Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1091/2021 10.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum X3 və onun müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlunun, Masallı Rayon Məhkəməsinin 08 sentyabr 2 020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Masallı Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Firdovsi Zülfü oğlu) Məhkum, XXXXX il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsasən 3000 (üç min) manat miqdarında cərimə cazısına məhkum edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü ilə əsasən CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qeyd olunan hökmlərlə təyin edilmiş cəzalar birləşdirilməklə qəti olaraq 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkməsinin 18 iyun 2019-cu il tarixli qərarı ilə cərimə cəzası qazancından dövlət nəfinə 15% (on beş faiz) məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah İşləri cəzası ilə əvəz edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törə tməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş CM-nin 67.1 və 68.3.1-ci maddələrinə əsasən ona Yevlax Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qərarı ilə təyin edilmiş və çəkilmiş qalan 2 (iki) il müddətə islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Məhkumin 14 noyabr 2019-cu il tarixdən 08 sentyabr 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddətin dir gunü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla həmin müddət onun cəzasından çıxılmış və məhkumun üzərin də qəti olaraq 1 (bır) il 10 (on) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlamımışdır. Həmin hökmlə həmçinin X5 da CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 1 (bır) il 6 (altı) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına, X7 isə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, X9 məhkum edilmişdir ona görə kl, o, 29 iyul 2018cı il tarixdə, saat 10 radələrində, qabaqcadan əlbir olan bır qrup şəxs halında, tamah niyyəti itə, özgənin əmlakını gizli ol araq talamaqla ələ keçirmək məqsədi ilə, əvvəllər tanıdığı Yevlax səhər sakinləri X8 və X7 ilə birlikdə özünə məxsus "x”markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu Radaları kəndinə gəlmiş, həmin vaxt Radaları kənd səkini, əvvəllər tanımadığı X4 məxsus evin yaxınlığında idarə etdiyi avtomobildə gözləmiş, X8 və X7 X22ya məsxus həyata getmiş, daha sonra ev sahibinin evin bağçasında olmasından istifadə edən X23 evə daxil olmuş, X24 isə evin bağçasında olmasından istifadə edən bundan sonra X25nevin 2-ci mərtəbəsində yerləşən otaqdaki paltar dolabının içərisindən 2 ədəd kiçik cib dəsmalına bükülmüş həmin vaxt 9100 manat nisbətində 5300 ABŞ dollarını, 500 manat pulu, 1 ədəd 583 əyarlı, Rusiya istehsalı olan 33 qram çəkidə, 1650 manat dəyərində paxlava formalı qızı qad ın boyunbağısını, 1 cüt 583 əyarlı, Rusiya istehsalı, ümumi çəkisi 18 qram olan, 900 manat dəyərində ortası qırmızı rəngli qaşları, kənarlarında ağ rəngli qaşları olan qızıl qadın sırğasını, 1 ədəd eyni formada 583 əyarlı, 10 qram çəkidə, 500 manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd 583 əyarlı, Rusiya istehsallı, gül formasında, ümumi çəkisi 8 qram, 400 manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd 503 əyarla Rusiya istehsalı, ümumi çəkisi 10 qram olan, 500 manat dəyərində qızıl qadın nişan üzüyünü, 1 ədəd 583 əyarlı, Rusiya istehsaih, reket formalı, ümumi çəkisi 20 qram olan 1000 manat dəyərində qızıl qadın boyunbağısını, 1 ədəd 583 əyarlı, Rusiya istehsallı, ümumi çəkisi 12 qram olan, 600 manat dəyərində reket formalı qızıl qadm bilərziyini 1 ədəd 750 əyarlı üzərində 5 ədəd brilliant qa şları olam ümumi çəkisi 10 qram olam 700 manat dəyanndə brilliant nişan üzüyünü, bir cüt 750 əyarh, gül qönçəsi formasında, haı bırının üzərində lək brüliant qaşları, hər bir brüliant qaşın çəkisi 1,5 sot olan, ümumi çəkiləri 20 qram olan 1400 manat dəyərində brüliant qadm sırğasım və bir ədəd, gül qönçəsi formasında olan, üzərində 1,5 sot çəkidə tək brüliant qaşı olan, 10 qram çəkidə, 700 manat dəyərində brilliant qadn üzüyünü gizli yolla talayaraq oğurladıqdan sonra evdən bayıra çıxdıqda X26 ilə qarşılaşsa da, həmin vaxt sonunucunu aldatmaqla su filtrlərinin satışı şirkətinin əməkdaşları olmalarını deyərək X27 ilə həyətdən çıxmış, daha sonra onları özünə məxsus avtomobildə gözləyən Məhkumun olduğu avtomobilə minərək hadisə yerindən uzaqlaşmaqla X26ya ümumlikdə xeyli miqdarda, yəni 1795 0 manat məbləğində maddi ziyan vurmuşdur. Hökmün Məhkumə cəza təyin edilməsi hissəsindən dövlət ittihamçısı Şabanov Valeh İxtiyar oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 19 fevral 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə həmin protestə münasibətdə və adı çəkilən məhkum barəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahi ş etmişdir. Kassasiya protestinin dəlilləri: Cinayətin törədilməsinin sübuta yetirilməsi və Məhkumin əməlinin hüquqi tövsifi ilə bağlı İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirməyən və cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin normalarına istinad edən dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi qanunun tələblərini pozaraq məhkəmə istintaqı zamanı düzgün araşdırma aparmamış, iş üzrə sübutlara düzgün qiymət verməmiş və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Dövlət ittihamçısı kassasiya protestində həmçinin bildirir ki, birinci və apellyasiya instansiya məhkəmələri iş üzrə cəzaya təsir edə biləcək bütün halları da araşdırmamış, Məhkumə cəza təyin edilərkən cinayət qanunu normalarının tələblə rinə əməl etməmiş, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əksini tapmış hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələri nəzərə almamış, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəülik dərəcəsinə, cinayətin törədilməsi səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də məhkumun şəxsiyyətinə əhəmiyyət verməmiş, bununla da Məhkumin gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, ona təyin olunmuş ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, məhkumun islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Dövlət ittihamçısı daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi tərəfindən Məhkumə əsassız olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını dəyişdirmədən qüvvədə saxlamaqla eyni pozuntulara yol vermiş, onun eyni xarakterli cinayət törətməsinə görə məhkum oulnmasını onun şəxsiyyətini səciyələndirən hal kmi nəzərə almamışdır. Şər olunanlara əsaslanaraq dövlə ittihamçısı kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs X55 naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı İ.H.Əsədov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində məhkum Məhkumin barəsində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkumin barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsin ə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməl idir. Bu qənaət cinayət qanunu normalarının aşağıdakı tələblərindən irəli gəlir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cə za sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cə zanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəm ə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya bu məsələyə digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təmi natına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası A li Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasın a aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxım ından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası Məhkumin barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edərkən qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edib eyni zamanda cinayət işinin materiallarına da müraciət e tməyi zəruri bilir. İş materialları ilə isə müəyyən edilir ki, Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 29 iyul 2018-cı il tarixdə, saat 10 radələrində, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti itə, özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə, əvvəllər tanıdığı Yevlax səhər sakinləri X8 və X7 ilə birlikdə özünə məxsus "X”markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu Radaları kəndinə gəlmiş, həmin vaxt Radaları kənd səkini, əvvəllər tanımadığı X4 məxsus evin yaxınlığında idarə etdiyi avtomobildə gözləmiş, X8 və X7 X22ya məsxus həyata getmiş, daha sonra ev sahibinin evin bağçasında olmasından istifadə edən X23 evə daxil olmuş, zərərçəkmiş şəxsin qızıllarını gizli yolla talayaraq oğurladıqdan sonra evdən bayıra çıxdıqda X26 ilə qarşılaşsa da, həmin vaxt sonunucunu aldatmaqla su filtrlərinin satışı şirkətinin əməkdaşları olmalarını deyərək X27 ilə həyətdən çıxmış, daha sonra onları özünə məxsus avtomobildə gözləyən Məhkumun olduğu avtomobilə minərək hadisə yerindən uzaqlaşmaqla X26ya ümumlikdə xeyli miqdarda, yəni 17950 manat məbləğində maddi ziyan vurmuşdur. Göründüyü kimi, məhkumun törətdiyi bu əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla, zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət kimi qiymətləndirilərək CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələr ilə təqsirli bilinərək məhkum olunmuşdur. Kassasiya protestinin məzmununa görə, iş üzrə sübutl arın tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkumin təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər hə protestinin müəllifi, tərəfindən mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələrlə bağlı məhkəmələrin gəldikləri nəticəni düzgün hesab edərək onların müzakirə edilməsinə ehtiyac görmür. CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasına əsasən isə, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması müəyyən edilmişdir. Kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, Məhkum əvvəllər də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsasən 3000 (üç min) manat miqdarında cərimə cazısına məhkum edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü ilə əsasən CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qeyd olunan hökmlərlə təyin edilmiş cəzalar birləşdirilməklə qəti olaraq 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkməsinin 18 iyun 2019-cu il tarixli qərarı ilə cərimə cəzası qazancından dövlət nəfinə 15% (on beş faiz) məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah İşləri cəzası ilə əvəz olunmuş, lakin həmin cəza icra edilməmişdir. Bel ə ki, iş materiallarında olan Yevlax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 08 sentyabr 2020-ci il tarixli 624/2 saylı arayışdan görünür ki, Yevlax Rayon Məhkməsinin 18 iyun 2019-cu il tarixli qərarına əsasən aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş Məhkum cəzasını bu günə kimi çəkməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri bilir ki, Məhkum əvvəllər də oğurluq cinayətini törətdiyinə iki dəfə məhkum olunmasına, sonuncu hökm üzrə müəyyən olunmuş cəzanı çəkməməsinə baxmayaraq Kürdəmir Rayon Məhkəməsi tərəfindən onun haqqında hökm çıxarılandan az müddət – cəmisi doqquz ay on iki gün keçdikdən sonra üçüncü dəfə eyni xarakterli cinayət törətmiş, məhkəmələr isə bunun fonunda Məhkumin kriminal şəxsiyyəti ni cəzanın fərdiləşdirilməsi istiqamətində ümumiyyətlə nəzərə almamışlar. Hər iki instansiya məhkəmələrinin Məhkumə münasibətdə açıq-aydın ədalətsiz yekun qərar qəbul edilməsi həm də, özünü onda biruzə verir ki, məhkəmə hazırki hökmlə onunla eyni cinayəti törətməkdə təqsirli bilinən və ilk dəfə cinayət törədən X25yə də məhz azadlığın məhdudlaşdırılması növündə cəza təyin etmiş, lakin eyni cinayəti artıq 3-cü dəfə törədən Məhkumə azadlığın məhdudlaşdırılması növündə yüngül cəza təyin etməsinin motivini hökmdə əsaslandıra bilməmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsi nəzərə almamışlar ki, məhkum eyni xarakterli əməlləri törətdiyinə görə iki dəfə yüngül cəza növü kimi cərimə cəzasına məhkum olunmuş, lakin bu məhkumluqlardan özü üçün heç bir nəticə çıxarmamış, islah yoluna qədəm q oymamış və cəzanı çəkə-çəkə, islah olunmaq, ictimai faydalı əməklə məşğul olmaq, ailəsinə himayəçilik etmək əvəzinə yenidən oğurluq cinayəti törətmişdir. İşin müəyyən edilmiş bu faktiki halları məhkəmə kollegiyasına Məhkumin şəxsiyyətininin səciyyələndirilməsi ilə bağlı aşağıdakı nəticələrə gəlmək üçün əsas verir: - Məhkum əvvəllər də analoji cinayətlərə görə iki dəfə yüngül cəza növü kimi cərimə cəzasına məhkum olunmasına baxmayaraq özü üçün heç bir müsbət nəticə çıxartmamış; - Məhkum üzərində cərimə cəzası ola-ola eyni xarakterl və eyni kateqoriyaya aid cinayət əməli törətmiş; - Məhkum cinayət törətməyə meylli şəxsdir. Qanunvericilikdə belə halların cəza təyini zamanı nəzərə alınması birbaşa tələb olunmasa da, məhkəmə kollegiyası hesab edir ki, həmin hallar məhkum olunmuş şəxsin şəxsiyyə tini mənfi cəhətdən səciyyələndirilən hallar kimi qiymətləndirilməli və belə halların mövcudluğunda məhkəmələr cəza növünün seçilməsi məsələsinə xüsusi diqqətlə yanaşmalıdırlar. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, bu kimi hallarda bu və ya digər cəza təyin edən məhkəmə cəzanın məqsədlərinə nail olmaq prizmasından da baxmalı, yəni hər bir fərdi halda CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin olunan cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədlərinə xidmət edib-etməməsi müzakirə edilməlidir. Lakin istər birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən qərarınd an məhkəmələrin bu tələblərə əməl etmələri, Məhkumin şəxsiyyətinə bu qeyd edilənlərə əsasən qiymət vermələri görünmür. Ümumilikdə, məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlillərlə razıaşıb həmin protestin təmin edilməsini mümkün bilərək belə nəticəyə gəlir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsinə dəlalət etdiyindən onun hazırki iş üzrə qəbul etdiyi 19 fevral 2021-ci il tarixli qərar qüvvədə saxlanıla bilməz və CPM-nin 419.12.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsi müəyyən edilmədən göstərin qərar ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya p rotestinin təmin edilməsi haqqında dövlət ittihamçısının, həmin protestin təmin edilməməsi barədə isə məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyərək belə hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və Məhkumin CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2021-ci il tarixli qərarı ləğv edilməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1091/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1091/2021
10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver