Məhkəmə qərarları › İş №1(102)-1091/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1091/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1091/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rafail Əliyev (sədrlik edən), Bilal Məmmədov və Nahid Mirzəyev) 12 may 2023-cü il tarixli, 1(091)-30/2023 nömrəli hökmü ilə xx xxxx 1988-ci ildə Göyçay şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 18 avqust 2022-ci il tarixd ən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 5,959 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Göyçay şəhəri, Natavan küçəsi, ev 67-in qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Məhkum 18 avqust 2022ci il tarixdə saat 18:30-da qeyd olunan ünvanda saxlanılaraq ünvan 2bəsinə dəvət olunub üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,459 qram və 2,500 qram olmaqla ümumilikdə külli miqdarda 5,959 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Akif Eyvazov (sədrlik edən və məruzəçi), İmanverdi Şükürov və Xəqani Səmədov) 20 dekabr 2023-cü il tarixli 1(107)-264/2023 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin Şəki Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli, 1(091)-30/2023 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 1(107)-264/2023 nömrəli qərarını ləğv edərək, təqsirləndirilən şəxs Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Mustafayev X2 rayonunda Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş, lakin qanun tələblərinə zidd olaraq həmin İdarədə Məhkum Mayıs oğlunun barəsində məlumatın daxil olması və onun haqqında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə əməliyyat qeydiyyat işi açılmamışdır. Belə olan halda Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları necə bilə bilərlər ki, Göyçay rayonunda yaşayan Məhkum adlı şəxs üzərində narkotik vasitə saxlayır və onlar bunun dalınca Bakıdan rayona gəlirlər və onun üzərində narkotik vasitə aşkar edirlər. Məhkum ifadəsində də qeyd etdiyi kimi saxlanıldığı zaman üzərində heç bir psixotrop və ya narkotik vasitə olmamış, sonradan onun üzərinə həmin maddə yerləşdirilmişdir. Üzərindən aşkar edilərək götürülmüş 5,959 qram olan heroinin isə ona heç bir aidiyyəti yoxdur. Şəki Apellyasiya Məhkəməsinin Müdafiəçi barəsində Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 234.1-1-ci maddəsi ilə çıxarılan hökmü dəyişdirmədən saxlaması qanuna uyğun və ədalətli deyildir. Bundan başqa 18 avqust 2022-ci il tarixdə saat 17-da Məhkum üzərində baxış keçirilən zaman guya 5,959 qram çəkidə narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs dindirilən zaman bildirmişdir ki, narkotik vasitə ona məxsus olmamış və heç bir zaman narkotik vasitədən istifadə etməmişdir. Həmçinin bildirmişdir ki, idman ilə məşğul olur və ibadət edir. Belə olan halda polis əməkdaşları ona yuxarıdan gələn tələb əsasında ya narkotik vasitə, ya da silahla tutulmalı olmasını bildirilmişlər. Polis əməkdaşları Məhkum qohumu İlhamla onun öz telefonu vasitəsi ilə danışdırmışlar və ona hansısa bir ov silahının lüləsini kəsdirərək gətirməli olmasını bildirmişlər. Lakin İlham bu təkliflə razılaşmamış və heç bir silah tapmamışdır. Belə olan halda Məhkum təzyiq edilərək guya üzərindən narkotik tapılmasını etiraf etməsi tələb olunmuş, o, təsir və təzyiq altında məcbur qalaraq etmədiyi cinayəti boynuna götürmüşdür. Eyni zamanda təqsirləndirilən şəxs saat 17-da tutulmuş, dərhal prot okol tərtib edilməli olmasına baxmayaraq, gecə 23 radələrində uydurma protokol tərtib edilmişdir. Həmçinin cinayət işinin materiallarında yeganə sübut kimi Məhkum təzyiq altında etmədiyi cinayəti etiraf olunması barədə videoyazısı sübut olaraq əsas götürülmüşdür. Bu video çəkiliş qeyd olunan saatda yəni 18 radələrində deyil, saat 23 radələrində aparılmışdır. Videogörüntünün hansı saatda çəkilməsi ilə bağlı onun tərəfindən məhkəməyə vəsatət verilmiş və məhkəmə də öz növbəsində həmin videogörüntünün çəkildiyi qurğu və yaddaş kartının məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət etmişdir. Lakin həmin idarədən verilən cavab məktubunda videogörüntünün çəkildiyi qurğunun və onun yaddaş kartının texniki cəhətdən məhv olduğu bildirilmişdir. Videokameranın və yaddaş kartının olmaması səbəbindən məhkəmə video görüntülərin hansı vaxtda çəkilməsi ilə bağlı ekspertiza təyin etməmişdir. Belə olan halda müdafiəçi tərəfindən video görüntünün sübut baxımından mötəbər olmaması səbəbindən cinayət işində sübut materiallarından çıxarılması ilə bağlı vəsatət verilsə də məhkəmə bu vəsatəti də təmin etməmişdir. Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin videokameranı və onun yaddaş kartını verməməsinə səbəb həmin kameranın məhv olması yox həqiqətin gizlədilməsi məqsədi olmuşdur. Əgər bu kamera və onun yaddaş kartı ekspertizaya təqdim edilsəydi ekspert dərhal görüntünün baxış protokolunda qeyd edildiyi kimi saat 18 radələrində yox gecə saat 23 radələrində çəkilməsini müəyyən edərdi. Bu faktın araşdırılaraq sübuta yetirilməsi iş üzrə həqiqətin ortaya çıxmasına və Məhkum belə bir əməl törətmədiyinə sübut olacaqdı. Həmçinin videogörüntüdən də aydın olur ki, təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefon da götürülərək protokollaşdırılmışdır. Lakin protokol tərtib olunan vaxtdan sonra təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefondan istifadə edilərək zəng olunmuş və danışıq aparılmışdır. Bütün bu hallar bir daha sübut edir ki, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi həmin saatda yox başqa saatda baş vermiş və təqsirləndirilən şəxsin cəza hökmü çıxarılan cinayətlə heç bir əlaqəsi olmamışdır. Həmçinin hüquqlarını müdafiə etdiyi Məhkum uzun illərdir ki, sinir xəstəliklərindən əziyyət çəkməsi səbəbindən həkim göndərişi əsasında müvafiq dərman preparatları qəbul edir və bu dərmanların bəziləri opioid tərkiblidir. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza əsasında onda aşkar edilmiş opioidlər məhz bu dərman vasitələrinin qəbulu səbəbindəndir. Məhkəmənin diqqətinə bu xüsusat da çatdırılsa da məhkəmə bu həqiqətin araşdırılması üçün heç bir tədbir görməmiş və kortəbii ittiham mövqeyini tutmuşdur. Bundan başqa işin doğru tərəfini əks etdirən ifadələr verən İlham adlı şəxsin şahid kimi verdiyi ifadələr məhkəmə tərəfindən nəzərə alınmayaraq, Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməliyyatçılarının qərəzli ifadələri həqiqət kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləy ib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən h ökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 5,959 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlaması sübuta yetirilmədən onun barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham hökmünün çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkum və onun müdafiəçisi tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlill ərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanı lmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən e tdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun ibtidai istintaq zamanı verdiyi ifadəsini, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin mater iallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsi və əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun və ətraflı ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokolları, maddi sübut, ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsində kassasiya şika yətində qeyd edilən dəlillərlə əlaqədar araşdırma aparılmış və həmin dəlillər öz təsdiqi tapmadığı üçün birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə ki, məhkumun tutulduqdan sonra öz telefonu ilə qohumu olan İlham Kərimovla danışması ilə əlaqədar məhkumu tutmuş polis əməkdaşları apellyasiya məhkəməsində dindirilərkən göstərmişlər ki, tutulduqdan sonra şəxsə öz mobil telefonundan qohumlarına zəng vurub, tutulması barədə məlumatın verməsi halları olmuşdur. Belə zənglərə polis əməkdaşlarının nəzarəti altında, tutulmuş şəxsin qohumlarına tutma barədə məlumatın verməsinə dair qanunun tələblərinə əsasən icazə verilmışdır. Şahid İlham Kərimovun polis əməkdaşları tərəfindən Məhkum narkotik vasitə ilə deyil, digər əsasla tutulması üçün silah və ya ov tüfənginin kəsi yini tapıb onlara təqdim edilməsi barədə edilmiş təklif haqqında birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə əlaqədar o, apellyasiya məhkəməsində dindirilmiş və polis əməkdaşlarının belə təklifi olmadığını göstərmişdir. Məhkum barəsində axtarış-qeydiyyat işi açılmadan onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə kassasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin fakt “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanununun 15ci maddəsinin tələblərinin pozuntusu olsa da, hazırkı cinayət işi üzrə toplanmış sübutlara şübhə doğuran və bu səbəbə görə Məhkum barəsində bəraət hökmünün çıxarılmasına əsas ola bilməz. Belə ki, hazırkı cinayət işinə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə heç bir sənəd əlavə edilməmiş, məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirini təsdiq edən sübutlar isə əməliyyat-axtarış tədbirləri nəticəsində deyil, təhqiqat və istintaq orqanı tərəfindən cinayət-prosessual qanunvericiliyinə əsasən aparılmış istintaq hərəkətləri nəticəsində əldə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini m üvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının l əğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar