Məhkəmə qərarları › İş №1(102)-1091/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1091/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1091/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisinin, Məhkumun iştirakları ilə, Samux Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Samux Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli 1(058)-33/2024 nömrəli (hakim: Şirinov Gündüz Əhməd oğlunun sədrliyi) hökmü ilə xx.xx.1998-ci ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, xxx QSC-də x işləyən, xxx kəndində qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum e dilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə dəyişdirilərək dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 25 iyul 2024-cü il tarixdən hesablanması, Məhkum təyin edilmiş əlavə cəzasının əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrasının əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanması müəyyən edilmişdir. Eyni zamanda mülki iddianın qismən təmin edilməsi, Məhkum 17.678.36 (on yeddi min altı yüz yetm iş səkkiz manat otuz altı qəpik) və ödənilmiş 195 (yüz doxsan beş) manat məbləğində dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxsin hüquqi varisinə verilməsi hökm edilmişdir. Hökmdən Zərərçəkmiş şəxsin hüquqi varisi və məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2024-cü il tarixli 1(104)-441/2024 nömrəli (hakimlər: Mahmudov Faiq Nüsrət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Samux Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noya br 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi və Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Samux Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 22 noyabr 2023-cü il tarixdə, saat 07 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C180” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sərkar-Gəncə avtomobil yolu ilə üzü Gəncə şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən və ibtidai istintaqa dövlət qeydiyyat nişanı məlum olmayan avtomobilin qarşısında dayandığından «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunu nun 50-ci maddəsinin 3-cü bəndinə əsasən surətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməli idi ki, onunla eyni zolaqda hərəkət edən nəqliyyat vasitəsi surəti kəskin azaltdıqda və dayandıqda onunla toqquşmanın qarşısını almalı olduğundan və qanunun bu tələbinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub x rayonu, x kəndi ərazisində “20 Yanvar” abidəsinin qarşısında onunla eyni istiqamətdə yolun ehtiyat hissəsində piyada hərəkət edən X12 idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncunun baş beyinin yumşaq qişasına, beyin mədəcəklərinə və beyinciyə qansızma, ənsə, sol təpə-gicgah nahiyələrinin hematoması ilə müşayiət olunan qapalı küt kəllə beyin travması, sol baldır sümüklərinin (qamış və incik) a çıq qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan, ağırlıq dərəcəsinə görə həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, bu xəsarətlərdən qapalı küt kəllə beyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına, beyin mədəcəklərinə və beyin toxumasına qansızma Zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bununla da, Məhkum CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayəti ilə onu əsaslandırmışdır ki, apellyasiya şikayətində qeyd olunanlar və cinayət işi Gəncə Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesində hərtərəfli və obyektiv araşdırılmamışdır. Belə ki, Məhkum hadisə baş verən anda zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərilməsi məqsədi ilə onu Gəncə Beynəlxalq Xəstəxanasına çatdırmışdır. İlkin olaraq Gəncə Beynəlxalq Xəstəxanasının depozitinə 2000 manat ödəniş etmişdir. Ümumilikdə Gəncə Beynəlxalq Xəstəxanasına təqsirləndirilən şəxsin yaxın qohumları tərəfindən zərərçəkmiş şəxsin müalicəsi üçün 13568 manat ödəniş edilmişdir. Ödəniş qəbzləri isə Zərərçəkmiş şəxsin hüquqi varisinə verilmişdir. Həmin qəbzləri X məhkəmə baxış iclasında təqdim etdiyi mülki iddiasına əlavə etmiş və yenidən qəbzlə pulları təqsirləndilən şəxsdən tələb etmişdir. Məhkum 44 günlük Vətən müharibəsinin fəal iştirakçısı olmuşdur. Bundan əlavə təqsirləndirilən şəxs “Vətən Müharibəsi iştirakçısı”, “Cəbrayıl ın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hallar olmamışdır. Odur ki, göstərilənlərə əsasən Məhkum barəsində yüngülləşdirən halları nəzərə alaraq, daha yüngül cəza təyin edilməsi və mülki iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayəti ilə onu əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi qərar qəbul edərkən cinayət qanunvericiliyinin tələblərini təhrif edərək, işin halları ilə uzlaşmayan qərar qəbul etmiş, qərarı qəbul edərkən CPM-in tələblərini pozmuş ədalət mühakiməsini həyata keçirərək ədalətli qərar qəbul etmək əvəzinə bunu etməmişdir. Belə ki, həm ibtidai, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəx sdən şikayətçi olduğunu bildirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi Məhkum yüngül cəza təyin etmiş, apellyasiya instansiyası isə bunu qüvvədə saxlamışdır. Məhkum öz törətdiyi əməlindən peşmançılıq hissi keçirtməyərək, ancaq özünü məhkəmə zalında, yalnız törətdiyi əmələ görə təqsirli olmasını bildirmişdir. Lakin o, öz əməlləri ilə heç də törətdiyi əmələ görə özünü təqsirli bilməmiş, törətdiyi əməldən peşmançılıq hissi belə keçirməmişdir. Onun hərəkətləri nəticəsində Zərərçəkmiş şəxsin ölməsinə baxmayaraq, nə o, nədə ki onun ailə üzvləri bir dəfə belə olsun yanına üzrxahlığa gəlməmiş, vurduğu zərərə görə ona nə maddi, nə də ki, mənəvi dəstək verməmişdir. Ümumi olaraq Gəncə Beynəlxalq xəstəxanasında olan zaman 23000 manat pul xərclənilmiş, daha sonra Zərərçəkmiş şəxsin vəziyyəti dah a da ağırlaşdığından onu xx.xx.2024-cü il tarixdə Bakı şəhərində yerləşən Neorocərrahiyə xəstəxanasına aparıldıqda, həmin xəstəxanada 3 min manat xərc çıxmışdır. Zərərçəkmiş şəxsin dəfn xərclərinə 9 min manat vəsait xərclənilmiş, ümumilikdə Zərərçəkmiş şəxsin vəfat etməsi ilə bağlı 35000 manat məbləğində maddi zərər dəymişdir. Məhkum iş üzrə səmimi etiraf yoxdur. Heç o əməlindən peşman belə deyildir. Beləliklə də. apellyasiya məhkəməsi məhkuma təyin edilən cəzada və cəzanın həddində düzgün nəticəyə gəlməyərək qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2024cü il tarixli qərarının ləğv edilərək, məhkuma təqsirləndirildiyi maddənin sanksiyasının ən yuxarı həddində ağır cəza təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçə kmə müəssisəsində çəkməsi və mülki iddiamın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, müharibə iştirakçısı olduğunu, müxtəlif orden və medallarla təltif olunduğunu, Zərərçəkmiş şəxsin hüquqi varisi ilə dəfələrlə barışığa cəhd etdiyini, 12000 AZN Gəncə Beynəlxalq Xəstəxanasına pul köçürdüyünü bildirib, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxsin hüquqi varisi çıxış edərək, özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nətic əsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin tövsifi mübahisələndirilməsə də, ona təyin edilmiş cəzanın ağır olduğu və törədilmiş cinayət əm əlinin ədalətli nəticəsi olmadığı, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində isə məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsasl ılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisinin və məhkumun məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində, məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və onun barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni ver mədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail ol maq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cinayət Məcəlləsinin 59.1-ci maddəsi cəza təyini zamanı nəzərə alınmalı yüngülləşdirici halların siyahısını göstərmiş, eyni zamanda Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən 59.1.1 və 59.1.14-cü maddələrində göstərilməmiş başqa halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması müəyyən edilmişdir. Kassasiya məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğun dan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kim i məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi x arakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayətin törətməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd etməsi, cinayət nəticəsində dəymiş maddi ziyanın qismən ödənilməsi, şəxsiyyətinin müsbət xaratkerizə edilməsini, əməlindən səmimi peşman olması, İİ Qarabağ Müharibəsi uğrunda gedən döyüşlərdə iştirak etməsi, «Qubadlının azad olnmasına görə», «Cəbrayılın azad olnmasına görə», «Vətən müharibəsi iştirakçısı», medalı ilə təltif olunması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş cəzanı yüngülləşdiriən halları kifayət qədər nəzərə alaraq, təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən olunmuş əsas və əlavə cəzanın orta həddində cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə gəlinmiş bu nəticə ilə haqlı olaraq razılaşmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində isə əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, həmin kass asiya şikayətinin dəlilləri də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Kassasiya protestində göstərilənlərin əksinə olaraq məhkəmə kollegiyası hesab edir ki, “məhkum edilmiş şəxsin əməlini tam etiraf edərək peşmançılıq çəkməsi” məhkum edilmiş şəxsin öz ifadəsi ilə təsdiq olunur ki, bu da, məhkəmə qərarları və iclas protokolu ilə sübut olunur. Kassasiya məhkəmə kollegiyası həmçinin kassasiya şikayətində göstərilmiş “zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilmədiyi təqdirdə təqsirləndirilən şəxsə daha ağır cəza təyin edilməsinin qanunvericilik baxımından labudlüyü nə” dair dəlillərini qeyri-qanuni və əsassız hesab edir. Qeyd edilən dəlilə daha geniş izah verərək məhkəmə kollegiyası qeyd edir ki, CMin 60-cı maddəsinin imperativ tələbinə əsasən müəyyən olunmuşdur ki, bu Məcəllənin 59.1.12-ci maddəsində (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi) nəzərdə tutulmuş bütün hallar mövcud olduqda təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni oxşar işlər üzrə şəxsə təyin olunacaq cəzanın həddi dörd il altı aydan artıq ola bilməz. Aydın məsələdir ki, baxılan iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməmişdir, lakin qeyd edilən hal mövcud olduğu təqdirdə, cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması bu halın olmadığı təqdirdə cəzanın ağır olmasını özündə ehtiva etmir. Belə ki, cinayət qanunvericiliyində cəzanı ağırlaşdıran halların dairəsi dəqiq müəyyən olunmuş (CM 61-ci mad.), oxşar işlər üzrə hüquqi varisi ilə barışıq əldə edilmədiyi təqdirdə bir mənalı şəkildə təqsirləndirilən şəxsə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə əlaqədar daha ağır cəza təyin edilməsinə dair cinayət qanunvericiliyində hər hansı imperativ norma və ya buna dair vahid məhkəmə təcrübəsi mövcud deyil. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, cəza təyini cinayət qanunvericiliyinin yuxarıda təhlili verilmiş bir sıra normalarının tələblərdən irəli gələn, cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xa rakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edil ir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrum etmə cəzasının müddətini artırılması nəticəsində nail olunacağını zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şika yətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır azadlıqdan məhrum etmə cəzası təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. Qeyd olunan cinayət-hüquqi normalarına əsaslanmaqla məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən həmin kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, zərərçəkmiş şəxsin hüquqi varisinin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Halbuki, C PM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadığı təqdirdə cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qeyd olunanlarla yanaşı, Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətindən və onun iş üzrə olan mülki iddiasından görünür ki, cinayət nəticəsində Məhkum tərəfindən zərərçəkmişə 35.000 manat məbləğində maddi zərər vurulduğunu qeyd edərək, həmin məbləğin təqsirləndirilən şəxs Məhkum tutulub ona ödənilməsi məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Məhkum tərəfindən Zərərçəkmiş şəxsin hüquqi varisinə 17.678.36 manat məbləğində maddi zərər vuruldu ğu (xəstəxanaya ödənilən vəsaitlər) öz təsdiqini tapmışdır. Odur ki, kassasiya məhkəmə kollegiyası da aşağı instansiya məhkəmələrinin zərərçəkmiş şəxsin hüquqi varisi mülki iddia tələbinin qismən təmin olunmalı olduğu barədə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, Məhkum 17.678.36 məbləğində pul vəsaiti tutularaq, Zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı oldu ğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 25 iyul 2024-cü il ta rixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar