinin təqdim etdiyi video görüntülərə nəinki baxış keçirilməklə qiymət verilmiş, hətta müdafiə tərəfindən təqdim edilən video görüntüyə baxış keçirilsə də, tədqiq edilmiş həmin sübut üzrə hər hansı dəyərləndirmə aparılmamışdır.......Bununla əlaqədar kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntu (tədqiq edilmiş və qiymət verilməmiş sübut üzrə) aradan qaldırılaraq həmin sübut, o cümlədən məhkəmədədək icraat zamanı toplanılmış, hadisənin video görüntüsünü əks etdirən sübut tədqiq edilərək, iş üzrə digər sübutlarla birgə müqayisəli təhlil edilmişdir. Həmin sübutların müqayisəli təhlili nəticəsində müəyyən edilmişdir ki, ittiham üzrə nəqliyyat vasitələrinin sıxlıq təşkil etdiyi avtomobil yolunun hərəkət hissəsinin ortasında Bəraət almış şəxs avtomobillərin hərəkətinə maneə olduğu, “Mitsibushi L200” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün siqnal verib ondan hərəkət üçün yol istəməsindən əsəbləşdiyi qeyd edilsə də, həmin video görüntülərlə həmin yolun hərəkət hissəsinin heç bir sıxlığın olmadığı müəyyən edilir. Bundan əlavə mübahisənin də zərərçəkmiş şəxslərin ilkin hərəkətləri ilə yarandığı müəyyən olunur. Belə ki, həmin görüntülərdən göründüyü kimi, yolun hərəkət hissəsində təqsirləndirilən şəxs hərəkət edərkən arxadan gələn “Mitsubishi L200” markalı avtomobil gəlir, sürüb getməyə imkanı olsa da Bəraət almış şəxsyanında saxlayır, saxladıqda Bəraət almış şəxs “Mitsubishi L200” markalı avtomobilin sağ yanında, sağ qapının bərabərində olur, hansısa hərəkətə görə Bəraət almış şəxsv maşın istiqamətinə çevrilərək əl hərəkəti ilə nə olub formasında müraciət edir. Bəraət almış şəxsavtomobildə olanlarla mübahisə etdiyi görünür. Sərnişin istiqamətində X11 qapını açır, Bəraət almış şəxs onun arasında mübahisə başlayır, davam edir, Bəraət almış şəxs əli ilə avtomobilin qapısını vurur. Sonra yolun ortasında X11la Bəraət almış şəxs bir-birini tutaraq mübahisə etdiyi halda, Zərərçəkmiş şəxs2 arxadan gələrək əli ilə Eşqinin baş nahiyyəsindən vurur. Bundan sonra həmin yerdə mübahisə daha da genişlənir və şəxsiyyətləri müəyyən edilməyən, o cümlədən zərərçəkmiş şəxslər tərəfindən həmin mübahisəyə qoşulan şəxslərin iştirakı ilə dava-dalaş formasında davam edir. Göründüyü kimi, ittiham üzrə nəqliyyat vasitələrinin sıxlıq təşkil etdiyi avtomobil yolunun hərəkət hissəsində hadisənin baş verdiyi qeyd edilsə də, video görüntülərlə həmin yolun hərəkət hissəsinin heç bir sı xlığın olmadığı, Şamaxı şəhəri, N.Nərimanov küçəsində "xxxx" ASC-nin qarşısında mübahisənin təqsirləndirilən şəxsin ictimai qaydasının pozulması ilə müşayiət edilən hərəkətlər etməsi ilə başlanıldığı göstərilsə də, hadisə zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlanmış mübahisə nəticəsində baş vermişdir. Belə ki, zərərçəkmiş şəxslərin təhrikedici hərəkətləri nəticəsində ilkin mübahisə yaranmış, sonradan zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs1 mübahisəni avtomobildən düşərək avtomobilin arxa hissəsində davam etdirməsi, hər iki şəxsin bir-biri ilə mübahisə etdiyi halda, digər Zərərçəkmiş şəxs2 gələrək təqsirləndirilən E.Zərbəliyevi baş-boyun hissəsindən vurmaqla davam etməsi nəticəsində digər şəxslərin, o cümlədən zərərçəkmiş şəxslərlə işdən, avtobusda gələn şəxslərin cəlb edilməsi ilə digər şə xslərin də iştirakı ilə davam etmişdir. Zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilinmədiyi “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində ehtiva edilmişdir. Zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsə qarşı hər hansı bir hərəkət etmədikləri, həmçinin siqnal vermədiklərini bildirsələr də, heç bir əsaslı səbəb olmadan şəxsin arxaya çevrilərək ona qarşı hər hansı hərəkət etməyən şəxsə əl-qol hərəkəti ilə ifadələr işlətməsi və bundan sonra mübahisənin baş verməsi inandırıcı deyildir. Bu qənaəti həmçinin zərərçəkmiş şəxslərin ifadələrində göstərilən xüsusatların, hadisənin baş vermə anını özündə ək s etdirən video görüntülərlə təkzib olunması formalaşdırır....” Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Bu isə şəxsin əqli, psixiki cəhətdən həmin dəyərləri dərk etmək qabiliyyətində olmasını, onun əqli inkişafının, psixi vəziyyətinin buna imkan verməsini tələb edir. İş materiallarına əsasən müəyyən edilir ki, “kompleks am bulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası” üzrə tərtib edilən xx.xx.2022-ci il tarixli 1105 saylı ekspert rəyi ilə X3 üzvi emosional-ləbil pozuntusu olduğu müəyyən edilmişdir. Ekspertlər tərəfindən Bəraət almış şəxs müşahidə edilən üzvi emosional-ləbil pozuntusu ilə qeyd edilmişdir ki, o törətdiyi əməl zamanı öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlanmış mübahisənin və dava-dalaşın nəticəsi olaraq təqsirləndirilən şəxs özünün psixi-emosional vəziyyətinə uyğun şəkildə baş verənlərə reaksiya vermişdir. Onun mübahisə baş verdikdən sonrakı davranışları lov ğalıq, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik, özünü göstərmək və s. kimi tipik xuliqanlıq hərəkətləri deyil, onda olan psixi xəstəliyin nəticəsində yaranan baş verənlərə reaksiyası olmaqla, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında ola bilməməsinin təzahürüdür. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, X6 elan olunmuş ittihamla bağlı işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən şəxs barəsində toplanmış sübutları ədalət mühakiməsinin prins iplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən hökmünün qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 dekabr 2022ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X4 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 dekabr 2022-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar